Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3120/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC (KATV1) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 198 manat 00 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 328 manat 40 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri- yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. 23 saylı MKİS tərəfindən verilmiş arayışlara əsasən həmin ünvandayerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, "xxxx" MMCtərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov (Tağızadə) 23 ünvanında yerləşən yaşayış binası “K@TV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayımı ilə xx.xx.2007-ci il tarixdən təmin edilmişdir. Belə ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri Nəsimi rayonu, A. Məhərrəmov (Tağızadə) 23 saylı evin, 58 N-li mənzilinin sahibi Cavabdeh ilə "xxxx" MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır. xx.xx.2012-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TVİ” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 0037 KA saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0037 KA saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmışdır. Həmin ünvana xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə keçirilən nəzarət baxışı zaman dəfələrlə yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulma faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 0968 KA, 2672 K, 2627 K, 3693 N və 4704 N saylı aktlar tərtib edilmişdir. 3693N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2015-ci il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 0037 KA saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2012-ci il tarixdən təkrar qanunsuz qoşulma barədə 2627 K saylı aktın tərtib olunduğu xx.xx.2013-cü il il tarixə qədər olan müddət 366 gün, 3693N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2015-ci il tarixdən sonuncu dəfə təkrar qanunsuz qoşulma faktının aşkar edildiyi xx.xx.2015-ci il tarixə qədər olan müddət 294 gün olmaqla cəmi 660 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 198 manat 00 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC və“Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. xx.xx.2013-cü il tarixli, 0968 KA saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2013-cü il tarixində “Ədalət-A” hüquq firması, İddiaçı MMC-nin əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 58 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün mənzilin qapısı döyülmüş, qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. xx.xx.2013-cü il tarixli, 2672 K saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2013-cü il tarixində “Ədalət-A” hüquq firması, İddiaçı MMC-nin əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 58 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün mənzilin qapısı döyülmüş, qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. xx.xx.2013-cü il tarixli, 2627 K saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2013-cü il tarixində “Ədalət-A” hüquq firması, İddiaçı MMC-nin əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 58 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün mənzilin qapısı döyülmüş, qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 889 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 23 nömrəli evin 58 nömrəli mənzilində qeydiyyatdadır və həmin mənzilin sahibidir. xx.xx.2015-ci il tarixli, 3693 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixində “Ədalət-A” hüquq firması, İddiaçı MMC-nin əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 58 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün mənzilin qapısı döyülmüş, qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 23 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 875 saylı arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 23 nömrəli evin 58 nömrəli mənzilində qeydiyyatdadır və həmin mənzilin sahibidir. xx.xx.2015-ci il tarixli, 4764 N saylı aktın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2015-ci il tarixində “Ədalət-A” hüquq firması, İddiaçı MMC-nin əməkdaşları ünvan 3 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 58 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək üçün mənzilin qapısı döyülmüş, qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. İddiaçı KATV1 kabel televiziyasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov(Tağızadə) 23 ünvanında yerləşən yaşayış binası KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2007-ci il tarixdən təmin edilmişdir. Qanunsuz qoşulmanın həyata keçrildiyi Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov(Tağızadə) 23 saylı evin, 58 №-li mənzilinin sahibi Cavabdeh ilə "xxxx" MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərməsi) olmamışdır. İddiaçı KATV1 kabel televiziyasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 0037 KA saylı akt tərtib olunana qədər ünvan 5 ünvanında yerləşən yaşayış binasındakı 58 №-li mənzilə sonuncu dəfə xx.xx.2012-ci il tarixdə baxış keçirilmişdir. İddiaçı KATV1 kabel televiziyasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, ünvan 6 ünvanında 3693 N saylı akı tərtib olunana qədər sonuncu dəfə xx.xx.2015-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı qanunsuz qoşulma ilə bağlı pul tələbi üzrə hüquqi xidmət haqqı olaraq "xxxx" MMC-yə 100 manat ödəniş edilmişdir. Ödəniş qəbzindən (№8********) görünür ki, İddiaçı MMC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu və 0,40 qəpik bankın rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi 23 saylı evin 58 saylı mənzildə yaşayan və həmin mənzili sahibi Cavabdeh arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərməsi) olmamışdır. xx.xx.2013-cü il, xx.xx.2013-cü il, xx.xx.2013-cü, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərində “Ədalət-A” hüquq firması, «KATV1» kabel şəbəkəsin və İddiaçı MMC-nin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 23 saylı evdə kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 58 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, müvafiq olaraq 0968 KA, 2672 K, 2627 K, 3693 N və 4704 N saylı aktlar tərtib olunmuşdur. Cavabdehə 198 manat maddi zərər hesablanmışdır. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, cavabdehə məxsus evin hər hansı sakininin hərəkəti nəticəsində, evin, iddiaçıya məxsus kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan, ödəniş etmədən qoşulması və beləliklə, kabel xidmətlərindən yararlanma, iddiaçının hesabına heç bir hüquqi əsas olmadan cavabdehin varlanmasına gətirib çıxarmışdır. Əsassız varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın – iddiaçının tələbi ilə ona qaytarmalıdır. Nəticə hissəsi: Bundan başqa iddiaçının hüquqi xidmətlərin göstərilməsi və qrafikdən kənar keçirilən nəzarət baxışı zamanı eyni ünvanda yerləşən binalarda hər bir təkrar qanunsuz qoşulma faktının rəsmiləşdirilməsi və aradan qaldırılması üçün ödənilmiş 100 manat və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində pulun qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.3-cü və 115.0.6-cı maddələrinə əsasən tərəflərin xəbərdar edilməsi və məhkəməyə çağırılmaları ilə əlaqədar xərclər, həmçinin vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat və hüquqi xidmət xərcinə görə 50 manat, cəmi 80,4 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Gəldiyi qənaəti məhkəmə onunla əsaslandırır ki, vəkilin göstərdiyi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində pul vəsaitinin tutulması daha ağlabatandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Dəymiş zərər olaraq 198 manat, göstərilən hüquqi xidmət xərcinə görə 50 manat və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat, cəmi 278,40 (iki yüz yetmiş səkkiz manat, qırx qəpik) manat məbləğində pul Cavabdehdan alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3120/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3120/2022
30.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver