Məhkəmə qərarları › İş №e-2(006)-3139/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3139/2023

07.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3139/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı sağlamlığın pozulması nəticəsində dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “X5 1” Tibbi Klinikasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən səhhətinin pozulması nəticəsində ona dəymiş 20.000 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şəkərli diabet xəstəsi olmaqla həmçinin parkinson xəstəliyindən əziyyət çəkir, sonuncunun artıq çəkisi olduğundan 2022ci ilin may ayında televiziya kanallarında tez-tez reklamı göstərilən və Bəşir Səfəroğlu küçəsi 183 ünvanında yerləşən “X5 1” Tibbi klinikasında işləyən plastik cərrah, regenerativ tibb-kök hüceyrə uzmanı Cavabdeh1 müraciət etmişdir. Ona səhhəti barədə tam və ətraflı məlumat verərək qarın nahiyyəsində artiq piylərin götürülməsi əməliyyatı keçirə bilibbilməyəcəyini soruşmuş, laborator müayinələrdən keçmiş və nəticələr doktor Cavabdeh1 təqdim olunmuşdur. Doktor Cavabdeh1 laborator müayinələri incələdikdən sonra İddiaçı əməliyyat olunması üçün əks göstəriş olmadığını demişdir. 24 may 2022-ci il tarixində “X5 1” Tibbi Klinikasında doktor Cavabdeh1 tərəfindən İddiaçı üzərində “qarının ön divarında “Liposaksiya, Abdominoplastika” əməliyyatı icra olunmuş və xəstə 4 gün xəstəxanada qaldıqdan sonra xx.xx.2022-ci il tarixində ambulator müalicəyə yazılmışdır. Əməliyyatdan sonra iddiaçının əməliyyat nahiyyəsi tikilməmişdir. İddiaçı iki gün həmin xəstəxanaya sarğıya getmiş, 3-cü gün sarğıya gedib-gələndən sonra halı pisləşmişdir. Cavabdeh1 müraciət edərək halının pisləşdiyini bildirmiş, sonuncu ona şəkərinin yüksək olma ehtimalını deyərək endokrinoloqun yanına göndərmişdir. Endokrinoloq müayinədən sonra İddiaçı şəkərinin normada olduğu deyilmişdir. İddiaçı halsız vəziyyətdə evə qayıtmış, axşam vəziyyəti anidən pisləşmiş və təcili tibbi yardım vasitəsi ilə 38 bədən hərarətilə Respublika Diaqnostika Mərkəzinə reanimasiya və intensiv terapiya şöbəsinə tibbi təxliyyə olunmuşdur. Ona xx.xx.2022-ci il tarixində “Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sepsis. Digər kəskin böyrək çatışmazlığı, essensial hipertenziya, Parkinson xəstəliyi” diaqnozu qoyulmuşdur. Müayinə zamanı xəstənin qarnının ön divarında irinli möhtəviyyat olduğu müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixinədək xəstəxanada stasionar müalicədə olmuşdur. Diaqnostika Mərkəzində verdiyi laborator müayinələr zaman İddiaçı qanına əməliyyat zamanı infeksiya salınması, qanında Sepsis olması müəyyən edilmişdir. Diaqnostika Mərkəzində 5 gün qaldıqdan sonra orada görülmüş tədbirlər nəticəsində xəstə ağır vəziyyətdən çıxarılmışdır. İddiaçı X5 də əməliyyat olunsa da orada əməliyyat antiseptik şəraitdə, keyfiyyətsiz icra olunmuş, xəstənin qanına infeksiya salınmış, həm də əməliyyat özü də lazımı keyfiyyətdə icra olunmamışdır. Belə ki, əməliyyatdan sonra xəstənin öz hesabına əməliyyat olan nahiyyəsinə əməliyyatın yerindən gələn çirkli sumayenin təmizlənməsi üçün cihaz qoşulmuş və həmin cihaz vasitəsi ilə çirkli maye qandan təmizlənmişdir. Bu prosedurların hamısı pullu olmuşdur və hamısının xərci iddiaçının öz vəsaiti hesabına ödənilmişdir. İddiaçı diaqnostika Mərkəzindən qayıtsa da X5-yə sarğıya getməkdə davam etmiş, onun yarasına tikiş vurulmamışdır. Xüsusi olaraq bu məqsədlə Klinikanın baş həkimi Qəhrəman adlı şəxs tərəfindən Sumqayıt şəbərində yerləşən klinikadan Fuad adlı həkim çağırılmış və yalnız 18 iyul 2022-ci il tarixində iddiaçının yarasına tikiş atılmışdır və iddiaçı 5 gün yenidən klinikada qalmaq məcburiyyətində qalmışdır. Sonradan yenidən yaraya çirkli maye yığıldığından tikiş bir neçə barmaq sökülərək yaranın yerinə dərman tökülmüşdür, əməliyyatdan aylarla vaxt keçməsinə baxmayaraq uzun müddət X5 1-ə sarğıya getmiş, tikişləri olduqca kobud və bərbad vəziyyətdə qoyulmuşdur. Həkim Cavabdeh1 işinə səhlənkar münasibəti və X3 rəhbərliyinin qeyri peşəkarlığı nəticəsində iddiaçı səhhətinə dəymiş zərərin aradan qaldırılması ilə bağlı maddi xərclər çəkmişdir və hazırda da çəkməkdə davam edir. Həkim Cavabdeh1 qanunsuz hərəkətləri ilə bağlı tərəfindən Nəsimi Rayon Prokurorluğuna müraciət olunmuşdur. Prokurorluqda aparılan araşdırma zamanı komisyon məhkəmə tibbi ekspertizası təyin olunmuş və ekspertizanın xx.xx.2022-ci il tarixli, 592/keş saylı rəyindən görünür ki, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, məhkəmə tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq qeyd olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixində “bədəninin müxtəlif nahiyyələrinin piylənməsi, qarının ön divarının sallanması” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Xəstənin üzərində “liposaksiya abdominaplastika” cərrahiyyə əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixində xəstə evə buraxılmışdır. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək “cərrahi əməliyyatdan sonrakı vəziyyət, sepsis, kəskin böyrək çatışmazlığı, essensial hippertenziya, parkinson xəstəliyi” diaqnozu ilə mərkəzdə stasionar müalicədə olmuşdur. xx.xx.2022-ci il tarixində yenidən Medical Centre 1-ə müraciət etmiş, müayinə zamanı xəstənin qarnının ön divarında irinli möhtəviyyatın olduğu müəyyən edilmiş, yara antiseptik məhlullar ilə yuyulmuş, təmizlənmişdir. Daha sonra müxtəlif tarixlərdə yara yuyulub məhlullanmışdır. Xəstə İddiaçı xx.xx.2022-ci il tarixində "abdominaplastikadan sonra yararsız çapıq” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuş, xəstənin üzərində “rekonstruktiv abdominaplastika” əməliyyatı icra olunmuş, xx.xx.2022-ci il tarixində xəstə evə yazılmışdır. Həmçinin rəydə qeyd olunur ki, İddiaçı məhkəmə tibbi və mütəxəssis müayinələri zamanı onda qarın nahiyyəsində aşağı kəsik boyu cərrahiyyə əməliyyatından sonrakı kobud çapıq toxumasının, assimmetriyanın olduğu və göbək dəliyinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar xəstə rekonstruktiv abdominaplastika əməliyyatına məruz qalmışdır. Bu da ilkin əməliyyat zamanı asseptika qaydalarına riayət olunmadığından xəstədə sepsiss yaranmış, toxumaların qidalanması pozulmuş və bu da vəziyyətin ağırlaşmasına gətirib çıxartmışdır. Həmçinin qeyd olunan araşdırma çərçivəsində aparılmış əlavə araşdırma zamanı Səhiyyə Nazirliyinin MTE və PAB X15dən verilmiş xx.xx.2023-cü il tarixli 268/KEŞ saylı komisyon məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, İddiaçı Hacibaba qızı üzərində icra edilmiş əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilməmişdir. Bu da Səhiyyə sistemi üzrə qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. İddiaçı əməliyyatdan sonra sepsisin olması müəyyən edilmişdir ki, bu da asseptika və antiseptika qaydalarına düzgün riayət olunmaması və ya hər hansı bir infeksiya səbəbindən baş verə bilərdi. Lakin elə həmin rəydə də göstərilir ki, həmin patalogiya cərrahiyyə əməliyyatın qüsurlu texniki icrası nəticəsində olmuşdur. Nəsimi rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunmasına dair qərarından görünür ki, Cavabdeh1 barəsində Səhiyyə Nazirliyinə verilmiş təqdimata baxılaraq bununla bağlı Nəsimi rayon prokurorluğuna daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 fəaliyyətində nöqsanların olması müəyyən edilmiş, həmçinin aparılmış araşdırma zamanı cərrahiyyə əməliyyatı zamanı əməliyyat furnalına qeydlər tam aparılmamış, sterilizasiya və dezinfeksiya işlərinə dair jurnalda qeydlər aparılmamışdır. Həmçinin Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş təqdimata baxılmasının nəticələrinə dair məktubdan görünür ki, əməliyyat zamanı dezinfeksiya və sterilizasiya qaydalarına riayət edilməmişdir və bununla bağlı müvafiq qeydlər də junalda aparılmamışdır. Araşdırma materialı üzrə verilmiş xx.xx.2022-ci il tarixli 592/KEŞ saylı komisyon məhkəmə tibbi ekspertizasının rəyində vət. İddiaçı, yəni göstərilmiş qüsurlu tibbi xidmətin səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması ilə icra olunması göstərilmişdir. "X5”nin və onun həkimi Cavabdeh1 öz işinə vicdansız və ya laqeyd münasibəti, həmçinin həkim Cavabdeh1 öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi iddiaçının səhhətinə, hüquqlarına mühüm zərər vurulmasına səbəb olmuşdur. İddiaçının adı keçən klinikanın və onun həkimi Cavabdeh1 səhvi ucbatından səhhətinə zərər vurulmuş və iddiaçı böyük maddi xərclə üzləşmişdir. Klinikanın rəhbərliyi həkim Cavabdeh1 iddiaçının çəkdiyi maddi xərcləri qaytarmaqdan imtina etmişdir. İddiaçı uğursuz tibbi əməliyyatdan sonra səhhətinin bərpa olunmasına, tibbi prosedurlara, müayinələrə, dərmanların və tibbi vasitələrin alınmasına 14302 xərcləyərək maddi ziyana düşmüşdür. Bundan əlavə həmin xərclərin ödənilməsi üçün “Kapitalbank”la imzalanmış iki kredit müqaviləsi üzrə götürülmüş kreditləri, bağlı hazıradək 5068 manat aylıq ödəmə etmişdir. Ümumilikdə iddiaçıya hazıradək 20000 manat maddi ziyan dəymişdir. Hazırda da cavabdeh kapital bankla bağlanılmış GTZK59294304 103 saylı, kredit müqaviləsi üzrə bankdan götürdüyü kredit üzrə ödənişləri davam etdirir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ikinci cavabdehin “X5 1” Tibbi Klinikası əvəzinə Cavabdeh2 MMC kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Cavabdeh2 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, onun direktoru X14 məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı xx.xx.2022ci il tarixdə bədənin müxtəlif nahiyələrinin piylənməsi diaqnozu ilə “X5-1” klinikasına müraciət etmişdir. Aparılan müayinələrdən və toplanan anamnezlərdən sonra şəxsin şəkər və parkinson xəstəsi olması nəzərə alınaraq əməliyyatdan öncə konsilium keçirilmiş və xəstənin əməliyyat olunması üçün heç bir maneənin olmaması müəyyən olunmuşdur, lakin şəkər xəstəsi olduğu üçün yaralarının yerinin sağalmasında gecikmələrin olması ehtimalı özünə bildirilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə qarnın ön divarının sallanması əməliyyatı icra olunmuşdur. Əməliyyatdan 3 gün sonra xəstənin son müayinələri aparılmaqla kafi vəziyyətdə olması qənaətinə gəlinmiş və evə buraxılmışdır. Həmçinin İddiaçı evə yazıldıqdan sonra mütəmadi olaraq klinikaya gəlmiş və sarğıları dəyişilməklə, əməliyyatdan sonrakı qulluqları vaxtı-vaxtında olmuşdur. Daha sonra İddiaçı narahatlıqlarının olması barədə “X5-1” klinikasının səlahiyyətli şəxslərinə müraciət etmədən Respublika Diaqnostik Mərkəzə müraciət etmiş və həmin tibb müəssisəsində İddiaçı əməliyyatdan sonrakı vəziyyət, sepsis, kəskin böyrək çatışmazlığı və parkinson xəstəliyi diaqnozu qoyulmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixədək RDM-də stasionar müalicə aldıqdan sonra evə yola salınmışdır. Lakin sənədlərdən laborator müayinələrin (Medikus clinic: xx.xx.2022-ci il tarixli) vaxtına diqqət yetirdikdə görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Medikus klinikasında yara möhtəviyyatının bakterioloji analizi götürülmüş və xx.xx.2022-ci ildə verilmiş nəticədə xəstədə “escherichia coli” mikroorqanizmi aşkarlandığı məlum olmuşdur. Bu isə əməliyyatdan təminin 40-45 gün sonraya təsadüf edir. Yəni, İddiaçı əməliyyatdan sonra RDM və “X5-1” klinikasına müraciətinin səbəbi infeksiyaya yoluxması yox, yaşlı olması, şəkər və parkinson xəstəsi olduğu üçün və yaralarının sağlam insanlara nisbətən daha gec sağaldığına görə olmuşdur. Xəstəni köməksiz vəziyyətdə qoymamaq üçün “X5-1” klinikası və həkim Cavabdeh1 öz büdcələrindən ümumilikdə 14000 manata yaxın vəsait ayıraraq xəstənin əməliyyatdan sonrakı yara izlərinin tez sağalması, baxımsızlıqdan yoluxmuş olduğu infeksiyanın təmizlənməsi, həmçinin təkrar əməliyyat olması kimi xərcləri qarşılamışdır. Yara tam formada təmizləndikdən, xəstənin bütün narahatlıqları aradan qaldırıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Rzayeva X1 yararsız çapıq əməliyyatı olmuş və bütün problemlər aradan qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsində göstərilmişdir ki, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. İddiaçı ilk əməliyyatdan 3 gün sonra son müayinələr aparılaraq kafi vəziyyətdə evə yazılmışdır. Lakin xəstənin yaşlı olması, şəkər xəstəsi və parkinson olması hallarına görə yarasının sağalmasında və əməliyyatdan sonrakı vəziyyətində problemlər yaranmışdır. Lakin, iddia ərizəsində qeyd olunan infeksiya İddiaçı “X5-1” klinikasında yoluxmamışdır, çünki həmin dövrdə onlarla xəstə əməliyyat olunmuşdur və heç bir xəstədə analoji vəziyyət müşahidə olunmamışdır. X5-1 klinikası və həkim Cavabdeh1 heç bir xərcdən yayınmayaraq xəstənin səhhətinin yaxşılaşdırması üçün bütün lazımı tədbirləri görmüşdür. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan “X5-1” Cavabdeh1 şəxsində və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış pasiyentin razılığından görünür ki, sonuncu öz azad iradəsi ilə bu əməliyyatın keçirilməsini qəbul etmiş, həmçinin əməliyyatın və göstərilən xidmətlərin müvəffəqiyyətsizliyini (həkim səhvi istisna olmaqla) maddi və hüquqi məsuliyətini öz üzərinə götüməsi, əməliyyatın və göstərilən xidmətlərin nəticələrindən asılı olmayaraq, xəstəxanaya ödədiyi məbləğin ona geri ödənilməyəcəyini qəbul etməsinə razılıq vermişdir. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X11 X15 xx.xx.2022-ci il tarixli 592/KEŞ saylı rəyində göstərilmişdir ki, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, məhkəmə tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.2. “X9 1” klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə “Bədənin müxtəlif nahiyələrinin piylənməsi. Qarnın ön divarının sallanması” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Liposaksiya. Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə ambulator müalicəyə yazılmışdır. Respublika Diaqnostika Mərkəzində İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər “Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sepsis. Digər kəskin böyrək çatışmazlığı. Essensial hipertenziya. Parkinson xəstəliyi” diaqnozu ilə mərkəzdə stasionar müalicədə olmuşdur. “İnternational Mediacal Centr1” klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə yenidən klinikaya müraciət etmişdir. Müayinə zamanı xəstənin qarınının ön divarında irinli möhtəviyyatın olduğu müəyyən edilmiş, yara antiseptik məhlullar ilə yuyulub, təmizlənmişdir. Bundan sonra müxtəlif tarixlərdə xəstə klinikaya müraciət etmiş və yara işlənilərək, sarğı qoyulmuşdur. “X5 1” klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə “Abdominoplastikadan sonra yararsız çapıq” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra xəstənin üzərində “rekonstruktiv abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatından sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. 3.4. İddiaçı məhkəmətibbi və mütəxəssis müayinələri zamanı hazırda onda qarın nahiyəsində aşağı kəsik boyu cərrahiyyə əməliyyatından sonrakı kobud çapıq toxumasının, assimmetriyanın olduğu və göbək dəliyinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar xəstə “Rekonstruktiv abdominoplastika” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Bu da ilkin cərrahiyyə əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. Eyni zamanda cərrahiyyə əməliyyatı zamanı aseptika qaydalarına düzgün əməl olunmadığından, sonradan xəstədə sepsis yaranmış, toxumaların qidalanması pozulmuş və bu da vəziyyətinin ağırlaşmasına gətirib çıxartmışdır. İddiaçı göstərilmiş qüsurlu tibbi xidmət səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirlir. Buna məsul şəxs “X5 1” klinikasını həkim plastik-cərrahıdır. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X11 X15 xx.xx.2023-cü il tarixli 114/KEŞ saylı rəyində göstərilmişdir ki, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağı nəticəyə gəlmişdir 1-4. “X5 1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tanxdə “Bədənin müxtəlif nahiyələrinin piylənməsi. Qarnın ön divarının sallanması” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Liposaksiya. Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə ambulator müalicəyə yazılmışdır. Respublika Diaqnostika Mərkəzində İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər “Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sepsis. Digər kəskin böyrək çatışmazlığı, essensial hipertenziya. Parkinson xəstəliyi” diaqnozu ilə mərkəzdə stasionar müalicədə olmuşdur. “X9 1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə yenidən klinikaya müraciət etmişdir. Müayinə zamanı xəstənin qarınının ön divarında irinli möhtəviyyatın olduğu müəyyən edilmiş, yara antiseptik məhlullar ilə yuyulub, təmizlənmişdir. Bundan sonra müxtəlif tarixlərdə xəstə klinikaya müraciət etmiş və yara işlənilərək, sarğı qoyulmuşdur. “X5 1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə “Abdominoplastikadan sonra yararsız çapıq” diaqnozu ilə klinikanın çərrahiyyə şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra xəstənin üzərində “Rekonstruktiv abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatından sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı hazırda onda qarın nahiyəsində aşağı kəsik boyu cərrahiyyə əməliyyatından sonrakı kobud çapıq toxumasının, assimmetriyanın olduğu və göbək dəliyinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar xəstə “Rekonstruktiv abdominoplastika” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Bu da müxtəlif səbəblərdən, yəni ilkin cərrahiyyə əməliyyatın texniki icrası, orqanizmdə immun sistemin zəifləməsi hesabına hər hansı bir infeksiya ilə əlaqədar ola bilərdi. 5.Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmır. 6. Cərrahiyyə əməliyyatdan sonra İddiaçı sepsisin olduğu müəyyən edilmişdir ki, bu da müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı aseptika qaydalarına — düzgün əməl olunmadığından, hər hansı bir infeksiyadan (pnevmoniya, abdominal, qan, böyrək infeksiyaları və s.) yarana bilər. İş materiallarında olan Məhkəmə Tibbi Ekspertiza və X11 X15 xx.xx.2023-cü il tarixli 268/KEŞ saylı rəyində göstərilmişdir ki, 1954-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1.6. İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməmişdir. Bu da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilir. 2.3. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda qarın nahiyəsində aşağı kəsik boyu cərahiyyə əməliyyatından sonrakı köbid çapıq toxumasının, assimmetriyanın olduğu və göbək dəliyinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar xəstə “Rekonsiniktiv abdominoylastika” cərrahiyyə əməliyyatına məruz qalmışdır. Bu da müxtəlif səbəblərdən, yəni ilkin cərahiyyə əməliyyatının texniki icrası, orqanizmdə immun sistemin zəifləməsi hesabına hər hansı bir infeksiya İlə əlaqədar ola bilərdi. Lakin, qeyd olunan patologiya daha çox əməliyyatının qüsurlu texniki icrası ilə əlaqədar olmuşdur. 4.5. “X9 1” Klinikasında İddiaçı adına tərtib İddiaçı, edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə “Bədən güxtəlif nahiyələrinin piylənməsi. Qarnın ön divarının sallanması” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində “Liposaksiya. Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə ambulator müalicəyə yazılmışdır. Respublika piaqnostika Mərkəzində İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər “Cərrahi əməliyyatdan sonrakı vəziyyət, Sepsis. Digər kəskin böyrək çatışmazlığı. Essensial hipertenziya. Parkinson xəstəliyi” diaqnozu ilə mərkəzdə stasionar müalicədə olmuşdur. “X5 1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə yenidən klinikaya müraciət etmişdir. Müayinə zamanı xəstənin qarının ön divarında irinli möhtəviyyatın olduğu müəyyən edilmiş, yara antiseptik məhlullar ilə yuyulub təmizlənmişdir. Bundan sonra müxtəlif tarixlərdə xəstə klinikaya müraciət etmiş və yara işlənilərək, sarğı qoyulmuşdur. “X5 1” Klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə “Abdominoplastikadan sonra yararsız çapıq” diaqnozu ilə klinikanın cərrahiyyə şöbəsinə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra xəstənin üzərində “Rekonstruktiv abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş, əməliyyatından sonrakı dövr fəsadsız keçmiş və xx.xx.2022-ci il tarixdə xəstə evə yazılmışdır. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı hazırda onda qarın nahiyəsində aşağı kəsik boyu cərrahiyyə əməliyyatından sonrakı kobud çapıq toxumasının, assimmetriyanın olduğu və göbək dəliyinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar xəstə “Rekonstruktiv abdominoplastika” cərrahiyyə əməliyyatına məruz qalmışdır. 7. Cərrahiyyə əməliyyatından sonra İddiaçı sepsisin olduğu müəyyən edilmişdir ki, bu da müxtəlif səbəblərdən, yəni əməliyyat zamanı aseptika-antiseptika qaydalarına düzgün riayət olunmaması, hər hansı bir infeksiya (pnevmoniya, abdominal, qan, böyrək infeksiyaları və s.) səbəblərindən yarana bilərdi. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarda həmçinin göstərilmişdir ki, İddiaçı müraciətində düzgün əməliyyat olunmamasına görə əlavə maddi xərclər ödəmək məcburiyyətində qalması ilə bağlı xüsusat mülki mübahisə xarakterli olduğundan bu məsələnin həlli üçün aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ ona izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X10” X13 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səhiyyənin təşkili şöbəsinə ünvanladığı xx.xx.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, “X6-1” özəl tibb müəssisəsində vətəndaş İddiaçı aparılmış əməliyyatdan sonra səhhətində yaranmış problemlərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini cənab E.Məmmədovun Səhiyyə Nazirliyinə ünvanladığı məktuba aidiyyəti üzrə X10 X15də baxılmış və müvafiq olaraq araşdırılmışdır. Məktubda qeyd olunan faktların yerində araşdırılması məqsədi ilə qeyd olunan “X7” MMC-yə məxsus özəl tibb müəssisəsində 25-26 yanvar 2023-cü il tarixlərində Mərkəzin əməkdaşları, Səhiyyə Nazırlıyınin plastik, estetik və rekonstruktiv cərrah mütəxəssis-eksperti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) mütəxəssislərinin iştirakı ilə plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı tibb müəssisəsində 2022-ci ilin may və iyul aylarında iki dəfə stasionar və iyun ayında bir dəfə ambulator müalicə almış İddiaçı aid xəstəlik tarixləri, ambulator tibbi kart, müayinə və müalicəsinə dair digər tibbi qeydiyyat sənədləri araşdırılmış, həmçinin, müalicə həkimi plastik-cərrah Cavabdeh1 ilə müvafiq söhbət aparılmışdır. Araşdırmanın nəticələrinə əsasən qeyd olunur ki, müalicə həkimi tərəfindən xəstənin “Bədənin müxtəlif nahiyələrinin piylənməsi. Qarının ön divarının sallanması" diaqnozu ilə təyin olunan ilk estetik cərrahi əməliyyata hazırlıq uyğun aparılmamışdır, belə ki, xəstənin anamnezi və əməliyyatoru dəyərləndirilməsi tam şəkildə icra olunmamışdır, xəstədə Parkınson xəstəliyinin olması müalicə həkimi və həkimanestezioloq-reanimatoloq tərəfindən nəzərə alınmamışdır. Əməliyyatdan öncə və sonrakı müayinə və mualicənin gedişatında bəzi zəruri laborator muayinələr, qan qrupu təyin olunmamışdır. Bundan əlavə əməliyyatın icrasında və əməliyyatdan sonrakı xəstənin aparılmasında nöqsanlara yol verildiyindən evə yazıldıqdan sonra xəstədə yaranmış əməliyyatdan sonrakı “Septik vəziyyət, Digər kəskin böyrək çalışmazlığı” və yaradakı nekrotik fəsadlarla əlaqəli digər müalicə müəssisəsində müalicə aldıqdan sonra yenidən bu müəssisədə əməliyyatdan sonrakı vəziyyətlə bağlı ambulator qaydada müalicə-bərpa prosedurları almışdır. Xəstə ikinci dəfə ilk cərrahi əməliyyatdan sonrakı yararsız çapıq ilə əlaqəli cərrahı əməliyyat üçun həmin tibb müəssisəsinə stasionar müalicəyə qəbul olunmuşdur. Tibbi qeydiyyat sənədlərinin təhlili nəticəsində müəyyən olunmuşdur ki, xəstəlik tarixi və digər sənədlər bir neçə bənd üzrə natamam aparılmış tələb, olunan qaydada doldurulmamış və bağlanmamışdır, çıxarış epikrizləri hazırlanmamışdır cərrahi əməliyyata dair əməliyyat jurnalında qeydlər aparılmamışdır. Müəssisədəki sterilizasiya və dezinfeksiya işlərinə dair sənədlərdə qeydlərin tam aparılmadığı müəyyən olunaraq RGEM-in mütəxəssisləri tərəfindən tibb müəssisəsinin sterilizasiya sahəsində, əməlliyyatonu və əməliyyat otaqlarında hava nümunələri, bundan əlavə, steril alətlərdən səthlərdən və mexanikı ventilyasiya sisteminin havaverici mənfəzlərinin çıxışlarından yaxmalar götürülərək laborator müayinəyə göndərilmişdir. Aşkar olunmuş nöqsanlar muəssisə rəhbərliyinə və müalicə həkiminə çatdırılaraq yoxlama nəticələrinin qısa müddətdə aradan qaldırılmasının zəruriliyi izah olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubunda qeyd olunan faktlar və araşdırmanın nəticələri nəzərə alınmaqla, keçirilmiş yoxlamanın nəticələrinə uyğun olaraq "X5” MMC-yə (“X8-1”) məxsus özəl tibb müəssisəsində çalışan xəstə İddiaçı müayinə və müalicəsini icra etmiş plastik-cərrah Cavabdeh1 Abısalam qızının fəaliyyətindəki nöqsanları həmçinin daha əvvəllər də daxil olmuş və araşdırılmış şikayətləri nəzərə alaraq barəsində intizam tənbeh tədbirinin görülməsi məqsədəmuvafıq hesab olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubda göstərilmişdir ki, X4 xx.xx.2021-ci il tarixdə qanunvericiliyə uyğun olaraq plastik cərrahiyə ixtisası üzrə sertifikasiyadan keçərək 5 il müddətinə praktik fəaliyyətlə məşğul olmaq icazəsi almışdır. İş materiallarında olan sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə həkimlərin sertifikasıyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 adına “Əmək və Məşğulluq” altsisteminə işəgötürən Cavabdeh2 MMC ilə xx.xx.2018-ci il tarixdən qüvvədə olan əmək müqaviləsi bildirişi qeyd edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 22 manat, xx.xx.2022-ci il tarixdə 98 manat, xx.xx.2022-ci il tarixdə 250 manat, xx.xx.2022-ci il tarixdə 60 manat, xx.xx.2022-ci il tarixdə 233 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 92 manat, xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə 520 manat, xx.xx.2022-ci il tarixdə 63 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 1630 manat, xx.xx.2022-ci il tarixdə 1200 manat, xx.xx.2022-ci il tarixdə 208 manat, xx.xx.2022-ci il tarixdə 150 manat, xx.xx.2022-ci il tarixdə 1307 manat, xx.xx.2022-ci il tarixdə 4236 manat, xx.xx.2022-ci il tarixdə 63 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 585 manat, xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2022-ci il tarixdə 335 manat, xx.xx.2022-ci il tarixdə 494 manat ödəniş edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə 1-ci vac cihazı qoşuldu-350 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş-151 manat, xx.xx.2020-ci il tarixdə 2-ci vac cihazı qoşulmuşdur-350 manat, xx.xx.2022-ci il tarixdə 3-cü vac cihazı qoşulmuşdur-350 manat, xx.xx.2022-ci il tarixdə yaraya müasir sarğı vasitəsi ilə sarğı qoyulmuşdur-200 manat, xx.xx.2022-ci il tarixdə yaraya müasir sarğı vasitəsi ilə sarğı qoyulmuşdur-100 manat, xx.xx.2022-ci il tarixdə 4-cü vac cihazı qoşulmuşdur-350 manat, 30.06. 2022-ci il tarixdə 5-ci vac cihazı qoşulmuşdur-350 manat, xx.xx.2022-ci il tarixdə - 200 manat, xx.xx.2022-ci il tarixdə yaraya müasir sarğı vasitələri ilə sarğı qoyulmuşdur- 100 manat, xx.xx.2022-ci il tarixdə yaraya müasir sarğı vasitəsi ilə sarğı qoyulmuşdur-100 manat, xx.xx.2022-ci il tarixdə yaraya kollajen tökülmüşdür-150 manat, xx.xx.2022-ci il tarixdə yaraya kollajen tökülmüşdür-50 manat, xx.xx.2022-ci il tarixdə yaraya polimerlə sarğı qoyulmuşdur-150 manat, xx.xx.2022-ci il tarixdə yaraya polimerlə sarğı qoyulmuşdur-130 manat, xx.xx.2022-ci il tarixdə polimerlə sarğı qoyulmuşdur-130 manat, xx.xx.2022-ci il tarixdə 180 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş-100 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş kollajen tökülmüşdür-100 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş-150 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş kollajen tökülmüş- 120 manat, xx.xx.2022-ci il tarixdə yara işlənilmiş kollajen tökülmüşdür-150 manat. İş materiallarında olan cavabdeh tərəfindən yazılı şəkildə təqdim edilən mülahizələrində qeyd edilir ki, xəstəni köməksiz vəziyyətdə qoymamaq, əməliyyatdan sonrakı yara izlərinin tez sağalması, baxımsızlıqdan yoluxmuş olduğu infeksiyanın təmizlənməsi üçün “X5-1” klinikası və Cavabdeh1 öz büdcələrindən ümumilikdə 14000 (on dörd min) manata yaxın vəsait xərcləmişlər. Bunu əlyazma formasında aparılan qeyd və hesablamalarla təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “Bədənin müxtəlif nahiyələrinin piylənməsi. Qarının ön divarının sallanması” diaqnozu ilə Cavabdeh2 klinikasının cərrahiyyə şöbəsinə daxil olmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində digər Cavabdeh1 tərəfindən “Liposaksiya. Abdominoplastika” cərrahiyyə əməliyyatı icra edilmiş və xx.xx.2022-ci il tarixdə xəstə ambulator müalicəyə yazılmışdır. Sonradan yarası iltihablanmaqla vəziyyəti pisləşmiş, düşdüyü vəziyyətin qarşısını almaq məqsədi ilə əlavə xərcləri qarşılamaq məcburiyyətində qalmışdır. Hesab etmişdir ki, ona dəymiş maddi zərərin əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materialları ilə müəyyən olunur ki, İddiaçı ona “göstərilmiş qeyri-peşəkar tibbi xidmətlərə görə” cavabdehləri Nəsimi Rayon Prokurorluğuna şikayət etmiş, onun müraciəti əsasında toplanmış materialda cinayət hadisəsinin olması müəyyən edilmədiyindən, cinayət işinin başlanılması rədd edilmiş, eyni zamanda ona əlavə maddi xərclər ödəmək məcburiyyətində qalması ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Həmçinin müəyyən olunur ki, ibtidai araşdırma zamanı üç fərqli nəticələrlə yekunlaşmış ekspertiza tədqiqatlarının rəyi mövcud olmaqla, yekun olaraq iddiaçının hazırki durumunun ilkin cərrahi əməliyyatla əlaqəli olması qeyd olunmuş, sonuncu rəyə əsasən isə İddiaçı üzərində icra edilmiş cərrahiyyə əməliyyatının taktiki və texniki cəhətdən düzgün yerinə yetirilməməsi, bunun da səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq təlimat qaydalarının pozulması kimi qiymətləndirilməsi qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X10” X13 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi səhiyyənin təşkili şöbəsinə ünvanladığı məktubunda İddiaçı Parkınson xəstəliyinin olması müalicə həkimi və həkim-anestezioloq-reanimatoloq tərəfindən nəzərə alınmadığı qeyd edilmişdir. Həmçinin əməliyyatdan öncə və sonrakı müayinə və mualicənin gedişatında bəzi zəruri laborator müayinələrin, əməliyyatın icrasında və əməliyyatdan sonrakı xəstənin aparılmasında nöqsanlara yol verildiyi səbəbindən evə yazıldıqdan sonra xəstədə yaranmış əməliyyatdan sonrakı septik vəziyyət və yaradakı nekrotik fəsadlarla əlaqəli digər müalicə müəssisəsində müalicə aldıqdan sonra yenidən bu müəssisədə əməliyyatdan sonrakı vəziyyətlə bağlı ambulator qaydada müalicə-bərpa prosedurları alması əks olunmuşdur. Beləliklə də, iddiaçının cərrahi əməliyyatdan sonrakı vəziyyətinin qüsurlu tibbi xidmətin göstərilməsi nəticəsi kimi qiymətlədirilməklə, vurulmuş maddi ziyanın tələb etmə hüququ yaranmışdır. Qeyd olunanlar Cavabdeh1 şəxsində Cavabdeh2 və İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış razılıq ərizəsində göstərilən halın, yəni həkim səhvinin öz təsdiqini tapması ilə maddi və hüquqi məsuliyyətin yaranmasına əsas olmuşdur. Əməliyyatdan sonra baş vermiş fəsadların aradan qaldırılması üçün əlavə xərclərin tələb edilməsi cavabdehin iddia tələbinə münasibətdə təqdim etdiyi mülahizələrlə də təsdiq olunur. Lakin pasientin vəziyyətinin bərpa edilməsi üçün Cavabdeh1 tərəfindən sərf edilmiş əlavə vəsaitin (14000 manat) məhkəməyə rəsmi təsdiq olunmuş sənədlərlə deyil, əlyazma formasında təqdim etməklə sübut etməyə çalışmışdır. Məhkəmə vurulmuş maddi ziyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdə toplanan məbləğ tələb edilən məbləği üstələdiyindən və məhkəmə verilmiş tələbə qiymət verməli olduğundan, 20 000 manat maddi ziyanın tutulması hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinin 1-ci hissəsinə görə, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır, Mülki Məcəllənin 1112-ci maddəsinə əsasən, tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddənin mətnində zərərin kim tərəfindən (həkim, tibb müəssisəsi və s.) ödənilməli olduğu göstərilməsə də maddənin adı “tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi” kimi göstərilib. Maddənin adından belə başa düşülür ki, bu maddədə tibb müəssisəsinin vurduğu zərərdən bəhs olunur. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun təhlilindən görünür ki, tibb müəssisəsində tibbi yardım göstərildiyi halda düzgün olmayan diaqnoz, müalicə və s. nəticəsində pasiyentin sağlamlığına vurulmuş zərərə görə tibb müəssisəsi mülki məsuliyyət daşıyır. Nəzərə alınmalıdır ki, tibbi yardım göstərilməsi ilə bağlı münasibətin sübyektləri tibbi yardım alan subyekt və tibbi yardım göstərən subyektdir. Tibbi yardım alan subyekt pasiyent, tibbi yardım göstərən subyekt isə pasiyentə tibbi yardım göstərmək hüququna malik olan fiziki və ya hüquqi şəxsdir. Hazırki halda, Cavabdeh1 tibbi yardımı müstəqil deyil, tibb müəssisinin nəzdində göstərmişdir. Bu zaman tibb müəssisəsi – Cavabdeh2 MMC tibbi yardım göstərən subyekt kimi çıxış etməklə, maddi ziyan ondan tutulmalıdır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cu maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh “X5“ MMC-dən 20 000 manat alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. “X5“ MMC-dən 20 000 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar