Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2919/2025 23.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2123 (iki min bir yüz iyirmi üç) manat məbləğində əsas borcun və 42 (qırx iki) manat dövlət rüsumunun alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən xx.xx.2023-cü il tarixli, CMK6156673 nömrəli, xx.xx.2023-cü il tarixli, CMK6156835 nömrəli və xx.xx.2024-cü il tarixli, CMK6157006 nömrəli müqavilələri əsasında ümumi dəyəri 2725 manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Tərəflər avadanlıqların dəyərinin hissə-hissə ödənilməsi şərtilə razılığa gəliblər. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2123 (iki min bir yüz iyirmi üç) manat əsas borcu qalıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilələr üzrə yaranmış 2123 (iki min bir yüz iyirmi üç) əsas borc, 42 (qırx iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi olan 2165 (iki min bir yüz altmış beş) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.
3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə əsasən, iddia ərizəsi və bildiriş Cavabdeh rəsmi qaydada – poçt vasitəsilə göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
4. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
5. İddiaçı MMC ilə Cavabdeh («Alıcı») arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CMK6156673 nömrəli borc müqaviləsindən görünür ki, «Alıcı» İddiaçı MMC-dən hissəhissə ödəniş şərtilə 1440 manat məbləğində məişət avadanlığı əldə etmiş, 72 manat ilkin ödəniş etmiş və 1368 manat məbləği 24 ay müddətinə aylıq 57 manat olmaqla MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı MMC ilə Cavabdeh («Alıcı») arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CMK6156835 nömrəli borc müqaviləsindən görünür ki, «Alıcı» İddiaçı MMC-dən hissəhissə ödəniş şərtilə 965 manat məbləğində məişət avadanlığı əldə etmiş, 65 manat ilkin ödəniş etmiş və 900 manat məbləği 12 ay müddətinə aylıq 75 manat olmaqla MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
7. İddiaçı MMC ilə Cavabdeh («Alıcı») arasında bağlanmış xx.xx.2024-cü il tarixli, CMK6157006 nömrəli borc müqaviləsindən görünür ki, «Alıcı» İddiaçı MMC-dən hissəhissə ödəniş şərtilə 320 manat məbləğində məişət avadanlığı əldə etmiş, 20 manat ilkin ödəniş etmiş və 300 manat məbləği 12 ay müddətinə aylıq 25 manat olmaqla MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.
8. Əşyaların xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh CMK6156673 saylı, CMK6156835 saylı və CMK6157006 saylı müqavilələr üzrə məhsulları təhvil almışdır.
9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1083 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə 965 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 320 manat ödənilməmiş borcu olmaqla, cəmi 2123 manat məbləğində borcu vardır.
10. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, ondan müqavilə üzrə yaranmış borcun ödənilməsi tələb edilmişdir.
11. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, iş üzrə məhkəmə tərəfindən müəyyən edilən hallar ondan ibarət olmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, və xx.xx.2024-cü il tarixdə bağlanmış müqavilələrə əsasən, cavabdeh iddiaçıdan dəyəri 2725 manat olan məişət avadanlığının əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin edilən xəbərdarlığa baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilməmiş və nəticədə onun iddiaçıya borcu yaranmışdır.
c) Məhkəmənin mövqeyi:
13. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqavilələrdən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini tam icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-443.2-ci maddə. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 465.2-ci maddə. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 601.1-ci maddə. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddə. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.5-ci maddə. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 600.1-ci maddə. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddə. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
15. Mülki Prosessual Məcəllə: 14.2-ci maddə. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddə. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddə. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-1-ci maddə. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.
16. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, CMK6156673 nömrəli, xx.xx.2023-cü il tarixli, CMK6156835 nömrəli və xx.xx.2024-cü il tarixli, CMK6157006 nömrəli müqavilələri üzrə cəmi ödənilməmiş 2123 (iki min bir yüz iyirmi üç) manat məbləğində pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir.
17. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə:
18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 2123 (iki min bir yüz iyirmi üç) manat əsas borc və 42 (qırx iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2165 (iki min bir yüz altmış beş) manat məbləğində pul alınaraq "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X3