Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-281/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası; Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı MMCyə, X7 və X4 qarşı «müqavilənin etibarsız hesab edilməsi, dəymiş mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış nisyə satış müqaviləsi üzrə 2.115 manat 06 qəpik əsas borc, 634 manat 54 qəpik cərimə olmaqla, 2.749 manat 60 qəpik borcun və ödənilmiş 20 manat dövlət rüsumunun borclu Cavabdeh kreditor İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2(006)-5001/2021 saylı məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Sonradan, borclu Cavabdeh həmin məhkəmə əmrinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin 22 iyul 2021-ci il tarixli e-2(006)-5001/2021 saylı qərardadı ilə etiraz ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2(006)-5001/2021 saylı məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçilmiş, sonrakı prosessual hərəkətlərin aparılması vaxtı və yeri təyin edilmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı MMC borclu Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə satış müqaviləsinə əsasən borcluya 2.210 manat 06 qəpik məbləğində məişət məhsulunu kreditlə – nisyə satılmışdır. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə borclu tərəfindən əməl edilməmiş, o, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 353 manat məbləğində icra etməmiş və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmışdır. Borcluya dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin 0.3-cü bəndinə görə, alıcı (borclu) qalan borcun ödənilməsini gecikdirdiyi halda, gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə) pulu ödəməyi öhdəsinə götürür. Cavabdeh İddiaçı MMC-yə, X7 və X4 qarşı «müqavilənin etibarsız hesab edilməsi, dəymiş mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ilə aralarında 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlər X12 və X10 tərəfindən ona vurulmuş 10.000 manat mənəvi zərərin ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını; habelə iddia ərizəsində göstərilən əsaslarla bağlı cavabdehlər barəsində xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ona qarşı «ödənilməmiş əsas borca görə 2.155,06 manat, dəbbə pulu 634,54 manat, cəmi 2.749,60 manat və 20 manat dövlət rüsumu məbləğində pulun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İşə baxan məhkəmə MPM-nin 275, 276, 280, 282-ci və 284-cü maddələrinə istinad etmişdir. Onun tərəfindən əmrə etiraz verildikdən sonra, məhkəmə tərəfindən çıxarılmış məhkəmə əmri ləğv edilmiş və mülki iş iddia icraatına keçmişdir. İlk iddia üzrə İddiaçı MMC ona qarşı ödənilməmiş əsas borca görə 2.155,06 manat, dəbbə pulu 634,54 manat, cəmi 2.749,60 manat və 20 manat dövlət rüsumu məbləğində pulun tutulmasını ondan tələb edir. O, İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi verərək, 16.12.2019-cu il tarixli OPLK001134 saylı nisyə satış müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı MMC-də işləyən X12 və X2 ona dəymiş 10.000 manat mənəvi zərərin ödənilməsi və mülki iş üzrə xüsusi qərardadın çıxarılması tələbi irəli sürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, vaxtı ilə tanıdığı X5 işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən «Optimal Live» mağazasından 18.09.2019-cu il tarixdə 12 aylıq kredit müqaviləsi əsasında 1 ədəd dəyəri 462 manata «Apple» qulaqcıq almışdır. Səhhəti ilə bağlı ödənişində bir neçə gün gecikməyə yol vermiş, sonradan kredit borcunu öyrənmək üçün həmin dükana yaxınlaşmış, kredit eksperti isə baxıb ona 1 krediti yox, 3 aktiv krediti olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, dükanda mütəxəssis işləyən Rəşid Məmmədov onun iştirakı və imzası olmadan ümumilikdə 2.279 manat dəyərində «İphone 11 6 GB Red» markalı və naqilsiz qulaqcığı götürmüş, Rəşid Məmmədov imzasını saxtalaşdıraraq müqaviləyə onun əvəzinə imza etmişdir. O, dərhal bu barədə Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna rəsmi ərizə ilə müraciət etmişdir. Prokurorluq işi araşdırmaq üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə göndərmişdir. Orada işin aparılması Bakı şəhəri Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Şahin Fərhadova həvalə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə onun, yəni Cavabdeh arasında bağlanmış 19.09.2019-cu il tarixli OPLK00802 saylı, 16.12.2019-cu il tarixli OPLK01134 saylı və 07.01.2020-ci il tarixli OPLK01210 saylı nisyə alğı-satqı müqavilələrinin surəti alınaraq materiala əlavə edilmişdir. Bundan başqa, X8 müəyyən edib izahatını almaq mümkün olmadığından, prosessual qanunvericilikdə nəzərdə tutulmuş araşdırma müddəti bitdiyindən, əmələ hüquqi qiymət vermək mümkün olmadığından, toplanmış material üzrə cinayət işi başlanması Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən 13.04.2020-ci il tarixdə rədd edilmişdir. Bundan başqa, o, bu problemlə bağlı İddiaçı MMC-yə gedərək orada izahat vermiş və onun heç bir günahının olmaması İddiaçı MMC-də tam sübuta yetirilmişdir. Amma buna baxmayaraq, İddiaçı MMC onu məhkəməyə vermişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, sözügedən müqavilə üzrə heç bir yerdə imza etməmiş və imzaların hamısı onun tərəfindən icra edilməmişdir. Eyni zamanda, göründüyü kimi, cavabdehlər X12 və X10 tərəfindən saxtalaşdırma edilmişdir. Xüsusən qeyd etmək istəyir ki, bu məsələ başlayandan onda psixoloji problemlər yaranıb, gecələr yata bilmir, mənfi psixi reaksiyalar yaranıb, iztirab hissləri keçirir və bir sözlə daxilində bu məsələni boğa bilmir. Nisyə satış müqaviləsinin 1 saylı əlavəsindən, 3 saylı əlavəsindən və təhvil-təslim aktından açıq aydın görünür ki, onun imza etdiyi hissələrdə imzaların hamısı müxtəlifdir. Bundan başqa, o, bu məsələ başlayandan özündə psixoloji problemlər yarandığından, gecələr yata bilmədiyindən, mənfi psixi reaksiyalar yarandığından, iztirab hissləri keçirdiyindən, cavabdehlər X12 və X10 tərəfindən ona vurulmuş mənəvi zərəri 10.000 manat həddində qiymətləndirir. Bundan başqa, hesab edir ki, bu işdə sənəd saxtalaşdırılması var və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsinin tərkibi var. Göründüyü kimi, irəli sürdüyü qarşılıqlı iddia tələbi tam əsaslıdır. Qətnamə qəbul olunan zaman qarşılıqlı iddia üzrə cavabdehlər barəsində xüsusi qərardad çıxarılmalı və Prokurora xəbər verilməlidir. İlk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, digər məhkəmənin icraatında olan iş üzrə başqa MMC-nin nümayəndəsi qismində iştirak etməsi səbəbilə hazırki iş üzrə təyin edilmiş məhkəmə iclasının başqa tarixə təxirə salınması xahiş edilmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh işin artıq uzun müddətdir ki, davam etdiyini qeyd edərək, İddiaçı MMC-nin nümayəndəsinin digər məhkəmənin icraatında olan iş üzrə başqa MMC-nin nümayəndəsi kimi iştirak etməsi üçün məhkəmə iclasının təxirə salınmasına dair ərizəsinin təmin edilməməsini və mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsi səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə mülki işə ilk iddia üzrə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdehlər X7 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə qarşılıqlı iddia üzrə cavabdehlər X5 və X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Cavabdeh izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - kreditor İddiaçı MMC ilə borclu Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğı-satqı müqaviləsinin əslindən görünür ki, 2.210 manat 06 qəpik məbləğində məişət məhsulu kreditlə – nisyə şəklində borcluya satılmışdır. Müqavilədə Cavabdeh şəxsiyyət vəsiqəsi məlumatları və imzası olması əks edilmişdir. Həmçinin müqavilədə MMC-nin etibarnamə əsasında məsul şəxsləri X5 və Məmmədov Rəşad oğlunun imzaları əks edilmişdir. - qeyd edilən müqavilənin 3-cü bəndindən görünür ki, müqaviləyə əsasən Satıcı Alıcıya siyahısı Təhvil-Təslim aktında (əlavə 2) göstərilən Mal(lar) satır. Alıcı isə həmin mal(lar)ı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada Mal(lar)ın dəyərini Satıcıya ödəyir. - 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğı-satqı müqaviləsinə eyni tarixli 1 saylı Əlavədən (ödəniş cədvəli) görünür ki, Cavabdeh 16.12.2019-cu il tarixdən ödəməyə başlayaraq 16.05.2020-ci il tarixə kimi hər ay 353 AZN, 16.06.2020-ci il tarixdə isə 350.06 AZN ödəməlidir. - 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğı-satqı müqaviləsinə eyni tarixli 2 saylı Əlavədən (Təhvil-Təslim aktı) görünür ki, İddiaçı MMC-nin nümayəndəsi Emil Babayev həmin müqavilədə nəzərdə tutulan məişət avadanlığını (1 ədəd dəyəri 2.210.06 manat göstərilmiş mobil telefon İphone 11 64 Gb Red) Cavabdeh təhvil verdi. - 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğı-satqı müqaviləsinə eyni tarixli 3 saylı Əlavədən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldığı qarşılıqlı razılaşmaya əsasən dəyərini hissə-hissə ödəmək nəzərdə tutulmuş Apple İphone 11 Red 64 Gb markalı İMEİ kodu **********3773 olan mobil cihazı borcu yarandığı təqdirdə İddiaçı MMC tərəfindən bu mobil cihazın İMEİ nömrəsini deaktiv edilməsinə, bağlanmasına etirazı yoxdur. - İddiaçı MMC-nin maliyyə departamentinin və direktorun imzaladığı və MMC-nin möhürü ilə təsdiq edilmiş 08 iyun 2021-ci il tarixli MMC-nin Cavabdeh ilə arasında bağlanmış 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğı-satqı müqaviləsi üzrə ödənilməmiş borc məbləğinə və gecikdirilmiş hər gün üçün borc məbləğinin 0,3 %-i həcmində hesablanmış cərimə (dəbbə) puluna dair maliyyə arayışı adlanan sənədin surətindən görünür ki, kreditin məbləği 2210,06 AZN, ödənilməmiş əsas borc 2115,06 AZN, hesablanmış cərimə məbləği 634.51 AZN, cəmi məbləğ isə 2749 AZN təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2021-ci il tarixli 4/1648 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış OPLK01134 nömrəli 16 dekabr 2019-cu il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsində «Alıcı:» qrafasındakı imza; həmin müqaviləyə 1 saylı əlavədə «Borclu» qrafasındakı imza; həmin müqaviləyə 2 saylı əlavə təhvil-təslim aktında «Təhvil aldı:» qrafasındakı imza; müqaviləyə 3 saylı əlavədə «Alan:» qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 127 manat təşkil edir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Huquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin 14.04.2021-ci il tarixli çıxarışlarına əsasən İddiaçı MMC 27.11.2013-cü ildə qeydiyyata alınmış, təsisçisi və qanuni nümayəndəsi X13r. - Bakı şəhəri Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Şahin Fərhadovun Cavabdeh müraciəti əsasında toplanmış 1 saylı NK-315 saylı material üzrə 13.04.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi qərarının təsdiq edilmiş surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. X1 müəyyən edib izahatını almaq mümkün olmaması, prosessual qanunvericilikdə nəzərdə tutulmuş araşdırma müddətinin bitməsi, habelə əmələ hüquqi qiymət vermək mümkün olmaması ilə əsaslandırılmışdır. Beləliklə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ilk iddiaçı cavabdehə 2.210 manat 06 qəpik məbləğində məişət məhsulunu kreditlə – nisyə satmasını, kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməməsini, kreditin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada, yəni aylıq 353 manat məbləğində icra etməməsini və nəticədə onun kreditor qarşısında öhdəliyi yaranmasını iddia etmiş, cavabdeh isə 2.279 manat dəyərində «İphone 11 6 GB Red» markalı mobil telefonu deyil, 18.09.2019-cu il tarixdə 12 aylıq kredit müqaviləsi əsasında 1 ədəd dəyəri 462 manata «Apple» qulaqcıq almasını, kredit borcunu öyrənərkən onun 1 krediti yox, 3 aktiv krediti olduğunun ona bildirilməsini, Rəşid Məmmədov tərəfindən onu imzası saxtalaşdırılaraq müqaviləyə onun əvəzinə imza etməsini göstərərək ilk iddiaya etiraz etmiş və sözügedən müqavilənin qanuniliyini qarşılıqlı iddia qaydasında mübahisələndirmişdir. Bakı şəhəri Nəsimi Rayon 21-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Şahin Fərhadovun 1 saylı NK-315 saylı material üzrə 13.04.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi qərarından göründüyü kimi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.09.2019-cu il tarixli OPLK00802 saylı, 16.12.2019-cu il tarixli OPLK01134 saylı və 07.01.2020-ci il tarixli OPLK01210 saylı nisyə alğı-satqı müqavilələri bağlanmışdır. Lakin hazırki iş üzrə ilk iddia üzrə iddiaçı iddia tələbinin əsası kimi 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğı-satqı müqaviləsinə istinad etmiş, qarşılıqlı iddiaçı da məhz həmin nisyə alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini mübahisələndirmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İlk iddia tələbinə əsasən tərəflər arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan MMC öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən əmlakı cavabdehə vermiş, bunun nəticəsində bağlanmış müqavilə və ona edilmiş əlavələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmiş, müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin MMC qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəliklərin icra edilməməsinə görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh etirazında ona qarşı qaldırılan iddianın əsasını təşkil edən müqavilədəki imzanın onun tərəfindən icra edilməməsini göstərdiyi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, nəinki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış OPLK01134 nömrəli 16 dekabr 2019-cu il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsində «Alıcı:» qrafasındakı imza, habelə həmin müqaviləyə 1 saylı əlavədə «Borclu» qrafasındakı, 2 saylı əlavə təhvil-təslim aktında «Təhvil aldı:» qrafasındakı və 3 saylı əlavədə «Alan:» qrafasındakı imzalar da Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə ekspert rəyinə qiymət verərək hesab edir ki, ilk iddianın əsası kimi istinad edilən müqavilə Cavabdeh tərəfindən imzalanmadığı üçün tərəflər arasında müqavilə münasibətləri yaranmasına dair ilk iddiaçının dəlilləri əsassızdır. Belə olan halda isə Cavabdeh ilk iddia üzrə iddiaçı qarşısında OPLK01134 nömrəli 16 dekabr 2019-cu il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsi üzrə hər hansı öhdəlik və vəzifə daşıyıcısı kimi qiymətləndirilə və ilk iddia da əsaslı sayıla bilməz. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərarında göstərilmişdir ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Həmin qərarda həmçinin göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən qərarında vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki Məcəllənin 337.1, 337.2-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Məhkəmə hesab edir ki, OPLK01134 nömrəli 16 dekabr 2019-cu il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsi özü özlüyündə etibarsız əqddir və bu səbəbdən həmin müqavilə etibarsız hesab edilməlidir. Lakin məhkəmə qarşılıqlı iddianın cavabdehlər X12 və X10 tərəfindən mənəvi ziyanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Cavabdehlər X12 və X10 tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkətlər etməsinə dair sübutlar təqdim etməsə də, faktiki olaraq sonuncuların adları və imzaları əks edilmiş OPLK01134 nömrəli 16 dekabr 2019-cu il tarixli əşyanın nisyə alğı-satqı müqaviləsinin Cavabdeh tərəfindən deyil, digər şəxs tərəfindən imzalanması və onun adına ayrı şəxs (şəxslər) tərəfindən əşya əldə edilməsi xüsusatlarına məhkəmənin xüsusi qərardadı ilə hüquqi qiymət veriləcəkdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 20 manat, qarşılıqlı iddia ərizəsi təqdim olunması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddiası rədd edilməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı MMC-yə, X7 və X4 qarşı «müqavilənin etibarsız hesab edilməsi, dəymiş mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli; 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğısatqı müqaviləsi etibarsız hesab edilməli, ödənilmiş 20 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 127 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia üzrə İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair ilk iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı MMCyə, X7 və X4 qarşı «müqavilənin etibarsız hesab edilməsi, dəymiş mənəvi zərərin ödənilməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. 16.12.2019-cu il tarixli OPLK01134 saylı nisyə alğı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 127 manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-281/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-281/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver