Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2749/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 ifadəsində bildirmişdir ki, cavabdehlə aralarında barışıq sazişi bağlanmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanan barışıq sazişi təmin edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərinə əsasən: 2.1 Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2019-cu il tarixli 100.LN.1104.041219.00001 saylı kredit müqaviləsi üzrə 3115 99 (üç min bir yüz on beş manat doxsan doqquz qəpik) manat əsas, 1386,42 (bir min üç yüz səksən altı manat qırx iki qəpik) manat faiz, 638,10 (altı yüz otuz səkkiz manat on qəpik) manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 126,42 (bir yüz iyirmi altı manat qırx iki qəpik) manat hesablanmış faiz borcu olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, xx.xx.2019-cu il tarixli 100.LN.1104.041219.00001 saylı kredit müqaviləsi üzrə 500 (beş yüz) AZN məbləğin ilkin ödəniş kimi 30 (otuz) iş günü müddətində ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3 Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra xx.xx.2019-cu il tarixli 100.LN.1104.041219.00001 saylı kredit müqaviləsi üzrə qalıq əsas məbləğ 2616 (iki min altı yüz onaltı) manat və adi faiz borcu 60 faiz güzəşt edilməklə 832 (səkkiz yüz otuz iki) manat olmaqla, cəmi 3450 (üç min dörd yüz əlli) manat kredit borcunu və 72,66 (yetmiş iki manat altmış altı qəpik) manat dövlət rüsumunu 24 ay müddətinə, yəni 2024-cü ilin oktyabr ayından başlayaraq, aylıq 144 (bir yüz qıx dörd) manat olmaqla ödəməyi Cavabdeh öz üzərinə götürür. Cavabdeh göstərilən müddətdə kredit borcunu ödədikdən sonra İddiaçı geridə qalan faiz və cərimə borcunu cavabdehə tam güzəşt etməyi öz üzərinə götürür. 2.4 Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl etmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, tətbiq edilmiş güzəştlər ləğv edilir. 2.5 İddiaçı bu Sazişin 2.2-ci və 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda, mövcud kredit borcunun tutulması üçün müvafiq icra qurumuna müracit ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən mülki işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2, 261.0.5, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən olmaqla aşağıdakı şərtlərlə təsdiq edilsin: 2.1 Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2019-cu il tarixli 100.LN.1104.041219.00001 saylı kredit müqaviləsi üzrə 3115 99 (üç min bir yüz on beş manat doxsan doqquz qəpik) manat əsas, 1386,42 (bir min üç yüz səksən altı manat qırx iki qəpik) manat faiz, 638,10 (altı yüz otuz səkkiz manat on qəpik) manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 126,42 (bir yüz iyirmi altı manat qırx iki qəpik) manat hesablanmış faiz borcu olmaqla icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, xx.xx.2019-cu il tarixli 100.LN.1104.041219.00001 saylı kredit müqaviləsi üzrə 500 (beş yüz) AZN məbləğin ilkin ödəniş kimi 30 (otuz) iş günü müddətində ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3 Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra xx.xx.2019-cu il tarixli 100.LN.1104.041219.00001 saylı kredit müqaviləsi üzrə qalıq əsas məbləğ 2616 (iki min altı yüz onaltı) manat və adi faiz borcu 60 faiz güzəşt edilməklə 832 (səkkiz yüz otuz iki) manat olmaqla, cəmi 3450 (üç min dörd yüz əlli) manat kredit borcunu və 72,66 (yetmiş iki manat altmış altı qəpik) manat dövlət rüsumunu 24 ay müddətinə, yəni 2024-cü ilin oktyabr ayından başlayaraq, aylıq 144 (bir yüz qıx dörd) manat olmaqla ödəməyi Cavabdeh öz üzərinə götürür. Cavabdeh göstərilən müddətdə kredit borcunu ödədikdən sonra İddiaçı geridə qalan faiz və cərimə borcunu cavabdehə tam güzəşt etməyi öz üzərinə götürür. 2.4 Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə 2 (iki) ay ərzində əməl etmədiyi halda, bu Saziş qüvvədən düşmüş hesab edilməklə, tətbiq edilmiş güzəştlər ləğv edilir. 2.5 İddiaçı bu Sazişin 2.2-ci və 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6 Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda, mövcud kredit borcunun tutulması üçün müvafiq icra qurumuna müracit ediləcəkdir. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Nəsimi Rayon Məhkəməsinə şikayət verə bilərlər.
Məhkəmə qərarları › İş №e-2(006)-2749/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2749/2024
19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver