Məhkəmə qərarları › İş №e-2(006)-2898/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2898/2022

30.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2898/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə və Zakı̇ rova Aygün Cari qızına qarşı “sığorta ödənişinin tutulması tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC-yə və Zakı̇ rova Aygün Cari qızına qarşı “sığorta ödənişinin tutulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, "xxxx" ASC-də 19 yanvar 2021-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Ravon” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 19 dekabr 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X4 tərəfindən idarə olunan “VAZ-21061” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Yasamal DYPŞ-nin qərarı ilə Cavabdeh2 Cari qızı qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 Cari qızı avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənlərin avtomobilinin zədələnməsi ilə bağlı cəmi 500 manat məbləğində sığorta ödənişi verilmişdir. Göstərilənlərə əsasən Cavabdeh1 MMC və Cavabdeh2 Cari qızından 500 manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 Cari qızı arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli, ALY-442 saylı “Daxili lizinq” müqaviləsi üzrə sonuncu bütün öhdəlikləri öz üzərinə götürmüş və “Ravon R4 LTZ" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 Can qızının müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili Lizinq” müqaviləsinin 2.6-cı bəndinə əsasən Cavabdeh2 Cari qızına avtomobilin idarə olunmasına dair 04 noyabr 2021-ci il tarixdə P**********8 saylı etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh2 Cari qızı hüquqazidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Həmçinin, xx.xx.2021 -ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qəzada təqsirli olduğu üçün Cavabdeh2 Cari qızı inzibati məsuliyyətə cəlb olunmuşdur. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh2 Cari qızının hüquqazidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh1 MMC-nin sahibliyindən çıxmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin Cavabdeh1 MMC-yə münasibətdə təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Zakı̇ rova Aygün Cari qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Zakı̇ rova Aygün Cari qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh1 MMC ilə Cavabdeh2 Cari qızı arasında bağlanmış 19 yanvar 2021-ci il tarixli ALY-442 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Həmçinin, alqı-satqı müqaviləsi üzrə əldə edilən lizinq obyektinin (“Ravon R4 LTZ" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin) qiyməti 20100 manat təşkil edir. Bu müqavilə ilə cavabdeh illik 23% olmaqla, 48 ay müddətinə 4800 manat məbləğində borcu ödəməyi öhdəsinə götürmüşdür. İşin materiallarında olan Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC ona məxsus “Ravon R4 LTZ" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi Zakı̇ rova Aygün Cari qızına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək etibar edir. İşin materiallarında olan Yasamal rayon DYPŞ YPX tərəfindən tərtib edilmiş № TP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın və № İXP ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokolun surətlərindən görünür ki, “Ravon R4 LTZ" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş Zakı̇ rova Aygün Cari qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələri ilə təqsirli bilinmişdir. İş materiallarında olan sığorta aktının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də sığortalanmış “Ravon” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobil “VAZ-21061” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq həmin avtomobili zədələmişdir. Nəticədə sığorta hadisəsi baş vermişdir. Həmin aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “VAZ-21061” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 500 manat, ödənilmiş sığorta ödənişinin məbləği 500 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “VAZ-21061” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 500 manat məbləğində ziyan dəymişdir. Əsaslandırıcı hissə: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 mülkiyyətində olan, Cavabdeh2 Cari qızının sahibliyində olan və "xxxx" ASC tərəfindən sığortalanmış “Ravon R4 LTZ" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə edərkən Cavabdeh2 Cari qızı yol hərəkəti qaydalarını pozaraq, “VAZ- 21061” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, sığorta aktına əsasən sığorta şirkəti tərəfindən sığortalı avtomobilə dəymiş zərər ödənilərək sığorta ödənişi həyata keçirilmiş, hazırda isə sığorta şirkəti sığorta aktına əsasən ödədiyi 500 manat məbləğində pulu subroqasiya qaydasında cavabdehlərdən tutulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Habelə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göründüyü kimi yol-nəqliyyat hadisəsi vaxtı Cavabdeh2 Cari qızı yüksək təhlükə mənbəyi olan “Ravon R4 LTZ" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti olmadan idarə etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 Cari qızı arasında 19 yanvar 2021-ci il tarixli ALY-442 saylı “Daxili lizinq” müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüş və “Ravon R4 LTZ" markalı, **-PU- *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 Can qızının müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili Lizinq” müqaviləsinin 2.6-cı bəndinə əsasən Cavabdeh2 Cari qızına avtomobilin idarə olunmasına dair 04 noyabr 2021-ci il tarixdə P**********8 saylı etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Məhkəmə qeyd edir ki, lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh2 Cari qızı hüquqazidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Həmçinin iş materiallarında göründüyü kimi, xx.xx.2021 -ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı qəzada təqsirli olduğu üçün Cavabdeh2 Cari qızı inzibati məsuliyyətə cəlb olunmuşdur. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. “Daxili Lizinq” müqaviləsinin 2.6-cı bəndinə əsasən lizinq obyektindən istifadəni lizinq verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. “Daxili Lizinq" müqaviləsinin 5.1-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddət ərzində istismar zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. “Daxili Lizinq" müqaviləsinin 5.2-ci bəndinə əsasən müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla),həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-2.2-ci maddəsinə əsasən lizinq müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinə sahiblik və ondan istifadə hüququ lizinq alana tam həcmdə keçir. Həmin Məcəllənin 748.6.4-cü maddəsinə əsasən Lizinq alan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilən hallarda, lizinq obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən ziyan nəticəsində yaranan öhdəliklərin yerinə yetirilməsinə görə öz məsuliyyətini sığortalamalıdır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh2 Cari qızının hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh1 MMC-nin sahibliyindən çıxmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Zakı̇ rova Aygün Cari qızından subroqasiya hüququ əsasında 500 (beş yüz) manat məbləğində pul və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Zakı̇ rova Aygün Cari qızından subroqasiya hüququ əsasında 500 (beş yüz) manat məbləğində pul və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi cavabdeh "xxxx" MMC-yə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar