Məhkəmə qərarları › İş №e-2(006)-279/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-279/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-279/2024 19.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı "X12" Bakı filialının nümayəndəsi X7 iştirakı ilə, İddiaçı “X12” Bakı Filialının cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit borcu və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dairiddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X12” Bakı Filialı cavabdehlər X4 və Cavabdeh2 qarşı “kredit borcu və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X1 10.166,98 manat (Bundan 9.515,95 manat əsas borc və 651,03 manat faiz borcu təşkil edir) məbləğində 07 avqust 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 120,50 manat dövlət rüsumunun tutularaq «X12» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «X12» Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış «19» iyul 2022-ci il tarixli 664 №li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 17% olmaqla 48 ay müddətinə 10.100 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X12» Bakı filialı ilə X5 arasında 749 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1 – ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 291.44 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» 07 avqust 2023-cü il tarixə «Bank»a kredit borcu üzrə 3.497,28 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 1.713,00 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 27% ödəməlidir 07 avqust 2023-cü il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 10.166,98 manat təşkil edir. Bundan 9.515,95 manat əsas borc və 651,03 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh2 ilə bağlanmış 19 iyul 2022-ci il tarixli 664 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə X5 arasında 749 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Daha sonra iddiaçı “X12” Bakı Filialı məhkəməyə “iddia tələbi üzrə həcmin artırılması” barədə ərizə ünvanlayaraq, Cavabdeh2 və X1 10.506,58 manat (Bundan 9.515,95 manat əsas borc və 990,63 manat faiz borcu təşkil edir) məbləğində 07 avqust 2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 120,50 manat dövlət rüsumunun tutularaq «X12» Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "X12" Bakı filialının nümayəndəsi X10 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X12” Bakı Filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış 19 iyul 2022-ci il tarixli, 664 №li Kredit müqaviləsinin surətindən görünür ki, bank Cavabdeh2 48 ay müddətinə illik 17% faiz dərəcəsi ilə ödəmək şərtilə 10.100 manat məbləğində kredit vermişdir. İş materiallarında “X12” Bakı Filialı ilə X6 arasında bağlanmış 19 iyul 2022-ci il tarixli, 749 saylı Zaminlik zaminlik müqaviləsinə əsasən zamin X6 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X12” Bakı Filialı ilə Cavabdeh2 arasında bağlanmış 19 iyul 2022-ci il tarixli, 664 №li Kredit müqaviləsi üzrə 16 oktyabr 2023-cü il tarixə cavabdehin “X12” Bakı Filialına 9.515,95 manat əsas, 990,63 manat faiz, cəmi 10.506,58 manat borcu vardır. İş materiallarında olan “X12” Bakı Filialı tərəfindən cavabdehlərə ünvanlanmış 08 iyul 2023-cü il tarixli bildirişlərdən görünür ki, “X12” Bakı Filialı pretenziya qaydasına riayət edərək, cavabdehlər Cavabdeh2 və X2 borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Pretenziya məktubuna görə Cavabdeh2 və X3 08 iyul 2023-cü il tarixinə 8518,19 manat ssuda borcu, 997,76 banat vaxtı keçmiş ssuda borcu, 76,38 manat faiz borcu və 289,95 manat vaxtı keçmiş faiz borcu, cəmi 9882,28 manat borcları vardır. İş materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 120,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmçinin Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki cavabdehlər X6 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehlərdən 19 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 9.515,95 manat tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə 19 iyul 2022-ci il tarixli 664 saylı kredit sazişinə və 19 iyul 2022-ci il tarixli 749 saylı Zaminlik müqaviləsinə əsasən borc məbləği cavabdehlərə ünvanlanmış 08 iyun 2023-cü il tarixli pretenziya məktublarından (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X6 və Cavabdeh2 əsas borc üzrə 9515,95 manat, faiz borcu üzrə 366,33 manat, ümumilikdə 9882,28 manat borc və dövlət rüsumuna görə ödənilmiş 120,50 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X6 və Cavabdeh2 əsas borc üzrə 9515,95 manat, faiz borcu üzrə 366,33 manat, cərimə borcu üzrə 8,08 manat, ümumilikdə ümumilikdə 9882,28 (doqquz min səkkiz yüz səksən iki manat, iyirmi səkkiz qəpik) manat borc və dövlət rüsumuna görə ödənilmiş 120,50 manat məbləğində pul tutularaq “X12” Bakı Filialının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar