Məhkəmə qərarları › İş №e-2(006)-308/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-308/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-308/2025 05.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və icarə haqqının tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında və qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və icarə haqqının tutulması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh olan xx.xx.2019-cu il tarixli Müqaviləyə əsasən "Tikinti şirkəti" söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi" X2 məxsus Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 000694 nömrəli Şəhadətnamə (reyestr nömrəsi: l, qeydiyyat nömrəsi: 000694) ilə mülkiyyət hüquqlarını təsdiq edən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr 24 ünvanında yerləşən, ümumi sahəsi 73.7 kv.m. olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb, "Tikinti şirkəti" tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra A və ya B blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 73.7 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini "Mülkiyyətçi"yə, yəni iddiaçıya verməyi öhdəsinə götürmüşdür. "Mülkiyyətçi" öhdəsinə götürür ki, bu Müqavilənin imzalandığı tarixdən etibarən 10 gün ərzində ona məxsus mənzili söküntü üçün "Tikinti şirkəti"nə təhvil verəcək, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini isə qəbul edəcəkdir. "Tikinti şirkəti" həmçinin öhdəsinə götürür ki, qeyri-yaşayış söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 2000 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə olmaqla, yeni qeyri-yaşayış sahəsi "Mülkiyyətçi"yə təhvil verilən günədək ödəniləcəkdir. "Mülkiyyətçi"nin kommunal borcları olduğu halda "Tikinti şirkəti" həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir.” Buna baxmayaraq, müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, nə obyekt təhvil verilməmiş, nə də ki icarə haqqı ödənilməmişdir. Əvvəllər vaxtlı-vaxtında ödənişlər yerinə yetirilsə də, artıq 4 aydır ki, cavabdeh bir qəpik də ödəniş etməmişdir. Bu barədə cavabdehə yazılı Pretenziyada ünvanlansa da, cavabdeh pretenziyaya cavab verməmiş və ödəniş etməmiş və obyekti təhvil verməmişdir. Əlavə olaraq, mülkiyyətçi iddiaçının anası X4 olsa da, anası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Əlavə olunmuş doğum haqqında şəhadətnaməyə əsasən X1 oğlu olmağı təsdiq olunur. Hazırda vərəsəliklə bağlı notariusa müraciət olunmuşdur. Əlavə olunmuş Müqaviləyə əsasən "xxxx" MTK olan xx.xx.2019-cu il tarixli Müqaviləyə əsasən "Tikinti şirkəti" söküntüsü nəzərdə tutulmuş binada "Mülkiyyətçi" X2 məxsus Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 000694 nömrəli Şəhadətnamə (reyestr nömrəsi: l, qeydiyyat nömrəsi: 000694) ilə mülkiyyət hüquqlarını təsdiq edən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr 24 ünvanında yerləşən, ümumi sahəsi 73.7 kv.m. olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb, "Tikinti şirkəti" tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra A və ya B blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 73.7 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini "Mülkiyyətçi"yə, yəni iddiaçıya verməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə cavabdeh arasında son aparılan üzləşmə zamanı-sonuncu ödəniş tarixinədək (2021-ci il may ayı) ödənilməmiş borc məbləği qismində 14.600 azn müəyyən edilmişdir. 2021-ci ilin may ayından hal-hazırki tarixədək nə əmlak təhvil verilməmiş, nə də hər hansı icarə haqqı ödənilməmişdir. Real Bazar qiymətləri, vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınmaqla (İddiaçı müqavilə bağlayarkən işlərin 2021-ci il mart ayında yekunlaşmasını nəzərə alaraq icarə haqqını 2000 azn müəyyən etmişdir) aylıq real icarə haqqının həmin ərazilərdə müvafiq ödənilməmə dövrləri 2021-ci il may ayından bugünədək (4 il 4 ay) aylıq 5000 manat məbləğində nəzərə alınmaqla 52 ay üzrə 260.000 manat məbləğ təşkil edir. Belə ki, cavabdehin iddiaçı qarşısında iddia ərizəsinin dəqiqləşdirmə gününədək əvvəlki hissədə ödənilməmiş 14600 (on dörd min altı yüz) manat məbləğində borc, 2021-ci il may ayından tam hərəkətsizlik edilməklə ödənilməyən real bazar qiymətləri nəzərə alınmaqla hesablanan qalıq borc məbləği 260.000 manat olmaqla ümumilikdə cəmi 274.600 (iki yüz yetmiş dörd min altı yüz) məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən cavabdeh tərəfindən ödənilməli olan 274.600 manat məbləğində icarə haqqının iddiaçının xeyrinə cavabdehdən tutulması, pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədilə müvafiq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən ümumi sahəsi 73.7 kv m olan qeyri-yaşayış sahəsinin müqavilə bağlanarkən iddiaçıya məxsus olmuş 1-ci mərtəbəsindəki (əvvəlki tikinti sxemi üzrə, hal-hazırki tikinti layihəsi nəzərə alınmaqla birbaşa magistral yola çıxışı olan, magistral yoldan nəzərə alınmaqla birinci mərtəbə) iddiaçıya məxsus eyni əmlakın) əmlakın mülkiyyətçiyə təhvil verilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə müqavilə bağlandığı zaman binanın təməlinin qoyulmadığını, müqavilə bağlandığı zaman orada icarəçinin olduğunu, müqavilə bağlandıqdan 1 ay sonra həmin şəxsi çıxardıqlarını, ondan sonra 2000 manat kirayə haqqını verdiklərini, söküntünün 1-2 ay çəkdiyini bildirmişdir. 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, aylıq ödəmədiyi xərclər yaranmış, sözügedən qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə ərazinin hal-hazırda onların istifadəsində olduğunu, aylıq icarə məbləğinin 5.000 manat nəzərdə tutulduğunu, bununla bağlı ekspert rəyini təqdim etdiklərini, həmin ərazinin hazırki bazar qiymətinin 7.500 manat olduğunu, təhvil tarixinə əsasən 4 il 4 ayın başlancığının 2021-ci ilin may ayından hesablandığını, icarə haqqı kimi 2.000 manatın müəyyən hissəsinin ödənildiyini, qalıq məbləğin 14.600 manat olduğunu, bünövrənin qoyulması ilə bağlı hansısa bir sənədin olmadığını bildirmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 6.Məhkəmə iddiaçı tərəfin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyinə dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçı və onun nümayəndəsi-vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan AR İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən 000694 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən 73.7 kv.m qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətidir. 9.Mülki işin materiallarında olan Ağcabədi “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 319286 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 475 nömrə ilə qeyd edilmişdir. 10.Mülki işin materiallarında olan XV-ЖГ seriyalı, 443287 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuş, ana adı qrafasında X4 qeyd edilmişdir. 11.Mülki işin materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanan pretenziya məktubuna əsasən ünvan 2nın birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 73.7 kv.m olan qeyri-yaşayış sahəsinin ona verilməsi və ödənilməmiş icarə haqlarının ödənilməsini xahiş etmiş, əks halda məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını qabaqcadan bildirmişdir. 12.Mülki işin materiallarında olan birinci tərəf X4 və ikinci tərəf Cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli Qərarının icrası ilə əlaqədar olaraq Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyəti başçısının 263 və 264 saylı, 16 oktyabr 2017-ci il tarixli sərəncamını əsas tutaraq bir tərəfdən bundan sonra Tikinti şirkəti adlandırılacaq, Azərbaycan Respublikasının Qanunları və öz nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh, digər tərəfdən bundan sonra mülkiyyətçi adlandırılacaq fiziki şəxs X4 müqaviləni bağlamış, həmin müqaviləyə əsasən Tikinti şirkəti söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətçi X2 məxsus Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 000694 nömrəli şəhadətnamə ilə mülkiyyət hüquqlarını təsdiq edən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr. 24 ünvanında yerləşən, ümumi sahəsi 73.7 kv.m olan qeyri-yaşayış sahəsini sökülmək üçün təhvil alıb, Tikinti şirkəti tərəfindən həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra A və ya B blokunun qeyriyaşayış sahəsinin 1-ci mərtəbəsində 73.7 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini mülkiyyətçiyə verməyi öhdəsinə götürür (bənd 1.1), tikinti şirkəti həmçinin, öhdəsinə götürür ki, qeyri-yaşayış sahəsi söküntü üçün ona təhvil verildikdən sonra, növbəti aydan başlayaraq hər ay üçün 2000 manat məbləğində kirayə haqqı, əvvəlcədən ilk ödəniş gününə istinad etməklə üç ayda 1 dəfə olmaqla, yeni qeyri-yaşayış sahəsi mülkiyyətçiyə təhvil verilən günədək ödəniləcəkdir. Mülkiyyətçinin kommunal borcları olduğu halda tikinti şirkəti həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir (bənd 1.3), yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq, müqavilə şərtlərinə əsasən qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil vermək tikinti şirkətinin vəzifəsidir (bənd 2.2.1). 13.Mülki işin materiallarında olan “X3” MMC tərəfindən verilən 12 may 2025-ci il tarixli, 55 nömrəli məktubuna əsasən qərardadın icrası ilə əlaqədar mütəxəssislər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən qeyriyaşayış sahəsinə, iş üzrə tərəflərin iştirakı ilə xx.xx.2025-ci il tarixdə baxış keçirilmişdir. Baxış keçirilən zaman iş üzrə tərəflər tədqiq olunan obyektin yerini binanın fərqli mərtəbələrində göstərmişlər. Belə ki, iddiaçı tərəf müqavilə üzrə ona təhvil verilməli olan obyektin binanın birinci mərtəbəsində, Azadlıq prospektinə baxan hissədə yerləşdiyini bildirmişdir. Cavabdeh tərəf isə həmin obyektin binanın üçüncü mərtəbəsində yerləşdiyini bildirmişdir. İş üzrə tərəflərin ekspertiza baxışına təqdim etdikləri qeyri-yaşayış sahələrinin yerləri arasında uyğunsuzluq olduğuna görə tədqiq olunan obyekt üzrə araşdırma aparılıb rəy verilməsi mümkün deyildir. 14.Mülki işin materiallarında olan müstəqil qiymətləndirici tərəfindən tərtib edilən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2025-ci il tarixli, 01/25-532 nömrəli hesabata əsasən X2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2021-ci ilin mart ayından sonrakı aylar üçün, habelə həmin tarixdən xx.xx.2025-ci il tarixədək olan icarə haqqı 7.500 manat təşkil edir. 15.Mülki işin materiallarına həmçinin, mübahisə predmetinə aid fotoşəkillər və cddisk əlavə edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən və ümumi sahəsi 73.7 kv.m qeyri-yaşayış sahəsi X1 xüsusi mülkiyyətində olmuşdur (AR İqtisadiyyat Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən 000694 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən). X4 tərəfindən İddiaçı və hazırki iş üzrə cavabdeh arasında bağlanan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən cavabdeh sözügedən qeyriyaşayış sahəsini sökmək üçün təhvil alıb, əvəzinə həmin ərazidə inşa ediləcək binanın A və ya B blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən və 73.7 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mülkiyyətçiyə ödənilməli olan kirayə haqqı məbləği aylıq 2.000 manat müəyyən edilmişdir. Müqaviləyə əsasən cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi 24 ay müddətinə, yəni 2021-ci ilin mart ayına qədər təhvil verilməli idi. Daha sonra X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, iddiaçı tərəfindən vərəsəlik işi açılmışdır. 17.Hazırda iddiaçı, müqavilə üzrə qeyri-yaşayış sahəsinin cavabdehə verildiyini, cavabdeh tərəfindən aylıq kirayə haqqının ilk vaxtlar vaxtlı-vaxtında ödənildiyini, lakin sonradan cavabdeh tərəfindən nə kirayə haqqının ödənildiyini, nə də ki müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin təhvil verildiyini iddia edərək, cavabdeh tərəfindən ödənilməli olan ümumi 274.600 manat məbləğində icarə haqqının, eləcə də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən, ümumi sahəsi 73.7 kv.m olan qeyri-yaşayış sahəsinin müqavilə bağlanarkən ona məxsus olmuş 1-ci mərtəbəsindəki əmlakın ona təhvil verilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 675-ci maddəsinə əsasən, əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 697.1-ci maddəsinə görə, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 19.Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim edilən sübutlar əsasında işin araşdırılmış hallarından məlum olur ki, iddiaçının anasının mülkiyyətində olan (xx.xx.2022ci il tarixdə vəfat edib) Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən və ümumi sahəsi 73.7 kv.m qeyri-yaşayış sahəsini cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə əsasında sökmək üçün təhvil alıb, əvəzində yeni tikiləcək binada ümumi sahəsi 73.7 kv.m qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verməyi və həmçinin, aylıq icarə haqqı olaraq 2.000 manat ödənilməsini öhdəsinə götürmüşdür. 20.İddiaçı müqavilənin şərtlərinə əməl etsə də, cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş, belə ki, nə müqavilədə nəzərdə tutulmuş aylıq kirayə haqqı vaxtlıvaxtında iddiaçıya ödənilmiş, nə də ki müqavilə üzrə təhvil verilməli olan qeyri-yaşayış sahəsi təhvil verilmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı cavabdehə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh buna riayət etməmişdir. İş materialları əsasında da müəyyən edilmişdir ki, cavabdehə işin araşdırılması zamanı bir neçə dəfə məlumat verilməsinə, məhkəmə sorğularının göndərilməsinə baxmayaraq cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş, məhkəmə sorğularına cavab verməmiş, eləcə də iddianın əsassız olması, iddiaçıya müvafiq ödənişlərin edildiyi təqdirdə bu barədə mötəbər sübutlar təqdim etməmiş, iş materialları ilə belə bir hal müəyyən edilməmişdir. 21.İşin müəyyən edilən hallarına əsasən cavabdeh tərəfindən müqavilə üzrə bir qisim ödənişlər edilsə də, müqavilə müddətinin sonuna, yəni 2021-ci ilin mart ayına kimi ödənilməmiş borc ümumilikdə (müqaviləyə uyğun aylıq 2.000 manat hesablanmaqla) 14.600 manat, həmin tarixdən iddia ərizəsinə dəqiqləşmə ərizəsi təqdim edilən tarixədək isə (qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidəki hazırki real icarə haqqı nəzərə alınmaqla aylıq 5.000 manat hesablanmaqla) 260.000 manat təşkil etmişdir. Məhkəmə 2021-ci ildən sonrakı dövr üçün aylıq icarə haqqının 2.000 manat yox, 5.000 manat olmaqla hesablanmasını ağlabatan hesab edir. Belə ki, həmin vaxtdan artıq 4 ildən çox müddət keçmiş, əmlakın bazar dəyəri artmış, eləcə də iş materiallarına əlavə edilmiş müstəqil ekspert rəyi əsasında da müəyyən edilmişdir ki, sözügedən əmlakın yerləşdiyi ərazidə hazırki vəziyyətdə icarə haqqı 7.500 manat təşkil edir. 22.İş materiallarından da görünür ki, qanunvericiliyin tələblərinə əsasən sübutetmə yükü cavabdehin üzərinə düşmüş, lakin buna baxmayaraq ödənilməmiş icarə haqqı məbləğinin tələb olunan hədd deyil, daha az olmasına və ya konkret hansı məbləğdə ödənilməmiş icarə haqqının olmasına dair sübutların məhkəmə tərəfindən də bir neçə dəfə cavabdehə müvafiq sübutların (qəbzlərin) təqdim edilməsi ilə bağlı zəruri şərait yaradılmasına baxmayaraq məhkəməyə təqdim edilməmişdir. 23.Mülki Prosessual Məcəllənin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPMnin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 24.Göründüyü kimi tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, cavabdeh bağlanmış müqavilə üzrə üzərinə götürdüyü müqavilə öhdəliklərini icra etməmiş, yəni müqavilədə nəzərdə tutulmuş müddətlərdə icarə haqqını ödəmək öhdəliyini pozmuş, eləcə də qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş, bununla da müqavilə şərtlərini pozaraq qarşı tərəfin mülki hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Bunun əksini sübut edən sübutlarıda məhkəməyə cavabdeh təqdim etməmiş, məhkəmə tərəfindən dəfələrlə iclasın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq buna etinasız qalmışlar. Cavabdeh tərəfindən üzərinə götürdüyü müqavilə öhdəliyinin pozulması həmçinin, məhkəmə tərəfindən təyin edilən ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarından aydın olur ki, mübahisəli sahə üzrə ekspert tərəfindən tədqiqat aparılması zamanı iddiaçı qeyri-yaşayış sahəsinin binanın 1-ci mərtəbəsində, üzü Azadlıq prospektinə baxan hissədə yerləşməli olduğunu bildirsə də, cavabdeh tərəf isə iddiaçıya təhvil verilməli sahənin tikilən binanın 3-cü mərtəbəsində yerləşdiyini qeyd etmişdir. Halbuki, tərəflər arasında bağlanan müqaviləyə əsasən cavabdeh həmin ərazidə inşa ediləcək binanın inşası yekunlaşdıqdan sonra A və ya B blokunun qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsində 73.7 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini (yəni, əvvəlki qeyri-yaşayış sahəsi ilə eyni olan) mülkiyyətçiyə verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi qeyri-yaşayış sahələri arasında uyğunsuzluq olduğundan ekspertizanın da keçirilməsi mümkün olmamışdır. 25.Beləliklə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddiaçının tələbi hazırki vəziyyətdə əsaslı olduğundan təmin edilməli, 274.600 manat məbləğində icarə haqqı İddiaçı xeyrinə cavabdehdən tutulmalı, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən, ümumi sahəsi 73.7 kv m olan qeyriyaşayış sahəsi (əvvəlki tikinti sxemi üzrə, hal-hazırki tikinti layihəsi nəzərə alınmaqla birbaşa magistral yola çıxışı olan, magistral yoldan nəzərə alınmaqla birinci mərtəbə) iddiaçıya məxsus eyni əmlak) iddiaçıya təhvil verilməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 27.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 24 ünvanında yerləşən, ümumi sahəsi 73.7 kv.m olan qeyri-yaşayış sahəsi (əvvəlki tikinti sxemi üzrə, hal-hazırki tikinti layihəsi nəzərə alınmaqla birbaşa magistral yola çıxışı olan, magistral yoldan nəzərə alınmaqla birinci mərtəbə) İddiaçı təhvil verilsin. Cavabdehndən ödənilməyən 274.600 (iki yüz yetmiş dörd min altı yüz) manat məbləğində icarə haqqı İddiaçı xeyrinə tutulsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar