Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-2986/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər A.Novruzova, Ş.Aslanova, S.Kazımova və L.Məlikovanın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Yerlikayalar Bulent, X11, X7, X2, X8, X10, X16, X3, X4, X12, X9 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qasımov X1 Bulent, X11, X7, X2, X8, X10, X16, X3, X4, X12, X9 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər A.Novruzovaa, Ş.Aslanova, S.Kazımova və L.Məlikovanın nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Müqaviləyə xitam verilərkən həmin obyektin mülkiyyətçisi onlar olmamışlar. Həmin obyektlərin mülkiyyətçisi hazırki müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmuşdur. Onlar tərəfindən iddiaçıya bildiriş ünvanlanmış və müqaviləyə xitam veriləcəyi barədə xəbərdar edilmişdir. İddiaçı, həmin bildirişə reaksiya göstərməmiş və bir aylıq müddət gözlənilməklə müqaviləyə təktərəfli qaydada xitam verilmişdir. Hazırki mülki iş üzrə subyektiv cavabdeh onlar deyil, mübahisəli obyektin hazırki mülkiyyətçiləri olan müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmalı olduğundan, hesab edir ki, mübahisə kommersiya xarakteri daşımır. Ona görə də, hazırki iddia tələbinin məhkəmə aidiyyatı ilə göndərilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada və müddətdə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh və digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər A.Novruzova, Ş.Aslanova, S.Kazımova və L.Məlikovanın nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, işə baxan məhkəmə aidiyyətlə bağlı məsələni həll edərkən mübahisənin predmeti (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakteri) və hüquq münasibətlərinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məsələn, mülki, ailə, iqtisad və.s) nəzərə almalıdır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm də mübahisənin subyekt tərkibinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Belə ki, ümumi məhkəmələr MPM-nin 25.2-ci maddəsində göstərilən işlərlə yanaşı, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə, kommersiya məhkəmələri MPM-nin 26.2-ci maddəsində göstərilən işlərlə yanaşı (bəzi hallarda mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrə baxır. Məhkəmə qeyd edir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İşin hallarından göründüyü kimi tərəflər arasındakı mübahisənin predmetini kommersiya məqsədi daşıyan icarə müqaviləsinin (həmçinin icarə müqaviləsi kirayə müqaviləsindən fərqli olaraq icarəyə götürən tərəfindən müəyyən gəlir əldə edilməsi ilə fərqlənir) bağlanılması və kommersiya fəaliyyətinin təşkili təşkil edir. Həmçinin iddiaçının (VÖEN **********) və cavabdehin (VÖEN **********) VÖEN hesabları mövcud olduğundan həmin məsələyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-32.4-cü maddələrinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Yuxarıda qeyd edilənlər əsasən məhkəmə hesab edir ki, İddiaçı Yerlikayalar Bulent, X11, X7, X2, X8, X10, X16, X3, X4, X12, X9 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Yerlikayalar Bulent, X11, X7, X2, X8, X10, X16, X3, X4, X12, X9 və X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "qeyri-yaşayış sahəsinin boşaldılması və qeyri-yaşayış sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №e-2(006)-2986/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-2986/2023
13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver