Məhkəmə qərarları › İş №e-2(006)-288/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-288/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla vətandaşlar arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-288/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçıların vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçılar İddiaçı1, İddiaçı2 və X4 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən: - 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı3 xeyrinə ödənilməsinə; - 18.056 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 6.575 avro pul məbləğinin tutularaq İddiaçı1 xeyrinə ödənilməsinə; - 15.000 ABŞ dolları əsas, 39.614,80 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.614,80 ABŞ dolları (əlli dörd min altı yüz on dörd dollar səksən sent) pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı3 cavabdeh "xxxx" ASC-nin daimi müştərisi olmaqla, həmin bankda adına bank hesabları açılmışdır. Ona sonradan məlum olmuşdur ki, hesablarına qanunsuz müdaxilələr olmuş və hesablardan müəyyən məbləğlərdə pul vəsaitləri məxaric edilmişdir. Onun tərəfindən cavabdeh banka ərizə ilə müraciət edilərək, həmin bankda olan bank hesablarına qanunsuz müdaxilələr olduğu, hesablardan müəyyən məbləğlərdə pul vəsaitlərinin çıxarıldığı bildirilmiş və ətraflıaraşdırma aparılaraq görülən tədbirlər barədə məlumat verilməsi xahiş edilmişdir. Cavabdeh bankın xx.xx.2023-cü il tarixli, № 6-2-23/2 -16157/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, “... Bank tərəfindən ərizənizdə qeyd etdikləriniz ilə bağlı araşdırma aparılır. Sizə yekun nəticə ilə bağlı məlumat veriləcəkdir. Nəzərə almağınızı xahiş edirik.” Həmin məktubun verilməsindən 11 aydan çox müddət keçməsinə baxmayaraq, aparılmış araşdırmaların nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçının cavabdeh bankda olan ona məxsus bank hesablarına müdaxilə edilərək aşağıda qeyd edilən pul vəsaitləri məxaric edilmişdir: - 19 iyul 2010-cu il tarixdə, ******************** nömrəli hesabdan 700 ABŞ dolları; - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli hesabdan 1.121 ABŞ dolları; - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli hesabdan 390 AVRO; - 14 may 2015-ci il tarixdə, ******************** nömrəli hesabdan 22.582 ABŞ dolları. Qeyd edilən hallar iddia ərizəsinə əlavə edilən müvafiq məxaric orderlərinin surətləri ilə də təsdiq edilir. İİ. İddiaçı1 münasibətdə: İddiaçı1 cavabdeh Azərbaycan Beynəlxalq Bankı” ASC-nin daimi müştərisi olmaqla, həmin bankda adına bank hesabları açılmışdır. Ona sonradan məlum olmuşdur ki, hesablarına qanunsuz müdaxilələr olmuş və hesablardan müəyyən məbləğlərdə pul vəsaitləri məxaric edilmişdir. Onun tərəfindən cavabdeh banka ərizə ilə müraciət edilərək, həmin bankda olan əmanət hesablarına qanunsuz müdaxilələr olduğunu, hesablardan müəyyən məbləğlərdə pul vəsaitlərinin çıxarıldığı bildirilmiş və ətraflıaraşdırma aparılaraq görülən tədbirlər barədə məlumat verilməsi xahiş edilmişdi. Cavabdeh bankın xx.xx.2023-cü il tarixli, № 6-2-23/2-15958/2023 saylı cavab məktubu ilə bildirilmişdir ki, “... Bank tərəfindən ərizənizdə qeyd etdikləriniz ilə bağlı araşdırma aparılır. Sizə yekun nəticə ilə bağlı məlumat veriləcəkdir. Nəzərə almağınızı xahiş edirik.” Həmin məktubun verilməsindən 11 aydan çox müddət keçməsinə baxmayaraq, aparılmış araşdırmaların nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir. İddiaçının cavabdeh bankda olan ona məxsus bank hesablarına müdaxilə edilərək aşağıda qeyd edilən pul vəsaitləriməxaric edilmişdir: - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli hesabdan 2.704 AZN; - 04 fevral 2015-ci il tarixdə, ******************** nömrəli hesabdan 15.352 AZN; - 18 fevral 2015-ci il tarixdə, ******************** nömrəli hesabdan 6.575 Avro. Qeyd edilən hallar iddia ərizəsinə əlavə edilən müvafiq məxaric orderlərinin surətləri ilə də təsdiq edilir. İİİ. İddiaçı2 münasibətdə: İddiaçı Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 31 may 2002-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilə əsasında Bank Əmanətçiyə VİP-889931-USD-3886-01 nömrəli əmanət (depozit) hesabı açmış və Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı (Əmanətçi) tərəfindən 15.000 ABŞ dolları məbləğində pul vəsaiti həmin depozit hesabına yerləşdirilmişdir. Hüseynova (Məmmədova) Elvira Cavanşir qızının adına əmanət kitabçası açılmış və xx.xx.2002-ci il tarixli mədaxil orderi verilmişdir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən Bu müqavilənin müddətinin bitməsinə bir həftə qalmış Əmanətçi depozitin qaytarılmasını Bankdan tələb etməzsə, müqavilə həmin müddətə uzadılmış sayılır və bu müqavilənin şərtləri yenidən qüvvəyə minir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, depozit üzrə faizlər şərti olaraq bir təqvim ilinin daxilində vəsaitin depozit hesabında saxlandığı günlərin faktiki sayına görə hər gün illik 12 (on iki) %-lə hesablanır. Cavabdeh bankdan İddiaçı2 xeyrinə ödənilməli olan pul məbləği aşağıdakı kimidir: 1) Əsas məbləğ - 15.000 ABŞ dolları; 2) Faiz məbləği - 39.614,80 ABŞ dolları: - 31 may 2002-ci il tarixdən 28 may 2024-cü ilə tarixədək olan günlərin sayı = 8033 gün - 15.000/100*12%/365*8033 = 39.614,80 ABŞ dolları 3) Cəmi - 54.614,80 (əlli dörd min altı yüz on dörd dollar səksən sent ) ABŞ dolları Hazırkı iddia ərizəsi ilə tələb edilən pul vəsaitlərinin iddiaçılara qaytarılması ilə bağlı cavabdeh banka məktubla müraciət edilsə də, hər hansı münasibət bildirilməmişdir Cavabdehin etirazı: Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Seymur Mütəllimzadə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirirmişdir ki, İddiaçı3 iddiası ilə bağlı: 700 ABŞ dolları vəsaitin məxarici haqqında: İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2010-cu il tarixli “Məxaric orderinə (FJB**********978))” əsasən iddiaçı tərəfindən 700 ABŞ dolları vəsait ******************** nömrəli hesabdan məxaric edilmişdir. Bu fakt öz əksini iş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışda da tapmışdır. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (700 ABŞ dolları) hansı əmanət üzrə olması barədə heç bir sübut (müqavilə) təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (700 ABŞ dolları) əmanət məbləği yoxsa ona hesablanmış (ödənilmiş) faiz yoxsa digər məbləğ olması baradə də heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, müəyyən edilir ki, xx.xx.2009-cu il tarixində 60,000 ABŞ dolları məbləğində (20406F********** nömrəli) əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010, xx.xx.2010 və xx.xx.2010 tarixlərində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2010-cu il tarixində həmin əmanətə xitam verilmiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 60,000 ABŞ dolları və həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərinin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrı-ayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) 7,633.54 ABŞ dolları vəsait olmuşdur (iddiaçı həmin gün hesabda olan 67,633.54 ABŞ dolları vəsaitinə köçürmə yolu ilə 16,231.00 ABŞ dolları və mədaxil yolu ilə 24,136.00 ABŞ dolları əlavə etmiş və 108,000 ABŞ dolları məbləğində yeni əmanət yerləşdirmişdir). İddiaçı tərəfindən məxaric edilmiş 700 ABŞ dolları vəsait xx.xx.2009-cu il tarixində formalaşmış 60,000 ABŞ dolları məbləğində (20406F********** nömrəli) əmanət üzrə iddiaçıya ödənilmiş faizlərin məbləğindən çıxılmışdır. Belə ki, məxaric anında (xx.xx.2010-cu il tarixində) müvafiq əmanət üzrə hesabda 3,000.22 ABŞ dolları məbləğində ödənilmiş faizlər olmuş, iddiaçı 700 ABŞ dollarını məxaric etdikdən sonra həmin günün sonunda ödənilmiş faizlərin qalığı 2,300.22 ABŞ dolları dolları olmuşdur. Nəzərə alınsa ki, müvafiq məxaric orderi məhkəməyə iddiaçı tərəfindən təqdim edilmişdir, buradan belə qənaətə gəlmək olar ki, iddiaçı özündə olan nüsxəni (həmin əməliyyat aparılan zaman bankın ona təqdim etdiyi sənədi) məhkəməyə təqdim etmişdir, çünki müvafiq məxaric əməliyyatları aparılan zaman məxaric orderlərinin bir nüsxəsi (bir hissəsi) müştəriyə təqdim edilir. Belə ki, həmin zaman qüvvədə olan, Azərbaycan Respublikası Milli X33 10 aprel 2002ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili Qaydaları”nın 7.2- ci bəndinə əsasən nağd pulun məxarici "pul çekləri”nə (əlavə 6) və kassa məxaric orderinə (əlavə 17) əsasən həyata keçirilir, 7.4-cü bəndinə əsasən "Pul çeki” və ya məxaric orderi nağd pulu alan tərəfindən doldurulur (mürəkkəbli və ya diyircəkli qələmlə) və Kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxsə bütün rekvizitlər üzrə və hesabında "pul çeki”ndə göstərilən məbləğ miqdarında vəsaitin olub-olmamasını yoxlamaq üçün təqdim olunur, 7.6-cı bəndinə əsasən uyğunsuzluq olmadıqda kredit təşkilatlarında müştərilərin əməliyyatlarının aparılmasına məsul olan şəxs tərəfindən kassa jurnalında (əlavə 5) müvafiq qeydlər aparılır və imzalanaraq "pul çeki”nin nəzarət hissəsini müştəriyə qaytarır. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (700 ABŞ dolları) onun iradəsindən kənar olaraq başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər-hansısa sübut təqdim edilməmişdir. Cavabdeh "ABB” ASC tərəfindən həmin məxaric orderinin (700 ABŞ dolları) bankda olan nüsxəsi obyektiv səbəblərdən təqdim edilə bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X27 xx.xx.2013-cü il tarixli, № 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatın” 1.2-ci bəndində qeyd edilmişdir ki, bu Təlimat Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra - Mərkəzi Bankın), habelə Azərbaycan Respublikasında fəaliyyət göstərən bankların, bank olmayan kredit təşkilatlarının və xarici bankların yerli filiallarının (bundan sonra - bankların) fəaliyyəti nəticəsində yaranan sənədlərin minimum saxlanma müddətlərini müəyyən edir (əlavə № 1). Hər bir bank öz mülahizəsinə görə sənədlərini onların elmi-əməli əhəmiyyətini nəzərə alaraq daha uzun müddətdə saxlaya bilər. Həmin Təlimatın "Azərbaycan Respublikası bank sisteminin fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddəti üzrə Siyahı” adlı 1 nömrəli Əlavəsində emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirinin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) üçün minimum saxlanma müddəti 5 (beş) il müəyyən edilmişdir. Beləliklə, qeyd edilənlər ümumiləşdirilsə belə qənatə gəlmək olar ki, 700 ABŞ dolları məbləğində vəsaitin iddiaçının iradəsi kənarından digər şəxslər tərəfindən çıxarılması işin materialları ilə müəyyən edilmir. Əksinə, iş materialları və obyektiv hallar onu deməyə əsas verir ki, müvafiq vəsait iddiaçı tərəfindən (iddiaçının iradəsi əsasında) məxaric edilmiş, iddiaçının bundan xəbəri olmuş, həmin əməliyyatdan 14 il sonra həmin əməliyyatın məhkəmə qaydasında mübahisələndirilməsi isə iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir. Belə ki, iddiaçı 14 il ərzində öz konkludent hərəkətləri (bu müddət ərzində digər yeni əmanət müqavilələri bağlamağı, mövcud faizlərdən istifadə etməklə əmanət müqavilələri bağlamağı və ya mövcud faizlərdən digər məqsədlə istifadə etməsi və s. hərəkətləri ilə) ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir və onun hazırki davranışı vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə zidd olmuşdur. Belə ki, "F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında əksini tapan hüquqi mövqeyə əsasən belə qənaətə gəlmək olar ki, tərəfin konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Həmçinin qeyd etmək lazımdır ki, "M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel "ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyətilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər (1); müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda (2). Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. 390 AVRO, 1121 ABŞ dolları və 22,582 ABŞ dolları miqdarında vəsaitlərin məxarici haqqında: İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2014-cü il tarixli "Məxaric orderinə” əsasən iddiaçı tərəfindən 390 AVRO vəsait ******************** nömrəli hesabdan məxaric edilmişdir. Bu fakt öz əksini iş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışda da tapmışdır. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (390 AVRO) hansı əmanət üzrə olması barədə heç bir sübut (müqavilə) təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (390 AVRO) əmanət məbləği yoxsa ona hesablanmış (ödənilmiş) faiz yoxsa digər məbləğ olması baradə də heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2014-cü il tarixli "Məxaric orderinə” əsasən iddiaçı tərəfindən 1121 ABŞ dolları vəsait 381101840********** nömrəli hesabdan məxaric edilmişdir. Bu fakt öz əksini iş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışda da tapmışdır. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (1121 ABŞ dolları) hansı əmanət üzrə olması barədə heç bir sübut (müqavilə) təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (1121 ABŞ dolları) əmanət məbləği yoxsa ona hesablanmış (ödənilmiş) faiz yoxsa digər məbləğ olması baradə də heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2014-cü il tarixli "Məxaric orderinə” əsasən iddiaçı tərəfindən 22,582 ABŞ dolları vəsait 381101840********** nömrəli hesabdan məxaric edilmişdir. Bu fakt öz əksini iş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışda da tapmışdır. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (22,582 ABŞ dolları) hansı əmanət üzrə olması barədə heç bir sübut (müqavilə) təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (22,582 ABŞ dolları) əmanət məbləği yoxsa ona hesablanmış (ödənilmiş) faiz yoxsa digər məbləğ olması baradə də heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 108,000 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 12.8% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2010-cu il tarixində 108,000 ABŞ dolları məbləğində (20412F**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2011 -ci il tarixində və daha sonra hər dəfə əmanət uzadıldığına görə xx.xx.2012, xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2024-cü il tarixində müştəri sonuncu dəfə xx.xx.2023-cü il tarixində uzadılan əmanət müqaviləsinə vaxtından əvvəl xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 108,000 ABŞ dolları və həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərinin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrı-ayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) 9,471.88 ABŞ dolları vəsait olmuşdur. İş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 70,000 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 11.8% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2011-cu il tarixində 70,000 ABŞ dolları məbləğində 20412F********** nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2012-ci il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2012-ci il tarixində əmanət müqaviləsinə xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 70,000 ABŞ dolları və həmin əmanət üçün ödənilmiş faiz olaraq 8,260.00 ABŞ dolları faiz məbləği (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) olmuşdur (müştəri tərəfindən həmin gün müvafiq cəm məbləğ (78,260.00 ABŞ) əsasında ABŞ dollarından digər əmanət yerləşdirilmiş, o cümlədən daha bir əməliyyat aparılaraq 20,000 AVRO miqdarında da əmanət yerləşdirilmişdir.) İş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 78,260 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 10.8% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2012-ci il tarixində 78,260 ABŞ dolları məbləğində 20412F********** nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2013-cü il tarixində və daha sonra hər dəfə əmanət uzadıldığına görə xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016, xx.xx.2017, xx.xx.2017, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2021-ci il tarixlərində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2021 -ci il tarixində müştəri sonuncu dəfə xx.xx.2021 -ci il tarixində uzadılan əmanət müqaviləsinə vaxtından əvvəl xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 78,260 ABŞ dolları və həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrıayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) 11,551.19 ABŞ dolları vəsait olmuşdur. Müştəri daha sonra (xx.xx.2021-ci il tarixində) hesabda olan vəsaitlərin cəmi olan 89,811.19 ABŞ dolları vəsaitdən istifadə etməklə yeni əmanət müqaviləsi bağlamışdır. İş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Bank əmanəti müqaviləsinə (BPM**********48)” əsasən, 89,811 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 0.1% dərəcəsi ilə, faizlərin müddətin sonunda şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2021-cü il tarixində 20412F********** nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2022-ci il tarixində və daha sonra əmanət uzadıldığına görə xx.xx.2023 və xx.xx.2024-cü il tarixində faizlər ödənilmişdir (DEPOSİT İNTEREST CAPİTALİZATİON). Bu əmanət üzrə müddət sonuncu dəfə xx.xx.2024-cü il tarixində uzadılmış və hazırda bu əmanət aktivdir. İş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 20,000 AVRO miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 7% dərəcəsi ilə, faizlərin hər ay ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2012-ci il tarixində 20,000 AVRO məbləğində 20412F********** nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2012-cü il tarixindən etibarən xx.xx.2016-cı il tarixinə qədər (bu tarix daxil olmaqla) hər ay faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2016-ci il tarixində müştəri əmanət müqaviləsinə xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 20,000 AVRO və həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış 4,584.58 AVRO vəsait olmuşdur. xx.xx.2016cı il tarixində hesabda qalan vəsait (cəmi məbləğ) olan 24,584.58 AVRO vəsait müştərinin sərəncamı ilə onun digər ******************** nömrəli hesabına (AVRO valyutasında olan kart hesabına) köçürülmüşdür (204FTRQ163200039 nömrəli əməliyyat). Belə ki, iş materiallarında olan İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2016-cı il tarixində hesaba 24,584.58 AVRO vəsait mədaxil olunmuşdur (204FTRQ163200039 nömrəli əməliyyat). xx.xx.2013-cü il tarixində açılan müvafiq ******************** nömrəli hesab hazırda açıqdır (aktivdir), müştəri bu hesabdan istifadə edir və bu hesabda müəyyən məbləğdə vəsait mövcuddur. İş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2016-ci il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 65,856 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 2.25% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2016-ci il tarixində 65,856 ABŞ dolları məbləğində 20412F********** nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2017-cü il tarixində və daha sonra hər dəfə əmanət uzadıldığına görə xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021 -ci il tarixlərində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2021 -ci il tarixində müştəri əmanət müqaviləsinə xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 65,856 ABŞ dolları və həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrı- ayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) 66,05 ABŞ dolları vəsait olmuşdur. Müştəri həmin gün hesabda olan vəsaitlərin cəmi olan 65,922.05 ABŞ dolları vəsaitdən istifadə etməklə yeni əmanət müqaviləsi bağlamışdır. İş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Bank əmanəti müqaviləsinə BPM**********03” əsasən, 65,922 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 0.1% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2021-ci il tarixində 65,922 ABŞ dolları məbləğində 20412F********** nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2022-ci il tarixində və daha sonra əmanət uzadıldığına görə xx.xx.2023-cü il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2024-ci il tarixində müştəri əmanət müqaviləsinə xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 65,922 ABŞ dolları və həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrıayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) 384.26 ABŞ dolları vəsait olmuşdur. Müştəri həmin gün hesabda olan vəsaitlərin cəmi olan 66,306.26 ABŞ dolları vəsaitdən istifadə etməklə yeni əmanət müqaviləsi bağlamışdır. İş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2024-ci il tarixli "Bank əmanəti müqaviləsinə (BPM**********18)” əsasən, 66,306 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 4.5% dərəcəsi ilə, faizlərin müddətin sonunda şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2024-cü il tarixində 20412F********** nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG) hazırda bu əmanət aktivdir. İş materiallarında olan, İddiaçı3 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Bank əmanəti müqaviləsinə (№ BPM**********57)” əsasən, 117,471 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 4.5% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı3 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2024-cü il tarixində 20412F********** nömrəli əmanət formalaşmışdır (DEPOSİT BOOKİNG) və bu əmanət hazırda aktivdir. İddiaçı tərəfindən məxaric edilmiş 390 AVRO vəsait xx.xx.2012-ci il tarixində formalaşmış 20,000 AVRO məbləğində (20412F**********) əmanət üzrə iddiaçıya ödənilmiş faizlərin məbləğindən çıxılmışdır. Belə ki, məxaric anında (xx.xx.2014-cü il tarixində) müvafiq əmanət üzrə hesabda 2,890.05 AVRO məbləğində ödənilmiş faizlər olmuş, iddiaçı 390 AVRO vəsaiti məxaric etdikdən sonra həmin günün sonunda ödənilmiş faizlərin qalığı 2500 AVRO olmuşdur. İddiaçı tərəfindən məxaric edilmiş 1121 ABŞ dolları vəsait xx.xx.2012-ci il tarixində formalaşmış 78,260 ABŞ dolları məbləğində (20412F********** nömrəli) əmanət üzrə iddiaçıya ödənilmiş faizlərin məbləğindən çıxılmışdır. Belə ki, məxaric anında (xx.xx.2014-cü il tarixində) müvafiq əmanət üzrə hesabda 16,121.56 ABŞ dolları məbləğində ödənilmiş faizlər olmuş, iddiaçı 1121 ABŞ dollarını məxaric etdikdən sonra həmin günün sonunda ödənilmiş faizlərin qalığı 15,000.56 ABŞ dolları olmuşdur. İddiaçı tərəfindən məxaric edilmiş 22,582 ABŞ dolları vəsait xx.xx.2012-ci il tarixində formalaşmış 78,260 ABŞ dolları məbləğində (20412F********** nömrəli) əmanət üzrə iddiaçıya ödənilmiş faizlərin məbləğindən çıxılmışdır. Belə ki, məxaric anında (xx.xx.2014-cü il tarixində) müvafiq əmanət üzrə hesabda 22,582.69 ABŞ dolları məbləğində ödənilmiş faizlər olmuş, iddiaçı 22,582.00 ABŞ dollarını məxaric etdikdən sonra həmin günün sonunda ödənilmiş faizlərin qalığı 0.69 ABŞ dolları olmuşdur. Nəzərə alınsa ki, müvafiq məxaric orderləri məhkəməyə iddiaçı tərəfindən təqdim edilmişdir, buradan belə qənaətə gəlmək olar ki, iddiaçı özündə olan nüsxələri (həmin əməliyyat aparılan zaman bankın ona təqdim etdiyi sənədləri) məhkəməyə təqdim etmişdir, çünki müvafiq məxaric əməliyyatları aparılan zaman məxaric orderlərinin bir nüsxəsi (bir hissəsi) müştəriyə təqdim edilir. İddiaçı tərəfindən məhkəməyə müvafiq vəsaitlərin (390 AVRO, 1121 ABŞ dolları və 22,582 ABŞ dolları) onun iradəsindən kənar olaraq başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər-hansısa sübut təqdim edilməmişdir. Cavabdeh "ABB” ASC tərəfindən həmin məxaric orderlərinin (390 AVRO, 1121 ABŞ dolları və 22,582 ABŞ dolları) bankda olan nüsxələri obyektiv səbəblərdən təqdim edilə bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X27 xx.xx.2013-cü il tarixli, № 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimatda emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirinin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) üçün minimum saxlanma müddəti 5 (beş) il müəyyən edilmişdir. Beləliklə, belə qənatə gəlmək olar ki, 390 AVRO, 1121 ABŞ dolları və 22,582 ABŞ dolları məbləğində vəsaitlərin iddiaçının iradəsi kənarından digər şəxslər tərəfindən çıxarılması işin materialları ilə müəyyən edilmir. Əksinə, iş materialları və obyektiv hallar onu deməyə əsas verir ki, müvafiq vəsait iddiaçı tərəfindən (iddiaçının iradəsi əsasında) məxaric edilmiş, iddiaçının bundan xəbəri olmuş, həmin əməliyyatdan müvafiq olaraq 10 il, 10 il və 9 il sonra həmin əməliyyatların məhkəmə qaydasında mübahisələndirilməsi isə iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui- istifadə ilə müşayiət edilmişdir. Belə ki, iddiaçı müvafiq olaraq 10 il, 10 il və 9 il ərzində öz konkludent hərəkətləri (bu müddət ərzində digər yeni əmanət müqavilələri bağlamağı, mövcud faizlərdən istifə etməklə əmanət müqavilələri bağlamağı və ya mövcud faizlərdən digər məqsədlə istifadə etməsi və s. hərəkətləri ilə) ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir və onun hazırki davranışı vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə zidd olmuşdur. İddiaçı1 iddiası ilə bağlı: 2704 və 15,352 AZN vəsaitin məxarici haqqında: İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2014-cü il tarixli "Məxaric orderinə” əsasən iddiaçı tərəfindən 2704 AZN vəsait ******************** nömrəli hesabdan məxaric edilmişdir. Bu fakt öz əksini iş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışda da tapmışdır. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (2704 AZN) hansı əmanət üzrə olması barədə heç bir sübut (müqavilə) təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (2704 AZN) əmanət məbləği yoxsa ona hesablanmış (ödənilmiş) faiz yoxsa digər məbləğ olması baradə də heç bir sübut təqdim edilməmişdir. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2015-cü il tarixli "Məxaric orderinə” əsasən iddiaçı tərəfindən 15,352 AZN vəsait ******************** nömrəli hesabdan məxaric edilmişdir. Bu fakt öz əksini iş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışda da tapmışdır. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (15,352 AZN) hansı əmanət üzrə olması barədə heç bir sübut (müqavilə) təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (15,352 AZN) əmanət məbləği yoxsa ona hesablanmış (ödənilmiş) faiz yoxsa digər məbləğ olması baradə də heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan, X18 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2011-cu il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 157,000 AZN miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 11.8% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2011-ci il tarixində 157.000 ABŞ dolları məbləğində (20412L**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2012-ci il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2012-cü il tarixində əmanət müqaviləsinə xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 157,000 AZN və həmin əmanət üçün ödənilmiş faiz olaraq 18,526 AZN faiz məbləği (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) olmuşdur. xx.xx.20212-ci il tarixində hesabda 175.526 AZN vəsait olmuş, müştəri həmin gün hesaba 167.700 AZN vəsait mədaxil etmiş və nəticədə hesabda 343.226 AZN vəsait olmuş və müştəri bu bu vəsaitlərdən istifadə edərək həmin gün bank ilə daha 2 ədəd əmanət müqaviləsi (167.700 AZN və 175.526 AZN və miqdarında) bağlamışdır. İş materiallarında olan, X18 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2012-cu il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 167,700 AZN miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 10.8% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2012-ci il tarixində 167,700 AZN məbləğində (20412L**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2013-cü il tarixində və daha sonra əmanət uzadıldığına görə xx.xx.2014-cü il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2014-cü il tarixində əmanət müqaviləsinə xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 167,000 AZN və digər əmanətin əsas məbləği olan 175,526 AZN vəsait, həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərinin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrı- ayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) faizlər olmuş, xx.xx.2014-cü il tarixində həmin əmanətin əsas məbləği əsasında 167,700 AZN miqdarında 20412L********** nömrəli yeni əmanət müqaviləsi formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2015-ci il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), bu əmanətə xx.xx.2015-ci il tarixində xitam verilmiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 167,000 AZN, digər əmanətin (xx.xx.2012-i il tarixli, 20412L********** nömrəli əmanətin) 175.526 AZN əsas məbləği və və bu və digər əmanətlərin ödənilmiş faizlərinin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrı-ayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) faizlərin məbləği olmuş (cəmi 392,755.47 AZN), xx.xx.2015- ci il tarixində 392.755 AZN vəsait müştərinin sərəncamı ilə onun ABŞ dollarında olan ******************** nömrəli digər hesabına konvertasiya edilərək köçürülmüşdür (əməliyyatın nömrəsi 204CC**********7 olmuşdur). Belə ki, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2015-ci il tarixində hesaba 204CC**********7 nömrəli əməliyyat üzrə 498,420.05 ABŞ dolları vəsait mədaxil olmuşdur, müştəri həmin hesaba xx.xx.2015- ci il tarixində 1580 ABŞ dolları vəsaiti də əlavə edərək vəsaitlərin cəmini 500,000.05 ABŞ dollarına çatdırmış və xx.xx.2015-ci il tarixində bu məbləğlər əsasında 2 ədəd yeni əmanət (250,000 ABŞ dolları və 250,000 ABŞ dolları) banka yerləşdirmişdir (müqavilələr bağlamışdır) İş materiallarında olan, X18 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2012-cu il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 175,526 AZN miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 10.8% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2012-ci il tarixində 175,526 AZN məbləğində (20412L**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2013-cü il tarixində və daha sonra əmanət uzadıldığına görə xx.xx.2014-cü il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2014-cü il tarixində əmanət müqaviləsinə xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 175,526 AZN və digər əmanətin əsas məblği olan 167,000 AZN vəsait, həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərinin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrı-ayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) faizlər olmuş, xx.xx.2014-cü il tarixində həmin əmanətin əsas məbləği əsasında 175,526 AZN miqdarında 20412L********** nömrəli yeni əmanət müqaviləsi formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2015-ci il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), bu əmanətə xx.xx.2015-ci il tarixində xitam verilmiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 175,526 AZN, digər əmanətin (xx.xx.2012-i il tarixli, 20412L********** nömrəli əmanətin) 167,000 AZN AZN əsas məbləği və və bu və digər əmanətlərin ödənilmiş faizlərinin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrı-ayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) faizlərin məbləği olmuş (cəmi 392,755.47 AZN), xx.xx.2015-ci il tarixində 392.755 AZN vəsait müştərinin sərəncamı ilə onun ABŞ dollarında olan ******************** nömrəli digər hesabına konvertasiya edilərək köçürülmüşdür (əməliyyatın nömrəsi 204CC**********7 olmuşdur). Belə ki, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2015-ci il tarixində hesaba 204CC**********7 nömrəli əməliyyat üzrə 498,420.05 ABŞ dolları vəsait mədaxil olmuşdur, müştəri həmin hesaba xx.xx.2015-ci il tarixində 1580 ABŞ dolları vəsaiti də əlavə edərək vəsaitlərin cəmini 500,000.05 ABŞ dollarına çatdırmış və xx.xx.2015-ci il tarixində bu məbləğlər əsasında 2 ədəd yeni əmanət (250,000 ABŞ dolları və 250,000 ABŞ dolları) banka yerləşdirmişdir (müqavilələr bağlamışdır) İş materiallarında olan, X18 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 250,000 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 11.3% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2015-ci il tarixində 250.000 ABŞ dolları məbləğində (20412F**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2016-ci il tarixində və daha sonra əmanət uzadıldığına görə xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2022, xx.xx.2023 və xx.xx.2024-cü il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON) və bu əmanət hazırda aktivdir. İş materiallarında olan, X18 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2016-ci il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 48,600 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 2.25% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2016-ci il tarixində 48,600 ABŞ dolları məbləğində (20412F**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG). Həmin çıxarışdan bəlli olur ki, 48,600 ABŞ dolları vəsait əmanət yerləşdirən tarixdə (xx.xx.2016) müştərinin digər 2 əmanətləri üzrə (xx.xx.2015-ci il tarixli, 20412F********** nömrəli, 250,000 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 20412F********** nömrəli, 250,000 ABŞ dolları) yığılmış faizlər əsasında formalaşmışdır. xx.xx.2016-cı il tarixli, 20412F********** nömrəli əmanət üzrə xx.xx.2017-ci il tarixində və daha sonra əmanət uzadıldığına görə xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), xx.xx.2024- cü il tarixində müştəri sonuncu dəfə xx.xx.2023-cü il tarixində uzadılmış bu əmanətə vaxtından əvvəl xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 48,600 ABŞ dolları və həmin əmanət, həmin an üçün bu və digər əmanətlərin ödənilmiş faizlərinin birgə yığılması (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) nəticəsində toplanmış (belə ki, bu hesabda müştərinin ayrı-ayrılıqda olan müvafiq əmanətləri üzrə ödənilmiş faizlər birgə toplanmışdır) faizlər olmuşdur. Müştəri xx.xx.2024-cü il tarixində həmin hesabda olan 50,334.37 ABŞ dolları vəsaitin 50,334 ABŞ dolları hissəsindən istifadə etməklə banka yeni əmanət yerləşdirmişdir (müqavilə bağlamışdır). İş materiallarında olan, X18 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli "Bank əmanəti Müqaviləsinə BPM**********47) əsasən, 50,534 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 0.1% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2021-ci il tarixində 50,534 ABŞ dolları məbləğində (20412F**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG). Həmin çıxarışdan bəlli olur ki, 50,534 ABŞ dolları vəsait əmanət yerləşdirən tarixdə (xx.xx.2021-ci il tarixində) müştərinin digər 2 əmanətləri üzrə (xx.xx.2015-ci il tarixli, 20412F********** nömrəli, 250,000 ABŞ dolları və xx.xx.2015-ci il tarixli, 20412F********** nömrəli, 250,000 ABŞ dolları) yığılmış faizlər əsasında formalaşmışdır. xx.xx.2021-ci il tarixli, 20412F********** nömrəli əmanət üzrə xx.xx.2021-ci il tarixində və daha sonra əmanət uzadıldığına görə xx.xx.2023, xx.xx.2024-cü il tarixlərində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON) və bu əmanət hazırda aktivdir. İş materiallarında olan, X18 ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2024-cü il tarixli "Bank əmanəti Müqaviləsinə BPM**********12) əsasən, 50,334 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 0.1% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2024-cü il tarixində 50,334 ABŞ dolları məbləğində (20412F**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG) və bu əmanət hazırda aktivdir. İddiaçı tərəfindən məxaric edilmiş 2704 AZN vəsait xx.xx.2014-cü il formalaşmış 175.526 AZN miqdarında 20412L********** nömrəli əmanət və xx.xx.2014-cü il formalaşmış 167,700 AZN miqdarında 20412L********** nömrəli əmanət üzrə iddiaçıya ödənilmiş faizlərin məbləğindən çıxılmışdır. Belə ki, məxaric anında (xx.xx.2014-cü il tarixində) müvafiq əmanət üzrə hesabda 70,704.56 AZN məbləğində ödənilmiş faizlər olmuş, iddiaçı 2704 AZN vəsaiti məxaric etdikdən sonra həmin günün sonunda ödənilmiş faizlərin qalığı 68,000.56 AZN olmuşdur. Qeyd etmək yerinə düşər ki, iddiaçı mübahisə predmeti olan nağdlaşdırmadan sonra hazırda mübahisə predmeti olmayan digər nağdlaşdırmalar da etmişdir, bununla da hesabına sərəncam vermişdir (Məsələn xx.xx.2014, xx.xx.2014 və s. tarixlərdə). Nəzərə alınsa ki, müvafiq məxaric orderləri məhkəməyə iddiaçı tərəfindən təqdim edilmişdir, buradan belə qənaətə gəlmək olar ki, iddiaçı özündə olan nüsxələri (həmin əməliyyatlar aparılan zaman bankın ona təqdim etdiyi sənədi) məhkəməyə təqdim etmişdir, çünki müvafiq məxaric əməliyyatları aparılan zaman məxaric orderlərinin bir nüsxəsi (bir hissəsi) müştəriyə təqdim edilir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitlərin (2704 AZN və 15,352 AZN) onun iradəsindən kənar olaraq başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər-hansısa sübut təqdim edilməmişdir. Cavabdeh "ABB” ASC tərəfindən həmin məxaric orderlərinin (2704 AZN və 15,352 AZN) bankda olan nüsxələri obyektiv səbəblərdən təqdim edilə bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X27 xx.xx.2013-cü il tarixli, № 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”a əsasən emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirinin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) üçün minimum saxlanma müddəti 5 (beş) il müəyyən edilmişdir. Beləliklə, belə qənatə gəlmək olar ki, 2704 AZN və 15,352 AZN məbləğlərində vəsaitin iddiaçının iradəsi kənarından digər şəxslər tərəfindən çıxarılması işin materialları ilə müəyyən edilmir. Əksinə, iş materialları və obyektiv hallar onu deməyə əsas verir ki, müvafiq vəsaitlər iddiaçı tərəfindən (iddiaçının iradəsi əsasında) məxaric edilmiş, iddiaçının bundan xəbəri olmuş, həmin əməliyyatlardan müvafiq olaraq 10 il və 9 il sonra həmin əməliyyatların məhkəmə qaydasında mübahisələndirilməsi isə iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir. Belə ki, iddiaçı müvafiq olaraq 10 il və 9 il ərzində öz konkludent hərəkətləri (bu müddət ərzində digər yeni əmanət müqavilələri bağlamağı, mövcud faizlərdən istifə etməklə əmanət müqavilələri bağlamağı və ya mövcud faizlərdən digər məqsədlə istifadə etməsi və s. hərəkətləri ilə) ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir və onun hazırki davranışı vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə zidd olmuşdur. 6575 AVRO vəsaitin məxarici haqqında: İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2015-cü il tarixli "Məxaric orderinə” əsasən iddiaçı tərəfindən 6575 AVRO vəsait ******************** nömrəli hesabdan məxaric edilmişdir. Bu fakt öz əksini iş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli hesabdan çıxarışda da tapmışdır. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (6575 AVRO) hansı əmanət üzrə olması barədə heç bir sübut (müqavilə) təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (6575 AVRO) əmanət məbləği yoxsa ona hesablanmış (ödənilmiş) faiz yoxsa digər məbləğ olması baradə də heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan, İddiaçı1 aid ******************** nömrəli AVRO valyutasında olan kart hesabından çıxarışa əsasən, müvafiq hesaba hər-hansısa depozit (əmanət) bağlı olmamış, bu kart hesabı iddiaçı tərəfindən öz şəxsi məqsədləri üçün (məsələn sosial şəbəkələrdə ödənişlər, internet ödənişləri və s.) istifadə edilmiş (məbləğlər mədaxil edilmiş və məxaric edilmişdir). Belə ki, xx.xx.2015-ci il tarixində iddiaçı tərəfindən müvafiq vəsait (6575 AVRO) məxaric edilən zaman həmin hesabda 26,575.48 AVRO vəsait olmuş, məxaricdən sonra qalıq məbləğ 20,000.48 AVRO olmuşdur. İddiaçı bundan sonra da (bundan əvvəl olduğu kimi) həmin kart hesabı ilə digər əməliyyatlar (mübahisə predmeti olmayan əməliyyatlar) aparmışdır. Sözügedən kart hesabı hazırda aktivdir və orada müvafiq məbləğdə vəsaitlər mövcuddur. Nəzərə alınsa ki, müvafiq məxaric orderi məhkəməyə iddiaçı tərəfindən təqdim edilmişdir, buradan belə qənaətə gəlmək olar ki, iddiaçı özündə olan nüsxəni (həmin əməliyyat aparılan zaman bankın ona təqdim etdiyi sənədi) məhkəməyə təqdim etmişdir, çünki müvafiq məxaric əməliyyatları aparılan zaman məxaric orderlərinin bir nüsxəsi (bir hissəsi) müştəriyə təqdim edilir. İddiaçı tərəfindən məhkəməyə həmin vəsaitin (6575 AVRO) onun iradəsindən kənar olaraq başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər-hansısa sübut təqdim edilməmişdir. Cavabdeh "ABB” ASC tərəfindən həmin məxaric orderinin (6575 AVRO) bankda olan nüsxəsi obyektiv səbəblərdən təqdim edilə bilinməmişdir. Belə ki, Təlimatda emissiya və kassa əməliyyatları üzrə günün sənədləri (tapşırıqlar, siyahılar, balans və balansdankənar mədaxil və məxaric orderləri, məxaric kassası kassirinin təhtəlhesab aldığı və məxaric etdiyi nağd pulların məbləği haqqında arayış) üçün minimum saxlanma müddəti 5 (beş) il müəyyən edilmişdir. Beləliklə, belə qənaətə gəlmək olar ki, 6575 AVRO məbləğində vəsaitin iddiaçının iradəsi kənarından digər şəxslər tərəfindən çıxarılması işin materialları ilə müəyyən edilmir. Əksinə, iş materialları və obyektiv hallar onu deməyə əsas verir ki, müvafiq vəsait iddiaçı tərəfindən (iddiaçının iradəsi əsasında) məxaric edilmiş, iddiaçının bundan xəbəri olmuş, həmin əməliyyatdan 9 il sonra həmin əməliyyatın məhkəmə qaydasında mübahisələndirilməsi isə iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir. Belə ki, iddiaçı 9 il ərzində öz konkludent hərəkətləri (bu müddət ərzində digər yeni əmanət müqavilələri bağlamağı, mövcud faizlərdən istifə etməklə əmanət müqavilələri bağlamağı və ya mövcud faizlərdən digər məqsədlə istifadə etməsi və s. hərəkətləri ilə) ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir və onun hazırki davranışı vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə zidd olmuşdur. İddiaçı2 iddiası ilə bağlı: İddiaçının iddiasına görə onun tərəfindən müvafiq əmanət və onun faizləri məxaric edilməmişdir. Bununla yanaşı, iş materiallarında olan Hüseynova (Məmmədova) Elvira Cavanşir qızına aid VİP889931USD388601 və VİP889931USD384101 nömrəli hesablar üzrə çıxarışa əsasən, xx.xx.2002-ci il tarixində 15,000 ABŞ dolları məbləğində əmanət formalaşmış, bu əmanət üzrə müvafiq məbləğdə faizlər (yeni dərəcələr və vergilər nəzərə alınmaqla) hesablanaraq ödənilmiş, müqavilə müddəti hər dəfə uzadılmış, iddiaçı tərəfindən xx.xx.2006cı il tarixində müqavilə üzrə hesablanmış faizlərin bir qismi, xx.xx.2006-cı il tarixində isə əmanətin tam məbləği (15,000 ABŞ dolları) və faizlərin yerdə qalan qismi məxaric edilmişdir və əmanət müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən bu əmanət müqaviləsi üzrə vəsaitləri məxaric edikdikdən sonra sonra da onun cavabdeh olan bankla mülki hüquqi münasibətləri davam etmiş, belə ki, iddiaçı bundan sonrakı tarixlərdə də yeni əmanət yerləşdirmiş, daha sonra həmin əmanətə xitam verdikdən sonra bir daha yenidən yeni əmanət yerləşdirmiş və həmin əmanət hazırda da qüvvədədir. Belə ki, iş materiallarında olan Hüseynova (Məmmədova) Elvira Cavanşir qızına aid ******************** nömrəli çıxarışa əsasən, xx.xx.2011-ci il tarixində 100,000 AZN məbləğində 20412L********** nömrəli əmanət formalaşmış (DEPOZSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2012, xx.xx.2013, xx.xx.2014 tarixlərində faizlər hesablanaraq ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON), iddiaçı xx.xx.2015-ci il tarixində əmanət müqaviləsinə xitam vermiş (DEPOSİT PRİNCİPAL REPAYMENT), həmin anda hesabda müvafiq əmanətin əsas məbləği olan 100,000 AZN və həmin əmanət üçün ödənilmiş faiz olaraq 31,454.44 AZN faiz məbləği (və bundan əvvəl vergilər (varsa) və xərclər (məxariclər, köçürmələr) varsa onlar nəzərə alınmaqla) olmuşdur. Beləliklə, xx.xx.2015-ci il tarixində bu hesabda cəmi 131,454.44 AZN vəsait olmuşdur. İddiaçının sərəncamı ilə xx.xx.2015-ci il tarixində həmin vəsaitdən istifadə edilərək 131,454 AZN vəsait onun ABŞ dollarında olan ******************** nömrəli digər hesabına konvertasiya edilərək köçürülmüşdür (əməliyyatın nömrəsi 204CC**********4 olmuşdur). Belə ki, Hüseynova (Məmmədova) Elvira Cavanşir qızına aid ******************** nömrəli hesabdan çıxarışa xx.xx.2015- ci il tarixində 204CC**********4 nömrəli əməliyyat üzrə 124,731 ABŞ dolları vəsait mədaxil olmuşdur. Müştəri bu vəsait əsasında (124,730 ABŞ dolları) banka yeni əmanət yerləşdirmişdir (müqavilə bağlamışdır). İş materiallarında olan Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı ilə "ABB” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli "Klassik əmanət (depozit) hesabı haqqında Müqavilə”yə əsasən, 124,730 ABŞ dolları miqdarında əmanət, 12 ay müddətinə (müqavilədə qeyd edilən qaydada uzadılma şərtilə), illik 10.3% dərəcəsi ilə, faizlərin müddətin sonunda ödənilməsi şərti ilə banka yerləşdirilmişdir. İş materiallarında olan, Hüseynova (Məmmədova) Elvira Cavanşir qızına aid ******************** nömrəli hesabdan çıxarışa əsasən, xx.xx.2015-ci il tarixində 124,730 ABŞ dolları məbləğində (20412F**********) nömrəli əmanət formalaşmış (DEPOSİT BOOKİNG), bu əmanət üzrə xx.xx.2016-ci il tarixində və daha sonra əmanət uzadıldığına görə xx.xx.2015, xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2020, xx.xx.2021, xx.xx.2022, xx.xx.2023, xx.xx.2024-cü il tarixində faizlər ödənilmiş (DEPOSİT İNTEREST CAPİTALİZATİON) və bu əmanət hazırda aktivdir. İddiaçı tərəfindən məhkəməyə müvafiq vəsaitlərin onun iradəsindən kənar olaraq başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər-hansısa sübut təqdim edilməmişdir. Cavabdeh "ABB” ASC tərəfindən xx.xx.2006 və xx.xx.2006 tarixli məxaric sənədlərinin bankda olan nüsxələri obyektiv səbəblərdən təqdim edilə bilinməmişdir. Beləliklə, qeyd edilənlər ümumiləşdirilsə belə qənatə gəlmək olar ki, xx.xx.2006 və xx.xx.2006-cı il tarixində müvafiq əmanətin əsas məbləğinin və faizlərin iddiaçının iradəsi kənarından digər şəxslər tərəfindən çıxarılması (və ya iddiaçı tərəfindən çıxarılmaması) işin materialları ilə müəyyən edilmir. Əksinə, iş materialları və obyektiv hallar onu deməyə əsas verir ki, müvafiq vəsait iddiaçı tərəfindən (iddiaçının iradəsi əsasında) məxaric edilmiş, iddiaçının bundan xəbəri olmuş, həmin əməliyyatlardan 18 il sonra həmin əməliyyatların məhkəmə qaydasında mübahisələndirilməsi isə iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilmişdir. Belə ki, iddiaçı 18 il ərzində öz konkludent hərəkətləri (bu müddət ərzində digər yeni əmanət müqavilələri bağlamağı və s. hərəkətləri ilə) ilə müvafiq əqdləri bəyəndiyini nümayiş etdirmişdir və onun hazırki davranışı vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə zidd olmuşdur. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hüquqi cəhətdən bu nəticəyə gəlmək olar ki, iddiaçıların iddia tələbləri tamamilə əsassızdır. Cavabdeh "ABB” ASC tərəfindən heç bir qanun pozuntusu edilməmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Müvafiq vəsaitlər iddiaçılar tərəfindən (onların iradəsi və sərəncamı əsasında) məxaric edilmiş və işin hallarına əsasən bütün bu müddət ərzində onların bundan xəbərləri olmuşdur (xəbərləri olmalı idi). Bundan irəli gələrək, iddiaçılar X1, İddiaçı1 və İddiaçı2 cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (bundan sonra - "ABB” ASC) qarşı "pul tələbinə” dair e-2(006)- 3253/2024 saylı mülki iş üzrə iddia ərizəsi tamamilə əsassız olduğundan onun rədd edilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçılar məxaric qəbzlərini iddia ərizəsini məhkəməyə verməmişdən qabaq əldə ediblər. Bankla bağlı cinayət işi olmuşdur, amma iddiaçılar həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində olmayıblar. Hər 3 cavabdehin adına yerləşdirilmiş pul vəsaitləri iddiaçı X1 olub, sadəcə həyat yoldaşının və qızının adına qoyub. Məxaric orderlərinin surətləri iddiaçılara "xxxx" ASC tərəfindən verilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirmişdir ki, məxaric orderi 2 nüsxədə olmaqla biri vətəndaşda, biri isə bankda qalır. İddiaçılar pulların məxaric olunmasına dair qəbzləri iddia ərizəsinə əlavə ediblər. Bu isə o deməkdir ki, pullar onların özləri tərəfindən çıxarılıb və əslləri də onlarda olmalıdır. Azərbaycan Respublikası Mərkəzi X27 Qərarına əsasən sənədlərin saxlanılma müddəti var. İddiaçıların mədaxil-məxaric orderləri 2014-2015-ci illərə aiddir. Həmin orderlər isə 5 il müddətinə saxlanıla bilər. İddiaçı2 2002-ci ilin may ayında 15000 ABŞ dolları əmanət qoymuşdur. 2006-ci ilin fevral ayında İddiaçı2 məxaric etmişdir. 2009-cu ildə sistem dəyişdirilmişdir. Ona görə də məxaric orderlərini sorğu etmişlər. 5 ildən sonra mədaxil və məxaric orderlərini saxlamırlar, məhv edirlər. Odur ki, hazırkı iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçıların iddia tələbləri tamamilə əsassız olduğundan, bununla yanaşı, iddia müddətinin tətbiqi haqqında ərizəni də nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: "xxxx" ASC ilə X7 arasında bağlanmış 31 may 2002-ci il tarixli əmanət müqaviləsindən və mədaxil orderindən görünür ki, X7 tərəfindən 15000 (on beş min) manat məbləğində vəsait "xxxx" ASC-yə əmanət olaraq yerləşdirmişdir. - 19 iyul 2010-cu il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 700 ABŞ dolları məxaric edilmişdir. - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 1.121 ABŞ dolları məxaric edilmişdir. - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 390 AVRO məxaric edilmişdir. - 14 may 2015-ci il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 22.582 ABŞ dolları məxaric edilmişdir. - 12 may 2014-cü il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 2.704 AZN məxaric edilmişdir. - 04 fevral 2015-ci il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 15.352 AZN məxaric edilmişdir. - 18 fevral 2015-ci il tarixdə, ******************** nömrəli məxaric orderinin surətindən görünür ki, hesabdan 6.575 Avro məxaric edilmişdir. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2010-cu il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 108000 (yüz səkkiz min) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək 12 ay müddətinə, illik 12,8 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2011-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 7000 (yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 12 ay müddətinə, illik 11,8 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 20000 (iyirmi min) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12 ay müddətinə, illik 7 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 78260 (yetmiş səkkiz min iki yüz altmış) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12 ay müddətinə, illik 10,8 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 157000 (yüz əlli yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2011-ci il tarixdən xx.xx.2012-ci il tarixədək 12 ay müddətinə, illik 11,8 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 157000 (yüz əlli yeddi min) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12 ay müddətinə, illik 10,8 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 175526 (bir yüz yetmiş beş min beş yüz iyirmi altı) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 12 ay müddətinə, illik 10,8 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən İddiaçı3 89811 (səksən doqquz min səkkiz yüz on bir) ABŞ dolları əmanət qoymuşdur. "xxxx" ASC ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən İddiaçı3 65922 (altmış beş min doqquz yüz iyirmi iki) ABŞ dolları əmanət qoymuşdur. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı3 250000 (iki yüz əlli min) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə, illik 11,3 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı1 48600 (qırx səkkiz min altı yüz) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 12 ay müddətinə, illik 2,25 faiz dərəcəsi qoyulmuşdur. "xxxx" ASC ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli bank əmanəti müqaviləsinə əsasən İddiaçı1 50534 (əlli min beş yüz otuz dörd min) ABŞ dolları əmanət qoymuşdur. "xxxx" ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli klassik əmanət (depozit) haqqında müqaviləyə əsasən İddiaçı2 124730 (bir yüz iyirmi dörd min yeddi yüz otuz) ABŞ dolları əmanət qoymuşdur. Müqavilənin 3.1-ci bəndinə əsasən əmanət xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 12 ay müddətinə, illik 10,3 faiz dərəcəsi qoyulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-16-5/2-11- 9992/24 saylı məktubuna əsasən İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən 2016-cı ilədək notariat ofislərində verilmiş etibarnamələr barədə məlumatların (tarix və etibar edilən təqdim olunması ilə bağlı müraciətə baxılmışdır. “Elektron notariat” informasiya sistemində aparılmış araşdırma üzrə aşağıdakılar qeyd olunur. İddiaçı1 tərəfindən: xx.xx.2008 və xx.xx.2009-cu il tarixlərdə Bakı şəhəri 3 saylı dövlət notariat ofisində müvafiq olaraq X5 və X12; xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 5 saylı dövlət notariat ofisində X8; xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 27 saylı dövlət notariat ofisində X9; xx.xx.2010-cu il tarixdə Gəncə şəhəri 2 saylı dövlət notariat ofisində X13; xx.xx.2011-ci il tarixdə Şəmkir rayonu 1 saylı dövlət notariat ofisində X2 etibarnamələr verildiyi; İddiaçı3 tərəfindən: 21,05.2009-cu il tarixdə Bakı şəhəri 29 saylı dövlət notariat ofisində X23; xx.xx.2012-ci il tarixdə Abşeron rayon 1 saylı notariat ofisi X10; xx.xx.2013-cü il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində X24 xx.xx.2015 və xx.xx.2015-ci il tarixlərdə Bakı şəhəri 38 saylı notariat ofisində müvafiq olaraq X11 və X25; xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində X26 etibarnamələr verildiyi; İddiaçı2 tərəfindən: xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 3 saylı dövlət notariat ofisində Koçak Özaya; xx.xx.2010-cu il tarixdə Bakı şəhəri 5 saylı dövlət notariat ofisində X28; xx.xx.2011, xx.xx.2012 və xx.xx.2013-cü il tarixlərdə Bakı şəhəri 9 saylı notariat ofisində X14, X22 və X15 etibarnamələr verildiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2- ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 384-cü maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 944.1-ci maddəsinə əsasən, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin 953.1-ci maddəsinə əsasən əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Maddə 953.2. Bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. Adlı bank kitabçası itirildikdə və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşdükdə, əmanətçinin ərizəsi üzrə bank ona yeni bank kitabçası verir. İtirilmiş adsız sənədli bank kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün nəzərdə tutulmuş qaydada həyata keçirilir “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun: (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyası) 2.1.2-ci maddəsinə əsasən əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Azərbaycan Respublikası Mərkəzi Bankının 16/3 aylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın: 7.1-ci bəndinə əsasən Saxlanma müddəti başa çatmış sənədlər məhv edilmək üçün ayrılır, müvafiq akt (əlavə № 2) tərtib olunur, bankın MEK (EK)-in sədri və üzvləri tərəfindən imzalanır, bankın rəhbəri tərəfindən təsdiq olunur və sənədlərin məhv edilməsinə icazə almaq üçün dövlət arxiv xidməti təşkilatına təqdim olunur. Dövlət arxiv xidməti təşkilatının icazəsi olmadan arxiv sənədləri məhv edilə bilməz. 7.2-ci bəndinə əsasən sənədlərin məhv etmək üçün seçilməsi işə vərəq-vərəq baxmaqla həyata keçirilir. Sənədlərin özünə baxmadan, işlərin sərlövhəsi üzrə seçilməsinə yol verilmir. 7.3-cü bəndinə əsasən akt dövlət arxiv xidməti təşkilatı tərəfindən təsdiq edildikdən sonra aktda göstərilən sənəd və işlər məhv edilir. Sənədlər təkrar xammal tədarükü məntəqələrinə verilir, yaxud bankın özü tərəfindən məhv edilir. Sənədlərin təkrar xammal tədarükü məntəqələrinə təhvil verilməsi təhvil-təslim sənədi ilə, məhv edildikdə isə aktla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi şərti olaraq 3 hissədən ibarətdir: cavabdeh "xxxx" ASC-dən:

1. 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı3 xeyrinə ödənilməsi;

2. 18.056 manat və Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq 6.575 avro pul məbləğinin tutulub İddiaçı1 xeyrinə ödənilməsi;

3. 15.000 ABŞ dolları əsas, 39.614,80 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.614,80 ABŞ dolları (əlli dörd min altı yüz on dörd dollar səksən sent) pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı2 xeyrinə ödənilməsi. İşin faktiki hallarına görə bankdan tələb olunan pul vəsaitlərinin faktiki olaraq İddiaçı3 məxsus olmaqla, bankda arvadı və qızının adına qoyulması, iddiaçıların ailə üzvləri kimi eyni cavabdehə qarşı tələbləri üzrə maraqlarının eyni olması, habelə tələblərin eyni əsasa istinadla irəli sürülməsini nəzərə alaraq məhkəmə prosessual qənaət prinsipinə əsasən hər üç tələbin bir icraat çərçivəsində araşdırılaraq baxılmasını məqsədəmüvafiq hesab etmiş və tərəflər bu halı mübahisələndirməmişlər. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki: -"xxxx" ASC ilə İddiaçı3 arasında 2010-2012-ci illərdə bağlanmış əmanət (depozit) haqqında 7 müqavilə üzrə iddiaçı, Banka müxtəlif məbləğlərdə (108000 (yüz səkkiz min) ABŞ dolları, 7000 (yeddi min) ABŞ dolları, 20000 (iyirmi min) ABŞ dolları, 78260 (yetmiş səkkiz min iki yüz altmış) ABŞ dolları, 157000 (yüz əlli yeddi min) ABŞ dolları, 157000 (yüz əlli yeddi min) ABŞ dolları, 175526 (bir yüz yetmiş beş min beş yüz iyirmi altı) ABŞ dolları) əmanət yerləşdirmişdir. -Bundan başqa "xxxx" ASC ilə İddiaçı1 arasında 2011-2012-ci illərdə bağlanmış əmanət (depozit) haqqında 3 müqavilə üzrə iddiaçı, Banka müxtəlif məbləğlərdə (157,000 AZN, 167,700 AZN, 175,526 AZN) əmanət yerləşdirmişdir. -Habelə iddiaçı Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış 31 may 2002-ci il tarixli müddətli əmanət (depozit) hesabı haqqında müqavilə əsasında Bank Əmanətçiyə əmanət (depozit) hesabı açmış və Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı (Əmanətçi) tərəfindən 15.000 ABŞ dolları məbləğində pul vəsaiti həmin depozit hesabına yerləşdirilmişdir. Hüseynova (Məmmədova) Elvira Cavanşir qızının adına əmanət kitabçası açılmış və xx.xx.2002-ci il tarixli mədaxil orderi verilmişdir. İddiaçılar İddiaçı3 və İddiaçı1 həmin bankda olan bank hesablarına qanunsuz müdaxilələr olduğunu, hesablardan müəyyən məbləğlərdə pul vəsaitlərinin çıxarıldığını bildirir və cavabdeh banka depozitə qoyduqları vəsait üzrə götürülmüş məbləğləri geri tələb edirlər, digər iddiaçı Hüseynova (Məmmədova) Elvira Cavanşir qızı isə banka qoyduğu əmanətin və ona dair hesablanmış faiz məbləğlərinin cavabdeh tərəfindən qaytarılmadığını bildirir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi isə iddiaçıların təqdim etdikləri kassa məxaric orderlərinə istinad etməklə, həmin orderlərlə iddiaçıların özləri tərəfindən müvafiq pul vəsaitlərinin götürülməsinin təsdiq olunduğunu bildirir, bu barədə sənədlərin əsillərinin isə saxlama müddəti bitdiyi üçün məhv edildiyini iddia edir. Məhkəmə qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. MPM-in 77.1-ci maddəsinə əsasən cavabdeh "xxxx" ASC iddiaçılardan istinad olunan əmanət məbləğlərinin qəbul olunduğunu etiraf etdiyi üçün əmanət üzrə hesablanmış faizləri qaytardığı barədə etirazları sübut etmək yükü cavabdehin üzərinə düşür. Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olub-olmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. Hazırkı işin sadalanan halları baxımından cavabdehin etirazını təsdiq edən sübutlar kimi iddiaçılara əmanətlər üzrə faizlərin, Elvira Məmmədovaya münasibətdə isə əmanətin təqdim edildiyi barədə sənədləri məhkəməyə təqdim edə bilməsə də, onların məhv edilməsi barədə sübutlar işin mahiyyəti üzrə həlli baxımından həlledici ola bilərdi ki, bank tərəfindən müvafiq sübutlar tələb edilməsinə baxmayaraq məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə sorğusu əsasında müvafiq kassa məxaric orderlərinin məhv edilməsinin Azərbaycan Respublikası Mərkəzi Bankının 16/3 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında” Təlimatın 7.1 və 7.3-cü bəndlərinin tələblərinə uyğun həyata keçirilməsinə dair sənədlərin (dövlət arxiv xidməti təşkilatının icazəsi, aktla rəsmiləşdirilmə və s.) bankdan tələb edilməsinə baxmayaraq, sorğuya cavab olaraq bildirilmişdir ki, sözügedən məxaric əməliyyatlarının baş verdiyi tarixlərdən uzun müddət (müvafiq olaraq 14 il, 10 il, 10 il, 9 il, 10 il, 9 il, 6 il, 18 il) keçdiyinə görə (görüntülərin saxlanma müddəti keçdiyinə görə) müvafiq görüntüləri təqdim etmək obyektiv səbəblərdən mümkün olmamışdır. Həmçinin müraciətdə qeyd edilən sözügedən məxaric əməliyyatlarının baş verdiyi tarixlərdən uzun müddət (müvafiq olaraq 14 il, 10 il, 10 il, 9 il, 10 il, 9 il, 6 il, 18 il) keçmişdir. Yəni, hər bir əməliyyat üzrə 5 (beş) ildən çox vaxt keçmişdir. Məhz buna görə də həmin məxaric orderlərinin bankda olan nüsxəsi obyektiv səbəblərdən məhkəməyə təqdim edilə bilinməmişdir. Belə ki, Azərbaycan Respublikası Mərkəzi X27 xx.xx.2013-cü il tarixli, № 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ın normalarından bəlli olur ki, sözügedən sənədlərin saxlanma müddəti olan 5 (beş) il keçmişdir. Müvafiq sənədlərin saxlanma müddəti keçdiyinə görə və həmin sənədlərin aşkar edilmədiyinə görə obyektiv olaraq həmin sənədlərin məhv edilməsi ilə bağlı Təlimatın 7.1 və 7.3-cü maddələrinə əsasən prosedur sənədlərini də obyektiv olaraq təqdim etmək mümkün olmamışdır. Bununla da yanaşı, hesab edirlər ki, müvafiq sənədlərin obyektiv olaraq tərəflərindən təqdim edilə bilməməsi e-2(006)-3253/2024 saylı mülki iş üzrə tərəflərin mülki münasibətində iddiaçıların xeyrinə olan hal kimi təfsir edilə bilməz. Əvvəla ona görə ki, müvafiq Təlimat bank və Mərkəzi Bank arasında olan publik münasibətləri tənzimləyir. Sözügedən sənədlərin saxlanması üçün nəzərdə tutulmuş 5 illik müddətlər çoxdan ötmüşdür (iddia tələbi bu müddət daxilində verilməmişdir). İcraatda olan e-2(006)-3253/2024 saylı iş isə mülki mübahisədir. Bu o deməkdir ki, saxlanma müddətinin keçməsi və bank tərəfindən bu sənədlərin obeyktiv olaraq təqdim edilə bilməməsi mülki iddiaçılarının iddia tələbinin haqlı olması anlamına gəlmir və gələ bilməz. Əksinə, işin hallarına baxdıqda bəlli olur ki, bu iş üzrə iddiaçıların hərəkətləri mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan suiistifadə ilə müşayiət edilmişdir. Cavabdeh etirazında tələb olunan məbləğlərin başqa şəxs tərəfindən məxaric edilməsi barədə hər hansı sübut təqdim edilməməsini, iddiaçının iradəsindən kənar digər şəxslər tərəfindən çıxarılmasının işin materialları ilə müəyyən edilmədiyini bildirir. Halbuki qeyd edildiyi kimi hazırkı vəziyyətdə sübutetmə yükü bankın üzərindədir. Cavabdehin etirazının “müvafiq məxaric orderlərinin iddiaçıların özlərində olan nüsxələrini (müvafiq məxaric əməliyyatları aparılan zaman bankın bir nüsxəsini müştəriyə təqdim sənədi) məhkəməyə təqdim etməklə, pulun onlar tərəfindən götürülməsinin təsdiq edilməsi, yəni, iddiaçıların bundan xəbərlərinin olması” barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların, pul vəsaitlərinin həmin məxaric orderləri əsasında götürməsi halında hazırkı iddianı qaldırarkən onların iddia ərizəsinə, öz tələblərini təkzib edəcək sübut kimi əlavə edilməsi məntiqli və ağlabatan deyildir. İddiaçıların nümayəndəsi həmin qəbzlərin əsillərinin bankda olduğunu, müvafiq surətlərin də bankın əməkdaşı tərəfindən onlara verildiyini bildirir. Həmçinin iddiaçılar bildirir ki, tələbdə göstərilən məbləğlər onlara verilməmişdir və kassa məxaric orderləri onlar tərəfindən deyil, başqa şəxslər tərəfindən imzalanmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş kassa məxaric orderlərinin iddiaçılar İddiaçı3 və İddiaçı1 tərəfindən imzalanıb-imzalanmadığının müəyyən edilməsi ilə əlaqədar məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, lakin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, məxaric orderlərinin əsillərinin təqdim edilməməsi səbəbindən qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Cavabdehin etirazının “həmin əməliyyatların aparılmasından 9, 10 və 14 il sonra məhkəmə qaydasında mübahisələndirilməsinin iddiaçı tərəfindən mülki hüququn vicdanlılıq prinsipinin pozulması və hüquqlardan sui-istifadə ilə müşayiət edilməsi barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, müqavilələrə daxil edilmiş müvafiq bəndlərə əsasən bu müqavilənin müddətinin bitməsinə bir həftə qalmış əmanətçi depozitin qaytarılmasını bankdan tələb etməzsə, müqavilə həmin müddətə uzadılmış sayılır və bu müqavilənin şərtləri yenidən qüvvəyə minir. Göründüyü kimi müqavilələrdə əmanətin və ya ona hesablanmış faizlərin bankdan götürülməli olması ilə bağlı son müddət müəyyən edilməmiş, əksinə tələb edilmədiyi halda müqavilə müddətinin əvvəlki müddətə uzadılması müəyyən edilərək, onun əmanətçinin istəyinə uyğun olaraq istədiyi vaxt tələb etmək hüququ təsbit edilmişdir. Odur ki, əmanətçilərin uzun illər sonra əmanətlərini və ya faizləri tələb etməsində cavabdehin qeyd etdiyi vicdanlılıq prinsipinin pozulması halı müəyyən edilmir. Bundan başqa cavabdeh təqdim etdiyi hesabdan çıxarışlara əsaslanaraq orada müvafiq məbləğlərin iddiaçılar tərəfindən məxaric edildiyinin əks etdirilməsini və etirazının əsasını təsdiq edən sübut kimi qiymətləndirilməli olmasını bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, vahid məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin Kommersiya Kollegiyasının 2- 2(102)-575/2023 nömrəli qərarına əsasən bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Göründüyü kimi hazırda sübutetmə yükünün cavabdehin üzərinə düşməsinə baxmayaraq, həmin sübutları məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı3, 18.056 manatın tutularaq İddiaçı1, 15.000 ABŞ dolları əmanətin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı2 ödənilməsi hissəsində əsaslıdır. İddia tələbinin “İddiaçı2 ödənilməli olan 39.614,80 ABŞ dolları faiz məbləğinin ödənilməsi” hissəsində məhkəmə, iddianı qismən əsaslı saymaqla qeyd edir ki, müvafiq faiz məbləği müəyyənləşdirərkən onunla bağlanmış əmanət müqaviləsinin 2.1-ci bəndinin şərtləri nəzərə alınır. Belə ki, həmin bəndə əsasən depozit üzrə faizlər şərti olaraq təqvim ilinin daxilində vəsaitin depozit hesabında saxlandığı günlərin faktiki sayına görə hər gün illik 12 faizlə hesablanır. Beləliklə, həmin bəndi tətbiq etdikdə İddiaçı2 xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il (məhkəməyə müraciət edildiyi) tarixədək dövr üçün ödənilməli olan faiz məbləğinin 39.600 ABŞ dolları olması müəyyən edilir (15000/100*12%/365*8030=39.600 ABŞ dolları). Məhkəmə iddianın “6.575 avro pul məbləğinin İddiaçı1 ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materialları əsasında müəyyən olunur ki, 6575 avro vəsait İddiaçı1 məxsus debet kart üzrə hesabındakı məbləğə daxildir. Bununla da müvafiq hesabdakı məbləğin hər hansı depozitlə (əmanətlə) bağlı olmadığı müəyyən edilmişdir ki, bu da cavabdeh tərəfindən təqdim edilmiş iddia müddəti barədə ərizənin həmin hissəyə münasibətdə tətbiqini labüd edir. Bu baxımdan həmin hissədə iddianın rədd edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Qalan digər məbləğlərə münasibətdə iddia müddətinin tətbiqinin yolverilməz olduğunu bildirməklə, məhkəmə, əmanətlər üzrə Mülki Məcəllənin 384.0.2-ci maddəsinin tələbinə görə əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddətinin şamil edilmədiyini nəzərə alır və ərizənin təmin edilməməsi qənaətinə gəlir. Cavabdeh tələb olunan məbləğlərin əmanət deyil, əmanətlər üzrə hesablanmış faiz olduğuna əsaslanmaqla, hazırkı tələblərə iddia müddətinin tətbiq edilməli olduğunu bildirir. Bununla bağlı məhkəmə qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci maddəsinə əsasən əmanət - hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Göründüyü kimi qanunda əmanət anlayışına ondan irəli gələn faizlər də aid edildiyindən, cavabdehin verdiyi iddia müddətinin tətbiqi barədə ərizənin əmanətər üzrə faizlərə tətbiqi istisna edilir. Bundan başqa cavabdehin nümayəndəsi məhkəmə iclasında Dövlət Sərhəd Xidmətinin təqdim etdiyi iddiaçıların sərhədkeçmə məlumatlarına istinad edərək pul vəsaitlərinin götürüldüyü zaman iddiaçıların ölkə daxilində olduğunu, bununla da məbləğlərin onlar tərəfindən götürülə bilmə ehtimalının təsdiq edildiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıların məbləğlər götürülən zaman ölkədə olması həmin məbləğlərin birmənalı olaraq onlar tərəfindən götürülməsini təsdiq edən sübut kimi qəbul edilməsi yolverilən deyildir. Cavabdehin nümayəndəsi eyni zamanda müvafiq vəsaitlərin etibarnamə əsasında iddiaçıların nümayəndələrinə təqdim edilməsinin istisna olunmadığını bildirmişdir. Halbuki bu dəlili müvafiq əmanətlər üzrə dosyelər təqdim edildiyi təqdirdə, məbləğlərin etibarnamə əsasında başqa şəxslər tərəfindən götürülməsini müəyyən etmək olardı ki, hazırkı halda belə dosye təqdim edilmədiyindən, məhkəmə qətnaməsi isə ehtimallara əsaslana bilmədiyindən məhkəmə hesab edir ki, məbləğlərin iddiaçıların etibarnamə üzrə nümayəndələri tərəfindən götürülməsi qənaətinə gəlmək üçün kifayət qədər əsas yoxdur. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən: 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı3, 18.056 manat tutularaq İddiaçı1, 15.000 ABŞ dolları əsas, 39.600 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.600 ABŞ dolları (əlli dörd min altı yüz) pul məbləği Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddiaçılar tərəfindən tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən: - 24.403 ABŞ dolları və 390 avro pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı3, -18.056 manat tutularaq İddiaçı1, -15.000 ABŞ dolları əsas, 39.600 ABŞ dolları faiz məbləği olmaqla cəmi 54.600 ABŞ dolları (əlli dörd min altı yüz) pul məbləğinin Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutulub İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar