Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3041/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – İddiaçı, Cavabdeh – Cavabdeh iştirakları ilə, İddiaçı X6 Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X14 Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay cavabdehin qazancının (başqa gəlirlərin) dörddə bir hissəsi məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqiləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla, xx.xx.2009-cu il təvəllüdlü X2 üçün təyin olunan alimentin məbləğinin artırılaraq hər ay 220 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X14 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X8 ilə xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş X15 adlı övladı dünyaya gəlmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(006)-2572/2011 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, qızı Aidə yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay gəlirlərinin ¼ hissəsi məbləğində alimentin X3 tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Daha sonra isə məlumatı və iştirakı olmadan yeni bir məhkəmə baxışı keçirilmiş və nəticədə yenə Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(020)-1380/2020 saylı qətnaməsi ilə alimentin məbləği 100 manata endirilmişdir. Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, keçmiş həyat yoldaşı X14 ona qarşı alimentin artırılması tələbi ilə iddia qaldırmışdır. Lakin bu iddianı əsassız hesab edir. Belə ki, N.Cəlilova iddiasını onunla əsaslandırmışdır ki, 15 oktyabr 2020-ci ildə Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə mənim hər növ gəlirindən 4/1 hissəsi ləğv olunaraq 100 manat sabit oul məbləğində alimentin tutularaq X2 üçün qətnamə çıxarmış və bu qətnamədən onun xəbəri olmamışdır. Bundan başqa o, həmin qətnamənin surətini məhkəməyə proses təyin olunacağı vaxtda təqdim edəcəyəyini qeyd etmişdir. Sözügedən xx.xx.2020-ci il tarixli Nəsimi rayon məhkəməsinin belə qətnaməsi ümumiyyətlə mövcud deyil. Qeyd olunan qətnamə xx.xx.2020-ci il tarixli qətnamə Beyləqan rayon məhkəməsi tərəfindən çıxarılmış və həmin vaxt Cəlilova Naibə məhkəmə tərəfindən xəbərdar edilmişdir. Sadəcə N.Cəllova və nümayəndəsi prosesdə iştirak etməmişdirlər. X9 ilə olan nikahından üç övladı dünyaya gəlmişdir. Belə olduğu təqdirdə A.Haqnəzərova nikah pozulmadan ondan aliment tələbi ilə xx.xx.2014-cü il tarixli X4, X5 və birinci nikah dövründə anadan olmuş X2 üçün hər növ gəlirinin 50 faizinin 33 faizinin 2 nikahdan olan övladları üçün, 17 faizini isə birinci nikahdan olan övladı üçün tutulması barədə qətnamə qət etmişdir. Sonradan ikinci nikahdan 3-cü övladı X12 da anadan olduqdan sonra A.Haqnəzərova alimentin artırılması üçün Nəsimi rayon məhkəməsində iddia qaldırmış və müvafiq məhkəmə qətnaməsi çıxarılmışdır. Belə olduğu təqdirdə N.Cəlilovaya qarşı alimentin azaldılması tələbi ilə Beyləqan rayon məhkəməsinə iddia ilə müraciət etmiş və xx.xx.2020-ci il tarixli qətnamə qət edilmişdir. N.Cəlilova Gürcüstan Respublikasının vətəndaşıdır və axırıncı qeydiyyatı isə Beyləqan rayonu olmuşdur. Bundan başqa N.Cəlilova barədə (uşaqla ünsiyyət barədə) Nəsimi rayon məhkəməsinin qətnaməsi olmasına baxmayaraq N.Cəlilova Azərbaycan Respublikasının adından çıxarılmış məhkəmə qətnaməsinə və qanunlarına hörmət etmir, o, cümlədən Gürcüstan Respublikasında Azərbaycana qarşı Anti Azərbaycan təbliğatı ilə məşğul olur. Bununla əlaqədar N.Cəlilovanın ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Əlavə olaraq Ailə Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq övladın saxlanılması hər iki valideynin borcudur. Bundan başqa N.Cəlilova Gürcüstan Respublikasında işləyir və 3000 lari (ekvivalent AZN-lə təxminən iki min manat) əməkhaqqı alır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinə etirazın məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Beyləqan rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 300754 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2009-cu il tarixdə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, atası Cavabdeh, anası X10r. AZ-İ seriyalı 179397 saylı Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh və X14 ilə olan nikah xx.xx.2012-ci il tarixdə ləğv edilmişdir. Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(020)-1380/2020 saylı qiyabi qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2009-cu ildə anadan olan X1 üçün cavabdeh X11 ödədiyi alimentin məbləği azaldılaraq hər ay 100 manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1 -ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı, valideynlərin uşaqlarını saxlamaqda bərabər hüquqlara və öhdəliklərə malik olmalarını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləğini hər ay 220 manat məbləğində tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmaqla iddia göstərilən hissədə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Beyləqan rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(020)-1380/2020 saylı qiyabi qətnaməsi ilə tutulan 100 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməli, qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq X11 ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Beyləqan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(020)-1380/2020 saylı qiyabi qətnaməsi ilə tutulan 100 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay 220 manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq X11 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elekron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-3041/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3041/2023
14.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver