Məhkəmə qərarları › İş №e-2(006)-3311/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3311/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3311/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu iddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, müəyyən etdi: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli FN-00069-01/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2023cü il tarixinə ödənilməmiş 1766.56 manat əsas, 138.4 manat faiz, 39.23 manat dəbbə borcu, cəmi 1944.19 manat məbləğində borcun, 39.44 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının alınaraq Bank "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bank "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli FN-00069-01/21A saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 25% ödəmək şərtilə 2600 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borculya dəfələrələ edilən xəbərdarlıqlara baxmayaraq öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli FN-00069-01/21A saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə Bank "xxxx" ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında 48 ay müddətinə illik 25 faiz olmaqla 2600 manat məbləğində kreditin verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan arayışından görünür ki, Cavabdehnun xx.xx.2023-cü il tarixə Bank "xxxx" ASC-yə 1766.56 manat əsas, 138.4 manat faiz, 39.23 manat dəbbə borcu, cəmi 1944.19 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 1766.56 manat əsas, 138.4 manat faiz, 39.23 manat dəbbə borcu, cəmi 1944.19 manat məbləğində borc, ödənilmiş 39.44 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı alınaraq iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-230, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1766.56 manat əsas, 138.4 manat faiz, 39.23 manat dəbbə borcu, cəmi 1944.19 manat məbləğində borc, ödənilmiş 39.44 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nail Abbasov İş № 2(003)-3228/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol Bakı şəhəri Xəzər Rayon Məhkəməsi 31 avqust 2021-ci il Bakı şəhəri X1 Tərəflərin iştirakı olmadan, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 11:40-da başlandı. Hakim iş materiallarını araşdıraraq qətnamə qəbul edir. Prosessual hərəkət saat 11:50-də qurtardı. Protokol 31 avqust 2021-ci il tarixdə tərtib edildi. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar