Məhkəmə qərarları › İş №e-2(006)-3065/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3065/2024

03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3065/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Eldənı̇ z oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Eldənı̇ z oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3333/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X1 üçün onun yetkinlik yaşına çatmasına qədər hər ay 2500 (iki min beş yüz) manat məbləğində müəyyən edilərək Cavabdeh Eldənı̇ z oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-321/2017 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Binəqədi Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 969 № ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2017-ci il tarixdən başlayaraq X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 136 (yüz otuz altı) manat 60 (altmış) qəpik sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra İddiaçı alimentin artırılması tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4938/2020 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(006)-321/2017 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 3333/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli, 2(006)-321/2017 saylı qətnaməsinə müvafiq olaraq artırılmış 170 manat aliment məbləği yenidən artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı maddi durumu uşağın xərclərinin qarşılanmasına və onun normal şərtlər daxilində böyüməsi və inkişaf etməsi üçün tələb olunan zəruri şəraitin yaradılmasına imkan vermir. Bu səbəblə alimentin məbləğinin artırılmasına mühüm zərurət vardır. Cavabdeh tərəfin aylıq dövriyyəsi ilə bağlı Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət etsələr də, müraciətlərindən bir ay keçməsinə baxmayaraq hələ də cavab verilməmişdir. Lakin onlara bəlli olan məlumata görə Cavabdeh Eldənı̇ z oğlunun vergi ödəyicisi kimi aylıq gəliri 10.000 (on min) manatdan çoxdur. Cavabdeh Eldənı̇ z oğlu məhkəməyə iddia ərizəsinə etirazla müraciət edərək, İddiaçı iddiasının qismən, sabit məbləğdə alimentin miqdarının artırılaraq 225 (iki yüz iyirmi beş) manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında İddiaçı ona qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş vardır. Həmin iddia tələbi onunla əsaslandırılıb ki, guya ki, onun aylıq gəliri 10.000 manat təşkil edir, buna görə də ondan 2.500 manat aliment tutulmalıdır. Təbii ki, bu əsassız tələbdir. Cavabdeh nəzərə çatdırır ki, o ikinci dəfə ailə həyatı qurmuşdur. Hazırda ikinci nikahdan xx.xx.2022-ci il təvəllüdlü Mehparə və xx.xx.2024-cü il təvəllüdlü Cəlal adlı iki övladı doğulmuşdur. Rəsmi əmək haqqı və sabit gəliri olmadığından, habelə ailə vəziyyəti nəzərə alınarsa alimentin yüksək məbləğdə artırıılmasına razı deyil. Lakin iddianı 225 manat hissədə qəbul edir və qeyd edilən məbləğdə aliment ödəməyə razıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini, məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Eldənı̇ z oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3333/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2017-ci il tarixli 2(006)-321/2017 saylı qətnaməsinə müvafiq olaraq artırılmış 170 manat aliment məbləğini yenidən artırılaraq xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olması, həmin nikahdan 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 4 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/4-2024-00245 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. İddiaçı tərəfindən mediasiya sessiyasında iştirakla bağlı ümumilikdə 60 manat pul vəsaiti (50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci) ödənilmişdir. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh Eldənı̇ z oğlunun başqa nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmamış övladları vardır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə vergi ödəyicisi olan Cavabdeh Eldənı̇ z oğlunun faktiki olaraq illik dövriyyəsi ilə bağlı rəsmi məlumatın təqdim edilməsi barədə 25 nömrəli sorğu verilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, Cavabdeh Eldənı̇ z oğlu (VÖEN: **********) tərəfindən 2023-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə gəlir məbləği 0,00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Eyni zamanda cavabdehin məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazdan da görünür ki, o, aliment məbləğinin dəyişdirilməsinə (artırılmasına) etirazının olmadığını, lakin iddianı 225 manat hissədə qəbul edərək qeyd edilən məbləğdə aliment ödəməyə razı olduğunu bildirmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehin başqa nikahından iki övladı dünyaya gəlmişdir. xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatmamış və hazırda ataları Cavabdeh Eldənı̇ z oğlunun himayəsindədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, e-2(006)-3333/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Beləliklə də uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3333/2022 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 235 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar