Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2986/2024 08.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlunun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlunun Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlu Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44.524 (qırx dörd min beş yüz iyirmi dörd) ABŞ dolları borc məbləğinin, borcun 6 il gecikdirilməsinə görə illik 5% hesablanmaqla 13.357 (on üç min üç yüz əlli yeddi)) ABŞ dolları olmaqla, cəmi 57 881 ABŞ dolları pulun Mərkəzi Bank tərəfindən müəyyən edilən ödəniş gününə manat məzənnəsilə hesablanaraq (57881 x 1.7= 98 397 azn), dövlət rüsumunun əvəzi olaraq 390 ( üç yüz doxsan) manatın və hüquqi xidmətə görə ödənilən 300 manatın tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 01 dekabr 2017-ci il tarixində 3M-2658 nömrəli borcun etirafı ilə bağlı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 45.000 (qırx beş min) ABŞ dolları məbləğində borcun alındığını etiraf etmişdir. Bu günə kimi cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixində cəmi 300 ABŞ dolları məbləğində pul vəsaiti nəğd şəklində ödənilmişdir. Bununla bağlı 01 dekabr 2017-ci il tarixində 3M-2658 nömrəli müqavilənin 1-ci səhifəsini borclu öz əl yazısı ilə qeydiyyat aparmış və imza etmişdir. Bundan başqa 03 aprel 2024-cü il tarixdə 300 AZN (176 ABŞ dolları ekvivalentində) bank kartı vasitəsilə ödənilmişdir. Bununla bağlı vastap mobil tətbiqi üzərindən tərəflər arasında yazışma və ödənişi təsdiq edən çıxarış da göndərilmişdir. Geri qalan 44.524 (qırx dörd min beş yüz iyirmi dörd) ABŞ dolları isə ödənilməmişdir. Belə ki, tərəflərindən 29 aprel 2024-cü il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Həmin məktuba əsasən, cavabdehə borcunu 7 (yeddi) gün ərzində ödəməsini, ödəməzsə, tərəflərindən məhkəməyə müraciət olunacağını və bu zaman məhkəməyə müraciətlə bağlı ödənilən rüsumun, mediasiya xərcinin, borclunun icranı gecikdirməsi ilə bağlı cərimənin, həmçinin hüquqi yardımla əlaqədar vəkilə ödənilən məbləğin də ondan tutulacağını bildirmişlər. Amma cavabdeh tərəfindən ödəniş edilməmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlunun nümayəndəsi və vəkili Vəkil1 izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, pulu aldığını inkar etmir, lakin borcunu ödəyib, hətta 5000 USD artıq ödəniş etmişdir, lakin iddiaçıya güvəndiyi üçün əlində hər hansı sənəd yoxdur. 24 ay boyunca hər ay 1200 manat ödəniş etmişdir, sübutları olmadığı üçün səs yazısı yazmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Qarayev Vaqı̇ f Hüseyn oğlu ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2017-ci il tarixində borcun etirafı haqqında müqaviləyə əsasən iddiaçıya cavabdehə 45000 dolları məbləğində borcu vermiş, borc alan isə etiraf etdiyi borcu xx.xx.2018-ci tarixədək hissə-hissə (22500 ABŞ dolları – xx.xx.2018-ci ilədək, 22500 ABŞ dolları - xx.xx.2018-ci ilədək) qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlu cavabdehin 44.524 (qırx dörd min beş yüz iyirmi dörd) ABŞ dollarının ödəmədiyini bildirərək, həmin məbləğin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdi. Cavabdeh isə həmin məbləği ödədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdi. b) Mülki işin materialları: Mülki işin materiallarında olan Qarayev Vaqı̇ f Hüseyn oğlu ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2017-ci il tarixində borcun etirafı haqqında müqavilədən görünür ki, Qarayev Vaqı̇ f Hüseyn oğlu tərəfindən Cavabdeh xx.xx.2018-ci tarixədək hissə-hissə (22500 ABŞ dolları – xx.xx.2018-ci ilədək, 22500 ABŞ dolları - xx.xx.2018-ci ilədək) 45.000 USD məbləğində borc verilmişdir. Mülki işin materiallarında olan ləğv prosesində olan Qarayev Vaqı̇ f Hüseyn oğlu tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 390 manat məbləğində dövlət rüsumu vəsaiti ödənilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım xərcinə görə “Kəngərli və Partmyorları” Vəkil Bürosuna 300 manat məbləğində pul ödənilmişdir. Mülki işin materiallarına tərəflər arasında “Whatsapp” sosial şəbəkədə olan yazışmalar, həmçinin həmin yazışmalara olan səs yazıları ilə CD-disklər əlavə edilmişdir. Mülki işin materiallarına əlavə edilmiş Qarayev Vaqı̇ f Hüseyn oğlunun nümayəndəsi və vəkili Vəkil1 mülahizəsindən görünür ki, üzrə cavabdeh Şahsuvaroğlu Ender tərəfindən təqdim edilən 2 dəqiqə 58 saniyəlik səs yazısı iddia tələbinin rədd edilməsi üçün əsas deyil. Belə ki, həmin səs yazısında cavabdeh israrla 10 000 ABŞ dollarını verdiyini qeyd etsə də, İddiaçı bildirir ki, həmin pul vəsaiti X1 adlı şəxsdən faizə götürdüyü pul vəsaiti ilə bağlı ödədiyi faiz məbləğidir və həmin məbləğ Vaqifə deyil Məmmədə ödənilmişdir. 1200 ABŞ dolları ilə bağlı isə Vaqif bildirir ki, həmin məbləği də aylıq ödəniş məbləği olaraq Ender Məmməd adlı şəxsə ödəmişdir ki, bunun da 45 000 dollarla əlaqəsi yoxdur. Ender də onunla razılaşır. Həmçinin həmin səs yazısında qeyri-müəyyən ifadələr işlədildiyindən tərəflərin fikirləri aydın olaraq bilinmir. Elə bu səbəbdən də həmin səs yazısı iş üzrə sübut kimi qəbul edilməməlidir. Tərəflər arasında vatsap yazışması barədə videogörüntü və səs yazısını hazırki mülahizəyə əlavə edilmişdir. Həmin CD diskdə olan videogörüntüdən və səs yazısından aşağıdakılar müəyyən olur: Mülahizəyə əlavə edilən Şahsuvaroğlu Enderlə (*** *** ** **) İddiaçı arasında olan 20 aprel 2023-cü il tarixli səs yazısında Ender Vaqifə bildirir ki, səbrli ol sənə pul verək. 01 dekabr 2023-cü il tarixli səs yazısında Ender ona 10 il borcu olan şəxsdən pul vəsaitinin alınmasını (öz borcunun əvəzi olaraq) İddiaçı təklif edir və bununla bağlı fikirlər səsləndirir. 29 iyul 2024-cü il tarixli səs yazsında isə Ender bildirir ki, bu gün-sabah dəqiq sənə pul verəcəm. İddiaçı isə cavabında bildirir ki, “7 ildir eyni sözü deyirsən, bezdim bu sözlərdən.” Ender isə cavab olaraq səs yazısında qeyd edir ki, bax bu dəfə görəcəksən olur ya olmur (ödənişi nəzərdə tutur). 19 avqust 2024-cü il tarixli yazışmada Ender Vaqifə bildirir ki, “uzağı 3-4 günə milyon faiz sənə pul (para) verəcəm, gələn həftə və ondan sonrakı həftələrdə də pul verəcəm.” Daha sonra isə növbəti səs yazısında Ender bildirir ki, “işin içinə məhkəmə girsə bizim planlar pozulur” (Vaqifdən iddianı geri götürməsini tələb edir). 19 avqust 2024-cü il tarixli vatsap sosial şəbəkəsi üzərindən olan yazışmada Ender səs yazısında qeyd edir ki, bu həftə ödənişlə bağlı başlanğıcı edəcək. Buradan aydın olur ki, həmin tarixə kimi borcun bağlanması mümkün deyil. Əks halda Ender borcu geri qaytardığını qeyd etməli idi. Tərəflər arasında olan bütün yazışmalarda və səs yazılarında İddiaçı mütəmadi olaraq borc məbləğini geri tələb edir, Şahsuvaroğlu Ender isə pulunun olmadığı üçün vaxt istəyir, üzrxahlıq edir. İş üzrə olan bütün vatsap yazışmalarında və səs yazılarında Şahsuvaroğlu Ender bir dəfə belə olsun borc məbləğini qaytardığını bildirmir. Daima borcu qaytarmaq üçün müddət istəyir. Vaqif isə daima ödənişin edilməməsi ilə bağlı öz etirazını qeyd edir. Bu baxımdan cavabdehin məhkəmədə bildirdiyi və təqdim etdiyi anlaşılmaz səs yazısı iddianın rədd edilməsi üçün əsas ola bilməz. Çünki 45 000 ABŞ dolları kifayət qədər böyük məbləğdir və cavabdehin onu geri qaytardığı halda səs yazılarına bu barədə heç bir fikir bildirməməsi, etiraz etməməsi onun borcu ödəməsi baxımından qətiyyən inandırıcı deyil. Bu baxımdan iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş edirlər. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Göstərilən Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür. Digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında olan “Whatsapp” proqramı vasitəsilə olunan yazışmalar ilə cavabdehin iddiaçıdan pul alması və həmin borcu tam şəkildə qaytarmaması təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi borcu geri tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, cavabdeh borcunu tam şəkildə ödədiyini, hətta 5000 USD dolları daha çox ödədiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3). Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Lakin məhkəmə onu da qeyd edir ki, cavabdeh Şahsuvaroğlu Ender tərəfindən təqdim edilən 2 dəqiqə 58 saniyəlik səs yazısından görünür ki, cavabdeh 10 000 ABŞ dollarını və 1200 ABŞ dollarını iddiaçıya verdiyini qeyd etmiş, iddiaçı isə bunu inkar etməmiş, lakin həmin məbləğin faiz məbləği olduğunu bildirmişdir. Beləliklə məhkəmə qeyd edir ki, həmin səs yazısı ilə cavabdeh Şahsuvaroğlu Ender tərəfindən İddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğluna 11.200 ABŞ dollar məbləğində pulun ödənilməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ilə iddiaçı arasında olan səs yazıları gizli səs yazısı olsada sübut kimi qəbul edilməlidir. Çünki bu halda səs yazısındakı tərəflər eyni olmuş və hazırki müqavilə tərəfləri arasındakı borcun ödənilməsi kimi danışıqları əhatə etmiş, cavabdeh özünü hardasa sığortlamaq üçün bu addıma əl atmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqeyə görə müəyyən edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlu "pul tələbinə dair" məhkəməyə müraciət edərək, cavabdehin ona 44.524 USD dolları məbləğində borcunun olduğunu bildirsə də, iş materiallarından görünür ki, cavabdeh tərəfindən 2018-ci ildə ödənişlər edilmiş və hazırda onun iddiaçıya yalnız 33.324 USD dolları (44.524 USD – 11.200 USD) məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsinin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilələrin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi gecikdirilmiş vaxt üçün 5% illik faiz dərəcəsi nəzərə alınmaqla xx.xx.2017-ci il tarixli borc müqaviləsi üzrə 13.357 (on üç min üç yüz əlli yeddi) ABŞ dolları məbləğində pulun tutulması hissəsində qismən təmin edilməli, müqavilə üzrə əsas borc 33.324 manat müəyyən edildiyindən, 5% illik faiz dərəcəsi nəzərə alınmaqla cavabdehdən borcun 6 il gecikdirilməsinə görə illik 5% hesablanmaqla 9997.2 ABŞ dolları məbləğində pul iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə görə “Kəngərli və Partmyorları” Vəkil Bürosunun hesabına 300 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yaz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (291.9 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlunun xeyrinə 33.324 ABŞ dolları (otuz üç min üç yüz iyirmi dörd dollar) əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9997,2 dolları (doqquz min doqquz yüz doxsan yeddi dollar, iyirmi sent) faiz borcu olmaqla, ümumilikdə 43321,2 ABŞ dolları (qırx üç min üç yüz iyirmi bir dollar, iyirmi sent) məbləğində borc tutulmalı, (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlunun xeyrinə 33.324 ABŞ dolları (otuz üç min üç yüz iyirmi dörd dollar) əsas borc, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9997,2 dolları (doqquz min doqquz yüz doxsan yeddi dollar, iyirmi sent) faiz borcu olmaqla, ümumilikdə 43321,2 ABŞ dolları (qırx üç min üç yüz iyirmi bir dollar, iyirmi sent) məbləğində borc tutulsun. (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə). Cavabdeh iddiaçı Qarayev Vaqı̇ f Hüseyn oğlunun xeyrinə hüquqi xidmət üçün ödədiyi 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 291.9 manat, cəmi 591.9 (beş yüz doxsan bir manat, doxsan qəpik) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-2986/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2986/2024
08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver