Məhkəmə qərarları › İş №e-2(006)-3007/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3007/2022

15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3007/2022 15.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleqiyasının 09 avqust 2016-ci il tarixli 2(103)-6192/2016№li qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını dəyişdirilərək 17 yanvar 2007-ci il təvəllüdlü X3 və 23 fevral 2008-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh X4 hər ay hər uşağa 193 (yüz doxsan üç), cəmi 386 (üç yüz səksən altı) manat tutularaq mənim xeyrimə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia yüklənərkən texniki xəta baş verdiyini və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1633/2018№li xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını dəyişdirilərək, xx.xx.2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqından və diqər qəlirlərindən ¼ hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 1633/2018№li xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Qətnaməyə əsasən xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsinə qət etmişdir. Qeyd etmək istəyirəm ki, Cavabdeh Azərbaycan X2 rəsmi işləyir və hər ay maaş alır. Bununla əlaqədar, hal-hazırda mən yetkinlik yaşına çatmamış uşağı X1 cavabdehin əmək haqqından və diqər qəlirlərindən ¼ hissəsi aliment pulu tələb edirəm. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə uyğun olaraq Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə uyğun olaraq Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsinə uyğun olaraq Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən-Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1; 76.1; 112.1-ci maddələrinə uyğun olaraq, x a h i ş e d i r ə m: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1633/2018№li xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarını dəyişdirilərək, xx.xx.2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh əmək haqqından və diqər qəlirlərindən ¼ hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edəsiniz. İddiaçı məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmədən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən, iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 295295 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah bu barədə akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 167 № ilə qeyd edilməklə ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/6-1434 Arayışdan görünür ki, tərəflər xx.xx.2022-ci il tarixində, 16:00-16:30 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin sessiyada sonra prosesi davam etdirmək mümkün olmamışdır və İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. 3 saylı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 766488 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən ünvanlanmış 02-2/389 saylı 24 iyun 2022-ci il tarixli məktubun surətindən görünür ki, cavabdehin Azərbaycan X2 aylıq əmək haqqı 808 AZN-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. 1 saylı Bakı “Asan Xidmət” Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE Serialı, 11366644 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X7 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Məmmədov Cavid, ana qrafasında Məmmədova Nigar qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1633/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh əmək haqqından və diqər qəlirlərindən ¼ hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1633/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh əmək haqqından və diqər qəlirlərindən ¼ hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar