Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3435/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin əvəzləşdirilməsi və s.” tələblərə dair iddia ərizəsi üzrə mülki işə 11 avqust 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin əvəzləşdirilməsi və s. tələblərə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08.01.2018-ci ildən 12.04.2021-ci il tarixinə kimi kreditlərinə hesablanmış faiz və cərimələrim silinməsi, kredit üzrə əsas borc öhdəliyi üzrə 57999.99 AZN-in əmanət öhdəliyi ilə əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək kredit üzrə borc öhdəliyinin əmanət öhdəliyi ilə əvəzləşdirilməsi, hesablanmış 33091,43 (otuz üç min doxsan bir manat 43 qəpik) faiz, 17961,62 (on yeddi min doqquz yüz altmış bir manat 62 qəpik) cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının "xxxx" ASC-də həm əmanətləri həm də kreditləri mövcuddur. Əmanətlərin Sığortalanması Fondu tərəfindən ona ünvanlanmış 13.11.2020-ci il tarixli məktuba əsasən onun Banka 58823,87 (əlli səkkiz min səkkiz yüz iyirmi üç manat 87 qəpik) əsas, 33091,43 (otuz üç min doxsan bir manat 43 qəpik) faiz, 17961,62 (on yeddi min doqquz yüz altmış bir manat 62 qəpik) cərimə borcu vardır. Faiz və cərimə borcları bank ləğv edildiyi tarixdən hesablanmağa başlamışdır. Halbuki, Bankın lisenziyası ləğv olunan tarixə onun heçbi gecikdirilmiş öhdəliyi olmamış və bu səbəbdən də Bankın lisenziyası ləğv olunan kimi öhdəliklərin əvələşdirilməsi, qarşılıqlı müxabirləşmə, əmanətlərin kreditlərinə silinməsi ilə bağlı müraciət etmişdir. Lakin xahişi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən, iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, və iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Banklar haqqında” Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinə əsasən bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatı başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2 və 72.1.3-cü maddələrinin Mülki prosesual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarına əsasən Banklar haqqında” Azərbaycan Respublikası Qanunun 72.1.2-ci maddəsinin dayandırma ifadəsi müflis elan olunmasına dair məhkəmənin qanuni qüvvəyə mindiyi andan banka qarşı kreditor tələblərə bağlı mülki məhkəmə icraatında olan işlərin Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 254-cü maddəsində nəzərdə tutulmuş qaydada icraatının verilməsini nəzərdə tutur. Həmin andan daxil olan ərizələrin qəbul edilməsindən Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki prosesual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.3-cü maddəsində isə təsbit olunmuşdur ki, işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfdən irəli sürülmüş tələblərin mülki məhkəmə icraatı qaydasında baxılmasının qeyri-mümkün olduğunu nəzərə alaraq və qeyd olunan prosesual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli, iddiaçıya izah olunmalıdır ki, o pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 261-262 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə: QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “öhdəliklərin əvəzləşdirilməsi və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, o, iddia ərizəsində göstərilən tələblərlə bağlı "xxxx" ASCnin iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-3435/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3435/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver