Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2991/2022 18.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO "xxxx" KB QSC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 1xx/xx/110417/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2494.73manat məbləğində əsas borc, 1453.48 manat məbləğində faiz borcu, 594.83 manat məbləğində cərimə borcu, 336.35 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 4879.39 manat məbləğində pulun, 68.80 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında 05 iyun 2015-ci il tarixli 1xx/xx/110417/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 3850 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixində xx.xx.2015-ci il tarixli 1xx/xx/110417/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 2494.73 manat məbləğində əsas borc, 1453.48 manat məbləğində faiz borcu, 594.83 manat məbləğində cərimə borcu, 336.35 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış vaxt üçün hesablanmış faiz məbləği, cəmi 4879.39 manat məbləğində borcu qalmışdır. Daha sonra LPO "xxxx" KB QSC başqa bir iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 2038.66 manat məbləğində əsas borc, 855.77 manat məbləğində faiz borcu, 424.60 manat məbləğində cərimə borcu, 268.24 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 3587.27 manat məbləğində pulun, 55.88 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında 07 iyun 2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/1312/12 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 16 faiz ödənilməsi şərtilə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqavilə 01 saylı əlavə sazişə əsasən cavabdehə əlavə olaraq 500 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2014-cü il tarixinə kimi uzadıldı. xx.xx.2013-cü il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 02 saylı sazişə əsasən cavabdehə əlavə olaraq 1800 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2015-ci il tarixinə kimi uzadıldı. xx.xx.2013-cü il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 03 saylı əlavə sazişə əsasən kreditin illik faizi 15 faiz təyin edildi. 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 04 saylı əlavə sazişə əsasən cavabdehə əlavə olaraq 300 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2015-ci il tarixinə kimi uzadıldı. xx.xx.2013-cü il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 05 saylı əlavə sazişə əsasən cavabdehə əlavə olaraq 300 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2015-ci il tarixinə kimi uzadıldı. xx.xx.2014-cü il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 06 saylı əlavə sazişə əsasən cavabdehə əlavə olaraq 400 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadıldı. xx.xx.2014-cü il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 07 saylı əlavə sazişə əsasən cavabdehə əlavə olaraq 350 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadıldı. xx.xx.2014-cü il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 08 saylı əlavə sazişə əsasən cavabdehə əlavə olaraq 500 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadıldı. xx.xx.2014-cü il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 09 saylı əlavə sazişə əsasən cavabdehə əlavə olaraq 600 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2017-ci il tarixinə kimi uzadıldı. xx.xx.2015-ci il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 10 saylı əlavə sazişə əsasən cavabdehə əlavə olaraq 1000 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadıldı. xx.xx.2016-cı il tarixində 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 11 saylı əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadıldı. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 2038.66 manat məbləğində əsas borc, 855.77 manat məbləğində faiz borcu, 424.60 manat məbləğində cərimə borcu, 268.24 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış vaxt üçün hesablanmış faiz məbləği, cəmi 3587.27 manat məbləğində borcu qalmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli e-2(006)- 2968/2022 saylı qərardadı ilə iddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair mülki iş Nəsimi rayon Məhkəməsinin icraatında olan LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələblərinə uyğun izahat verərək təmin olunmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələblərinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə LPO QSC "xxxx" KB arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 1xx/xx/1312/12 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcluya illik 16 faiz ödənilməsi şərtilə 12 ay müddətinə 500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən, xx.xx.2012-ci il tarixində cavabdehə əlavə olaraq 500 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2014-cü il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 02 saylı sazişə əsasən, xx.xx.2013-cü il tarixində cavabdehə əlavə olaraq 1800 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2015-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 03 saylı əlavə sazişə əsasə, xx.xx.2013-cü il tarixində kreditin illik faizi 15 faiz təyin edilmişdir. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 04 saylı əlavə sazişə əsasən, cavabdehə əlavə olaraq 300 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2015-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 05 saylı əlavə sazişə əsasən, xx.xx.2013-cü il tarixində cavabdehə əlavə olaraq 300 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2015-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 06 saylı əlavə sazişə əsasən, xx.xx.2014-cü il tarixində cavabdehə əlavə olaraq 400 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 07 saylı əlavə sazişə əsasən, xx.xx.2014-cü il tarixində cavabdehə əlavə olaraq 350 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 08 saylı əlavə sazişə əsasən, xx.xx.2014-cü il tarixində cavabdehə əlavə olaraq 500 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 09 saylı əlavə sazişə əsasən, xx.xx.2014-cü il tarixində cavabdehə əlavə olaraq 600 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2017-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 10 saylı əlavə sazişə əsasən, xx.xx.2015-ci il tarixində cavabdehə əlavə olaraq 1000 manat kredit verilmiş və kreditin müddəti xx.xx.2018-ci il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı müqaviləyə 11 saylı əlavə sazişə əsasən, xx.xx.2016-cı il tarixində kreditin müddəti xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. İş materiallarında olan LPO QSC "xxxx" KB tərəfindən məhkəyəmə təqdim etməkçün verilən 24 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, LPO QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı kredit müqaviləsi üzrə 14 yanvar 2022-ci il tarixinə yaranmış tələb: Müqavilə üzrə əsas borc- 2038 manat 66 qəpik; Müqavilə müddəti üçün hesablanmış və tələb olunan fazilər-855 manat 77 qəpik; Müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə-424 manat 60 qəpik, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği-268 manat 24 qəpik, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc-3587 manat 27 qəpik. İş materiallarında olan 05 iyun 2015-ci il tarixli 1xx/xx/110417/15 saylı müqavilənin surətindən görünür ki, tərəflər arasında 05 iyun 2015-ci il tarixli 1xx/xx/110417/15 saylı müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 18 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 3850 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 1xx/xx/110417/15 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsasən, xx.xx.2016-cı il tarixində kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. İş materiallarında olan LPO QSC "xxxx" KB tərəfindən məhkəyəmə təqdim etməkçün verilən 02 fevral 2022-ci il tarixli məktubdan görünür ki, LPO QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 1xx/xx/110417/15 saylı kredit müqaviləsi üzrə 21 yanvar 2022-ci il tarixinə yaranmış tələb: Müqavilə üzrə əsas borc-2494 manat 73 qəpik; Müqavilə müddəti üçün hesablanmış və tələb olunan fazilər-1453 manat 48 qəpik; Müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə-594 manat; Gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği-336 manat 35 qəpik; Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc-4879 manat 39 qəpik. Məhkəmə hesab edir ki, iddiaçı LPO QSC "xxxx" KB ilə Cavabdeh arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılmasıunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın – Cavabdeh üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliklərini icra etməsini təsdiq edən sübutlar yoxdur. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermişdir. Lakin, Cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmiş, əsas borc və faiz borcları üzrə ödənişləri vaxtlı-vaxtında aparmamışdır. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 427, 439, 442, 448, 739-cu maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü, əsas kredit borcu məbləğində pulun Cavabdeh tutulması barədə tələbi qismən əsaslıdır və təmin edilməlidir. AR Mülki Məcəlləsinin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə iddia tələblərinin cərimənin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimələrin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğlər azaldılmalıdır. Belə ki, AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Bu səbəbdən məhkəmə 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı kredit müqaviləsi üzrə 40 manat məbləğində cərimə, 05 iyun 2015-ci il tarixli 1xx/xx/110417/15 saylı kredit müqaviləsi üzrə isə 50 (əlli) manat məbləğində cərimə borcunun cavabdehdən iddiaçının xeyrinə tutulmasın məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, iddia tələblərinin dövlət rüsumu ilə bağlı olan hissəsi də əsaslıdır və təmin edilməlidir. Belə ki, iddia ərizələrinin verilməsinə görə iddiaçı tərəfindən 124,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 124.68 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlə bağlanmış kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2021-ci il tarixə ödənilməmiş 5854 (beş min səkkiz yüz əlli dörd) manat 99 (doxsan doqquz) qəpik əsas borc, 428 (dörd yüz iyirmi səkkiz) manat 76 (yetmiş altı) qəpik faiz borcu və 598 (beş yüz doxsan səkkiz) manat 44 (qırx dörd) qəpik dəbbə pulu, iddia qaldırılması üçün 88 (səksən səkkiz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu, ümumilikdə 6882 (altı min səkkiz yüz səksən iki) manat 19 (on doqquz) qəpik, 88 (səksən səkkiz) manat 83 (səksən üç) qəpik dövlət rüsumu və 0 (sıfır) manat 40 (qırx) qəpik bank xidməti haqqı X1, X3 və X2 müştərək qaydada tutularaq iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış 07 iyun 2012-ci il tarixli 1xx/xx/1312/12 saylı kredit müqaviləsi üzrə 2038.66 (iki min otuz səkkiz manat, altmış altı qəpik) manat məbləğində əsas borc, 855.77 (səkkiz yüz yetmiş yeddi manat, yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 40 (qırx) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% dərəcəsi üzrə 268.24 (iki yüz altmış səkkiz manat, iyirmi dörd qəpik) manat faiz borcu; 05 iyun 2015-ci il tarixli 1xx/xx/110417/15 saylı kredit müqaviləsi üzrə isə 2494.73 (iki min dörd yüz doxsan dörd manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 1453.48 (min dörd yüz əlli üç manat, qırx səkkiz qəpik) manat məbləğində faiz borcu, 50 (əlli) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% dərəcəsi üzrə 336.35 (üç yüz otuz altı manat, otuz beş qəpik) manat faiz borcu, ümumilikdə hər iki müqavilə üzrə 4533.39 (dörd min beş yüz otuz üç manat, otuz doqquz qəpik) manat əsas borc, 2309.25 (iki min üç yüz doqquz manat, iyirmi beş qəpik) manat faiz borcu, 90 (doxsan) manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanan illik 5% dərəcəsi üzrə 604.59 (altı yüz dörd manat, əlli doqquz qəpik) manat faiz borcu, cəmi 7537.23 (yeddi min beş yüz otuz yeddi manat, iyirmi üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin 124.68 (yüz iyirmi dörd manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" KB QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-2991/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2991/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver