Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2969/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclas katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaşı İddiaçı Cavabdeh ASC-yə qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "borcun silinməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2008-ci il tarixli müqavilə üzrə İddiaçı hesablanmış 3300 manat borcun məbləğində borcun silinməsi və əmək haqqından tutulmuş 821 manat məbləğində vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə 250 manat xidmət haqqının, etibarnamənin təsdiqi üçün 17,25 manat rüsum, məktubların göndərilməsi ilə əlaqədar 15 manat, mənəvi zərərin əvəzi kimi 500 manat və 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2073 nömrəli xx.xx.2008-ci il tarixli bağlanmış kredit müqaviləsi ilə Cavabdeh ASC-nin 2 saylı Sabunçu filialı İddiaçı Eyyub oğluna 5000 manat məbləğində krediti istehlak məqsədilə 12 ay müddətinə verilmişdir. 2(13)1285/2013 saylı iş üzrə 11 dekabr 2013-cü il tarixli qətnamə ilə, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı Eyyub oğluna qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı Eyyub oğlundan 3300 manat əsas, 2950 manat faiz borcu, cəmi 6250 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Kredit Bürosu MMC-nin xx.xx.2020-ci il tarixli Çıxarışından görünür ki, həmin kredit müqaviləsi üzrə hər hansı borc mövcud deyildir. Lakin Cavabdeh ASC-nin Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinə müraciəti əsasında həmin kredit müqaviləsi üzrə İddiaçı Eyyub oğlunun əmək haqqından hər ay pul vəsaiti tutulur. 2073 nömrəli xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş kreditin məbləği 5000 manat olmuşdur. Azərbaycan Kredit Bürosu MMC-nin xx.xx.2020-ci il tarixli və xx.xx.2022-ci il tarixli çıxarışlara əsasən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 3300 manat məbləği göstərilmişdir. Lakin İddiaçı CavabdehASC arasında bu şərtlərlə hər hansı müqavilə bağlanmamışdır. Ağdam Rayon Məhkəməsinin 2(13)1285/2013 saylı iş üzrə 11 dekabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı Eyyub oğluna qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı Eyyub oğlundan 3300 manat əsas, 2950 manat faiz borcu, cəmi 6250 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmiş və həmin qətnamədə göstərilən borc tam ödənilmişdir. Göründüyü kimi CavabdehASC və Nizami Rayon İcra Şöbəsi başqa müqavilə (kreditin məbləği 5000 manat) üzrə qəbul edilmiş Ağdam Rayon Məhkəməsinin 2(13)1285/2013 saylı iş üzrə 11 dekabr 2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsi əsasında digər müqaviləyə İddiaçı əmək haqqından əsassız tuutlma aparılmışdır. Cavabdeh iddiaya etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, 2073 nömrəli xx.xx.2008-ci il tarixli bağlanmış kredit müqaviləsi iləCavabdeh ASC-nin 2 saylı Sabunçu filialı İddiaçı Eyyub oğluna 5000 manat məbləğində krediti istehlak məqsədilə 12 ay müddətinə vermişdir. 2(13)1285/2013 saylı iş üzrə 11 dekabr 2013-cü il tarixli qətnamə ilə, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı Eyyub oğluna qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı Eyyub oğlundan 3300 manat əsas, 2950 manat faiz borcu, cəmi 6250 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ASCyə ödənilməsi qət edilmişdir. iddiaçı qeyd edilən kredit müqaviləsi üzrə borcun onun tərəfindən tam ödənildiyini bildirsədə, bu hal öz təsdiqini tapmır. Belə ki, həmin kredit üzrə hesabdan çıxarışdan görünür ki, kredit üzrə xx.xx.2015-ci il tarixədək cəmi 5179,33 manat məbləğində ödəniş olmuşdur.Həmin ödənişlərin təyinatlarındanda müəyyən olunur ki, ödənilmiş vəsaitin 4617 manat hissəsi əsas borca, 562,33 manat hissəsi isə faiz borcu üzrə silinmişdir. Göründüyü kimi bankdan 5000 manat kredit götürüldüyü halda həmin borcdan yalnız 3997,36 manat hissəsi ödənilmişdir. İddiaçı ödənişlə bağlı hər hansı əlavə sübut təqdim etmədən yalnız MKR məlumatlarına əsasən həmin borcun sonuncu dəfə xx.xx.2015-ci il tarixdə “2101170 MSH 37 xx.xx.2015 silinmə” təyinatları ilə 4288,78 manat və 3300 manat olmaqla hesaba mədaxillər olmuş və kredit borcu üzrə silinmişdir. Həmin vəsaitlər bank tərəfindən ödənilmiş vəsaitlərdir. X2 xx.xx.2015-ci il tarixli qərarı kimi qeyd edilmişdir. İddiaçının məsələ ilə bağlı Banka müraciətindən sonra Bank tərəfindən AKB MMC-yə müraciət olunaraq kredit məlumatlarında düzəliş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianı qəbul etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaya uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Ağdam Rayon Məhkəməsinin 2(13)1285/2013 saylı iş üzrə 11 dekabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı Eyyub oğluna qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı Eyyub oğlundan 3300 manat əsas, 2950 manat faiz borcu, cəmi 6250 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş 2073 nömrəli xx.xx.2008-ci il tarixli Cavabdeh ASCnin 2 saylı Sabunçu filialı ilə İddiaçı Eyyub oğlu arasında bağlanmış kredit müqaviləsindən görünür ki, (iş materialları, səh 23) borcverən 5000 manat məbləğində krediti istehlak məqsədilə 12 ay müddətinə borcalana verir. İş materiallarına əlavə edilmiş 2(13)1285/2013 saylı iş üzrə 11 dekabr 2013-cü il tarixli qətnamədən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı Eyyub oğluna qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı Eyyub oğlundan 3300 manat əsas, 2950 manat faiz borcu, cəmi 6250 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Kredit Bürosu MMC-nin xx.xx.2020-ci il tarixli Çıxarışından görünür ki, borcalanın aktiv öhdəlikləri haqqında məlumat mövcud deyil. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, iş materiallarının araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş 2(13)-1285/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi mövcuddur. Ağdam Rayon Məhkəməsinin 2(13)1285/2013 saylı iş üzrə 11 dekabr 2013-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı Eyyub oğluna qarşı iddiası təmin edilmiş, cavabdeh İddiaçı Eyyub oğlundan 3300 manat əsas, 2950 manat faiz borcu, cəmi 6250 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh ASC-yə ödənilməsi qət edilmişdir. Azərbaycan Kredit Bürosu MMC-nin xx.xx.2020-ci il tarixli Çıxarışından görünür ki, İddiaçı Eyyub oğlunun hər hansı borcu yoxdur. Kapital Bank ASC-nin təqdim etdiyi etirazdan da göründüyü kimi Bank həmin borcu qətnamə qüvvəyə mindikdən sonra ümidsiz borc kimi silmiş, sonradan isə yenidən MKR-a məlumat göndərmişdir. Göründüyü kimi iddiaçı Ağdam Rayon Məhkəməsinin 2(13)1285/2013 saylı iş üzrə 11 dekabr 2013-cü il tarixli olduğunu qəbul etmiş, lakin onun hər hansı borcu olmadığı halda icra məmuru tərəfindən həmin qətnamənin icrası məqsədilə əmək haqqından əsassız tutulmalar aparılmasını mübahisələndirmişdir. Odur ki, məhkəmə bununla bağlı qeyd edir ki, irəli sürülən məsələ məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının icrası mərhələsində həll olunmalı məsələlərdəndəndir. Belə olan halda, iddiaçının sözügedən məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ vardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən, icra mərhələsində tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi icra mərhələsində həll olunmalı məsələ olduğundan İddiaçı Cavabdeh ASC-yə qarşı "pul" tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, o, hazırki məsələ ilə bağlı müvafiq icra şöbəsinə müraciət etmək hüququna malikdir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə "borcun silinməsi və s" tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilsin. İddianın verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №e-2(006)-2969/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2969/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver