Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-275/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi X1, İlk iddia üzrə Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit borcu üzrə gecikdirilmiş günlərin sayının silinməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23538.66 (iyirmi üç min beş yüz otuz səkkiz manat altmış altı qəpik) manat əsas, 2571.39 (iki min beş yüz yetmiş bir manat otuz doqquz qəpik) manat faiz, cəmi 26110.05 (iyirmi altı min yüz on manat beş qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 168.73 ( yüz altmış səkkiz manat yetmiş üç qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 8 (səkkiz) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 50000 (əlli min) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* saylı krеdit müqaviləsi bağlanmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 23538.66 (iyirmi üç min beş yüz otuz səkkiz manat altmış altı qəpik) manat, faiz borcu 2571.39 (iki min beş yüz yetmiş bir manat otuz doqquz qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd edir ki, xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununlа dа cavabdehin krеdit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yеrinə yеtirmədiyindən krеdit müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin «Аzər-Türk Bаnk» Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 26110.05 (iyirmi altı min yüz on manat beş qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdeh tərəfindən ödənilməsi təmin еdilməlidir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23538.66 (iyirmi üç min beş yüz otuz səkkiz manat altmış altı qəpik) manat əsas, (müqavilə müddətinin bitmə tarixinə) 1,266.01 (min iki yüz altmış altı manat bir qəpik) manat faiz, müqavilə müddətinin bitmə tarixindən sonra əsas borc məbləğinə hesablanmış 1424.49 (min dörd yüz iyirmi dörd manat qırx doqquz qəpik) illik beş faiz, cəmi 26229.16 (iyirmi altı min iki yüz iyirmi doqquz manat on altı qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Öz növbəsində, Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə hesablanmış faizlərin silinməsi və gecikmə günlərinin hesablanmasının qadağan edilməsi vəzifəsinin İddiaçı Bank ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 8 (səkkiz) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 50000 (əlli min manat) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə 23538.66 (iyirmi üç min beş yüz otuz səkkiz manat altmış altı qəpik) manat əsas, 2571.39 (iki min beş yüz yetmiş bir manat otuz doqquz qəpik) manat faiz, cəmi 26110.05 (iyirmi altı min yüz on manat beş qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 168.73 ( yüz altmış səkkiz manat yetmiş üç qəpik ) manat dövlət rüsumunun tutulmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. İlkin iddia tələbi onunla əsaslandırılır ki, kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 23538.66 (iyirmi üç min beş yüz otuz səkkiz manat altmış altı qəpik) manat, faiz borcu 2571.39 (iki min beş yüz yetmiş bir manat otuz doqquz qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Cavabdeh aşağıdakı əsaslara görə hesab edir ki, kredit müqaviləsi üzrə ona hesablanmış faizlər silinməli, faizlərə görə gecikmə günlərinin hesablanması öhdəliyi bankın üzərinə qoyulmalıdır. Belə ki, kredit ödənişləri onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-cil tarixli icarə müqaviləsindən əldə edəcəyi gəlirlər hesabına ödənilməli idi. "xxxx" MMC də üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Beləliklə, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələnəcəyindən icraata qəbul edilməlidir. Sonradan, Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, onun İddiaçı Bank ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə gecikdirilmiş günlərin sayının silinməsi barədə Mərkəzi Kredit Reyestri Xidmətinə məlumat verilməsi öhdəliyinin İddiaçı Bank ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi X2 ilk iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsinin təmin edilib-edilməməsi barədə məsələni məhkəmənin mülahizəsinə buraxdı və məhkəmədən ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh izahatında bildirdi ki, ilk iddia ərizəsini xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmiş ilk iddia tələbinin dəqiqləşdirilməsi hissəsində qəbul edir, qarşılıqlı iddia ərizəsini MKR-də adına düşən gecikmənin silinməsi hissəsində müdafiə edir və məhkəmədən ilk iddia ərizəsinin təmin edilməsi və qarşılıqlı iddia ərizəsini MKR-də adına düşən gecikmənin silinməsi hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, ******* saylı fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya hər gecikdirilən gün üçün kreditin ödənilməmiş hissəsinə görə illik 5% olmaqla, 8 ay müddətinə illik 13 faiz ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh 03 avqust 2023-cü il tarixə 23.538,66 manat əsas borc, 2571,39 manat faiz borcu olmaqla, cəmi 26110,05 manat borcunun olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli kredit hesabından çıxarışdan görünür ki, təminat haqqında məlumata görə girovun məbləği 52.500 manat olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli “İcarə Müqaviləsi” üzrə tələb hüququnun girovu təşkil edir. Cavabdeh ilə "xxxx" MMC arasında bağlanılmış 17 may 2022-ci il tarixli, xx.xx.2022/GP SF-06 saylı icarə müqaviləsinin 1.1-ci maddəsindən görünür ki, İcarəyə verən mülkiyyət hüququ əsasında ona məxsus olan, İmişli rayonu, Qaralar kəndi ünvanında icarəyə verənə məxsus olan, İmişli rayonu, İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 67 nömrəli Sərəncamına əsasən ümumi sahəsi 9.89 ha torpaq sahəsinin 3800 kv.m olan “Qarışıq yem sexi kompleksi”ndəki taxıl silolarını icarəçiyə icarəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib icarə haqqını müqavilə ilə müəyyən olunmuş şərtlərlə icarəyə verənə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən icarəçi icarəyə verənə 17 may 2022-ci il tarixdən başlayaraq bu icarənin qüvvədə olduğu müddət ərzində ƏDV daxil olmaqla 52.500 (əlli iki min beş yüz) manat aylıq icarə haqqı ödəməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 3686/2023 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilə üzrə hesablanmış faizlərin silinməsi və s.” tələbinə dair qarşılıqlı iddiası ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2024-cü il tarixli, 9/9879 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 16 avqust 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 25.581,74 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (sualda qeyd edilən tarixə): - əsas borc üzrə – 23.646,09 manat; - faiz borcu üzrə – 1.935,65 manat. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-275/2024 saylı qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilə üzrə hesablanmış faizlərin silinməsi və s.” tələbinə dair qarşılıqlı iddiası ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-cü il tarixli, 9/2521 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, 16 avqust 2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2023-cü il tarixə banka olan borcu ümumilikdə 26.887.96 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (sualda qeyd edilən tarixə): - əsas borc üzrə – 25.646,09 manat; - faiz borcu üzrə – 1.241,87 manat. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən sonra 2.000,00 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspert qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2023-cü il tarixə göstərildiyindən 2.000,00 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Cavabdeh İddiaçı ASC-yə olan müqavilənin bitmə tarixindən sonra faiz borcunun illik 5 faizlə hesablanması haqqında arayışdan görünür ki, 1424,49 manat faiz borcu hesablanmışdır. Pretenziya məktubundan görünür ki, İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işdən də göründüyü kimi, bank tərəfindən borcun ödənilməsi barədə ilkin iddia tələbi, Cavabdeh tərəfindən isə gecikmə günlərinin silinməsi barədə məlumatın verilməsi öhdəliyinin bankın üzərinə qoyulması barədə qarşılıqlı iddia tələbi irəli sürülmüşdür. Hər iki iddia tələbi arasında qarşılıqlı əlaqə mövcuddur. Bu səbəbdən hər bir tələbə mərhələli şəkildə hüquqi qiymət verilməlidir. İlkin iddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə İddiaçı ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Mülki işə məhkəmədə baxıldığı dövrdə cavabdehin banka olan borcunun müəyyən edilməsindən ötrü məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, borca dair ekspert rəyi daxil olmuş, lakin sonuncu məhkəmə iclasında cavabdeh bankın təqdim etmiş olduğu iddia tələbinin dəqiqləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsini qəbul edərək, həmin ərizədə göstərilən borc məbləğləri ilə razı olduğunu bildirmiş və qeyd edilən məbləğdə banka olan borcunu qaytaracağını məhkəmənin diqqətinə çatdırmışdır. Azərbaycan Respublikası MPM-nin: - 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. - 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. - 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bununla da məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və ilkin iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İlkin iddiaya münasibət bildirdikdən sonra məhkəmə qarşılıqlı iddia tələbinə də qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ilkin iddianın təmin edilməsi qarşılıqlı iddianın təminini istisna edir. Belə ki, yuxarıda sadalanmış olan materiallarla sübuta yetirilmişdir ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması nəticəsində müqavilə münasibətləri yaranmış, cavabdeh tərəfindən öhdəlik yerinə yetirilməyincə mübahisə məhkəmənin həllinə verilmiş və nəticə etibarı ilə bankın tələbi həm mövcud sənədlər, həm də cavabdehin etirafı əsasında tam təmin edilmişdir. Qarşılıqlı iddia tələbində kredit borcu üzrə gecikdirilmiş günlərin sayının silinməsi barədə məlumat verilməsi tələb edilsə də, qeyd edilməlidir ki, hazırda həmin tələbin təmin edilməsi mümkünsüzdür. Belə ki, bankın borcun ödənilməsinə dair iddia tələbi təmin edilmiş olsa da, borc banka geri ödənilməmişdir. Bununla da borc ödənilmədiyi təqdirdə hazırki məqamda bankın üzərinə qarşılıqlı iddia tələbində irəli sürülmüş vəzifənin icrasının həvalə edilməsi sonuncunun hüquqlarının pozulması ilə nəticələnə bilər. Lakin qeyd edilməlidir ki, gələcəkdə borc öhdəliyi yerinə yetiriləcəyi təqdirdə hazırki qətnamə əsasında gecikmə günlərinin silinməsi barədə məlumat verilməsi öhdəliyinin bankın üzərinə qoyulması prosessual qənaət prinsipi baxımından cavabdehin eyni növ iddia tələbi ilə məhkəməyə müraciət etməsinin, bununla da əsassız məhkəmə çəkişmələrinin qarşısının alınmasına xidmət edəcəkdir. Ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə 168,73 manat, qarşılıqlı iddia üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair ilk iddiası təmin edilməli, 23.538,66 manat əsas borc, 1.266,01 manat faiz borcu, illik 5% olmaqla 1.424,49 manat, cəmi 26.229,16 manat pul vəsaiti, ödənilmiş 168,33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit borcu üzrə gecikdirilmiş günlərin sayının silinməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Bu qətnamə ilə müəyyən olunmuş borc məbləği (əsas, faiz və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu daxil olmaqla) ödənildikdən sonra İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə gecikdirilmiş günlərin sayının silinməsi barədə İddiaçı ASC tərəfindən Mərkəzi Kredit Reyestri Xidmətinə məlumatın verilməsi üçün əsasdır. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair ilk iddiası təmin edilsin. 23.538,66 manat əsas borc, 1.266,01 manat faiz borcu, illik 5% olmaqla 1.424,49 manat, cəmi 26.229,16 manat pul vəsaiti, ödənilmiş 168,33 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Cavabdeh İddiaçı ASC-yə qarşı “kredit borcu üzrə gecikdirilmiş günlərin sayının silinməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Bu qətnamə ilə müəyyən olunmuş borc məbləği (əsas, faiz və müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu daxil olmaqla) ödənildikdən sonra İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən yaranmış kredit borcu üzrə gecikdirilmiş günlərin sayının silinməsi barədə İddiaçı ASC tərəfindən Mərkəzi Kredit Reyestri Xidmətinə məlumatın verilməsi üçün əsasdır. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-275/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-275/2024
03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver