Məhkəmə qərarları › İş №e-2(006)-3145/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3145/2023

20.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3145/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 41 900 manat məbləğində pulun və 216 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 02 mart 2021-ci il tarixdə Bakı şəhəri 28 saylı notariat ofisində rəsmiləşdirməklə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə 15000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh krediti xx.xx.2021-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Əlavə olaraq iddiaçı ilə cavabdeh arasında 17 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri 28 saylı notariat ofisində rəsmiləşdirilməklə yeni kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı cavabdehə 26900 manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən, cavabdeh krediti xx.xx.2021-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Hal-hazıradək 41900 manat təşkil edən borc məbləğləri cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 15000 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin krediti xx.xx.2021-ci il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli notarial qaydada bağlanmış kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən Cavabdeh 26900 manat məbləğində pul borca verilmiş, cavabdeh həmin krediti xx.xx.2021-ci il tarixədək qaytarması barədə öhdəlik götürmüşdür. İş materiallarında olan pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən aralarında bağlanılmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 41900 manat məbləğində pulun verilməsi barədə aralarında müvafiq kredit müqavilələri bağlanılmış, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh həmin pul məbləğini xx.xx.2021-ci il tarixdə qaytarması, xx.xx.20221-ci il tarixli müqaviləyə əsasən cavabdeh həmin pul məbləğini xx.xx.2021-ci il tarixdə qaytarması, barədə öhdəlik götürmüş, lakin həmin öhdəlikləri lazımi qaydada və vaxtda yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqavilələri əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, müqavilələr əsasında üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada və şərtləndirilmiş vaxtda yetirməmiş və borca aldığı 41900 manat məbləğində puldan hal-hazıradək iddiaçıya heç bir ödəniş etməmişdir. Odur ki, cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən 216 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə, iddia tələbinin cavabdehdən 216 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia təmin edilməklə cavabdehdən 216 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdehdan 41900 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 216 manat alınaraq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehdan verilmiş borca görə 41900 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 216 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar