Məhkəmə qərarları › İş №e-2(006)-3238/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3238/2022

27.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3238/2022 27.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, onunla cavabdeh şirkət arasında yaranmış mübahisə barışıq sazişinin bağlanılması nəticəsində öz həllini tapmışdır. Göstərilənlərə əsasən məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: 1.1 İddiaçının cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin icraatında olan e-2(006)-3238/2022 saylı iş üzrə mülki iddiasına baxılır. İddiaçı cavabdehdən vurulmuş ziyana görə 4.552 manat ödənilməsini tələb edir. İddiaçının vəsatəti əsasında verilmiş ekspert rəyinə əsasən vurulmuş ziyan 6.374 manat müəyyən olunmuşdur. Bu məbləğin 5.000 manatı iddiaçıya sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalıq məbləğ 1.374 manat təşkil edir. Cavabdeh iddiaçıya bu məbləği ödəməyə razılığını bildirmiş və iddiaçı da bu məbləğin ödənilməsi şərti ilə iddiadan imtina edəcəyini qəbul etmişdir. 1.2 İddiaçı, iddia tələbinə cavabdehin 1.374 manat məbləğin iddiaçının bank hesabına xx.xx.2023-cü il tarixinə qədər ödənilməsi yolu ilə xitam verir 1.3 İddiaya 1.374 manatın ödənilməsi şərti ilə xitam verildiyindən, iddiaçı cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsində e-2(006)-3238/2022 saylı iş üzrə iddiasından dərhal imtina etmək barədə üzərinə öhdəlik götürür və müvafiq ərizəni imzalayaraq, məhkəməyə təqdim edir. 1.4 Bu Saziş tərəflər onu imzaladıqdan sonra qüvvəyə minmiş hesab edilir. 1.5 Bu Saziş eyni hüquqi qüvvəyə malik olan 3 nüsxədə tərtib edilib, imzalanıb və tərəflərin hər birində və bir nüsxəsi onu təsdiq edən məhkəmədə saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinin tələbinə görə, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinin tələbinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdehlər və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehlərin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehlərin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52, 191, 261, 262, 263-264, 267-269-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış aşağıdakı məzmunda olan barışıq sazişi təsdiq edilsin: 1.1 İddiaçının cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin icraatında olan e-2(006)-3238/2022 saylı iş üzrə mülki iddiasına baxılır. İddiaçı cavabdehdən vurulmuş ziyana görə 4.552 manat ödənilməsini tələb edir. İddiaçının vəsatəti əsasında verilmiş ekspert rəyinə əsasən vurulmuş ziyan 6.374 manat müəyyən olunmuşdur. Bu məbləğin 5.000 manatı iddiaçıya sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalıq məbləğ 1.374 manat təşkil edir. Cavabdeh iddiaçıya bu məbləği ödəməyə razılığını bildirmiş və iddiaçı da bu məbləğin ödənilməsi şərti ilə iddiadan imtina edəcəyini qəbul etmişdir. 1.2 İddiaçı, iddia tələbinə cavabdehin 1.374 manat məbləğin iddiaçının bank hesabına xx.xx.2023-cü il tarixinə qədər ödənilməsi yolu ilə xitam verir 1.3 İddiaya 1.374 manatın ödənilməsi şərti ilə xitam verildiyindən, iddiaçı cavabdehə qarşı Nəsimi Rayon Məhkəməsində e-2(006)-3238/2022 saylı iş üzrə iddiasından dərhal imtina etmək barədə üzərinə öhdəlik götürür və müvafiq ərizəni imzalayaraq, məhkəməyə təqdim edir. 1.4 Bu Saziş tərəflər onu imzaladıqdan sonra qüvvəyə minmiş hesab edilir. 1.5 Bu Saziş eyni hüquqi qüvvəyə malik olan 3 nüsxədə tərtib edilib, imzalanıb və tərəflərin hər birində və bir nüsxəsi onu təsdiq edən məhkəmədə saxlanılır. İddiaçı cavabdehlər "xxxx" MMC-yə və qeyrisinə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı e-2(006)-3238/2022 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 65,52 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar