Məhkəmə qərarları › İş №e-2(006)-3021/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3021/2022

06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3021/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, İddiaçı ”X2 Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”X2 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas məbləğ üzrə 652.88 AZN (altı yüz əlli iki manat səksən səkkiz qəpik), hesablanmış və ödənilməmiş faiz borcu üzrə 80.35 AZN (səksən manat otuz beş qəpik) cərimə borcu üzrə 59.21 AZN (əlli doqquz manat iyirmi bir qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borca görə 8.10 AZN (səkkiz manat on qəpik), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 5.90 AZN (beş manat doxsan qəpik), ümumilikdə 806.44 AZN (səkkiz yüz altı manat qırx dörd qəpik) məbləğində kredit kartı borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ”X2 Azərbaycan” QSC idda tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”X2 Azərbaycan” QSC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 14 may 2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 4.26 maddəsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh1 istehlak yönümlü 600 manat məbləğində kredit kartı limiti ayrılmışdır. ”X2 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış fazilərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi tam icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən ”X2 Azərbaycan” QSC-yə olan borcu əsas məbləğ üzrə 652.88 manat, hesablanmış və ödənilməmiş faiz borcu 80.35 manat, cərimə borcu 59.21 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalara üzrə borc 8.10 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5.90 manat, cəmi isə 806.44 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5- ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixində ”X2 Azərbaycan” QSC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış, bu müqaviləyə uyğun olaraq borcverən borcalana bu müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit verir, borcalan isə kredit üzrə almış olduğu bütün borc məbləğlərini bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və müddətlərdə borcverənə qaytarmasını öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, ”X2 Azərbaycan” QSC ilə Cavabdeh1 arasında bağlanmış Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinin şərtlərinə görə bank tərəfindən ona 600 manat məbləğində kredit kartı limiti ayrılmışdır. Cavabdeh1 əsas məbləğ üzrə borcu 652.88 manat, faiz üzrə borcu 80.35 manat, cərimə üzrə borcu 59.21 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalara üzrə borc 8.10 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 5.90 manat, cəmi borc isə 806.44 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən (pretenziya) görünür ki, Cavabdeh1 Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləyə müvafiq olaraq **********804484 nömrəli kredit kartı verilmişdir. Həmin tarixə əsas məbləğ üzrə borc 652.88 manat, faiz üzrə borc 80.35 manat, cəmi borc 758.11manat təşkil edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinin tələbinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərlərinə düşən öhdəliyi yerinə yetirmədiklərindən icranı gecikdirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas məbləğ üzrə 652.88 AZN (altı yüz əlli iki manat səksən səkkiz qəpik), hesablanmış və ödənilməmiş faiz borcu üzrə 80.35 AZN (səksən manat otuz beş qəpik), cərimə borcu üzrə 59.21 AZN (əlli doqquz manat iyirmi bir qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borca görə 8.10 AZN (səkkiz manat on qəpik), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 5.90 AZN (beş manat doxsan qəpik), ümumilikdə 806.44 AZN (səkkiz yüz altı manat qırx dörd qəpik) məbləğində kredit kartı borcu və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehdən tutulmalıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 (otuz) manat təşkil edir. Ona görə məhkəmə hesab edir ki, ödənilən 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas məbləğ üzrə 652.88 AZN (altı yüz əlli iki manat səksən səkkiz qəpik), hesablanmış və ödənilməmiş faiz borcu üzrə 80.35 AZN (səksən manat otuz beş qəpik), cərimə borcu üzrə 59.21 AZN (əlli doqquz manat iyirmi bir qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borca görə 8.10 AZN (səkkiz manat on qəpik), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri üzrə 5.90 AZN (beş manat doxsan qəpik), ümumilikdə 806.44 AZN (səkkiz yüz altı manat qırx dörd qəpik) məbləğində kredit kartı borcu və dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar