Məhkəmə qərarları › İş №e-2(006)-2890/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2890/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2890/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "borc" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1,245.00 (bir min iki yüz qırx beş) AZN əsas borc, 150.00 (bir yüz əlli) manat cərimə borcu, real zərər olaraq avtomobilin təmir xərci 1,015.74 (bir min sıfır on beş manat yetmiş dörd qəpik) manat, cavabdeh əvəzinə ödənilməli inzibati cərimə 180.00 (bir yüz səksən) manat olmaqla ümumilikdə 2,590.74 (iki min beş yüz doxsan manat yetmiş dörd qəpik) manat pul vəsaitinin, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək borcun ödənilməsinin gecikdirildiyi vaxt üçün illik 5% həcmində hesablanması yolu ilə 58 (əlli səkkiz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı MMC ilə Cavabdeh arasında barışıq əldə edildiyini və tərəflər barışıq sazişinin bağlandığını, barışıq sazişinin mətni ilə tanış olduğunu və təsdiq edilməsinə razı olduğunu bildirmişdir. Tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəməyə barışıq sazişini təqdim etməklə tərəflərin hazırkı mülki işi barışıq sazişi bağlamaqla yekunlaşdırmaq niyyətində olduqlarını və qarşılıqlı razılığa gələrək müəyyən şərtlərlə hazırkı barışıq sazişini imzaladıqlarını bildirmişdir. Təqdim olunan barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1 -xx.xx.2024-cü il tarixli B-088-SA-24 saylı müavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən, Cavabdeh İddiaçı MMC-yə 2,650.00 (iki min altı yüz əlli) manat ödəniş etməyi öhdəsinə götürür. - Cavabdeh bu müqaviləni imzaladığı gün 300 (üç yüz) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa məxaric orderi təqdim edilir. - Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 2350 (iki min üç yüz əlli) manat məbləğində borcu xx.xx.2025-ci il tarixində ilkin ödəniş edilmək şərtilə 6 (altı) ay ərzində hər ay 391.60 manat ödəməklə hissə-hissə İddiaçı MMC –yə geri qaytarır. Pul vəsaiti nağd və ya köçürmə yolu ilə ödənilir. 1.2. Cavabdeh tərəfindəən ödəniş Sazişinin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən sonra 10 (on) gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək üçün əsasdır. 2.1. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itimiş hesab ediləsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissəsinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2 Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.3 Bu “Saziş” sözügedən iş icraatında olan Məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2025-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC və Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: 1.1 -xx.xx.2024-cü il tarixli B-088-SA-24 saylı müavilənin icra edilməmiş öhdəlikləri nəticəsində cavabdeh tərəfindən iddiaçıya yaranmış borc və dəymiş zərər də daxil olmaqla tərəflərin yekun razılığına əsasən, Cavabdeh İddiaçı MMC-yə 2,650.00 (iki min altı yüz əlli) manat ödəniş etməyi öhdəsinə götürür. - Cavabdeh bu müqaviləni imzaladığı gün 300 (üç yüz) manat İddiaçı MMC-nin kassasına nağd şəkildə ödəyir və İddiaçı MMC tərəfindən ödənişin edilməsi barədə cavabdehə kassa məxaric orderi təqdim edilir. - Cavabdeh nağd şəkildə edilən ödənişdən sonra ödənilməmiş olaraq qalan 2350 (iki min üç yüz əlli) manat məbləğində borcu xx.xx.2025-ci il tarixində ilkin ödəniş edilmək şərtilə 6 (altı) ay ərzində hər ay 391.60 manat ödəməklə hissə-hissə İddiaçı MMC –yə geri qaytarır. Pul vəsaiti nağd və ya köçürmə yolu ilə ödənilir. 1.2. Cavabdeh tərəfindəən ödəniş Sazişinin 1.1-ci bəndində göstərilən ən son ödəmə tarixindən sonra 10 (on) gün müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir və bu hal İddiaçı MMC-nin məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etmək üçün əsasdır. 2.1. Bu sazişin hər hansı bir şərti və ya onun bir hissəsi yanlış və ya qüvvəsini itimiş hesab ediləsə, bu hal qalan şərtlərə və ya belə şərtlərin qalan hissəsinə təsir etmir və bu şərtlər qüvvədə qalır. 2.2 Barışıq Sazişinin təsdiq edilməsi ilə bağlı hüquqi nəticələr tərəflərə məlumdur və qəbul edilir. 2.3 Bu “Saziş” sözügedən iş icraatında olan Məhkəmə tərəfindən təsdiqləndikdən sonra qanuni qüvvəyə minir. İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar