Məhkəmə qərarları › İş №e-2(006)-2873/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2873/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2873/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 99/1436/RES nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 01 (bir) faiz dərəcəsi ilə 5.305 (beş min üç yüz beş manat) AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 18 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 5.1.3-cü bəndinə əsasən müqavilə qüvvədə olduğu müddət ərzində kreditin təminatının mövcudluğunu və vəziyyətini, о cümlədən zaminlərin əmlak və maliyyə vəziyyətini istənilən vaxt yоxlamaq. “Bоrcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi və ya çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək barədə Bankın hüququ vardır. Kredit müqaviləsinin 5.1.4-cü bəndinə əsasən “Borcalan” öz öhdəliklərini bu müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət etmək və bunun üçün zəruri tədbirlər görmək barədə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-R-21-4913/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 4.814,16 (dörd min səkkiz yüz on dörd manat 16 qəpik) AZN təşkil edir. Bundan 4.168,34 (dörd min bir yüz altmış səkkiz manat 34 qəpik) AZN əsas, 60,60 (altmış manat 60 qəpik) AZN faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 585,22 (beş yüz səksən beş manat 22 qəpik) AZN faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, cəmi 4.814,16 (dörd min səkkiz yüz on dörd manat 16 qəpik) AZN borc olmaqla -bundan 4.168,34 (dörd min bir yüz altmış səkkiz manat 34 qəpik) AZN əsas, 60,60 (altmış manat 60 qəpik) AZN faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 585,22 (beş yüz səksən beş manat 22 qəpik) AZN faiz borcunun və iş üzrə ödənilmiş 68.15 (altmış səkkiz manat on beş qəpik) AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasənmülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir, lakin bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan LPO "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 18 may 2019-cu il tarixli, 99/1436/RES nömrəli güzəştli şərtlərlər kreditin verilməsi barədə kredit müqaviləsindən görünür ki, kreditverən tərəfindən borcalana 36 ay müddətinə illik 01 faiz dərəcəsi ilə 5.305 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan LPO "xxxx" ASC ilə X1 arasında bağlanan 18 may 2019-cu il tarixli, 99/1436/RES nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin (Cavabdeh1) borclunun (Cavabdeh2) Bank qarşısında kredit üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Mülki işin materiallarında olan LPO "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2025-ci il tarixinə LPO İddiaçı ASC-yə 4168.34 AZN (dörd min yüz altmış səkkiz manat, otuz dörd qəpik) əsas, 60.60 AZN (altmış manat, altmış qəpik) faiz, gecikdirilmiş vaxt üçün 585.22 AZN (beş yüz səksən beş manat, iyirmi iki qəpik) faiz borcu olmaqla, cəmi 4814.16 AZN (dörd min səkkiz yüz on dörd manat, on altı qəpik) borcu yaranmışdır. Mülki işin materiallarında olan LPO "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh2 (borcalan) və Cavabdeh1 (zamin) göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehlərin LPO "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə 4228.94 AZN (dörd min iki yüz iyirmi səkkiz manat, doxsan dörd qəpik) vaxtı keçmiş əsas borcu yaranmışdır. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, 18 may 2019-cu il tarixli, 99/1436/RES nömrəli kredit müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 1% dərəcəsi ilə 5305 manat məbləğində kredit verilmiş, Cavabdeh2 həmin krediti vaxtlı-vaxtında banka qaytarmağı öhdəsinə götürmüş, eyni zamanda həmin kredit müqaviləsinin təminatı kimi iddiaçı LPO İddiaçı ASC ilə digər Cavabdeh1 arasında 18 may 2019-cu il tarixli, 99/1436/RES nömrəli zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin Cavabdeh1 borclunun kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsinə dair Bank qarşısında borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilələr üzrə üzərlərinə düşən öhdəliklərini tam icra etməmiş və nəticədə onların iddiaçı LPO İddiaçı ASC-yə ödənilməmiş borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, Cavabdeh2 ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə, maliyyə arayışına əsasən onun Bank qarşısında xx.xx.2025-ci il tarixinə 4168.34 AZN (dörd min yüz altmış səkkiz manat, otuz dörd qəpik) əsas, 60.60 AZN (altmış manat, altmış qəpik) faiz, gecikdirilmiş vaxt üçün 585.22 AZN (beş yüz səksən beş manat, iyirmi iki qəpik) faiz borcu olmaqla, cəmi 4814.16 AZN (dörd min səkkiz yüz on dörd manat, on altı qəpik) borcu yaranmışdır. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borcluya münasibətdə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, məhkəmə iddia tələbinin digər borclu Cavabdeh1 (zamin) münasibətdə isə qeyd edir ki, həmin hissədə tələb əsassız olduğundan rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış 18 may 2019-cu il tarixli, 99/1436/RES nömrəli zaminlik müqaviləsində müddət təyin edilmədiyindən və kredit müqaviləsinin icrası vaxtı çatdığı gündən (18 may 2022-ci il) 1 il ərzində kreditor tərəfindən zaminə qarşı iddia sürülmədiyi üçün iddiaçı ilə Bank arasında bağlanmış 18 may 2019-cu il tarixli, 99/1436/RES nömrəli zaminlik müqaviləsinə xitam verilmişdir. Odur ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 18 may 2019-cu il tarixli, 99/1436/RES nömrəli nömrəli güzəştli şərtlərlər kreditin verilməsi barədə kredit müqaviləsinə əsasən 4168.34 AZN (dörd min yüz altmış səkkiz manat, otuz dörd qəpik) əsas, 60.60 AZN (altmış manat, altmış qəpik) faiz, gecikdirilmiş vaxt üçün 585.22 AZN (beş yüz səksən beş manat, iyirmi iki qəpik) faiz borcu olmaqla, cəmi 4814.16 AZN (dörd min səkkiz yüz on dörd manat, on altı qəpik) məbləğində borc alınaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 68.15 AZN (altmış səkkiz manat, on beş qəpik) Cavabdeh2 tutularaq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 18 may 2019-cu il tarixli, 99/1436/RES nömrəli nömrəli güzəştli şərtlərlər kreditin verilməsi barədə kredit müqaviləsinə əsasən 4168.34 AZN (dörd min yüz altmış səkkiz manat, otuz dörd qəpik) əsas, 60.60 AZN (altmış manat, altmış qəpik) faiz, gecikdirilmiş vaxt üçün 585.22 AZN (beş yüz səksən beş manat, iyirmi iki qəpik) faiz borcu olmaqla, cəmi 4814.16 AZN (dörd min səkkiz yüz on dörd manat, on altı qəpik) məbləğində borc və ödənilmiş 68.15 AZN (altmış səkkiz manat, on beş qəpik) məbləğində dövlət rüsumu alınaraq Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər Cavabdeh1 münasibətdə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar