Məhkəmə qərarları › İş №e-2(006)-2801/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2801/2024

27.09.2024 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2801/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Yusibova Leylaxanım Seymur qızının katibliyi ilə, iddiaçı Basımov Natı̇ q Qəmbər oğlunun nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh "ṫ ıderkrarqA" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Qasımov Natı̇ q Qəmbər oğlu cavabdeh "ṫ ıderkrarqA" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredit Təşkilatına qarşı ("xxxx" MMC-ni və Xətai rayon İcra Şöbəsini mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qasımov Natı̇ q Qəmbər oğlu cavabdeh "ṫ ıderkrarqA" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredit Təşkilatına və "xxxx" ASC-yə qarşı "ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1010/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən X3 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı, X2 və X7 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Xətai rayon İcra Şöbəsinin xx/xx-25435/16 nömrəli xx.xx.2016-cı il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. Açıq hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli 01/2550 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ilkin satış qiyməti 80000 manat olmaqla birinci hərracı keçirilmişdir. Daha sonra, açıq hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli 01/2886 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 manat olmaqla ikinci hərracı keçirilmişdir. Hərracların heç biri baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2016-cı il tarixli nömrəsində dərc edilmişdir. Qeyd edir ki, mövcud qanunvericiliyin tələbləri kobudcasına pozularaq hərracın keçirilməsi yeri və vaxtı barədə ipoteka qoyan İddiaçı bildiriş göndərilməmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MMC-nin vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə olunmuş sənədlər də bunu təsdiq edir. Göründüyü kimi qanunvericiliyin qeyd olunan tələbi kobud şəkildə pozulmuşdur. İpoteka predmetinin mülkiyyətçisi olan İddiaçı qeydiyyatda olaraq yaşadığı ünvan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinə heç bir rəsmi bildiriş göndərilməmişdir. Bundan başqa, 2 dəfə hərrac keçirilməsinə baxmayaraq "xxxx" ASC-nin ipoteka predmetini əldə etməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq xx.xx.2022-ci il tarixdə ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-3494/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh2 QSC-nin apellyasiya şikayətinə baxan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1997/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir. Qətnamədə qeyd edilir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə dair ipoteka hüququ üzrə tələb S-FK-1188 nömrəli, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən yeni kreditora, yəni Cavabdeh2 QSC-yə güzəşt edilmişdir. Hər iki müqavilə (kredit və ipoteka müqavilələri) üzrə yaranmış öhdəliklərlə hazırki mülki iş üzrə cavabdeh qismində cəlb olunmuş "xxxx" ASC-nin hər hansı bağlılığı qalmamış, tələb hüququ Cavabdeh2 QSCyə güzəşt edilmiş və o ipotekasaxlayan olaraq tanınmışdır. Belə olan halda iş üzrə qəbul ediləcək istənilən qətnamə ilə Bankın maraqlarına toxunması istisna olunur. Halbuki, mülki hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. Məhkəmənin gəldiyi qənaətə görə iddiaçının müvafiq subyektiv hüququ mövcud olsa da, onun hazırki cavabdeh tərəfindən pozulması faktı müəyyən edilməmişdir. Belə ki, iddia cavabdeh "xxxx" ASC-yə deyil, ipoteka yüklülüyünə xitam verilməsi səlahiyyətinə malik olan və bu istiqamətdə qanunsuz olması ehtimal edilən hərəkətlərə yol verən şəxsə qarşı yönəldilməli idi. iddiaçı Qasımov Natı̇ q Qəmbər oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dəqiqləşdirməyə dair iki dəfə ərizə verərək sonda iddiaçı Qasımov Natı̇ q Qəmbər oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dəqiqləşdirməyə dair ərizə verərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı Qasımov Natı̇ q Qəmbər oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "ṫ ıderkrarqA" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X5 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: Səbail Rayon Məhkəməsinin 2(009)-1795/2014 saylı, 31 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 30.000 manat əsas, 4095 manat faiz, 140 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 34.265 manat məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə, tutmanı həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Bankın tələblərinin ödənilməsi, İddiaçı, X2 və X7 həmin yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etmələri qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1010/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilmiş, X3 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı, X2 və X7 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmişdir. "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə və borclu X8 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2016-cı il tarixli, 01 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, mənzil 105 satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 29 avqust 2016-cı il tarixə təyin edilmişdir. "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə və borclu X8 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2016-cı il tarixli, 02 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, mənzil 105 satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 03 oktyabr 2016-cı il tarixə təyin edilmişdir Mülki işin materiallarında olan görünür ki, hərracların heç biri baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2016-cı il tarixli nömrəsində dərc edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzili xx.xx.2008 və xx.xx.2011-ci il tarixli müraciətlərə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin, xx.xx.2019-cu il tarixli müraciətə əsasən Aqrarkredit BOKT QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3494/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış İddiaçı qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1997/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3494/2022 saylı 31 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi qət edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 1010/2015 nömrəli xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən X3 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı, X2 və X7 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmişdir. Açıq hərracın keçirilməsinə dair bildirişlərdən görünür ki, iki dəfə hərrac keçirilmiş, lakin hərracların heç biri baş tutmamış, xx.xx.2022-ci il tarixdə ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3494/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1997/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi subyektiv cavabdehə qarşı yənəlmədiyindən ləğv edilmiş və iddia rədd edilmişdir. Hazırda iddiaçı Basımov Natı̇ q Qəmbər oğlu məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə ilk olaraq onu vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh2 QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satınalınması ilə bağlı müvafiq sənədlərin təhvil-təslimina dair S-FK-1188 nömrəli, xx.xx.2018-ci il tarixli akta əsasən borclu şəxs X6 tərəfi olduğu xx.xx.2011-cü il tarixli 140 nömrəli kredit müqaviləsinə dair tələb (025 saylı, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsi ilə) müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılaraq, yeni şəxsə Cavabdeh2 QSC BOKT-a güzəşt edilmişdir. Bununla əlaqədar iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzili Cavabdeh2 QSC-nin xeyrinə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4066 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1010/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinin icrası məqsədilə keçirilmiş hərracdan sonra kredit müqaviləsi ilə bağlı, o cümlədən əsasında qəbul edilmiş məhkəmə aktları və yaranmış öhdəliyin icrasını təmin edən iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə dair ipoteka hüququ üzrə tələb S-FK-1188 nömrəli, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən yeni kreditora güzəşt edilmişdir. Bununla əlaqədar mübahisəli Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzili xx.xx.2019- cu il tarixdə Cavabdeh2 QSC-nin xeyrinə yüklü edilmişdir. Beləliklə qeyd olunan hər iki müqavilə (kredit və ipotek müqavilələri) üzrə yaranmış öhdəliklərlə hazırki mülki iş üzrə cavabdeh qismində cəlb olunmuş "xxxx" ASC-nin hər hansı bağlılığı qalmamış, tələb hüququ Cavabdeh2 QSCyə güzəşt edilmiş və o ipoteka saxlayan olaraq tanınmışdır. Belə olan halda hazırda İddiaçı "ṫ ıderkrarqA" Qapalı Səhmdar Cəmı̇ yyəti Bank Olmayan Kredit Təşkilatına qarşı "ipotekaya xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi qanunvericiliyin qeyd olunan tələbi kobud şəkildə pozulmuşdur. İpoteka predmetinin mülkiyyətçisi olan İddiaçı qeydiyyatda olaraq yaşadığı ünvan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinə heç bir rəsmi bildiriş göndərilməmişdir. Bundan başqa, iki dəfə hərrac keçirilməsinə baxmayaraq, tələbkar ipoteka predmetini əldə etməmişdir. Ona görə də İddiaçı “İpoteka haqqında” qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. «İpoteka Haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Eləcə də həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi kimi haqlı olaraq ipotekaya xitam verilməsini tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməli, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilsin və həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar