Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3366/2024 22.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh “X5” ASC-yə qarşı faizlərin hesablnmasının dayandırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «X5» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 524375GTLİQV9530 saylı ödəniş kartı üzrə faizlərin hesablanmasının dayandırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ikinci Qarabağ müharibəsi veteranı Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayan X1 xx.xx.2023-cü il tarixdə istehlak məqsədi ilə 524375GTLİQV9530 saylı ödəniş kartına dair cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlayaraq 4200 manat pul götürmüşdür. Müqavilə şərtlərinə əsasən illik 22 faiz ödəməli idi. xx.xx.2024-cü il tarixdə mağazada alış veriş edərkən ona məlum olmuşdur ki, kartından iradəsindən kənar bütün vəsait çəkilmişdir. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin 13-ci PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il saat 08:29 radələrində heç bir linkə daxil olmadan və heç bir xəbərdaredici mesaj gəlmədən özünə məxsus “X5” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 5243 7544 4204 9530 nömrəli bank kartından 4200 manat pulun çıxarılmasını aşkarlandığını bilmişdir. xx.xx.2024-cü il tarixdə Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi, polis bas leytenantı X3, icraatinda olan Sabunçu RPİ-nin 13-ci PŞ-dən daxil olmuş HK-1/427 saylı (xx.xx.2024) saylı materialı nəzərdən keçirib Azərbaycan Respublikası CPM-nin 85, 207.5 və 210-cu maddələrini rəhbər tutmuşdur. Faktla əlaqədar Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlayaraq və istintaq aparılması üçün icraata qəbul etmişdir. İş materialları araşdırılaraq yekunlaşana qədər cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyətinə müraciət edərək cinayət işi yekunlaşana qədər ödənişin dayandırılmasını xahiş etsə də İMŞİEŞ/03181-2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bu hallarda Bank tərəfindən kreditin qaliq borcu ilə bağlı güzəşt nəzərdə tutulmadığı bildirilmişdir. Yuxarıda göstərilənlər məhkəmə müdaxiləsini zəruri hesab etmişdir. Cavabdeh “X5” Açıq Səhmdar Cəmiyyəti ərizə (etiraz) ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Ərizə (etiraz) onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" KB ASC-dən xx.xx.2023-cü il tarixli ərizəsi və onun ayrılmaz hissəsi olan xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsi ilə 524375GTLİQV9530 saylı ödəniş kartını əldə etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus kartdan 4200 manat məbləğində vəsait istifadə edilmişdir. Kartdan istifadə edilərkən baş vermiş hallar aşağıdakılardır: - İddiaçı sosial şəbəkələrdə reklam olunan saxta platformaya daxil olaraq istifadəsində olan kart məlumatlarını və OTP kodunu kənar şəxslərə təqdim etmişdir. Daha sonra məlumatları ələ keçirən şəxslər ona məxsus Unibank Mobil bank tətbiqinə daxil olaraq kartdan silinməni həyata keçirmişlər. Bundan sonra Bank tərəfindən iddiaçının təqdim etdiyi mobil nömrəsinə (**********) göndərilən məlumatda ona məxsus kart bilgilərinin başqa smartfonda qeydiyyatının aşkarlanması barədə məlumatlandırılmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsinin 5.22-ci bəndinə əsasən “Müştəri öz hesabının müstəqil sərəncamçısıdır.” Ofertanın 5.9-cu bəndinə əsasən “Kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara, imza etdiyi kartçeklərə görə Müştəri məsuliyyət daşıyır.” 5.16-cı bəndinə əsasən isə “kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı problem Bankın sərəncamında olmayan məlumat-informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır.” Eyni zamanda qeyd etmişdir ki, ofertanın 18.3-cü bəndinə əsasən “Müştəri”nin mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsi nəticəsində yaranmış risklərə görə “Müştəri” tam məsuliyyət daşıyır. Bu zaman “Müştəri” mobil telefon nömrəsindən üçüncü şəxslərin qanunsuz istifadəsinə istinad edərək bu müqavilə əsasında verilmiş əlavə kredit üzrə öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan göstərilmişdir ki, vətəndaş İddiaçı müraciəti əsasında xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işinin ibtidai istintaqı zamanı müəyyən edilmişdir ki, DİN-in KMBİ-nin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi polis mayoru İbrahim Vəliyevin icraatında olar X2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 -ci və 177.2.4-cü maddələrinin təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılır. X2 Azərbaycan Respublikası CM-nın 177.2.3-1 maddəsi ilə təqsirləndirilməsinə dair Sabunçu RPİ-nin İŞ-də istintaqı aparılan ********* nömrəli cinayət işi DİN-in KMBl-nin İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi polis mayoru İbrahim Vəliyevin icraatında X2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1-ci və 177.2.4-cü maddələrinin təqsirləndirilməsinə dair istintaqı aparılan ********* nömrəli cinayət işi ilə birləşdirib birgə istintaq aparılması üçün DİN-in KMBİ-nin İstintaq və Təhqiqat Şöbəsinə gondənlmişdir. İş materiallarında olan “X5” ASC-nin iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubunda göstərilmişdir ki, müştəri Bankda hesab açarkən müştəri və bank arasında olan hesab müqaviləsini imzalamaqla Bankın rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş ümumi ofertanı (bundan sonra “oferta”) qəbul (aksept) edir. Oferta şərtlərinə əsasən kartdan istifadə olunmaqla aparılmış bütün əməliyyatlara görə müştəri məsuliyyət daşıyır. Kartın itirildiyi, oğurlandığı və müştərinin iradəsinə zidd olaraq digər vasitələrlə onun və ya istifadəçinin sahibliyindən çıxdığı hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır. Kartdan istifadə etməklə əməliyyatların aparılmasında yaranmış hər hansı bir problem Bankın sərəncamında olmayan (digər şəxslərin idarə etdiyi) məlumat—informasiya sistemlərinin fəaliyyəti ilə əlaqədardırsa, Bank bu problemlərə görə müştəri qarşısında məsuliyyət daşımır. Qeyd olunanları nəzərə alaraq bildirilmişdir ki, sosial şəbəkələrdə reklam olunan saxta platformaya daxil olunmuşdur. Nəticədə, sistemdə qeyd olunan mobil nömrəsinə bank tərəfindən göndərilən birdəfəlik şifrə və kart məlumatları dələduzlara təqdim edilərək, ona aid olan mobil tətbiqə dələduzlar tərəfindən uğurlu giriş qeydə alınmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, kartdan istifadə ilə bağlı hər hansı bir dələduzluq halının baş verməsi iddia edilirsə, X4 müraciət etməsi tövsiyə olunmuşdur. Əlavə olaraq hazırda Bank tərəfindən kreditin qalıq borcu ilə bağlı güzəştin nəzərdə tutulmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, iddiaçı bağlanmış ümumi oferta müqaviləsinə əsasən iddiaçı götürmüşdür. Hazırda isə iddiaçı həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanmasının qadağan edilməsini və onun ləğv edilməsini xahiş etmişdir. Halbuki, hesab kartından məbləğin bankın səhvi nəticəsində məxaric edilməsinə dair heç bir mötəbər sübut tədim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə banka müraciət etməklə bankın rəsmi səhifəsində paylaşılan xx.xx.2021-ci il tarixli Ümumi oferta müqaviləsini qəbul etməklə kart əldə etmişdir. Məhkəmə iclasında iddiaçının kart məlumatlarının ələ keçirilməsinin cavabdehin bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməməsi səbəbindən baş verməsi öz təsdiqini tapmadı, eyni zamanda iddiaçı həmin əməliyyatların onun xəbəri olmadan üçüncü şəxs tərəfindən aparılmasını, yəni oğurluq edilməsini bildirsə də, hal-hazırda bunu təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Bu əsasla da məhkəmə hesab edir ki, iddiaçı kartından çəkilmiş pullara görə faizin hesablanmasının dayandırılmasını cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlir, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmadı. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edilməsədə, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxs kateqoriyasına aid olduğundan, məhkəmə xərcləri Azərbaycan Respublikası Dövlət Büdcəsinə aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı cavabdeh “X5” ASC-yə qarşı faizlərin hesablnmasının dayandırılması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Azərbaycan Respublikası Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3366/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3366/2024
22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver