Məhkəmə qərarları › İş №e-2(006)-2957/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2957/2024

18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2957/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit borcunun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(077)-170/2020 saylı və Şuşa Ravon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(077)-336/2021 saylı qətnamələrinə əsasən 1xx/xx/108233/15 saylı xx.xx.2015-ci il tarixli və 1xx/xx/104841/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqavdələn üzrə İddiaçı kredit borcunun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin ləğv prosesində olan QSC "Bank Standard” KR-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(077)-170/2020 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC "Bank Standard" KB-nin cavabdeh İddiaçı qarşı tərəflər arasında bağlanmış 1xx/xx/108233/15 saylı xx.xx.2015-ci İl tarixli kredit müqaviləsi üzrə “əsas borc faiz borcunun və cərimə borcunun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(105)-1007/2021 saylı qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(077)-170/2020 saylı qətnaməsi dəşıdiriimədən saxlanılmışdır. Bundan başqa Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(077)-336/2021 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdeh İddiaçı qarşı tərəflər arasında bağlanmış 1xx/xx/104841/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə "əsas borcun, faiz borcunun və cərimə borcunun qaytarılması" tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-606/2022 saylı qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e- 2(077)-336/2021 saylı qətnaməsi dəşidirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən ləğv prosesində olan QSC “Bank Standard KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna rəsmi olaraq müraciət edilərək hər iki Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(077)-170/2020 saylı və Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(077)- 336/2021 saylı qətnamələrinə əsasən 1xx/xx/108233/15 saylı xx.xx.2015-ci il tarixli və 1xx/xx/104841/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə İddiaçı kredit borcunun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosuna təqdim edilməsi (və ya kredit borcunun olması barədə məlumatların müvafiq sistemdən silinməsi) xahiş edilmişdir. Qeyd olunan müraciətə cavab olaraq Əmanətlərin Sığortalanması Fondunun №**********787 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə yuxarıda adları çəkilən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmaması bildirilmişdir. Hazırda Azərbaycan Kredit Bürosunun məlumat bazasında İddiaçı 1xx/xx/108233/15 saylı xx.xx.2015-ci il tarixli və 1xx/xx/104841/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə ödənilməmiş kredit borclarının olması barədə məlumatlar mövcuddur və bu məlumatların olması onun yenidən kredit götürmək hüququnu və digər hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də hesab etmişdir ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(077)-170/2020 saylı və Şuşa Ravon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(077)-336/2021 saylı qətnamələrinə əsasən 1xx/xx/108233/15 saylı xx.xx.2015-ci il tarixli və 1xx/xx/104841/15 saylı xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə İddiaçı kredit borcunun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyi ləğv prosesində olan QSC "Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(077)- 170/20 saylı qətnaməsinin surətindən görünür ki, LPO QSC “Bank Standard” KB-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1007/2021 saylı qətnaməsinin surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(077)-170/20 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(077)- 336/2021 saylı qətnaməsinin surətindən görünür ki, LPO QSC “Bank Standard” KB-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə əsas borcun, faiz borcunun və cərimə borcunun tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-606/2022 saylı qətnaməsinin surətindən görünür ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(077)-336/2021 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/104841/15/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 2665.9 manat, 2592.33 manat faiz, 1382.19 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 807 manat, cəmi 7447.76 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/108233/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 2523.53 manat, 1748.55 manat faiz, 2489.69 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 909 manat, cəmi 7671.42 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə bank arasında xx.xx.2015-ci il tarixli 1xx/xx/104841/15/1 saylı və xx.xx.2015-ci il tarixli 1xx/xx/108233/15 saylı kredit müqavilələri bağlanmış, QSC “Bank Standard” KB kredit müqavilələri üzrə borcun qaytarılması üçün məhkəməyə müraciət etmiş, lakin, iddia müddətinin keçməsi əsası ilə iddia tələbləri rədd edilmişdir. Hazırda iddiaçı kredit borcunun olmaması barədə məlumatın kredit bürosuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında: “...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.” hüquqi mövqe göstərilmişdir. Qeyd olunanlara əsasən, iddia müddətinin keçməsi öhdəliyin xitamı üçün əsas olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunan şəxs kateqoriyasına aid edilməklə iddia rədd olunduğundan, məhkəmə xərcləri Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh LPO QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit borcunun olmaması barədə məlumatların Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar