Məhkəmə qərarları › İş №e-2(006)-2942/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2942/2023

26.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2942/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Qaralov İlqar Zahid oğlu, iddiaçı Ləğv prosesində olan QSC "***" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh A.S.A. qızına qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan QSC "***" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdeh A.S.A. qızına qarşı "borcun tutulması" tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC "***" Kommersiya Bankı ilə A.S.A. qızı arasında “Azərbaycan Respublikası fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2020-ci il tarixli, LM102000893 saylı restrukturizasiya müqaviləsi bağlanılmışdır. xx.xx.2020-ci il tarixli, LM102000893 saylı restrukturizasiya müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 416,90 (dörd yüz on altı manat doxsan qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restrukturizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 416,90 (dörd yüz on altı manat doxsan qəpik) manat məbləğində əsas borc, 5,08 (beş manat səkkiz qəpik) manat məbləğində faiz borcu, 1,72 (bir manat yetmiş iki qəpik) manat məbləğində cərimə borcu, 33,90 (otuz üç manat doxsan qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 457,60 (dörd yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən, Ləğv prosesində olan QSC "***" Kommersiya Bankı ilə A.S.A. qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM102000893 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 416,90 (dörd yüz on altı manat doxsan qəpik) manat məbləğində əsas borc, 5,08 (beş manat səkkiz qəpik) manat məbləğində faiz borcu, 1,72 (bir manat yetmiş iki qəpik) manat məbləğində cərimə borcu, 33,90 (otuz üç manat doxsan qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 457,60 (dörd yüz əlli yeddi manat altmış qəpik) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ləğv prosesində olan QSC “Bank Standart” KB ilə A.S.A. qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM102000893 saylı restrukturizasiya müqaviləsinə əsasən bank tərəfindən A.S.A. qızına 12 (on iki) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə, 416,90 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan QSC “Bank Standart” KB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, A.S.A. qızının xx.xx.2020-ci il tarixli, LM102000893 saylı restrukturizasiya müqaviləsi üzrə Ləğv prosesində olan QSC “Bank Standart” KB-yə 416,90 (dörd yüz on altı manat doxsan qəpik) manat məbləğində əsas borc, 5,08 (beş manat səkkiz qəpik) manat məbləğində faiz borcu, 1,72 (bir manat yetmiş iki qəpik) manat məbləğində cərimə borcu, 33,90 (otuz üç manat doxsan qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla ümumilikdə 457,60 (dörd yüz əlli yeddi manat altmış qəpik) manat borcu vardır. Ləğv prosesində olan QSC “Bank Standart” KB tərəfindən A.S.A. qızına ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Ləğv prosesində olan QSC “Bank Standart” KB ilə A.S.A. qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM102000893 saylı restrukturizasiya müqaviləsinə əsasən A.S.A. qızına 12 (on iki) ay müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə, 416,90 (dörd yüz on altı manat doxsan qəpik) manat məbləğində kredit verilmiş, cavabdeh kreditdən istifadə nəticəsində üzərinə düşən öhdəlikləri tam icra etməmiş və yekunda onun Ləğv prosesində olan QSC “Bank Standart” KB-yə 416,90 (dörd yüz on altı manat doxsan qəpik) manat məbləğində əsas borc, 5,08 ( beş manat səkkiz qəpik) manat məbləğində faiz borcu, 1,72 (bir manat yetmiş iki qəpik) manat məbləğində cərimə borcu, 33,90 (otuz üç manat doxsan qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla ümumilikdə 457,60 (dörd yüz əlli yeddi manat altmış qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla iddia ərizəsində tələb olunan 1,72 (bir manat yetmiş iki qəpik) manat məbləğində dəbbə pulu ədalətlidir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinə uyğun olaraq cavabdeh gecikdirilmiş borca görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməlidir. Belə ki, cavabdeh iddiaçıya gecikdirilmiş 416,90 manat borca görə illik beş faiz hesablanmaqla 33,90 manat ödəməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. qızından 416,90 (dörd yüz on altı manat doxsan qəpik) manat məbləğində əsas borc, 5,08 ( beş manat səkkiz qəpik) manat məbləğində faiz borcu, 1,72 ( bir manat yetmiş iki qəpik) manat məbləğində cərimə borcu, 33,90 (otuz üç manat doxsan qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ərizəyə görə ödənilmiş 30 ( otuz manat) manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 487,60 (dörd yüz səksən yeddi manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan QSC "***" Kommersiya Bankına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh A.S.A. qızından 416,90 (dörd yüz on altı manat doxsan qəpik) manat məbləğində əsas borc, 5,08 ( beş manat səkkiz qəpik) manat məbləğində faiz borcu, 1,72 ( bir manat yetmiş iki qəpik) manat məbləğində cərimə borcu, 33,90 (otuz üç manat doxsan qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ərizəyə görə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi olmaqla ümumilikdə 487,60 (dörd yüz səksən yeddi manat altmış qəpik) manat məbləğində pul tutularaq iddiaçı Ləğv prosesində olan QSC "***" Kommersiya Bankına ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Qaralov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar