Məhkəmə qərarları › İş №e-2(006)-3379/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3379/2025

15.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3379/2025 15.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Mehdiyeva Gülarə Sahib qızının katibliyi ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təsviri hissə:

1. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 14.405,48 (on dörd min dörd yüz beş manat qırx səkkiz qəpik) manat - bundan 4.403,96 (dörd min dörd yüz üç manat doxsan altı qəpik) manat əsas, 4254,43 (dörd min iki yüz əlli dörd manat qırx üç qəpik) manat faiz, 5.105,98 (beş min bir yüz beş manat doxsan səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 641,11 (altı yüz qırx bir manat on bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 133,22 (bir yüz otuz üç manat iyirmi iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Mülki iş üzrə məhkəmə icraatı davam edən zaman tərəflər arasında barışıq sazişi (müqaviləsi) bağlanmış və məhkəməyə təqdim edilmişdir.

Məhkəmə prosesi:

3. Əvvəlki məhkəmə hazırlıq iclasında Cavabdeh məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli barışıq sazişinin könüllü olaraq imzlandığını, nəticələrinin dərk edildiyini bildirdi, sazişin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndə məhkəmə iclasında iştirak etməmiş, nümayəndə X5 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini, bankla cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

5. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanılmış barışıq sazişinin hüquqi nəticələri ona tam aydın olduğu, sazişin könüllü şəkildə imzalandığı bildirilərək, təqdim edilən barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Həmçinin növbəti iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

Əsaslandırıcı hissə:

6. Mülki iş üzrə tərəflər (iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərdən ibarətdir: «Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri X6 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh (ş/v: AA № 0050048, verilib. Asan 1) (bundan sonra “Cavabdeh” adlanacaq) İddiaçı və Cavabdeh (birlikdə bundan sonra “Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlərlə bu sazişi imzaladılar. Maddə 1. Sazişin mövzusu: Bu sazişin mövzusunu xx.xx.2014-cü il tarixli 46026 saylı kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə saziş (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 14.405,48 (on dörd min dörd yüz beş manat qırx səkkiz qəpik) manat – bundan 4.403,96 (dörd min dörd yüz üç manat doxsan altı qəpik) manat əsas, 4.254,43 (dörd min iki yüz əlli dörd manat qırx üç qəpik) manat faiz, 5.105,98 (beş min bir yüz beş manat doxsan səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 641,11 (altı yüz qırx bir manat on bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 133,22 (bir yüz otuz üç manat iyirmi iki qəpik) manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin tutulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri: “2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 4.403,96 (dörd min dörd yüz üç manat doxsan altı qəpik) manat əsas, 4.254,43 (dörd min iki yüz əlli dörd manat qırx üç qəpik) manat faiz, 3.173,66 (üç min bir yüz yetmiş üç manat altmış altı qəpik) manat köçürülmüş faizlər və 1.932,32 (bir min doqquz yüz otuz iki manat otuz iki qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə faiz borcundan 1.000 (bir min) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 6.000 (altı min) manat məbləğində borcun 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin avqust ayından başlayaraq, hər ay 500 (beş yüz) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən 6.000 (altı min) manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclu bu sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcılıqla 3 dəfə vaxtında və lazımı qaydada icra etmədikdə bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə cavabdeh-borcludan tutulacaqdır. 2.5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu sazişin 1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edilər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər: 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5 və 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericilikdə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı sazişin imzalanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu sazişin məzmununun sazişin 3.7.1 və 3.7.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar: 4.1. Tərəflər bu saziş üzrə öhdəliklərin pozulması və ya lazımı qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir».

7. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 133,22 (bir yüz otuz üç manat iyirmi iki qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.3-52.5. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 114.1, 114.1.4. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0, 261.0.5. Tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.4-262.5. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər.

9. Beləliklə, məhkəmə barışıq sazişini tədqiq edərək belə qəanətə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur, ona görə də tərəflərin ərizələri təmin edilməli, barışıq sazişi təsdiq edilməli, hazırkı mülki işin icraata xitam verilməlidir. Eyni zamanda, dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə geri qaytarılmalıdır. Həmçinin, tərəflərə eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır.

Nəticə:

10. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Ərizələr təmin edilsin. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: «Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri X6 şəxsində (bundan sonra “İddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh (ş/v: AA № 0050048, verilib. Asan 1) (bundan sonra “Cavabdeh” adlanacaq) İddiaçı və Cavabdeh (birlikdə bundan sonra “Tərəflər” adlanacaqlar) aşağıdakı şərtlərlə bu sazişi imzaladılar. Maddə 1. Sazişin mövzusu: Bu sazişin mövzusunu xx.xx.2014-cü il tarixli 46026 saylı kredit müqaviləsi əsasında bağlanmış xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə saziş (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) üzrə cəmi 14.405,48 (on dörd min dörd yüz beş manat qırx səkkiz qəpik) manat – bundan 4.403,96 (dörd min dörd yüz üç manat doxsan altı qəpik) manat əsas, 4.254,43 (dörd min iki yüz əlli dörd manat qırx üç qəpik) manat faiz, 5.105,98 (beş min bir yüz beş manat doxsan səkkiz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 641,11 (altı yüz qırx bir manat on bir qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 133,22 (bir yüz otuz üç manat iyirmi iki qəpik) manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin tutulmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki mübahisənin barışıq yolu ilə həll edilməsi təşkil edir. Maddə 2. Barışığın şərtləri: “2.1. Tərəflər təsdiq edirlər ki, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə BƏS-də 4.403,96 (dörd min dörd yüz üç manat doxsan altı qəpik) manat əsas, 4.254,43 (dörd min iki yüz əlli dörd manat qırx üç qəpik) manat faiz, 3.173,66 (üç min bir yüz yetmiş üç manat altmış altı qəpik) manat köçürülmüş faizlər və 1.932,32 (bir min doqquz yüz otuz iki manat otuz iki qəpik) manat cərimə borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, kredit müqaviləsi üzrə faiz borcundan 1.000 (bir min) manat məbləğində ödənişin 30 (otuz) iş günü müddətində ödənilməsinin ilkin ödəniş kimi qəbul edilməsini və bundan sonra qalıq 6.000 (altı min) manat məbləğində borcun 12 (on iki) ay müddətinə bərabər hissələrə bölünməklə, yəni 2025-ci ilin avqust ayından başlayaraq, hər ay 500 (beş yüz) manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3. İddiaçı bu sazişin 2.2-ci bəndində göstərilən 6.000 (altı min) manat borc məbləğinin cavabdeh tərəfindən ödənilməsinə 12 (on iki) ay müddətinə möhlət verilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Tərəflər təsdiq edirlər ki, cavabdeh-borclu bu sazişin 2.2-ci bəndindəki öhdəliyini ardıcıl olaraq 2 (iki) ay ərzində və ya hər hansı ardıcılıqla 3 dəfə vaxtında və lazımı qaydada icra etmədikdə bu sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və belə olan halda verilmiş güzəştlər ləğv edilərək bu sazişin 1-ci bəndində göstərilən borc məbləği tam şəkildə cavabdeh-borcludan tutulacaqdır. 2.5. Barışıq sazişi üzrə ödəniş şərtləri cavabdeh tərəfindən pozulduğu halda bu sazişin 1-ci bəndində göstərilən borcların tam şəkildə cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tərəflər təsdiq edilər. İddiaçı cavabdehə bildiriş vermədən dərhal bu barışıq sazişinin icraya yönəldilməsi üçün müvafiq məhkəmə və ya icra orqanlarına müraciət edəcəkdir. 2.6. Tərəflər razılaşırlar ki, bu sazişin 2.2-ci bəndi cavabdeh tərəfindən lazımınca və vaxtında icra edildikdən sonra X1q borc məbləğinin güzəşt tətbiq edilərək silinməsi öhdəliyini iddiaçı öz üzərinə götürür. Maddə 3. Digər şərtlər: 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə sazişin 2.1, 2.2, 2.3, 2.4, 2.5 və 2.6-cı bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Bu saziş məhkəmə tərəfindən təsdiq edilmədikdə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericilikdə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı sazişin imzalanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə. 3.8. Bu sazişin məzmununun sazişin 3.7.1 və 3.7.5-ci bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.

4. Yekun müddəalar: 4.1. Tərəflər bu saziş üzrə öhdəliklərin pozulması və ya lazımı qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2. Bu sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3. Bu saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir». Hazırkı mülki işin icraatına xitam verilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 133,22 (bir yüz otuz üç manat iyirmi iki qəpik) manat məbləğində pul LPO İddiaçı ASC-yə geri qaytarılsın (qəbz №: **********34). Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad qanuni qüvvəyə mindikdən sonra məcburi qüvvəyə malik olacaqdır və mütləq icra olunmalıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar