Məhkəmə qərarları › İş №e-2(006)-2902/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2902/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2902/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı "xxxx" X2 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 47 ay müddətinə illik 25% ödəmək şərtilə 7834 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin, cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 9 aprel 2025, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 7418,8AZN əsas, 1037,11 AZN faiz, 71,41 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8527,32 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 7418,8 AZN əsas, 1037,11 AZN faiz, 71,41 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 8527,32 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 105,68 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında Cavabdeh iddia tələbini tam həcmdə qəbul edərək, onun təmin edilməsinə etirazının olmadığını bildirmişdir. 4.Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan «X1» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 125nkSTB2/24 saylı kredit müqaviləsinə əsasən «X1» ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 47 ay müddətinə, illik 25% ödəmək şərtilə 7834 manat məbləğində kredit verilmişdir. 7.Mülki işin materiallarında olan "X1" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 09 aprel 2025-ci il tarixinə "X1" ASC-yə 7418.80 AZN (yeddi min dörd yüz on səkkiz manat, səksən qəpik) əsas, 1037.11 AZN (min otuz yeddi manat, on bir qəpik) faiz, 71.41 AZN (yetmiş bir manat, qırx bir qəpik) manat cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 8527.32 AZN (səkkiz min beş yüz iyirmi yeddi manat, otuz iki qəpik) borcu yaranmışdır. 8.Mülki işin materiallarında olan "X1" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə göndərilmiş bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə 7418.80 AZN (yeddi min dörd yüz on səkkiz manat, səksən qəpik) əsas, 639.79 AZN (altı yüz otuz doqquz manat, yetmiş doqquz qəpik) faiz, 23.56 AZN (iyirmi üç manat, əlli altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 8082.15 AZN (səkkiz min səksən iki manat, on beş qəpik) borcu yaranmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 9.Beləliklə, məhkəmə müəyyən etdi ki, tərəflər arasında bağlanan xx.xx.2024-cü il tarixli, 125nkSTB2/24 saylı kredit müqaviləsinə əsasən «X1» ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 47 ay müddətinə, illik 25% ödəmək şərtilə 7834 manat məbləğində kredit verilmişdir. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini tam həcmdə qəbul edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739-cu maddəsinə (yeni redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 11.Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixinə "X1" ASC-yə 7418.80 AZN (yeddi min dörd yüz on səkkiz manat, səksən qəpik) əsas, 1037.11 AZN (min otuz yeddi manat, on bir qəpik) faiz, 71.41 AZN (yetmiş bir manat, qırx bir qəpik) manat cərimə, 0 AZN (sıfır manat) komisyon haqqı borcu olmaqla, cəmi 8527.32 AZN (səkkiz min beş yüz iyirmi yeddi manat, otuz iki qəpik) borcu yaranmışdır. 12.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 125nkSTB2/24 saylı kredit müqaviləsi üzrə 7418.80 AZN (yeddi min dörd yüz on səkkiz manat, səksən qəpik) əsas, 1037.11 AZN (min otuz yeddi manat, on bir qəpik) faiz, 71.41 AZN (yetmiş bir manat, qırx bir qəpik) manat cərimə, cəmi 8527.32 AZN (səkkiz min beş yüz iyirmi yeddi manat, otuz iki qəpik) borc pul iddiaçı “X1” ASC-nin xeyrinə tutulmalıdır. 13.Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.Belə olan halda, iddia tələbi tam təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 105.68 AZN Cavabdeh tutularaq "Unibank” Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir.

15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 16.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 59- 62-ci maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 125nkSTB2/24 saylı kredit müqaviləsi üzrə 7418.80 AZN (yeddi min dörd yüz on səkkiz manat, səksən qəpik) əsas, 1037.11 AZN (min otuz yeddi manat, on bir qəpik) faiz, 71.41 AZN (yetmiş bir manat, qırx bir qəpik) manat cərimə, cəmi 8527.32 AZN (səkkiz min beş yüz iyirmi yeddi manat, otuz iki qəpik) borc pul və ödənilmiş 105.68 AZN (yüz beş manat, altmış səkkiz qəpik)dövlət rüsumunun əvəzi tutularaq «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar