Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2982/2023 19.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2165.76 AZN əsas; 475.15 AZN faiz, cəmi 2640.91 AZN məbləğində vəsaitin və ödənilmiş 46.41 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric orderidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2165.76 AZN əsas; 475.15 AZN faiz cəmi 2640.91 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsini müdafiə etdiklərini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, öz izahatında bildirdi ki, müqavilədə olan imza onun imzası deyil, eyni zamanda o, krediti götürdükdən sonra hər ay vaxtı-vaxtında krediti ödəmişdir. Lakin bir müddətdən sonra ödəməni edə bilməmişdir. Müqaviləyə əsasən o, ödəməni etmədiyi halda onu 90 gün ərzində məhkəməyə verməli olduqlarından qəsdən 1 il gecikdirərək faizlər hesablandıqdan sonra onu məhkəməyə vermişlər. Hesab edir ki, faizlər şişirdilib, ona görə də məhkəmədən şişirdilmiş borcun azaldılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarına araşdıraraq hesad edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı ASCarasında bağlanmış xx.xx.2021-ci il tarixli BİKA3748322A210 saylı kredit müqaviləsinin surətindən görünür ki, ona şəxsi məqsəd üçün 26 ay müddətinədək, 4000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 4000 AZN kredit verilmişdir. İş materiallarına əlavə olunmuş kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-dən 4000 AZN məbləğində vəsait götürmüşdür. İş materiallarında olan xx.xx.2023 tarixli 15/3353 saylı maliyyə arayışının surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 2165.76 manat əsas, 475.15 manat faiz, cəmi 2640.91 manat borcu yaranmışdır. İş materiallarında olan Kapital Bank» ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli 16/14855 saylı bildirişin surətindən görünür ki, müqavilə üzrə nəzərdə tutulmuş borcunu ödəmədiyi təqdirdə məbləğin tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmiş, hərracın yeri və vaxtı barədə məlumatlandırılmışdır. Borclu isə məktubu qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-6-16/2-4/1434-9/6597 saylı ekspert rəyinin surətindən görünür ki, ekspertizaya təqdim edilmiş, 6/9/2021-ci il tarixli BİKA3748322A210 №-li kredit müqaviləsində "Borcalan” qrafalarındakı imzalar - Cavabdeh tərəfindən icra olunmuş, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu 2035,39 manat əsas və 363.66 manat faiz borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 -ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında kredit və girov müqaviləsi bağlanmış, cavabdeh tərəfindən öhdəliklər lazımınca həyata keçirilmədiyi barədə xəbərdar edilmişdir. Lakin, buna baxmayaraq cavabdeh tərəfindən borc ödənilməmişdir. İş materiallarında olan təqdim edilmiş bütün qəbzlər barədə verilmiş ekspert rəyindən görünür ki, xx.xx.2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc 2035 manat 39 qəpik; faiz borcu 363 manat 66 qəpik göstərilmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 46 manat 41 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2021-ci il il tarixli BİKA3748322A210 saylı kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 16 %-lə hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə Cavabdeh tutulmalı olan əsas, faiz borca ayrı-ayrılıqda qiymət verərək qeyd edir ki, cavabdehdən tutulmalı olan əsas və faiz borcu qismən təmin edilməli və məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyinə uyğun olaraq 2035.39 manat əsas və 363.66 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsi üzrə əsas borc olaraq 2035 manat 39 qəpik; faiz borcu olaraq 363 manat 66 qəpik olmaqla, cəmi 2399 manat 05 qəpik və ödənilmiş 46 manat 41 qəpik məbləğində dövlət rüsumu Cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 104 (yüz dörd) manat məbləğində ekspert xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ekspert rəyində göstərilən məbləğdən daha artıq borcun olması sübut edilə bilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, BİKA3748322A210 saylı kredit müqaviləsi üzrə əsas borc olaraq 2035 manat 39 qəpik; faiz borcu olaraq 363 manat 66 qəpik olmaqla, cəmi 2399 manat 05 qəpik və ödənilmiş 46 manat 41 qəpik məbləğində dövlət rüsumu Cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 104 (yüz dörd) manat məbləğində ekspert xərci Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE******************** X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2982/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2982/2023
19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver