Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2736/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək “BakuBus" MMC-nin əmlakına (avtobusa) 4062.28 (dörd min altmış iki manal, 28 qəpik) AZN maddi zərər məbləğinin, 60.63 ( altmış manat, 63 qəpik ) manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 (qırx) qəpik, ümumilikdə 4122,91 ( dörd min yüz iyirmi iki manat, 91 qəpik) AZN məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin mülkiyyətində olan **-JU-*** DQN-lı "BMC Procity” markalı avtobus "7A” saylı xətt üzrə Gəncə prospektində hərəkətdə olan zaman, eyni istiqamətdə hərəkət edən ** BG *** DQN-lı "Toyota Prius” markalı avtomobilin sürücüsü tərəfindən ara məsfaəsi düzgün seçilmədiyinə görə, avtobusu arxa hissəsindən vurmuşdur. Yol-nəqliyyat hadisəsi baş verdikdən dərhal sonra Cəmiyyətin əməkdaşı tərəfindən DİN-nin "102” çağrı mərkəzinə məlumat verilib. Hadisə. Xətai rayon DYPİ-nin polis leytenantı X4 tərəfindən araşdırılmışdır. Araşdılırma zamanı Cavabdeh əməllərində İXM-nin 327.1 və maddəsinin tələbləri pozulması öz əkisini tapdığından. xx.xx.2023-cü il tarixində sürücü barəsində TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilib. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Xətai rayon X6 İdarəsində tanınmışdır. Cavabdeh törətdiyi inzibati qayda pozuntusuna görə tərtib edilmiş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar sürücü tərəfindən qəbul edilmiş və ödənilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtobusun arxa hisssəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 1 ay müddətində işdən kənar edilmiş, xəttə buraxılmamışdır. "BMC AZ” Servis Mərkəzi tərəfindən verilən 006198 saylı Zərər Aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində **-JU-*** DQN-lı avtobusa 9062.28 ( doqquz min altmış iki manat. 28 qəpik) AZN maddi zərər dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində ** BG *** DQN-lı "Toyota Prius” markalı avtomobilinin icbari sığorta müqaviləsi mövcud olduğundan Xətai DYPŞ tərəfindən ** JU *** DQN-lı avtobusa dəymiş maddi ziyanla birlikdə avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayış tərtib edilərək Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ( vöen: **********) göndərilib. Adı keçən sığorta şirkəti ** JU *** DQN-lı avtobusa dəymiş maddi ziyanı qəbul edərək icbari sığorta ödənişinin maksimum həddi olan 5000 (beş min ) AZN ödənişi, xx.xx.2023 tarixdə İddiaçı MMC-nin bank hesabına köçürmüşdür. BakuBus" MMC-nin balansında olan avtobusa vurulmuş ümumi zərərdən geriyə qalan 4062.28 (dörd min altmış iki manat. 28 qəpik) AZN maddi ziyan cavabdeh tərəfindən qarşılanmamışdır. Cavabdehlə aparılmış danışıqlar bu günə qədər nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbinə qəbul etməyərək məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası DYP-nin 03.03.23-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində idarə etdiyi Toyota Prius minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. İş materiallırnda olan "xxxx" Servis Hizmetleri MMC-nin xx.xx.2023-cü il tarixli zərər aktının surətindən görünür ki, **-JU-*** dövlət qeydiyyat nişanlı avtobusa 9062.28 manat ziyan dəymişdir. İşdə olan 57454 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən "xxxx" MMC-yə 5000 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnaməüzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi Toyota Prius minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan «BMC Procity» markalı **-JU-*** dövlət qeydiyyat nişanlı avtousa ziyan dəymişdir. Zərər Aktına əsasən yol-nəqliyyat hadisəsi nəticəsində **-JU-*** DQN-lı avtobusa 9062.28 manat maddi zərər dəymişdir. Cavabdehin avtomobilinin icbari sığorta müqaviləsi mövcud olduğundan Dövlət Sığorta Kommersiya Şirkəti ** JU *** DQN-lı avtobusa dəymiş maddi ziyanı qəbul edərək icbari sığorta ödənişinin maksimum həddi olan 5000 manat məbləğində pulu İddiaçı MMC-nin bank hesabına köçürmüş, lakin avtobusa vurulmuş ümumi zərərdən geriyə qalan 4062.28 manat maddi ziyan cavabdeh tərəfindən qarşılanmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçıya vurulmuş ziyan tam ödənilməmiş, bu səbəbdən iddiaçı cavabdehdən 4062,28 manat məbləğində maddi ziyanın, 60,63 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, "xxxx" Servis Hizmetleri MMC-nin xx.xx.2023-cü il tarixli zərər aktı ilə nəzərdə tutulmuş zərərin 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən zərərin qalan hissəsi olan 4062,28 manat məbləğ cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İddiaçı isə iddianı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, əmlaka dəymiş maddi ziyana görə 4062.28 manat məbləğində pul, iş üzrə ödənilmiş 60.63 manat dövlət rüsumu və bank xidmətt haqqı 0,40 qəpik, cəmi 4122.91 (dörd min yüz iyiyrmi iki manat doxsan bir qəpik) Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əmlaka dəymiş maddi ziyana görə 4062.28 (dörd min altmış iki manat iyirmi səkkiz qəpik) manat məbləğində pul, iş üzrə ödənilmiş 60.63 (altmış manat, altmış üç qəpik) manat dövlət rüsumu və bank xidmətt haqqı 0,40 (qırx) qəpik, cəmi 4122.91 (dörd min yüz iyiyrmi iki manat doxsan bir qəpik) Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-2736/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2736/2023
18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver