Məhkəmə qərarları › İş №e-2(006)-2968/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2968/2022

07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2968/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, iddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC “Bank Standard” KB Cavabdeh qarşı "xxxx" tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 1xx/xx/110417/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2494.73 manat (iki min dörd yüz doxsan dörd manat 73 qəpik) məbləğində əsas borc, 1453.48 (bir min dörd yüz əlli üç manat 48 qəpik) manat məbləğində faiz borcu, 594.83 (beş yüz doxsan dörd, 83 qəpik) manat məbləğində cərimə borcu, 336.35 (üç yüz otuz altı manat, 35 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 4879.39 (dörd min səkkiz yüz yetmiş doqquz, 39 qəpik) manat məbləğində pulun, 68.80 (altmış səkkiz manat, 80 qəpik) manat dövlət rüsümunun LPO QSC “Bank Standard’ KB-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 işlərin birləşdirilməsi barədə vəsatətlə müraciət edərək, həmin məhkəmənin hakimi Natavan Tağıyevanın icraatında olan 2(006)-2991/2022 saylı mülki işi icraatda olan 2(006)-2968/2022 saylı mülki işlə bir icraatda birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, icraatda olan iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı iddia tələbinə dair 2(006)-2968/2022 saylı mülki iş vardır. Həmin iddiaçı mahiyyəti üzrə eyni tələblə, eyni iddiaçı və eyni cavabdehin iştirakı ilə 2(006)-2991/2022 saylı mülki iş hakim Natavan Tağıyevanın icraatındadır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, vəsatəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatına daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı LPO QSC “Bank Standard” KBnin Cavabdeh qarşı "xxxx" tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli 1xx/xx/1312/12 saylı kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən LPO QSC “Bank Standard’ KB-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2991/2022 saylı qərardadından (hakim Natavan Tağıyeva) görünür ki, iddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 11:45-ə təyin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəmilə Musayevanın icraatına daxil olmuş xx.xx.2022-ci il tarixli iddia ərizəsindən görünür ki, iddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/110417/12 saylı kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən LPO QSC “Bank Standard’ KB-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2968/2022 saylı qərardadından (hakim Cəmilə Musayeva) görünür ki, iddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş və iş üzrə məhkəmə hazırlıq iclası xx.xx.2022-ci il tarixə, saat 12:15-ə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, hazırki iş üzrə iddiaçının işlərə birgə baxılması xahişini, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan iddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair 2(006)-2991/2022 saylı mülki iş hazırda icraatda olan iddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair 2(006)-2968/2022 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin olunsun. İddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair 2(006)-2968/2022 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Natavan Tağıyevanın icraatında olan iddiaçı LPO QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair 2(006)-2991/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Mülki işlərə 2(006)- 2991/2022 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar