Məhkəmə qərarları › İş №e-2(006)-3234/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3234/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3234/2024 19.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə:

1. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 2785.45 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsinə əsasənCavabdeh BOKTa 1577.64 manat əsas borc, 37.05 manat hesablanmış faiz borcu, 1829.05 manat dəbbə pulu olmaqla,cəmi 3443.74 manat borcu vardır. Eyni zamanda nəzərəinizə çatdırırıq ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixliFərmanına əsasən "xxxx" ASC iləCavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı BOKT ASCnin xeyrinə xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsinə əsasən 1577.64 manat əsas borc, 37.05 manat hesablanmış faiz borcu, 1829.05 manat dəbbə pulu olmaqla, cəmi 3443.74 manat kredit borcu və 54.50 manat ödənilmiş dövlət rüsumunun tutulmasına barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı BOKT ASC tərəfindən iddia irəli sürülərək xx.xx.2019-cu il tarixli 0106/PB/19 saylı kredit müqaviləsi üzrə yaranmış 1577,64 AZN faiz borcu, 1829,05 AZN dəbbə pulu və 54,50 AZN dövlət rüsumunun ödənilməsini tələb etmişdir. Cavabdeh hesab edir ki, iddia faiz, dəbbə və dövlət rüsumunun ödənilməsinə münasibətdə əsassızdır. İddiaçı BOKT ASC kredit müqaviləsi üzrə gecikmənin yaranmasına və faiz və dəbbə pulunun bu həcmdə toplanmasına özü məsuliyyət daşıyır. İddiaçı BOKT ASC kredit müqaviləsi üzrə ödənişlərin həyata keçirilməsinə müvafiq şərait yaratmamış, cavabdehin informasiyaya çıxışını məhdudlaşdırmış və bilərəkdən Mərkəzi Bankın təlimatlarına əsasən iddianın verilməsini qəsdən uzatmaqla müvafiq faiz və dəbbə pulunun yığılmasına gətirib çıxarmışdır. Adı çəkilən kreditin BOKT-ın heç bir filialında və elektron qaydada ödənilməsi mümkün deyildir. Cavabdeh bildirmişdir ki, ödəniş etmək istəsə də, BOKT-dan məlumat verilmişdir ki, ödəniş burada qəbul edilmir, tamamilə başqa bir şirkətdə ödənilməlidir. 2019-cu ilin kreditinin ödənişlərin getməsinə baxmayaraq 5 il saxlamışlar. Buna səbəb isə dəbbə pulu və faizin toplanmasıdır. Baxmayaraq ki, Mərkəzi Bankın “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyyatların yaradılması Qaydalarına” əsasən adı çəkilən kredit çoxdan həmin təsnifatları başa vurmuşdur. Amma nədənsə İddiaçı BOKT ASC məhkəməyə indi müraciət edir. Bu da, bilərəkdən iddia qaldırmayaraq, borcun şişməsinə hədəfləndiyini göstərir. Cavabdeh bildirmişdir ki, kreditin əsas məbləğini tam şəkildə ödəmək üçün hazırda vəsaiti vardır. Amma məhz yuxarıda göstərilən hallar olduğuna görə ödənişlərin edilməsini dayandırmışdır. Hesab edir ki, kredit verən kreditin ödənilməsi üçün müvafiq şərait yaratmalıdır. Kredit ödəyicisini incitməməli və alınan məbləğlərin bölünməsi barədə şəffaf, təsdiqlənmiş mötəbər mənbələrdən onun məlumat almsına şərait yaratmalıdır. Belə bir şəraitin yaradılmamasına görə məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən, iddianın qismən təmin edilməsini, iddianın “37,05 AZN faiz borcu, 1829,05 AZN dəbbə pulu və 54,50 AZN dövlət rüsumunun ödənilməsi” hissəsində rədd edilməsini, müvafiq olaraq cəmi tələb olunan məbləğin azaldılmasını xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, iddiaçı bankdan həqiqətən şəxsi istehlak məqsədi ilə kredit götürmüşdür. Daha sonra kredit məbləği restruktruzasiya olunmuşdur. İddia tələbində qeyd edilmiş əsas məbləği qəbul etsə də, iddia tələbini digər hissələrdə qəbul etmir. Belə ki, banka öz borcunu ödəmək istəyir, lakin bank bunun üçün şərait yaratmır. Hər dəfə ödəniş etmək istəyərkən onu fərqli bir yerə yöndəldirirlər ki, ödənişi oraya etsin. Ödənişin ümumiyyətlə iddiaçının heç bir filialında və elektron qaydada ödənilməsi mümkün deyildir. Ona görə də, bununla bağlı bütün məsuliyyəti iddiaçı daşıyır.

5. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiyini və təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 5 il müddətinə, illik 1% ödəmək şərtilə 2785,45 manat məbləğində krediti verməyi, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Bank müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh öhdəliyin şərtlərini pozmuşdur. Hazırda iddiaçı cavabdehin Bank qarşısında yaranmış borcunun cavabdehdən tutulmasını tələb edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsinə əsasən İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC Cavabdeh istehlak məqsədləri üçün 5 il müddətinə (1-ci il güzət müddəti müəyyən edilməklə), illik 1% ödəmək şərtilə 2785,45 manat məbləğində krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

10. Mülki işin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC -yə xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsi üzrə 1577,64 AZN (bir min beş yüz yetmiş yeddi manat, altmış dörd qəpik) əsas, 37,05 AZN (otuz yeddi manat, beş qəpik) faiz, 1829,05 AZN (bir min səkkiz yüz iyirmi doqquz manat, beş qəpik) dəbbə pulu olmaqla, cəmi 3443,74 AZN (üç min dörd yüz qırx üç manat, yetmiş dörd qəpik) borcu yaranmışdır.

11. Mülki işin materiallarında olan İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən 26.102023-cü il tarixdə cavabdehə göndərilmiş bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilə əsasında borc münasibətləri yaranmış, iddiaçı tərəfindən öhdəlik yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır.

20. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia 1577,64 AZN (bir min beş yüz yetmiş yeddi manat, altmış dörd qəpik) əsas, 37,05 AZN (otuz yeddi manat, beş qəpik) faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

29. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

30. Hazırkı halda məhkəmə hesab edir ki, iddia dəbbə pulu ilə bağlı hissədə qismən təmin edilərək dəbbə pulu azaldılaraq, 100 AZN (yüz manat) məbləğində müəyyən edilməlidir.

21. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. İddiaçı tərəfindən ödənilmiş 54,50 AZN (əlli dörd manat, əlli qəpik) dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməlidir.

23. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsinə əsasən 1577,64 AZN (bir min beş yüz yetmiş yeddi manat, altmış dörd qəpik) əsas, 37,05 AZN (otuz yeddi manat, beş qəpik) faiz, 100 AZN (yüz manat) dəbbə pulu olmaqla, cəmi 1714,69 AZN (bir min yeddi yüz on dörd manat, altmış doqquz qəpik) borc İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulmalı, eyni zamanda iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 54,50 (əlli dörd manat, əlli qəpik) manat Cavabdeh tutularaq İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə ödənilməlidir.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 0106/PB/19 saylı kredit müqaviləsinə əsasən 1577,64 AZN (bir min beş yüz yetmiş yeddi manat, altmış dörd qəpik) əsas, 37,05 AZN (otuz yeddi manat, beş qəpik) faiz, 100 AZN (yüz manat) dəbbə pulu olmaqla, cəmi 1714,69 AZN (bir min yeddi yüz on dörd manat, altmış doqquz qəpik) borc və ödənilmiş 54,50 AZN (əlli dörd manat, əlli qəpik) dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar