Məhkəmə qərarları › İş №e-2(006)-3484/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3484/2023

19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3484/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 500 manat pulun, 400 manat mənəvi zərərin əvəzi, ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 930 manat məbləğində pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zindadil X2 Lalə Xalid qızına qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın əsassız olduğundan rədd edilməsi, İddiaçı qanunsuz hərəkətlərinə son qoyulması və ona belə hərəkətlərin yol verilməsinin qadağan edilməsi, cavabdeh İddiaçı ona dəymiş mənəvi ziyana görə 500 manat məbləğində ziyanın əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə öz mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakı 97.000 manata satmaq barədə razılığa gəlmişlər. Buna görə də, xx.xx.2023-cü il tarixdə «Şah Daşınmaz Əmlak»ın rəhbəri X1 iştirakı ilə aralarında «beh müqaviləsi» imzalanmışdır. Beh müqaviləsi imzalandıqdan sonra, cavabdehlə ona 400 manat beh verib, qalan 96.600 manat vəsaitin alğı-satqı müqaviləsi imzalandıqda ödənilməsi barədə razılıq əldə etmişlər. O, satdığı mənzildə qeydiyyatda olduğu üçün 04 aprel 2023-cü il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində aralarında alğı-satqı müqaviləsi bağlanan zaman cavabdeh razılaşdıqları məbləğdən 500 manat saxlamışdır. Aralarında əldə olunmuş razılığa görə cavabdeh həmin vəsaiti o, mənzildən qeydiyyatdan çıxdıqdan sonra ona ödəyəcəkdi. Onun 25 may 2023-cü tarixdə satdığı mənzildən qeydiyyatdan çıxmasına baxmayaraq cavabdeh bu günə qədər həmin vəsaiti ona ödəməmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla cavabdeh İddiaçı arasında ünvan 1 ünvanda yerləşən mənzilə dair 04 aprel 2023-cü il tarixdə alğısatqı müqaviləsi bağlanmış və Bakı şəhəri 32 saylı Notariat Ofisində təsdiq edilmişdir. Qeyd olunan mənzili aralarında 96.500 manata alğı-satqısı barədə razılığa gəlmişlər. Cavabdeh mənzili 97.000 manata satmasını bildirsə də, alğı-satqı müqaviləsi bağlanan zaman onun 97.000 manat ödəməyə maddi vəsaiti çatmadığından, alğı-satqını 96.500 manata razılaşmışlar. Alğı-satqı müqaviləsi bağlanmazdan əvvəl xx.xx.2023-cü il tarixdə aralarında beh müqaviləsi bağlanmış və həmin tarixdə cavabdehə 400 manat, xx.xx.2023cü il tarixdə isə 96.100 manat ödənilməsi barədə müqavilə bağlamışlar. Cavabdehə mənzilin dəyərinə görə ödəməli olduğum 96.500 manat məbləğində pulu tam olaraq ödəməsinə baxmayaraq, mənzilin alğı-satqı müqaviləsi bağlandıqdan sonra dəfələrlə onun yaşadığı ünvana gələrək, 500 manat tələb etməyə başlamışdır. Bununla bağlı dəfələrlə evlərinə hücum etmiş və onu və ailə üzvlərini söyüb təhqir etmişdir. O, cavabdehə mənzilin alğı-satqı qiymətinin 97.000 manata deyil, 96.500 manata razılaşdıqlarını, əlavə olaraq 500 manat ödəməyəcəyini bildirsə də, cavabdeh bu zəmində onunla mübahisə yaradır. Cavabdehin qanunsuz hərəkətləri barədə Nəsimi RPİ-nin 19-cu PB-yə şikayət ərizəsi ilə müraciət etsə də, mübahisə mülki xarakterli olduğundan, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları birbaşa, ziddiyyətli və məhz bu xarakterli mübahisə üçün mötəbər sayıla biləcək sübutlarla sübuta yetirə bilməmiş, həmçinin bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırkı iş üzrə İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi inandırıcı deyildir. Çünki, iddiaçı mənəvi ziyanla bağlı iddia tələbində qeyd etdiklərinə dair hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də, iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Şərh olunanlara əsasən, iddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi təmin edilə bilməz. İlk iddia üzrə İddiaçı məhkəmə iclasında ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ilk iddia üzrə iddiaçının və ilk iddia üzrə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar əsassız olduqlarından təmin edilə bilməzlər. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Eldar Tağızadə küçəsi 50 saylı evin 7 saylı mənzili tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1067 nömrəli reyestr kitabının 96187 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında yuxarıda qeyd olunan mənzilə dair 01 aprel 2023-cü il tarixli beh müqaviləsi bağlanmış, ilk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə cavabdeh iddiaçıya məxsus daşınmaz əmlaka dair alğı-satqı müqaviləsi bağlamağa dair razılığa gəlmiş, əmlakın dəyər qiyməti 97.000 manat, əmlaka qoyulan behin 400 manat, qalıq məbləğin 96.600 manat təşkil etməsi təsbit olunmuşdur. Tərəflər arasında bundan sonra xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 32 saylı notariat ofisində 4Ə-471 reyestr saylı alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə tərəflər sərbəst iradə ifadələrinə uyğun alğı-satqı predmeti olan mənzilin dəyərinin 96.100 manat olması ilə bağlı razılığa gəlmiş, müqavilənin 4-cü bəndində həmin mənzilin razılaşdırılmış dəyəri 96.100 manat göstərilmişdir. Tərəflər müqaviləni imzalayaraq, mənzili qeyd edilən qiymətə alğı-satqı etmişlər. 96.100 manat pul vəsaiti "xxxx" ASC-nin Mərkəz filialı tərəfindən 04 aprel 2023-cü il tarixli 44 nömrəli qəbzə əsasən müvafiq hesaba mədaxil edilmişdir. Satıcı mənzilin qeyd edilən qiymətə satılmasına etiraz etməmişdir. Hazırda ilk iddia üzrə iddiaçı ilk iddia üzrə cavabdehlə aralarında 500 manat pul vəsaitinin alğı-satqı müqaviləsi bağlanandan sonra, yəni iddiaçı qeydiyyatdan çıxdıqdan sonra ödənilməsinə dair razılaşmalarının olduğunu, qarşılıqlı iddia üzrə iddiaçı isə qarşılıqlı iddia üzrə cavabdehin onu ünvanına gələrək narahat etdiyini, barəsində qeyri-etik ifadələr işlətdiyini iddia edirlər. Bununla da bağlı mənəvi zərər çəkdiklərini qeyd edirlər. Tərəflərin bildirdiklərinə görə, aralarında yaranmış yuxarıda qeyd edilən mübahisələrin məhkəməyə qədər həll edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. - 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi - bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; - əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Məhkəmə qeyd edir ki, göründüyü kimi, tərəflər arasında daşınmaz əmlakın alğısatqısına dair müqavilə bağlanmış, müqaviləyə əsasən tərəflər alğı-satqının predmeti olan mənzilin dəyəri barədə razılığa gəlmiş və bunun nəticəsi olaraq da yuxarıda qeyd edilən müqaviləni bağlamışlar. Lakin təqdim edilmiş ilkin və qarşılıqlı iddialar üzrə həm ilk iddia üzrə iddiaçı (alğı-satqı müqaviləsi bağlanandan sonra 500 manat pul vəsaiti ödənilməli olmasına və s.), həm də qarşılıqlı iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdehin ona qarşı qanunsuz hərəkətlərə yol verməsinə və s.) öz iddia tələblərinin əsası kimi istinad etdikləri hallara dair sübutları məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bu səbəbdən, məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia əsassız olduqlarından təmin edilə bilməz. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 30 manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair ilk iddiası rədd edilməli; Cavabdeh İddiaçı qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar