Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-299/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh2 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində AC 815408 seriya və nömrəli sürücülük vəsiqəsi ilə idarə etdiyi ona məxsus “Opel Astra” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X2 idarə etdiyi “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəi ilə bağlı Şirvan Şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə yğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Belə ki, nizamlanmayan yolayrıcında Cavabdeh2 sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməli olduğu halda yolayrıcına daxil olaraq yol nəqliyyat hadisəsinə səbəb olmuşdur. Cavabdeh2 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülmüşdür. İşə əlavə olunmuş materiallardan aydın olur ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurulmuşdur. “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən rəy aktına əsasən maddi zərər aşağıdakı kimi müəyyən edilmişdir: 1. 1 (bir) dəst–qabaq bufer–1611 azn; 2. 1 (bir) ədəd–qabaq radiator barmaqlığı–173 azn; 3. 1 (bir) ədəd–qabaq buferin alt “şivelleri”–627 azn; 4. 1 (bir) ədəd–qabaq buferin alt “fartuku”–80 azn; 5. 2 (iki) ədəd-qabaq sağ/sol fara–1540 azn; 6. 1 (bir) dəst–qabaq panel–691 AZN; 7. 1 (bir) ədəd-qabaq kapot–1218 AZN; 8. 2 (iki) ədəd–qabaq sağ/sol qanad–782 azn; 9. 2 (iki) ədəd–qabaq sağ/sol qanad altlığı–245 azn; 10. 1 (bir) ədəd–qabaq alın şüşə-845 azn;
11. 1 (bir) dəst-qabaq sol “Bakovik”–2539 AZN; 12. 2 (iki) ədəd–qabaq sağ/sol duman işığı–126 AZN; 13. 1 (bir) ədəd-su radiatoru–602 AZN; 14. 1 (bir) ədəd–kondisioner radiatoru–1932 AZN; 15. 1 (bir) dəst– sükanın hava yastığı–329 AZN; 16. 1 (bir) dəst– salon şitinin hava yastığı–3164 AZN; 17. 1 (bir) ədəd–interkulerin radiatoru–618 AZN; 18. 1 (bir) ədəd–qabaq sol amartizator–312 AZN; 19. 1 (bir) ədəd–qabaq körpünün sol alt “çaşkası”–323 AZN; 20. 1 (bir) ədəd–qabaq sol “tyaqa”–215 AZN; 21. 1 (bir) ədəd– motorun alt örtüyü–180 azn, cəmi: 18447 AZN Təmir və bərpa üzrə dəyən maddi ziyan: 1. Armatur işi–100 azn 2. Elektrik işi–150 azn 3. Çilingər işi–200 azn 4. Dəmirçi işi–600 azn
5. Rəngsaz işi–400 azn, cəmi: 1450 AZN. Ümumilikdə, hadisə zamanı “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 19897 manat təşkil etmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin əmlakına zərər vurulması mübahisəsizdir və yol-nəqliyyat hadisəsi zamanı “Mercedes Citan” markalı avtomobilə ciddi zərər vurulması iddia ərizəsinə əlavə edilmiş “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən təqdim olunmuş ekspert rəyindən müəyyən olunur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta ödənişi 5000 manat məbləğində müəyyən edildiyi halda cavabdeh "xxxx" ASC tərəfindən ödəniş həyata keçirilməmişdir. Belə olan halda, 19897 azn məbləğində maddi zərər cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutularaq DİN-nin hesabına köçürülməlidir. Beləliklə, Cavabdeh2 mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıdığından, 19897 azn maddi zərər cavabdehdən tutularaq DİN-nin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin–19897 (on doqquz min səkkiz yüz doxsan yeddi) manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutularaq Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ünvanlayaraq, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş zərərin ödənilməmiş hissəsi-14897 manat məbləğində pulun Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə ona məxsus “Opel Astra” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X2 idarə etdiyi “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisə ilə bağlı Şirvan Şəhər Prokurorluğunda aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cavabdeh2 barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh görülmüşdür. İşə əlavə olunmuş materiallardan aydın olur ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində DİN-ə məxsus “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşına zərər vurulmuşdur. “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən maddi zərər yerində tədqiq edilmiş və tərtib edilən rəy aktına dəymiş ziyanın məbləği 19897 manat təşkil etmişdir. Həmin məbləğin 5000 manat hissəsi Azərbaycan Respublı̇ kası Dövlət Sığorta Kommersı̇ ya Şı̇ rkətı̇ tərəfindən ödənilmişdir. Odur ki, hesab edir ki, yerdə qalan ziyan Cavabdeh2 tərəfindən ödənilməlidir. Onu da qeyd edir ki, onlar məhkəmə tərəfindən təyin edilmiş ekspertin rəyi ilə razı deyillər. Hesab edir ki, dəymiş ziyan iddia ərizəsində qeyd edilən həcmdədir. Odur ki, göstərilənləri nəzərə alaraq iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında qeyd etmişdir ki, tərəfindən yol verilmiş təqsirli hərəkətlər nəticəsində iddiçıya maddi ziyan dəydiyini qəbul edir, lakin iddiaçı tərəfin və ekspertin müəyyən etdiyi məbləğlə razı deyil. Hesab edir ki, onlar tərəfindən qiymət şişirdilmişdir. Sonda yekun olaraq iddia tələbinin qismən təmin edilməsini təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı tərəfindən “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsinin tələbi pozulduğu üçün sığorta ödənişinin verilməsi həyata keçirilməmişdir. Belə ki, Qanunun müvafiq maddəsinə əsasən sığorta ödənişinin verilməsi üçün sığorta tələbi mövcud olmalıdır. Bundan əlavə olaraq sığorta ödənişinin həyata keçirilməsi üçün zərərçəkənə məxsus olan bank hesab məlumatları şirkətə təqdim olunmamışdır. Qanuna əsasən tələb olunan sənədlər iddiaçı tərəfindən Şirkətə təqdim edildikdən sonra zərərçəkənin əmlakına dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişinin verilməsi təmin olunacaqdır.
8. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Rəy aktından görünür ki, “Mercedes Çitan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən maddi ziyan ümumilikdə 19897 manat məbləğində müəyyən edilmişdir.
9. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli, 8/538 nömrəli ekspert rəyinə əsasən, “Opel Astra” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin göstərilən maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mercedes Citan markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır.
10. Mülki işin materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, “Opel Astra” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh2dur.
11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası DİN-in Avtomobil Təsərrüfatının rəisinə ünvanlanmış məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində Şirvan ŞPŞ-nin PPX-nə təhkim olunan X5 markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil Şirvan şəhəri, M.Əsədov küçəsində xidmət apararkən nizamlanmayan yol ayrıcında Opel Astra markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil yol ayrıclarını keçmə qaydasını pozaraq X5 markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi ziyan vurmuşdur.
12. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2023-cü il tarixli, 9/7359 nömrəli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Mercedes Citan” markalı, **-AP-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tərtib edilməklə təxminən 15889 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış və Cavabdeh2 mülkiyyətində olan və onun tərəfindən idarə olunmuş “Opel Astra” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla iddiaçının mülkiyyətində olan və Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X3 tərəfindən idarə olunan “Mercedes Citan” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomaşına maddi ziyan dəymişdir. Daha sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən baş vermiş hadisə ilə əlaqədar olaraq qanunvericilikdə nəzərdə tutulan sığorta ödənişi, yəni 5000 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilsə də, Cavabdeh2 tərəfindən avtomaşına vurulmuş ziyanın əvəzi ödənilməmişdir. Hazırda iddiaçı onun mülkiyyətində olan avtomaşına vurulmuş ziyanın əvəzinin Cavabdeh2 tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbi ilə qismən razıdır.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». Həmin Məcəllənin 1097.1 maddəsinə uyğun olaraq «mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər».
17. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən “ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur”.
18. Həmin Məcəllənin 21.1 maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.
19. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “Mercedes Citan” markalı, **-AP-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tərtib edilməklə təxminən 15889 manat müəyyən edilmişdir.
20. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində xx.xx.2022-ci il tarixli rəy aktını əsas götürərək avtomaşına dəymiş ziyanın əvəzi kimi cavabdehdən 14897 manatın tutulmasını tələb etsə də, məhkəmə həmin rəyi hazırki iş üzrə mötəbər sübut kimi qiymətləndirmir və əlavə olaraq qeyd edir ki, araşdırma zamanı Məhkəmə Ekspertiza Mərkəzənin eksperti tərəfindən verilmiş rəydə müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhz həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Göstərilən Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
23. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
24. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.
25. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
26. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus avtomaşına dəymiş ziyan məbləğinin 5.000 manatı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilmişdir.
27. Göstərilənləri nəzərə alaraq məhkəmə xx.xx.2023-cü il tarixli 9/7359 saylı rəyini Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən sübut kimi qəbul edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmaqla, Cavabdeh2 iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə avtomobilinə dəymiş zərər: 15889 manat – 5000 manat = 10889 manat məbləğində pul vəsaiti tutulmalıdır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizini təşkil edir.
30. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
31. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırki iş üzrə iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumu ödəməkdən azaddır.
32. Belə olan halda, dövlət rüsumu olaraq ödənilməli olan 122.67 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməlidir.
33. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat məbləğində pul Cavabdeh2 alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.
34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 10.889 (on min səkkiz yüz səksən doqquz) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh2 122.67 (yüz iyirmi iki manat, altmış yeddi qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul Cavabdeh2 alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.