Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-316/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin cavabdeh Əhmədova Dı̇ larə Ağalar qızına qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ cavabdeh Əhmədova Dı̇ larə Ağalar qızına qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əhmədov İsbəndiyar Yadulla oğlunun vərəsəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə kart krediti üzrə 1496.85 manat əsas borc və 55.2 AZN faiz borcu olmaqla, cəmi 1552.05 manat borcunun və ödənilmiş 35.52 manat dövlət rüsumunun və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Binəqədi filialı ilə Əhmədov İsbəndiyar Yadulla oğlu arasında bağlanmış BPM**********85 nömrəli xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən Əhmədov İsbəndiyar Yadulla oğlu illik 24 faizlə 36 ay müddətinə 1500 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 169066 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Əhmədov İsbəndiyar Yadulla oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş 4929 saylı, xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Cavabdeh müraciəti əsasında 8V-209 reyesterli vərəsəlik işi açılmış və Cavabdeh Əhmədov İsbəndiyar Yadulla oğlunun vərəsəsi kimi tanınmışdır. Bankın Binəqədi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Əhmədov İsbəndiyar Yadulla oğlunun xx.xx.2024-cü ilədək Banka ödənilməmiş kart krediti üzrə 1496.85 manat əsas borc və 55.2AZN faiz borcu olmaqla, cəmi 1552.05 manat borcu qalmışdır. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35.52 AZN dövlət rüsumu və 0.4 AZN bank xidmət haqqı ödənilmişdir. Cavabdeh mərhum Əhmədov İsbəndiyar Yadulla oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 31164/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdeh Əhmədova Dı̇ larə Ağalar qızı iddiaya etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, X5 Yadulla oğlu 1983-cü ildən ayrı təsərrüfat kimi Zəngilan şəhərində yaşayıb. X5 Yadulla oğlunun vəfat etməsi ilə əlaqədar ona heç bir vərəsəlik verilməyib. Qaçqın kimi yaşadığı Zəngilan şəhərciyindəki evi dövlət tərəfindən əşyaları ilə birlikdə müsadirə edilib. O, 2021-ci ilin 20 aprel tarixindən ağır yataq xəstəsidir. Onkoloji xəstə kimi 5 saylı Poliklinikada qeydiyyatdadır. Yəni, hərəkət etmək, nəyi isə almaq, vermək və tələb etmək imkanına malik deyil. Aylıq təqaüdündən başqa heç bir vəsait və yardım almır. Məlumat üçün bildirir ki, o, 20 aprel 2021-ci ildə ağır xəstələnmiş, 4 gün sonra X5 Yadulla oğlu vəfat etmişdir. O özündə olmadığı üçün bunu sonradan bilmiş, dəfn mərasimi yaxınları tərəfindən həyata keçirilmişdir. Bir tərəfdən onun ağır vəziyyətdə xəstələnməyi, bir tərəfdə də oğlunun vəfat etməsi çətin vəziyyət yaradıb. X5 Yadulla oğlunun yas mərasimini təmin etmək üçün yaxınları Sosial Fondun ərazi üzrə Dostluq Mərkəzinə müraciət etmiş, dəfn üçün dövlət vəsaitini almaq istəmişlər. Dostluq Mərkəzi 2021-ci ilin may ayı üzrə təqaüdünün və müharibə iştirakçısı vəsaitinin Beynəlxalq Banka köçürüldüyünü və həmin vəsaiti dəfn pulu kimi almalı olduqlarını bildirmişlər. 2021-ci ilin 01 may tarixdən təqaüdlərin və vəsaitlərin ödənişi “Kapital Bank”-dan "xxxx"-na köçürüldüyü üçün əvvəlki təqaüd kartı qüvvəsini itirmiş və oğlunun dəfn pulunu kart vasitəsi ilə almaq mümkün olmamışdır. Yaxınları yenidən Dostluq Mərkəzinə müraciət edərək əsassız köçürülmüş təqaüdün və vəsaitin geri qaytarılmasını, dəfn pulunun öz təyinatına uyğun hesablanıb verilməsini istəmişlər, lakin Dostluq Mərkəzi buu edə bilməyəcəklərini, həmin vəsaitlərin Beynəlxalq Bankdan ala biləcəklərini bildirmişdirlər. "xxxx" Nərimanov filialında bunun yalnız vərəsəlik yolu ilə ala biləcəklərini bildiriblər. Onlar Abşeron rayonu 1 saylı Notariat kontoruna müraciət ediblər, Notariat kontoru tərəfindən dəfn pulunun olubolmaması ilə əlaqədar sorğu göndərilmişdir. Lakin Notariat Kontorundan onun şəxsən iştirakının vacib olduğunu bildirmişlər və vəziyyəti ilə əlaqədar bunun mümkün olmadığını anlayıb işdən əl götürmüşlər. Bütün bu olanları ona özünə gəldikdən sonra söyləyiblər. Azərbaycanın heç bir qanununda yoxdur ki, dəfn pulu verilə bilməz və ya başqa yerə yönəldilə bilər. Hələ bu günə qədər dəfn pulu haqqında heç bir məlumat yoxdur və iddia ərizəsindədə bu vəsait göstərilməyib. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nı̇ n nümayəndəsi Nümayəndə1 iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********85 saylı Kredit müqaviləsinə əsasən, Əhmədov İsbəndiyar Yadulla oğluna 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZ-İİ 169066 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədov İsbəndiyar Yadulla oğlu xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 477 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Əhmədov İsbəndiyar Yadulla oğluna xx.xx.2021-ci il tarixdə anası Cavabdeh müraciəti əsasında 8V-209 reyesterli vərəsəlik işi açılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan «Azərbaycan Beynəlxalq Bankı”» ASC tərəfindən verilmiş arayışdan görünür ki, Əhmədov İsbəndiyar Yadulla oğlunun xx.xx.2024-cü il tarixinə «Azərbaycan Beynəlxalq Bankı”» Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1496.85 manat əsas, 55.2 manat faiz borcu olmaqla, cəmi 1552.05 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, Cavabdeh nümayəndəsi X1 pul vəsaitindən irs qalmış mirası qəbul etmişdir. İş materiallarında olan ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 35.52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" ASC ilə Əhmədov İsbəndiyar Yadulla oğlu arasında bağlanmış BPM**********85 nömrəli xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Əhmədov İsbəndiyar Yadulla oğluna 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Əhmədov İsbəndiyar Yadulla oğlu krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüş, lakin müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. 169066 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Əhmədov İsbəndiyar Yadulla oğlu xx.xx.2021-ci il tarixində vəfat etmişdir. 1 saylı Notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təqdim edilmiş xx.xx.2023cü il tarixli məktuba əsasən müəyyən edilmişdir ki, Əhmədov İsbəndiyar Yadulla oğluna xx.xx.2021-ci il tarixdə anası Cavabdeh müraciəti əsasında 8V-209 reyesterli vərəsəlik işi açılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İddia tələbi ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020-ci il tarixli Qərar: “Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Göstərilənlər əsasında belə nəticəyə gəlmək olar ki, vərəsəlik şəhadətnaməsi olmadığı halda, miras qoyanın öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə vərəsələrin mirası qəbul etmələri faktının təsdiq edilməsi barədə kreditorun ərizəsi hüquq sahibi tərəfindən verilmədiyindən və müvafiq məsələ hüquq haqqında mübahisə doğurduğundan işə mövcud qanunvericilik normalarına uyğun olaraq xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalı və həll edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərar: “... vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.” Məhkəmə ilk olaraq onu qeyd edir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir. Vərəsəliyə gəldikdə isə məhkəmə qeyd edir ki, bu hüquq obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Vərəsəlik hüququ vasitəsilə mülki dövriyyə iştirakçıları olan fiziki şəxslərin ölməsi halında onların sağlığında qurduqları hüquqi münasibətlərdən irəli gələn hüquq və öhdəliklərinin aradan qalxmaması, vərəsələri tərəfindən həyata keçirilməsi üçün hüquqi şərait yaradılır ki, nəticədə mülki dövriyyənin davamlılığı və fasiləsizliyi təmin edilməklə hüquqi müəyyənlik və hüquqi etimad prinsipləri qorunmuş olur. Mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kreditorun bu cür tələb irəli sürmək hüququnun formal mülahizələrlə inkar edilməsi əsas məqsədi və hüquqi funksiyası mülki dövriyyədə hüquqi müəyyənliyin və hüquqi etimadın davamlılığını təmin etmək olan vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, kreditorun məhkəmə müdafiəsi, ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Göstərilən normaların tələbinə əsasən məhkəmə hesab edir ki, mərhum Əhmədov İsbəndiyar Yadulla oğlu kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında kredit məbləğini və ona hesablanmış faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, xx.xx.2021-ci il tarixdə öldüyündən kredit vəsaitini ödəməli olmasına dair öhdəliyini yerinə yetirə bilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, borclunun ölümündən sonra Cavabdeh nümayəndəsi X1 pul vəsaitindən irs qalmış mirası qəbul etmişdir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh mirası qəbul etdiyindən və borclunun ölümündən sonra, mirası qəbul etmiş vərəsəsi miras açıldığı gündən ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət daşıdığından iddiaçı cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Mülki Məcəllənin “Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü” adlanan 1307-ci maddəsində təsbit edilmişdir ki, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Lakin iş materiallarından da göründüyü kimi, pul vəsaitindən ibarət olan mirasın məbləği müəyyən edilməmiş, Cavabdeh isə miras qoyanın borclarının mirasdan çox olduğununa dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əhmədova Dı̇ larə Ağalar qızından 1496.85 manat əsas və 55.2 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 35.92 manat olmaqla, cəmi 1587.97 (bir min beş yüz səksən yeddi manat, doxsan yeddi qəpik) manat tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Əhmədova Dı̇ larə Ağalar qızından 1496.85 manat əsas və 55.2 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 35.92 manat olmaqla, cəmi 1587.97 (bir min beş yüz səksən yeddi manat, doxsan yeddi qəpik) manat tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-316/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-316/2025
07.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver