Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2821/2025 16.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105491-2622/1 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixə banka borclu olduğu 2.678,95 manat əsas borc, 42,29 manat faiz borcu olmaqla, ümumilikdə 2.721,24 manat borcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 47,21 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X11 arasında kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən müqavilə üzrə kredit borcu xx.xx.2019-cu il tarixdə restrukturizasiya olunmuşdur. Müqaviləyə əsasən kredit məbləği 2.678,95 manat illik 1% (bir faiz) dərəcəsi ilə 60 (altmış) ay müddətinə restruktrizasiya edilmişdir. Eyni zamanda, kredit öhdəliyinin təminatı olaraq Cavabdeh ilə bank arasında xx.xx.2019-cu il tarixdə 271460-7-11285 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu şəxs X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Borclu üzərinə götürdüyü öhdəliklərini xx.xx.2020-ci il tarixdən icra etməmiş və nəticədə banka ümumilikdə 2.721,24 manat məbləğində borc yaranmışdır. Borc üzrə cərimə tətbiq edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədilə bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bank tərəfindən cavabdehə pretenziya qaydasında müraciət olunmuşdur.
3. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. a) Məhkəmə prosesi:
4. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, ekspert rəyi ilə razı olduğunu, heç bir etirazının olmadığını bildirib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) İş materialları:
7. İddiaçı ASC (bank) ilə X11 (kredit alan) arasında bağlanmış xx.xx.2012-ci il tarixli 105491-2622 nömrəli nağd pul krediti müqaviləsindən görünür ki, bank borcalana 3.000 ABŞ dolları məbləğində kredit verməyi, kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə banka illik 28 faiz faiz ödəməyi öhdəsinə götürür. Kredit 24 ay müddətinə, istehlak (məişət avadanlıqlarının alınması) məqsədi üçün verilir.
8. İddiaçı ASC (bank) ilə X11 (kredit alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105491-1-2622/1 nömrəli nağd pul krediti müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə əlaqədar restruktrizasiya olunur. Müqavilədən görünür ki, bank tərəfindən kredit alana qeyd edilən fərmana uyğun olaraq xx.xx.2012-ci il tarixli 105491-2622/1 nömrəli kreditin restruktrizasiya məqsədilə 60 ay müddətinə, illik 1 % ödəmək şərtilə 2.678,95 manat məbləğində kredit verilmişdir.
9. İddiaçı ASC (bank) ilə Cavabdeh (zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 271460-7-11285 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit alan xx.xx.2019-cu il tarixli 105491-1-2622/1 nömrəli nağd pul krediti müqaviləsi ilə bağlı öhdəliklər üzrə bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin həmin öhdəliyin tam icra edilməsini öhdəsinə götürür.
10. İddiaçı ASC tərəfindən borclu X6 və zamin Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, onlara müqavilə üzrə yaranmış borcun 3 iş günü müddətində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə iddiaçı tərəfindən 47,21 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
12. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2019-cu il tarixli 105491-1-2622/1 nömrəli nağd pul krediti müqaviləsi üzrə həmin tarixə İddiaçı ASC-yə 2678.95 manat əsas, 42.29 manat faiz borcu vardır.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X7 ilə X1 xx.xx.1958-ci il təvəllüdlü X5 və xx.xx.1962-ci il təvəllüdlü X3 doğumu haqqında məlumat aşkar edilmişdir. Eyni zamanda, X11 ilə Məmmədova (Baxşəliyeva) Alya Məmmədhəsən qızının nikahı xx.xx.1983-cü ildə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir və bu nikahdan onların xx.xx.1984-cü il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. xx.xx.2020-ci ildə vəfat etmiş X5 ölümü xx.xx.2020-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsində qeydə alınmışdır. “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində onun adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3468 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli 105491-1-2622/1 nömrəli restruktrizasiya müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X5 İddiaçı ASC-yə əsas və faiz borcu xx.xx.2022-ci il tarixinə aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 2.678,94 manat, faiz borcu üzrə 61,17 manat.
15. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsinin “Vərəsəlik işinin açılıb-açılmaması barədə məlumatın verilməsi” bölməsindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X5 adına vərəsəlik işi açılmamışdır.
17. İş materiallarına ödəniş cədvəli, hesabdan çıxarış, cavabdehin pretenziya məktubunu almaqdan imtina etməsi barədə tərtib edilmiş akt da əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə X11 arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 24 ay müddətinə illik 28 % ödəmək şərtilə 3.000 ABŞ dolları məbləğində kredit verilmiş, tərəflər arasında sonradan bağlanmış xx.xx.2019-cu il tarixli krediti müqaviləsinə əsasən isə həmin kreditin restrukturizasiyası məqsədilə ona 60 ay müddətinə, illik 1 % ödəmək şərtilə 2.678,95 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi eyni tarixdə bağlanmış zaminlik müqaviləsinə görə, hazırkı iş üzrə Cavabdeh X5 bank qarşısında yaranmış öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımağa razılıq vermişdir.
19. Lakin müqavilə qüvvədə olduğu müddət ərzində - xx.xx.2020-ci il tarixdə X11 vəfat etmiş, növbəti aydan isə kredit üzrə ödənişlərin edilməsi zamin tərəfindən təmin edilməmişdir. Ödənişlər edilmədiyindən xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı borcalan və zaminə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin borc yenə də ödənilməmişdir.
20. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh müqavilə üzrə yaranmış 2.678.95 manat əsas, 42,29 manat faiz borcu olmaqla, cəmi 2.721,24 manat borcu və məhkəmə xərclərini tələb edir.
21. İş üzrə tam, obyektiv və hərtərəfli tədqiqat aparılması məqsədilə təyin edilmiş ekspertiza tədqiqatının nəticəsində məhkəməyə təqdim edilmiş ekspert rəyində aralarında olan müqavilə üzrə pretenziya ilə təyin edilmiş müddətin sonuna – xx.xx.2022-ci il tarixinə tələb edilən məbləğdən az - 2.678,94 manat əsas, çox - 61,17 manat faiz borcunun yaranması müəyyən edilmişdir.
22. İş üzrə aparılmış araşdırma zamanı borclunun adına vərəsəlik işinin açılmaması məhkəmə tərəfindən müəyyən edilmişdir. c) Məhkəmənin mövqeyi:
23. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmiş, X11 (borclu) və Cavabdeh (zamin) isə öz öhdəliklərini tam və vaxtında icra etməmişdirlər. Mülki qanunvericiliyin normaları baxımından onların hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.
24. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi üzrə borclu X11 xx.xx.2020-ci ildə vəfat etsə də, Cavabdeh borclu X11 ilə birlikdə İddiaçı ASC qarşısında eyni həcmdə məsuliyyət daşıması barədə məsuliyyəti öz üzərinə götürdüyündən, İddiaçı ASC zaminə qarşı hazırkı tələbi irəli sürmək hüququna malik olmuşdur. Bu halda borclunun ölməsi əsas öhdəliyin xitamına səbəb olmur, nə də zaminliyə xitam verilməsi üçün əsas yaratmır. Belə ki, öhdəliklərə xitam verilməsi əsasları Mülki Məcəllənin 527-ci maddəsində, zaminliyə xitam verilməsi əsasları isə həmin Məcəllənin 477-ci maddəsində qeyd edilmişdir.
25. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümünün zaminlik müqaviləsinə xitam verilməsinin əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir.
26. Belə olan məhkəmə qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh zamin olaraq borclu X11 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıdığından, zaminlik müqaviləsinə xitam verilməsinə əsas olmadığından, iddiaçı Cavabdeh qarşı iddia tələbi irəli sürməkdə qismən haqlı olmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, X5 adına vərəsəlik işi açılmamışdır. Nəzərə alınması zəruridir ki, zamin həm də onun arvadı olmuşdur.
27. İddia tələbinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı maliyyə arayışının verildiyi xx.xx.2025-ci il tarixli göstəricilərə müvafiq olaraq müqavilə üzrə yarandığını iddia etdiyi 2.678,95 manat əsas və 42,29 manat faiz borcunun cavabdehdən tutulmasını tələb etmiş, məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə əsasən iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyada müəyyən edilmiş xəbərdarlıq müddətinin sonuna, yəni xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya tələb edilən məbləğdən cüzi məbləğdə az əsas borc və tələb ediləndən çox faiz borcu olması müəyyən edilmişdir.
28. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsini tələb etməsi, yəni iddiaçının pretenziya edərək cavabdehdən bütün borcun ödənilməsini tələb etməsi ilə bağlı pretenziya verdikdən sonra pretenziyada müəyyən edilmiş müddətin keçməsi ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur.
29. Ekspert rəyində göstərilən əsas borcun məbləği iddiaçı tərəfindən tələb edilən faiz borcunun məbləğindən az, faiz borcunun məbləği isə iddiaçı tərəfindən tələb edilən faiz borcunun məbləğindən yüksək olduğuna görə məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən ekspert rəyində göstərilən 2.678,94 manat əsas, iddiaçı tərəfindən tələb edilən 42,29 faiz borcu olmaqla, cəmi 2.721,23 manat məbləğində pul iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı: Vərəsələrdən fərqli olaraq, zaminin məsuliyyətinin həddi miras əmlakın dəyəri ilə məhdudlaşmır. Bu isə zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 2.678,94 manat, faiz borcu üzrə 42,29 manat olmaqla, cəmi 2721,23 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilrilməli, iddia qalan hissədə təmin edilməməlidir.
35. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iş üzrə ödənilmiş 47,21 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Əsas borc üzrə 2.678,94 (iki min altı yüz yetmiş səkkiz manat doxsan dörd qəpik) manat, faiz borcu üzrə 42,29 (qırx iki manat iyirmi doqquz qəpik) manat olmaqla, cəmi 2721,23 (iki min yedd yüz iyirmi bir manat iyirmi üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASCyə ödənilsin. İş üzrə ödənilmiş 47,21 (qırx yeddi manat iyirmi bir qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova