Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2963/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə 03 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qazancından birgə nikahdan anadan olan 02 noyabr 2006-cü il təvəllüdlü X2, 17 mart 2008-ci il təvəllüdlü X3 və 25 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 230 manat, ümumilikdə 690 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 19 noyabr 2004-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahından 02 noyabr 2006cü il tarixdə X7, 17 mart 2008-ci il tarixdə X8 və 25 noyabr 2009-cu il tarixdə X9 adlı üç övladı doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması və birgə nikahdan anadan olmuş 02 noyabr 2006-cü il təvəllüdlü X2, 17 mart 2008-ci il təvəllüdlü X3 və 25 noyabr 2009-cu il təvəllüdlü X5 anaları X1 yanında qalması və Cavabdeh 25 avqust 2022-ci il tarixdən başlayaraq, 02 noyabr 2006-cü il təvəllüdlü X2, 17 mart 2008-ci il təvəllüdlü X3 və 25 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 200 manat, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. Lakin hazırda tutulan həmin aliment məbləği uşaqlarının maddi tələbatlarının və təhsil xərclərinin ödənilməsi üçün kifayət etmir. İddiaçı özü də işləmədiyindən bu miqdarda alimentlə uşaqlarını saxlamaqda çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 02 noyabr 2006-cü il təvəllüdlü X2, 17 mart 2008ci il təvəllüdlü X3 və 25 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün ayrılıqda tutulan 200 (iki yüz) manat məbləğində alimentin miqdarının artırılaraq 230 (iki yüz otuz) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı ilə 19 noyabr 2004-cü ildə ailə həyatı qurmuş və onların birgə nikahından 02 noyabr 2006-cü il tarixdə X7, 17 mart 2008-ci il tarixdə X8 və 25 noyabr 2009-cu il tarixdə X9 adlı üç övladı doğulmuşdur. O, xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-nin “GHC” filialında sərnişin xidməti üzrə departamentinin Aviaşirkətlərlə iş üzrə sahənin mütəxəssisi vəzifəsində çalışır və aylıq gəliri 1076 manat təşkil edir. O, uşaqlarının maddi təlabatlarını ödəməkdən boyun qaçırmır, lakin maddi gəliri kifayət qədər olmadığından, həmçinin himayəsində əlil valideyni olduğundan göstərilən miqdarda aliment ödəməyə maddi imkanı çatmır. O, hazırda 600 manat məbləğində aliment ödəyir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, qeyd edilənləri nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını və cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materialarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(006)-228/2023 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə X6 ilə Cavabdeh arasında xx.xx.2004-cü il tarixdə bağlanmış nikahın pozulması və birgə nikahdan anadan olmuş 02 noyabr 2006-cü il təvəllüdlü X2, 17 mart 2008-ci il təvəllüdlü X3 və 25 noyabr 2009-cu il təvəllüdlü X5 anaları X1 yanında qalması və Cavabdeh 02 noyabr 2006-cü il təvəllüdlü X2, 17 mart 2008-ci il təvəllüdlü X3 və 25 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. Bakı 12 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin mediyasiya sessiyasında iştirak etməmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-nin “GHC” filialında sərnişin xidməti üzrə departamentinin Aviaşirkətlərlə iş üzrə sahənin mütəxəssisi vəzifəsində çalışır və aylıq gəliri 1076 manat təşkil edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir». «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(006)-228/2023 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh 02 noyabr 2006-cü il təvəllüdlü X2, 17 mart 2008-ci il təvəllüdlü X3 və 25 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iddianı qismən təmin etməklə gəldiyi qənaəti iddiaçı tərəfin cavabdehin əlavə gəlirləri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədiyi və bununla da onun alimenti uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumundan artıq məbləğdə ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi ilə əsaslandırır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(006)- 228/2023 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh 02 noyabr 2006-cü il təvəllüdlü X2, 17 mart 2008-ci il təvəllüdlü X3 və 25 noyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-2963/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2963/2023
03.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver