Məhkəmə qərarları › İş №e-2(006)-3147/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3147/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3147/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB1793125B110 saylı kredit müqaviləsinə əsasən 1500 manat əsas, 364.44 manat faiz, cəmi 1864.44 manat borcu, xx.xx.2023-cü il tarixli BPAY3870190B299 saylı kredit müqaviləsinə əsasən 148.87 manat əsas, 156.23 manat faiz, cəmi 305.10 manat borcu, xx.xx.2023-cü il tarixli BUMM4044115B299 saylı kredit müqaviləsinə əsasən 2165.33 manat əsas, 395.52 manat faiz, cəmi 2560.85 manat borcun və ödənilmiş 67.30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1793125B110 saylı müqaviləsinə əsasən ona debet kart verilmişdir. Daha sonra İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1793125B110 saylı əlavə razılaşmaya əsasən onun kartına illik 30% dərəəcsi ilə 1500 manat olan kredit vəsaiti mədaxil edilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası ilə (mobil tətbiqi vasitəsilə) ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BPAY3870190B299 saylı Kredit müqaviləsinə əsasən ona illik 35 faiz dərəcəsi ilə 150 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM4044115B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2248 məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı, hesabdan çıxarış və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli BRCB1793125B110 saylı kredit müqaviləsinə əsasən 1500 manat əsas; 364,44 manat faiz; cəmi 1864,44 manat borcu, xx.xx.2023-cü il tarixli BPAY3870190B299 saylı kredit müqaviləsinə əsasən 148,87 manat əsas; 156,23 manat faiz; cəmi 305,10 manat borcu, xx.xx.2023-cü il tarixli BUMM4044115B299 saylı kredit müqaviləsinə əsasən 2165,33 manat əsas; 395,52 manat faiz; cəmi 2560,85 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, ünvan sahibinin göstərilən ünvanda olmaması səbəbindən bildirişin çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BRCB1793125B110 saylı birbank cashback debet kart müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə ödəmək şərtilə istehlak məqsədləri üçün 2248 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BPAY3870190B299 saylı mini kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 34 ay müddətinə illik 35 faiz dərəcəsi ilə ödəmək şərtilə 150 manat kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM4044115B299 saylı kredit və hesab müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 59 ay müddətinə illik 30 faiz dərəcəsi ilə ödəmək şərtilə 1500 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli BRCB1793125B110 saylı müqaviləyə əsasən 1500 manat əsas, 364.44 manat faiz, cəmi 1864.44 manat, xx.xx.2023-cü il tarixli BPAY3870190B299 saylı kredit müqaviləsi üzrə 148.87 manat əsas, 156.23 manat faiz, cəmi 305.1 manat, xx.xx.2023-cü il tarixli BUMM4044115B299 saylı kredit müqaviləsinə əsasən 2165.33 manat əsas, 395.52 manat faiz, cəmi 2560.85 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən müqavilələr üzrə yaranmış borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə qanunlara uyğun tədbir görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 67.3 manat dövlət rüsumu ödənilmişdir. İş materialları ilə müəyyən edildi ki, kreditalan kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəlikləri lazimi qaydada icra etməmişdir. Onun iddiaçı qarşısında maliyyə arayışından göstərilən məbləğlərində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Həmin Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023cü il tarixli BRCB1793125B110 saylı kredit müqaviləsinə əsasən 1500 manat əsas, 364.44 manat faiz, xx.xx.2023-cü il tarixli BPAY3870190B299 saylı kredit müqaviləsinə əsasən 148.87 manat əsas, 156.23 manat faiz, xx.xx.2023-cü il tarixli BUMM4044115B299 saylı kredit müqaviləsinə əsasən 2165.33 manat əsas, 395.52 manat faiz, cəmi 4730.39 manat borcun və ödənilmiş 67.30 manat alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli BRCB1793125B110 saylı kredit müqaviləsinə əsasən 1500 manat əsas, 364.44 manat faiz, xx.xx.2023-cü il tarixli BPAY3870190B299 saylı kredit müqaviləsinə əsasən 148.87 manat əsas, 156.23 manat faiz, xx.xx.2023-cü il tarixli BUMM4044115B299 saylı kredit müqaviləsinə əsasən 2165.33 manat əsas, 395.52 manat faiz, cəmi 4730.39 manat borcun və ödənilmiş 67.30 manat alınaraq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar