Məhkəmə qərarları › İş №e-2(006)-2995/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-2995/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-2995/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2017-ci ildən Cavabdeh2 oğlunu tanıyırlar. Cavabdeh2 iddiaçı İddiaçı1 ilə bir yerdə işləmişdir. Cavabdeh2 2017-ci ildə iddiaçı İddiaçı2 işə düzəltmək adı altında sonuncudan 5000 şeb) min) ABŞ dolları məbləğində pul almışdır. Cavabdeh2 iddiaçı İddiaçı2 “SOCAR” şirkətinə işə düzəltməyə söz versə də, sonradan bu iş alınmamış, verilmiş məbləğ isə Cavabdeh2 qalmışdır. Həmin pulun müqabilində Cavabdeh2 iddiaçı İddiaçı2 hər ay 1500 (bir min beş yüz) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Bir neçə ay ödənişdən sonra cavabdeh 5000 şeb) min) ABŞ dollarına görə ödənişləri dayandırmışdır. İlkin ödənişləri etdiyi üçün etibar qazanmış cavabdehə iddiaçı İddiaçı2 əlavə olaraq 45.000 (qırx beş min) ABŞ dolları, həmin dövrdəki manatın dollara olan kursuna görə 76.500 şimtey) altı min beş yüz) manat məbləğində borc vermişdir. Cavabdeh borc aldığı sonuncu məbləğə görə hər ay 10.500 (on min beş yüz) manat pul ödəməyi öhdəsinə götürmüş, bu ödəniş iddiaçının qazancı olmuş, razılaşmaya əsasən əsas məbləğ olan 76.500 manat olduğu kimi qalmışdır. Lakin Cavabdeh2 4 ay 10.500 (on min beş yüz) manat, cəmi 42.000 (qırx iki min) manat ödədikdən sonra ödənişlərini dayandırmışdır. Bundan başqa, iddiaçı İddiaçı1 2018-ci ilin oktyabr ayından hissə-hissə Cavabdeh2 57.000 (əlli yeddi min) manat borc vermiş, həmin pulun müqabilində razılaşmaya görə cavabdeh ona ayda 4100 dröd) min yüz) manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 57.000 manatın müqabilində 2019-cu ilin iyun ayına kimi ona 24.600 (iyirmi dörd min altı yüz) manat ödəsə də, sonradan aylıq ödənişləri dayandıraraq, ona əsas məbləğ olan 57.000 manatı da qaytarmamışdır. Bundan başqa, iddiaçı İddiaçı1 2019-cu ilin sentyabr ayından 2019-cu ilin noyabr ayına kimi hissə-hissə Cavabdeh2 50.500 (əlli min beş yüz) manat məbləğində borc pul vermiş, lakin sonuncu bu puldan ona hər hansı məbləğdə pul qaytarmamışdır. Cavabdeh2 iddiaçı İddiaçı1 107.500 (bir yüz yeddi min beş yüz) manat, iddiaçı İddiaçı2 isə 76.500 şimtey) altı min beş yüz) manat, ümumilikdə birgə iddiaçılardan 184.000 (bir yüz səksən dörd min) manat məbləğində borc pul almış və qaytarmamışdır. Həmçinin, Cavabdeh2 anası Cavabdeh1 2019-cu ilin oktyabr aylarında Məmmədova Aygün Famil qızına müraciət edərək əlavə 15.000 manat borc istəmişdir. Bildirmişdir ki, bu pulun digər pullara aidiyyəti yoxdur, bir həftə sonra Rusiyada yaşayan qardaşı ona göndərdikdən sonra ona qaytaracaq. Birgə iddiaçılar Cavabdeh2 barəsində cinayət təqibi orqanına şikayət etsələr də, aparılmış araşdırmalar nəticəsində sonuncunun əməlində cinayət tərkibi olmadığından, məsələ mülki xarakter daşıdığıdan cinayət işin başlanılmaması haqqında qərar qəbul edilmişdir. Ən son belə qərar Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Vasif Zeynallı tərəfindən 18 iyun 2021-ci il tarixdə qəbul edilmiş və göstərilənlər, o cümlədən cavabdehin etirafedici izahatı həmin qərarda öz əksini tapmışdır. Göstərilənlərə əsasən Cavabdeh2 oğlundan 107.500 züy) yeddi min beş yüz) manat, Cavabdeh1 15.000 (on beş min) manat məbləğində pulun alınaraq iddiaçı Məmmədova Aygün Famil qızına, Cavabdeh2 oğlundan 76.500 şimtey) altı min beş yüz) manat məbləğində pulun alınaraq Mirzəyev Toğrul Famil oğluna verilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh2 verdiyi 5000 ABŞ dolları müqabilində sonuncu ona hissə-hissə olmaqla 4500 manat məbləğində, 45.000 ABŞ dolları müqabilində isə hissə-hissə olmaqla, ayda 10.500 manat, dörd ay ərzində 42.000 manat məbləğində pul vermişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Cavabdeh2 vermiş olduğu 57.000 manat məbləğində pulun müqabilində altı ay ərzində 4.100 manatdan, cəmi 24.600 manat məbləğində ona pul vermiş, 50.500 manatın müqabilində isə heç nə verməmişdir. Bundan əlavə, tanışı vasitəsi ilə Cavabdeh1 15.000 manat məbləğində pul vermiş, sonradan isə Cavabdeh1 pulu qaytarmadığına görə həmin məbləği özü tanışına qaytarmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçılar tələblərini əsaslandırmaq üçün heç bir sübuta istinad etməmişlər. İddiaçıların cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər hansı məbləğdə pulun verilməsini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə, iddia ərizəsi birgə iddiaçıların birgə cavabdehlərə qarşı qaldırılmışdır. Halbuki, həmin tələblərin biri-biriləri ilə heç bir əlaqəsi yoxdur. Qeyd olunanlara əsasən iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 (cəzaçəkmə müəssisəsindən gətirilmişdir) izahat verərək göstərmişdir ki, o, İddiaçı1 ilə bankda 2016-cı ildən birlikdə işləmişdir. İddiaçılar müəyyən dövr ərzində müxtəlif məbləğlərdə pul vəsaitlərini ona vermişlər. İddiaçılar tərəfindən ona pul verilməsinin səbəbi gəlir əldə etmək idi. O, iddiaçılardan aldığı pulu Rafael adında iş yoldaşına verərək gəlir əldə edirdi. Onun də bu prosesdə gəliri olurdu. 184.000 AZN məbləğində pul iddiaçılar tərəfindən ona təhvil verilmişdir. 2016-cı ilin iyun ayından 2019-cu ilin iyun ayına kimi iddiaçılara hər ay 10.500 AZN qaytarmışdır. O pullar Rafael adında şəxsdə qalmışdır. 15.000 manatı İddiaçı1 ona gəlir əldə etmək məqsədilə vermişdir. Lakin anasının bu işdə cavabdeh kimi adının hallanmasının səbəbini bilmir. Anası yalnız o xəstəxanada olanda iddiaçıları görmüşdür. Qeyd olunanlara əsasən ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan Abşeron RPİ-nin İŞ müstəntiqi, polis kapitanı V.Ə.Zeynallının “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Cavabdeh2 araşdırma zamanı izahat verərək göstərmişdir ki, X1 Məmmədova ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Parabank»da işləmiş. 2016-cı ildə İddiaçı1 ona qardaşı İddiaçı2 üçün iş axtardığını bildirmiş. O, İddiaçı1 qardaşı İddiaçı2 «SOCAR» şirkətinə sürücü kimi işə düzəldəcəyinə söz vermiş, bu səbəbdən də İddiaçı1 qardaşı İddiaçı2lə görüşüb, İddiaçı2 5000 (beş min) ABŞ dolları pul almış, lakin Toğrulu «SOCAR» şirkətinə işə düzəldə bilməmişdir. O, Toğrulun 5000 ABŞ dollarını qaytaranda, Toğrul ona təklif etmişdir ki, başqa bir iş olsa məşğul olar. O, da Toğrula həmin 5000 ABŞ dollarını ona verməklə, hər ay 1500 manat pul qazanacağını bildirmişdir. Toğrul onunla razılaşmış. O, Toğruldan 5000 ABŞ dollarını alıb, tanışı «Parabank»da işləyən X2 vermiş və həmin vaxtdan da hər ay, cəmi 8 ay olmaqla, Rəlail Aslanovdan 1500 manat pul alıb Toğrula vermişdir. Təxminən 8 aydan sonra Toğruldan aldığı 5000 ABŞ dollarını Toğrulun özünə qaytarmış, onun Toğrula heç bir borcu qalmamışdır. Lakin bundan sonra Toğrul özü deməsinə görə Abşeron rayonunda olan evlərini salıb ona 45.000 (qırx beş min) ABŞ dolları vermiş, o da həmin 45.000 ABŞ dollarını Toğruldan alıb, tanışı Rəfailə vermiş, hər ay 10.500 manat pulu Rəfaildən alıb Toğrula vermişdir. Bu münvalla 11 ay ərzində faiz olaraq 115.500 (yüz on beş min beş yüz) manat pulu Toğrula vermişdir. Toğruldan pul alıb Rəfailə verdiyini Toğrul və yaxud digər kimsə bilməmişdir. Lakin Toğrul həmin pulu onun üçüncü şəxsə verildiyni bilmişdir. Toğrul ümumiyyətlə Rəfaili tanımamışdır. Rəfail Aslanov ondan aldığı pullarla çirkli pulları təmizləmiş, lakin Rəfail bunu necə etdiyini o dəqiq bilməmişdir. Bundan sonra, Toğrulun bacısı, onun iş yoldaşı Aygün də ona hissə-hissə pul verməyə başlamış, həmin pul 45.000 ABŞ dolları ilə birlikdə həminki dövrə ümumilikdə 184.000 manat etmişdir. Aygündən aldığı pula görə Aygünə də hər ay pul ödəmişdir. O, Toğruldan həminki dövrə manatla 76.500 manat almış, Aygündən isə hissə-hissə olmaqla ümumilikdə 107.500 manat pul almışdır. Ümumilikdə Toğruldan və Aygündən 184.000 AZN pul almış, hazırda onların pulunu qaytarmadığını, onlara borclu olduğunu göstərmişdir. İşdə olan məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən məhkəməyə göndərilmiş xxxx/1214 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 1986-cı il təvəllüdlü Cavabdeh2 xx.xx.2022-ci il tarixdə 13 saylı cəzaçəkmə müəssisəsindən “Xroniki qastrit” diaqnozu ilə müalicə müəssisəsinə köçürülmüşdür. Hazırda Cavabdeh2 müalicəsi davam etdirilir. Şikayətləri azalıb. Psixiatr konsultasiya zamanı ruhi pozuntu əlamətləri müşahidə olunmamış, huşu aydındır, verilən suallara düzgün cavab verir, səhhəti sərbəst ifadə verməyə imkan verir. İşin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin məhkəmənin sorğusu əsasında verdiyi 1(101)-843/21 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Cavabdeh2 barəsində olan 1(101)-843/21 nömrəli cinayət işinin materiallarında İddiaçı1 və İddiaçı2 izahatları mövcud deyildir. Əsaslandırıcı hissə: Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçıların Cavabdeh2 ümumilikdə 184.000 (bir yüz səksən dörd min) manat mələğində pulun verilməsi işin mübahisələndirilməyən halıdır. İddiaçılar bu halı iddia ərizəsində qeyd edirlər. Cavabdeh2 isə məhkəmə iclasında bu halı təsdiq etmişdir. Tərəflər arasında işin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçılar Cavabdeh2 verdikləri pul vəsaitinin bir hissəsinin qaytarılmasını bildirirlər, Cavabdeh2 isə verdiyi izahatlarda (həm polis orqanlarında, həm də məhkəmə iclasında) isə qeyd edir ki, iddiaçıların ona verdiyi pul vəsaitlərini hissə-hissə olmaqla, onlara qaytarmışdır. Göründüyü kimi iddiaçıların Cavabdeh2 ümumilikdə 184.000 manat məbləğində pulun verilməsi işin mübahisələndirilməyən halı olduğuna görə, həmin pulun tam həcmdə onlara qaytarılması Cavabdeh2 tərəfindən sübuta yetirilməli olmasına baxmayaraq, həmin hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İşin məhkəmə araşdırması zamanı İddiaçı2 Cavabdeh2 verdiyi 5000 ABŞ dolları müqabilində sonuncunun ona hissə-hissə olmaqla 4500 manat məbləğində, 45.000 ABŞ dolları müqabilində isə hissə-hissə olmaqla, ayda 10.500 manat, dörd ay ərzində 42.000 manat məbləğində pul verməsini etiraf etmiş, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 isə İddiaçı1 Cavabdeh2 vermiş olduğu 57.000 manat məbləğində pulun müqabilində sonuncunun altı ay ərzində 4.100 manatdan, cəmi 24.600 manat məbləğində İddiaçı1 pul verməsini, 50.500 manatın müqabilində isə heç bir məbləğdə pul verməməsini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbləri qismən təmin edilərək, Cavabdeh2 iddiaçıların hər birinə verdiyi pul vəsaitləri nəzərə alınmalı və Cavabdeh2 38.500 (otuz səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 verilməli, 82.900 (səksən iki min doqquz yüz) manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı1 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bundan əlavə, iddia tələbinin Cavabdeh1 15.000 (on beş min) manat məbləğində pulun alınaraq iddiaçı Məmmədova Aygün Famil qızına verilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı1 iddia tələbinin bu hissəsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 38.500 (otuz səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 verilməli, Cavabdeh2 82.900 (səksən iki min doqquz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 verilməli, iddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməməli, iddiaçılar tərəfindən ödənilmiş 459 (dörd yüz əlli doqquz) manat məbləğində dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi Cavabdeh2 tutularaq iddiaçılara ödənilməli, qalan hissəsi isə iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 38.500 (otuz səkkiz min beş yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı2 verilsin. Cavabdeh2 82.900 (səksən iki min doqquz yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. İddiaçılar tərəfindən ödənilmiş 459 (dörd yüz əlli doqquz) manat məbləğində dövlət rüsumunun 300 (üç yüz) manat hissəsi Cavabdeh2 tutularaq iddiaçılara ödənilsin, qalan hissəsi isə iddiaçılara aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar