Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3406/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimenin dəyişdirilməsi və indeksasiyası» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimenin dəyişdirilməsi və indeksasiyası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1050/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 18 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulması müəyyən edilmiş əmək haqqısının ¼ hissəsində alimentin dəyişdirilərək 250 manat sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli 2(004)-5860/2018 saylı qətnaməsi ilə 18 aprel 2014cü il təvəllüdlü X1 üçün Hacıyeva (İsayeva) Humay İslam qızından hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Daha sonra Hacıyeva (İsayeva) Humay İslam qızı tərəfindən Yasamal Rayon Məhkəməsinə “alimentin azaldılması” tələbi ilə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1050/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, iddiaçı X5 18 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin dəyişdirilməsi, iddiaçıdan xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılması, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X7 qarşı “alimentin artırılması” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qaldığından o Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4667/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1050/2020 saylı 10 fevral 2020-ci il tarixli qətnaməsinin ilkin iddia üzrə cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında yetkinlik yaşına çatmayan X1 üçün cavabdehdən onun rəsmi gəlirinin ¼ hissəsi qədər alimentin tutulması qət edilmişdir. Lakin qeyd olunan məbləğ nə uşağın maddi ehtiyaclarının qarşılanmasına, nə mənəvi inkişafına, nə də minimum yaşayış təminatının ödənilməsinə kifayət etmir. İddiaçı hazırda yetkinlik yaşına çatmayan övladının maddi təminatı ilə bağlı ciddi çətinlik çəkir. Odur ki, aşağıda qeyd olunan səbəblərə əsasən hesab edilir ki, aliment məbləği dəyişdirilərək sabit pul məbləğində təyin edilməli və ödənilməlidir: İlk öncə qeyd edirik ki, İddiaçı AR Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində çalışır və rəsmi maaş alır. Lakin onun əmək haqqısından hər ay ikinci evliliyindən olan digər övladı üçün aliment ödənişi tutulur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-930/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay əmək haqqısının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ödənilməsi qət edilmişdir. Odur ki, qətnamənin icrası ilə əlaqədar hazırda İddiaçı tərəfindən onun əmək haqqısının ¼ hissəsi məbləğində aliment tutulmaqdadır. Bununla bağlı AR ƏN Penitensiar Xidməti 1 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan da göründüyü kimi onun əmək haqqısından şəxsi plastik kartına cəmi 805.58 (səkkiz yüz beş manat 58 qəpik) manat, 255.00 (iki yüz əlli beş) manat isə aliment üzrə keçmiş həyat yoldaşının plastik kartına köçürülür. Göründüyü kimi, onun aylıq gəliri yalnız 805.58 manat təşkil edir. Onun başqa gəlir, qazanc yeri yoxdur. Bu məbləğ isə onun həm özünün, həm övladının yaşayışınn təmin edilməsi üçün kifayət etmir. Digər tərəfdən, onun öhdəliyində qoca və xəstə valideyni (anası) də vardır. Valideynlərə baxmaq övladların borcu və əsas öhdəliyi olduğundan İddiaçı hər ay anasının müalicələrini qarşılamaq üçün kifayət qədər böyük xərc çəkir. Belə ki, onun anası X12 bel və boyun nahiyyətlərində fəqərələrarası disklərin radikulopatiya ilə zədələnməsi diaqnozuna malikdir və bu xəstəlik boyun və bel ağrıları, uyuşma və qıcıqlanmalar, zəiflik, hərəkət zamanı ağrılar, baş ağrıları, əzələ spazmları və qıcolmalar kimi simptomlarla müşayiət olunur. Bütün bunlar onun anasının müalicə və müayinələrinin davamlı şəkildə aparılmasını zəruri edir. Odur ki, iddiaya əlavə olunan ödəniş qəbzlərindən göründüyü kimi, o, anasının müayinə və müalicələrinə ay ərzində təxminən 400-500 manat məbləğində xərc çəkməli olur. O aldığı əmək haqqı ilə anasının müayinə və müalicələrinin hələ kiçik bir qismini qarşılaya bilir, qalan müalicələrini isə ödəmək imkanından məhrumdur. Hesab edirəm ki, bu fakt uşağın yüksək səviyyədə təmin edilməsində çətinliklər yaradır və aliment təyinində nəzərə alınmalıdır. Onu da qeyd edir ki, X8 hazırda Səbail rayonunda yerləşən Bakı şəhəri Tofiq İsmayılov adına 6 №-li liseyin 5d sinfində oxuyur. Əvvəllər o, övladı ilə birgə Yasamal rayonu ərazisində qaldığından Səbail rayonunda yerləşən liseyə gedib-gəlməkdə çətinlik çəkmirdi. Lakin şəraitlə əlaqədar artıq bir neçə ildir ki, o, övladı ilə birgə Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən evə köçmüş və burda yaşayır. Yaşayış yerini dəyişsələr də, Ləman Mirzəzadə əvvəlcə hazırlığa, sonra isə ibtidai sinfə getdiyi həmin liseyə getməkdə davam edir və liseyi dəyişmək istəmir. Ləman Mirzəzadə sözügedən liseydə oxumaq üçün çətin imtahanlar vermiş, ibtidai sinfə həmin liseydə qəbul olmuş və hazırda da yüksək qiymətlər almaqdadır. Ləman Mirzəzadənin oxuduğu liseydə çoxlu dostları var. Müəllimlərini isə çox sevir və onlara çox öyrəşib. Odur ki, uşağın məktəbinin başqa məktəblə dəyişdirilməsi, onun öz dostlarından və öyrəşdiyi mühitdən uzaq qalması ilə nəticələnə və uşağa böyük stress yaşada bilər. Bu isə uşağın həm təhsilinə, həm də psixologiyasına mənfi təsir göstərəcəkdir. Odur ki, o, yeganə yaşayış yeri olan Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisindən hər gün uşağın məktəbə gedib-gəlməsi üçün taksi xidmətindən istifadə edərək gündə təxminən 20-24 manat məbləğində xərc çəkməyə məcbur olur. İddiaçı ay ərzində təxminən 350-400 manat məbləğində yol xərcini də təkbaşına qarşılayır və uşağın iradəsinə uyğun olaraq liseydə təhsilini davam etməsinə şərait yaradır. Onu da qeyd edir ki, X8 hazırda 5-ci sinif şagirdidir və fərdi müəllim yanında hazırlıq keçərək ingilis və rus dillərini təkmilləşdirir. Uşaq əziyyət çəkməsin deyə, həmin müəllimlər həftədə 2 dəfə dərs demək üçün evə gəlir və hər dərs üçün 15-20 manat ödəniş ödənilir ki, bu da ayda 1 müəllim üçün 120-160 manat xərc edir. O, uşağın təhsilinə önəm verdiyi üçün və uşağın çətinlik çəkməməsi üçün əlavə müəllim hazırlığına qoymağa məcburdur. Və bütün bu xərcləri o təkbaşına qarşılayır. Halbuki uşağın təlim və tərbiyəsinə görə hər iki valideyn bərabər şəkildə məsuliyyət daşıyır və xərclər də bərabər şəkildə ödənilməlidir. Lakin o bu xərcləri təkbaşına ödəməkdə çətinlik çəkir. Məhkəmənin diqqətinə onu da çatdırır ki, Cavabdeh ikinci dəfə ailə qurub və Bakı şəhərində yaşayır. Onlarda olan məlumata görə, cavabdeh hələ də AR Milli Elmlər Akademiyasının X2 şöbəsinin elmiş işçisi qismində çalışır və əmək haqqı alır. Cavabdeh ikinci dəfə ailə qurduğuna görə nə yaşayış yeri ilə bağlı, nə də maddi təminatları bağlı heç bir çətinlik çəkmir. Halbuki onun özünün başqa gəlir, qazanc yeri yoxdur. Aldığı əmək haqqı onun həm aliment öhdəliyinin ödənilməsinə, həm himayəsindəki qoca və xəstə valideyninin təmin edilməsinə, həm də övladının günügündən artmaqda olan xərclərinin qarşılanmasına kifayət etmir. 2018-ci ildə alimentlə bağlı sonuncu məhkəmə mübahisəsinin aparıldığı vaxtda qüvvədə olan qanunvericiliyə əsasən, uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 154 manat təşkil etsə də, hazırda 2025-ci il üçün uşaqlar üçün ölkə üzrə yaşayış minimumu 246 manat təşkil edir. Lakin Cavabdeh tərəfindən tutulan aliment məbləği onun əmək haqqısının ¼ hissəsi olduğundan, cəmi 100-110 manat təşkiledir ki, bu da yaşayış minimumunun yarısından da az məbləğdir. Bu cüzi məbləğ nə uşağın yuxarıda qeyd olunan xərclərinin qarşılanmasına, nə də minimum təmanatlarının, qida, geyim və digər zəruri xərclərinin ödənilməsi üçün kifayət etmir. Cavabdeh övladının saxlanılması üçün alimentdən başqa heç bir ödəniş etmir, mənəvi dəstək göstərmir. Onun bu mövqeyi həm onun, həm də övladının maddi vəziyyətinə mənfi təsir göstərərək, uşağın sağlam böyüməsi və inkişafı üçün zəruri olan şərtləri təmin etməyə mane olur. Halbuki AR Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Odur ki, hesab edir ki,cavabdehdən tutulan aliment məbləği ölkə üzrə uşaqlar üçün yaşayış minimumu haqqında qanuna uyğun olaraq 250 manat sabit pul məbləğində müəyyən edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, AZ-İİİ seriyalı 314617 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 adlı bir yetkinlik yaşına çatmamış uşaqları vardır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5860/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, 18 aprel 2014-cü il təvəllüdlü X1 üçün X5 hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1050/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, iddiaçı X5 18 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin dəyişdirilməsi, iddiaçı X5 18 aprel 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutularaq, cavabdeh İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması, qarşılıqlı iddia üzrə İddiaçı cavabdeh X7 qarşı “alimentin artırılması” tələbinə dair iddia tələbini təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-4667/2020 saylı qətnaməsi ilə şikayətin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1050/2020 saylı, 10 fevral 2020-ci il tarixli qətnaməsinin ilkin iddia üzrə cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 29004)-930/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçı X9 ilə cavabdeh İddiaçı arasında xx.xx.2018-ci il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 187 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 12 iyun 2020-ci il təvəllüdlü X10 anaları X9nın yanında saxlanılması, 12 iyun 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay X11nun əmək haqqının və başqa gəlirlərinin 1\4 hissəsi miqdarında alimentin tutularaq, X6 ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-930/2021 saylı qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-930/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi, Yasamal Rayon Məhkəməsinin 2(004)-930/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində düzəliş olunaraq “X11” sözləri “İddiaçı” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olması, 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2025-cü il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,5 misili (200 manat (tələb edilən aliment) : 400 (2025-cü il üzrə minimum əmək haqqı) = 0,5 misli) həddində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddiaçının aliment məbləğinə dair tələbinə münasibətdə qeyd edir ki, iddiaçı müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək 250 manat sabit pul məbləğində müəyyən edilməsini tələb etsə də, cavabdehin kifayət qədər yüksək gəlirə malik olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, uşağa baxmaq hər iki valideynin vəzifəsi və borcudur, uşağın maddi xərclərinin yalnız bir valideynin üzərinə qoyulması ədalətli deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3406/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3406/2025
29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver