Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3439/2024 21.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı "xxxx" X2 nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 1092 (bir min doxsan iki) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1, mülkiyyət hüququ Cavabdeh2 məxsus “Daimler yük” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, M.Müşfiq küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 1 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyini və özül hissəsini sıradan çıxararaq müəssisəyə 6092.00 (altımin doxsan iki) manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə ilə bağlı Bakı şəhər DYPİnin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs «Daimler yük” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 tanınmışdır. Cavabdeh1 tərəfindən idarə edilən «Daimler yük” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən Bakı"xxxx" X2 bank hesabına 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 6092.00 (altı min doxsan iki) manat məbləğində maddi ziyandan qalıq olaraq qalan 1092 (bir min doxsan iki) manat pul vəsaiti cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 tutularaq "xxxx" X3 ödənilməlidir. Cavabdehlər maddi ziyanın ödənilməsi üçün Müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişlər. Göstərilənlərə əasən Bakı Şəhər İcra Hakimiyyəti "xxxx" X3 vurulmuş maddi ziyandan qalıq olaraq qalan 1092 (bir min doxsan iki) manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, həqiqətən o, xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ Cavabdeh2 məxsus “Daimler yük” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X3 məxsus 2 çıraqlı işıq dirəyi və özül hissəsi sıradan çıxmışdır. Bildirmək istəyir ki, artıq ziyanın böyük hissəsi sığorta təşkilatı tərəfindən ödənilmişdir. *İddia ərizəsində vurulmuş ziyan kimi 1092 manat qeyd olunmuşdur, lakin onun maddi vəziyyəti aşağı olduğundan həmin məbləği ödəyə bilmir. Məhkəmədən onun maddi vəziyyətinin nəzərə alaraq iddia tələbinin rədd olunmasını xahiş edir.
6. Məhkəmə cavabdehin nümayəndəsinin və iddiaçının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və İnzibati xətalarla bağlı çıxarılan İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli Qərarın surətindən görünür ki, “Daimler yük” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, M.Müşfiq küçəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.
8. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Yol nəqliyyat hadisəsinin tərtib olunmuş sxemindən görünür ki, Cavabdeh1 idarə etdiyi Cavabdeh2 məxsus “Daimler yük” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi işıq dirəyini vurmuş, yol nəqliyyat hadisəsi nəticəsində avtomobilin qabaq hissəsi zədələnmişdir.
9. İş materiallarında olan Cavabdeh1 tərəfindən yazılmış izahatın surətindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə, saat 19:50-də etibarnamə ilə idarə etdiyi “Daimler yük” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkət edərkən sola yerdəyişmə etdiyi zaman təhlükəsizliyi təmin edə bilməmiş və nəticədə idarəetməni itirərək yolun solundakı səkiyə qalxıb işıq dirəyini vurmuş və maddi ziyanla nəticələnən qəza törətmişdir. Törədilmiş hadisə zamanı xəsarət alan olmamışdır.
10. İş materiallarında olan AR Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 Sərxoşluq haallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolunun surətindən görünür ki, Cavabdeh1 ayıq olmuş, alkoqol qəbulu əlamətləri olmamışdır.
11. İş materiallarında olan "xxxx" EŞM tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Daimler yük” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurulmuş "xxxx" EŞM-yə məxsus “Polermo” tipli 2 çıraqlı işıq dirəyi tam yararsız hala düşmüşdür.
12. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş işıq dırəyinin bərpasına sərf olunan xərclərin smetasının təsdiq edilmiş surətindən görünür ki, Yasamal rayonu, M.Müşfiq küçəsində naməlum sürücünün idarə etdiyi «Daimler yük” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurulmuş “Polermo” tipli 2 çıraqlı işıq dirəyinin bərpası üçün 5792 manat, özül hissəsinin bərpası üçün 300 manat, cəmi 6092 manat vəsait hesablanmışdır.
13. İş materiallarında olan "xxxx" EŞM tərəfindən "xxxx" şirkətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-52-5/2-328/24 saylı məktubun surətindən görünür ki, «Daimler yük” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil müəssisənin balansında olan 1 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyini və onun özül hissəsini vuraraq sıradan çıxarmış və nəticədə müəssisəyə 6092 manat məbləğində maddi zərər dəymişdir. “Daimler yük” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" şirkətində sığortalandığından dəymiş maddi ziyana görə sığorta ödənişinin ödənilməsi xahiş olunmuşdur.
14. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Kredit haqqında bildirişin sürətindən görünür ki, sığorta aktına əsasən sığorta ödənişi qismində 5000 manat məbləğində pul "xxxx" şirkəti tərəfindən "xxxx" EŞM-nin bank hesabına köçürülmüşdür.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6413 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, "xxxx" X3 məxsus 01 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyinin xx.xx.2024-cü il tarixli akta və smetaya əsasən ümumilikdə orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 6092 manat (“Polermo” tipli 2 çıraqlı işıq dirəyi 5792 manat, özül hissəsinin bərpası 300 manat) müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə etibarnamə ilə idarə etdiyi, mülkiyyət hüququ Cavabdeh2 məxsus “Daimler yük” markalı, **-SA-*** dövlət nişanlı avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə iddiaçıya məxsus olan 1 ədəd “Polermo” tipli 2 çıraqlı işıq dirəyini yarasız hala salaraq "xxxx" X3 maddi ziyan vurmuşdur. Hazırda iddiaçı cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Həmçinin, Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
21. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
22. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən isə bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
23. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
24. Məhkəmə qeyd olunanlara qiymət verərək, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/6413 saylı, xx.xx.2024-cü il tarixli məhkəmə-əmtəəşünaslıq rəyini əsas götürərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyanın əvəzi kimi 1092 (bir min doxsan iki) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
28. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyana görə 1092 (bir min doxsan iki) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X3 ödənilməlidir.
29. Azərbaycan Respublikası MPM-nin 119.2-ci madəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
30. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
31. «Dövlət rüsumu haqqında» AR Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar.
32. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğundan, cavabdehlərdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30,92 (otuz manat doxsan iki qəpik) manat məbləğində pul tutulmalıdır.
33. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyana görə 1092 (bir min doxsan iki) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" X3 ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 30,92 (otuz manat doxsan iki qəpik) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.