Məhkəmə qərarları › İş №e-2(006)-3282/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3282/2023

15.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3282/2023 15.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə 15 avqust 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8051/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh xx.xx.2014-cü il tarixdə anadan olmuş X1 üçün iddia ərizəsinin verildiyi tarixdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya sessiyası ilə əlaqədar ödənilən dövlət rüsumunun, hər ay 100 manat məbləğində maddi yardımın tutularaq İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8051/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq Cavabdeh xx.xx.2014cü il tarixdə anadan olmuş X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, hər ay 100 manat məbləğində maddi yardımın və 50 manat mediasiya xərcinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 2(006)-5407/2015 saylı qətnaməsi ilə onun Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş Cavabdeh X6 atası olması müəyyən olunmuş və X1 üçün 54 manat aliment müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 8051/2016 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq X1 üçün 117 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. Cavabdeh İlkin Mediasiya prosesinə dəvət olunsa da iştirak etməmişdir. Eyni zamanda X5 Autizm Kanner Sindromu, Yüngül kəmağıllıq və nitq kulyasiyasının spesifik pozuntusu diaqnozi ilə xəstəlkdən əziyyət çəkir, daim müayinələrdədir. Cavabdeh bu xərclərdə də iştirak etmir. Hazırda uşağının maddi tələbatının ödənilməsi üçün xərclər artmışdır və cavabdehin də bir valideyn kimi uşağının maddi tələbatını təmin etməyə borcludur. Göstərilənləri nəzərə alaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü uşağı X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin, 50 manat mediasiya xərcinin və hər ay 100 manat məbləğində maddi yardımın onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 2(006)- 5407/2015 saylı qətnaməsi ilə İddiaçı ona qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş onun X6 atası olması müəyyən olunmuş və X1 üçün ondan 54 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8051/2016 saylı qətnaməsi ilə alimentin məbləği artırılaraq Əzimova Nurayın saxlanması üçün 117 manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. O, ailə həyatı qurmuş və onun indiki ailəsindən 2 azyaşlı övladı var. Hazırda o, ailəsi ilə birlikdə Cəlilabad rayonunda yaşayır. O, 18 iyul 2014-cü il təvəllüdlü qızı Əzimova Nurayın maddi tələbatını ödəməkdən yayınmır. O, 120 manat məbləğində aliment ödəməyə razıdır. Lakin hazırda işsiz olduğundan iddia ərizəsində tələb edilən məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8051/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2015-ci il tarixli, 2(006)-5407/2015 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh 18 iyul 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 23 dekabr 2015-ci il tarixdə verilmiş AZ-İİİ № 643470 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamədə 18 iyul 2014-cü il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş tibbi sənədlərdən görünür ki, 18 iyul 2014-cü il təvəllüdlü X2 ilə bağlı narahatçılığı vardır (tibbi sənədlər: xx.xx.2019-cu il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və sair tarixlərdə verilmiş epikrizlərə, ambulator kitabçadan çıxarışlara, müayinə protokollarına əsasan uşaqda yüngül dərəcəli əqli gerilik, uşaq autizmi, Kanner sendromu, atipik autizm F84.1, nitq və davranış pozuntusu diaqnoz qoyulmuşdur), mütəmadi olaraq müayinə və müalicəyə ehtiyac duyur. Bu isə əlavə xərclər üçün vəsait sərf edilməsini zəruri edir. Azərbaycan Respublikası Cəlilabad RİHB-nın Alar kənd İƏDÜN-i tərəfindən 08 noyabr 2016-cı il tarixdə verilmiş № AZ-İİ 130400 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X4 arasında 08 noyabr 2016-cı il tarixdə Cəlilabad RİHB-nın Alar kənd İƏDÜN-də nikah bağlanmış və 36 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə X3 birgə nikahından 27 aprel 2016cı il tarixdə X9 və X10 adlı uşaqlar doğulmuşdur. Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, Cavabdeh ilkin mediyasiya sessiyasında iştirak etməmiş, lakin mediatorla telefon vasitəsi ilə əlaqə saxlayaraq ilkin mediyasiya sessiyasında iştirak etmək istəmədiyini, ödənilən aliment məbləğinin artırılmasına razı olmadığını bildirərək, mübahisənin məhkəmə qaydasında həllinə tərəfdar olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə ailə həyatından xx.xx.2014-cü il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 8051/2016 saylı qətnaməsi ilə Cavabdeh X1 üçün 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə görə uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması mümkündür. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir». Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə iddia tələbinin azyaşlı uşağın saxlanılması üçün əlavə xərclərin ödənilməsi hissəsində də, qismən təmin edilməsini və əlavə xərclərə görə cavabdehdən iddiaçının xeyrinə hər ay 20 manat məbləğində pul vəsaitinin tutulmasını əsaslı hesab edir. Göründüyü kimi, iddiaçının övladlarının saxlanılması üçün cavabdehdən alimentin ödənilməsini tələb etmək, habelə cavabdehi əlavə xərclərə cəlb etmək hüququ vardır. Lakin məhkəmə hesab edir ki, iddaçı İddiaçı cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin və 100 manat məbləğində maddi yardımın (əlavə xərcin) ödənilməsini tələb etsə də, cavabdehin kifayət qədər gəlirə malik olmasına və maddi vəziyyətinin əvvəlki illərə nisbətdə yaxşılaşmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh hal-hazırda ailəlidir və həmin ailəsindən iki yetkinlik yaşına çatmayan uşağı vardır. Cavabdehin heç bir yerdə işləməməsi və əlavə olaraq iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alan məhkəmə hesab edir ki, iddia tam təmin olunmamalıdır. Bundan başqa, uşağa baxmaq hər iki valideynin vəzifəsi və borcudur, uşağın maddi xərclərinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə, mediasiya xərci qismində 50 manat ödəsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, habelə iştirak etməməsinin hər hansı bir üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etməmişdir. Belə olan halda isə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşağının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X8 adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və 20 (iyirmi) manat məbləğində maddi yardım həmçinin, iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, miqdarı dəyişdirilmiş həmin alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycyn Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8051/2016 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment və 20 (iyirmi) manat məbləğində maddi yardım tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 50 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə əsassız olduğu üçün rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar