Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3495/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı üşüncü şəxs qismində X8 cəlb edilməklə "alimentin artırılması" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1709/2023 saylı, xx.xx.2023-cü il tarixliqətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq birgə nikahdan anadan olan övladları-xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla ümümilikdə 705 (yeddi yüz beş) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci ildə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından üç övladları-xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X12 dünyaya gəlmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3225/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə onun ilə Cavabdeh arasında 24 noyabr 2007-ci il tarixdə Masallı rayon Səmidxan ərazi nümayəndəliyində bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X12 onun yanında saxlanılmışdır. Nəsimi Rayon Məhkəməsinin eyni tarixli, eyni nömrəli qətnaməsi ilə Cavabdeh 07 mart 2017-ci il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 136 manat olmaqla cəmi 408 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. Sonradan o, alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-2072/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin olunmuş, birgə nikahdan doğulmuş övladlarının saxlanması üçün cavabdeh AğayevRövşən Ramin oğlundan hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 579 (beş yüz yetmiş doqquz) manat sabit pul məbləğində aliment tutuluaraq ona ödənilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2072/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı uşaqların minimum dolanacaq xərclərini ödəməyə kifayət etmədiyi üçün məcbur olub alimentin artırılması tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-2(006)-1709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin olunmuş xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün 210 manat olmaqla cəmi 630 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir Məhkəmənin nəzərinizə çatdırım ki, uşaqların hər üçü onun himayəsindədir. Onların bütün maddi tələbatlarını o ödəyir. Uşaqlarımın hər üçü azyaşlı, uşaqlarından biri Ağayev Ramid Rövşən oğlu həm azyaşlı həm də xəstə olduğu üçün heç bir yerdə işləyə bilmir. Ona görə də maddi vəziyyəti çətindir. X29 Rövşən oğlunun sağlamlıq imkanları məhduddur. Onun maddi tələbatı digər uşaqların maddi tələbatından daha çoxdur. Belə ki, o, mütəmadi dərman qəbul etməli, həkimin nəzarətində olmalı, tibbi prosedurlardan vaxtlıvaxtında keçməlidir. Ona görədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını artırmaq zərurəti yaranmışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhərində qeydiyyatda olmaqla tam əmək qabiliyyətlidir, işləmək imkanı var, hazırda da Bakı şəhərində əmək müqaviləsi olmadan işləyir. Hazırda iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilən 680 manat alimentin miqdarının artırılmasını tələb edir, hüquqi əsası kimi isə, uşaqların təlabatlarının artmasını, işləmədiyini, maddi vəziyyətinin pis olduğunu və yaşayış minumumu haqqında Respublika Qanununa istinad etmişdir. Aydındır ki, iddiaçı ondan artıq məbləğdə pul almaq istədiyindən bu növdə iddia qaldırmışdır. Uşağın saxlanması üçün verdiyi hər ay 680 manat alimentidə özünə xərcləyir. Aldığı əşyaların, malların azı yarsının kassa çekini məhkəməyə təqdim etsin, iddiaçının təqdim etdiyi sübutlar formal xarakter daşıyır və absurddur. Çünki iddiaçı artıq öyrəşib ki, hər il Milli Məclis tərəfindən yaşayış minumumu haqqında qanun qəbul ediləndən sonra iddiaçı da bir neçə aydan sonra alimentin artırılması ilə bağlı məhkəməyə müradət edir, 2022-ci ildə de alimentin artırılması fevral ayında olmuşdur. İddiaçının məqsədi uşaq saxlamaq deyil, ondan artıq məbləğdə aliment alsın özü üçün xərcləsin. Alimentin artırılması ilə bağlı qanunvericilik tərəflərin maddi vəziyyətində dəyişiklik olmasını qeyd edir, görəsən onun hansı maddi vəziyyətində və ailə vəziyyətində dəyişiklik olmasını iddiaçı neçə qeyd etmişdir? Heç bir dəyişiklik yoxdur və daha da əvvəlki vaxtlara nisbətən birazda maddi çətinliklərlə üzləşmişdir. O, iddiaçdan ayrıldıqdan sonra ailə qurmuş və ikinci nikahından xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2022-ci il təvəllüdlü X21 doğulmuşdur. Hazırda işləri zəyiflədiyindən bu iki uşaqları saxlaya bilmir, evin bütün yükü onun üzərindədir, Masallıda iş olmadığından vəziyyət olduqça açınacaqlıdır. Lakin, buna baxmayaraq min bir əziyyətlə hər ay 680 manat aliment pulunu düzəldib iddiaçıya göndərir. Lakin, hazırda Masallı rayonunda vəziyyət yaxşı deyil və maddi imkanı olduqca çətindir. Hər ay 680 manat iddiaçıya verdiyindən ikinci nikahdan olan uşaqlarına baxa bilmir. İddiaçıya ödədiyi bir nəfər uşaq üçün 210 manat aliment məbləği bir nəfər uşağın saxlanmasına bu zamanda tam kifayət edir, yəni iddiaçı hər ay bir nəfər uşağa 210 manat pulu xərcləyirmi görəsən? Hamı yaxşı bilir ki, iddiaçı hər ay bu məbləği bir nəfər uşaq üçün xərcləmir, bir uşaq bu qədər xərc götürmür. Əgər xərcləyirsə bununla bağlı məhkəməyə sübutlar versin. Eyni zamanda iddiaçı özü də əmək müqaviləsi olmadan işləməklə aylıq qazancı olur və Ailə Məcəlləsinə əsasən uşağı saxlamaq valideynlərin borcu olduğundan bu qanun anayada şamil edilir, anada uşağı saxlamağa ataya kömək etməli, əmək qabiliyyətli olduğundan uşaqların saxlanılması üçün müəyyən vəsait xərcləməlidir. Bunla yanaşı, onun hər hansı bir maddi vəziyyəti dəyişməmiş, sonradan ailə qurmaqla iddiaçıya hər ay 680 manat aliment verməklə yanaşı ikinci ailəsinində gündəlik tələbatlarını qarşılamaq məcburiyyətində qalmışdır. Eyni zamanda iddiaçıdan dünyaya gəlmiş 3 nəfər yetkinik yaşına çatmayan uşaqların da hər hansı bir təlabatı artmayıb və dəyişməyib. Digər geyim əşyasına çəkilən xərclər verdiyi 680 manat aliment məbləği tam qarşılayır. Əgər hansı vartda uşağın əyin başlarına xərc çəkibsə həmin malın satış qəbzini məhkəməyə təqdim etsin ki, bu uşağa filan vaxt bu paltarı almışdır və bu qədər ödəmişdir. Əgər əlavə çəkilən xərclər vardırsa bu barədə sənəd təqdim etsin. Hesab etmişdir ki, iddiaçı heç bir əsas olmadan alimentin miqdarının artırılması ilə bağlı iddia qaldırdığından tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X11 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etməklə izahatında bildirdi ki, qətnamə ilə alimentin müəyyən edilməsindən keçən müddət ərzində uşaqların tələbatları artmış və müəyyən edilmiş alimentlə onların saxlanılmasını təmin etmək olduqca çətinləşmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X15 bildirdi ki, cavabdeh onun oğludur uşaqların saxlanılması üçün hər ay 630 manat məbləğində aliment ödəyir, oğlu evlidir və iki övladı var. Hazırda iddianı qəbul etmir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu, xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X12 adlı övladları dünyaya gəlmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-3225/2017 saylı, 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə onlar arasındakı nikah pozulmuşdur. Hazırda uşaqlar ananın himayəsindədir və onların saxlanmaları üçün hər cavabdehdən ay 630 manat məbləğində aliment tutulur. Hazırda xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlu yetkinlik yaşına çatmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək uşaqları üçün ödənilən alimentin artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: Mülki işin materiallarında olan Masallı rayonu, Səmidxan ərazi nümayəndəliyi tərəfindən verilmiş, AZ-İ seriyalı, 884129 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ağayev Ramid Rövşən oğlu 18 iyul 2006-cı il tarixdə Masallı rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 25 yanvar 2007-ci il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Masallı rayonu, Səmidxan ərazi nümayəndəliyi tərəfindən verilmiş, AZ-İİ seriyalı, 818613 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 18 yanvar 2012-cı il tarixdə Masallı rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 mart 2012-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Masallı rayonu, Səmidxan ərazi nümayəndəliyi tərəfindən verilmiş, AZ-İİİ seriyalı, 487624 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 10 fevral 2015-cı il tarixdə Masallı rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 mart 2015-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Masallı rayon DSMF tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş vəsiqənin surətindən görünür ki, Ağayev Ramid Rövşən oğlunun sağlamlıq imkanları məhdud olan əlildir. Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2072/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 210 (iki yüz on) manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Mülki işin materiallarında olan etiraza əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X6 nikahlarını bağlamışlar, birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X14 doğulmuşdur. Mülki işin materiallarında olan Bakı şəhəri 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/16/2024-00486 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. Mülki işin materiallarında olan X3 məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, X10 12 sentyabr 2019-cu ildə Cavabdeh ilə ailə qurmudur. Onun həyat yoldaşı onlar ailə qurana qədər bazarda icarəyə yer götürüb xırda ticarətlə məşğul olub. Əmlak bölgüsü olanda əlindəki mayanı qarşı tərəfə verdi. Hazırda həyat yoldaşı Cavabdeh satıcı işləyir. Onların birgə nikahdan iki övladları var. X2 xx.xx.2019-cu ildə, oğlumuz X21 xx.xx.2022-ci ildə anadan olmuşdur. Onun uşaqları azyaşlı olduğuna görə işləmir. Həyat yoldaşı Cavabdeh satıcı işləyir. Bir çox çətinliklə dolanırlar. Uşaqları minimal ehti ehtiyacını belə təmin edə bilmir. Uşaqlara lazım olan qidaları verə bilməklərinə görə tez-tez xəstənirlər. Üstəlik alimenti də ödəməkdə çox çətinlik çəkirlər. İddiaçı hər il alimenti artıqmaq üçün Nəsimi rayon məhkəməsinə ərziə verir. Elladanın ata, anasının Bakı şəhərində səkkiz kvartirası var, kirayəyə verirlər onların pula ehtiyacı yoxdur. Ellada qəstən artırma əizələrini hər il verir ki, onların ağır olan maddi vəziyyəti daha da ağırlaşdırsın. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşaqların daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsində artıq olmasını müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflərin doğulmuş uşağın saxlanılması üçün alimentin miqdarının artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2023-cü il tarixdən bəri uşaqların saxlanması üçün minimum xərclər artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəllənin 78.2-ci maddəsi də müəyyən edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bir daha qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi isə həm Konstitusiyada, həm Ailə Məcəlləsində, həm də uşaq hüquqları haqqında yerli və beynəlxalq qanunlarda imperativ qaydada nəzərdə tutulmuşdur. Lakin, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə də mütənasib olsun. Göründüyü kimi, ailə qanunvericiliyi aliment miqdarı müəyyən olunduqdan sonra alimentin dəyişdirilməsi imkanını tərəflərin ailə və maddi vəziyyətində baş verə dəyişikliklə əlaqələndirmişdir. Tərəflərin ailə və ya maddi vəziyyətində dəyişiklik özündə tərəflərin ailə tərkibinin sayını, eləcə də qazancında baş verən dəyişikliyi ehtiva edir. O da nəzərə alınmalıdır ki, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Bu baxımdan, hər bir şəxsin məhkəmə müdafiəsi hüququndan yararlanarkən qanunvericinin verdiyi imkan daxilində hüquqlarının təmin olunmasına münasibətdə etimad hüququ qorunmalıdır. Həmçinin, qanunvericilik aliment tutularkən ilk növbədə uşağın mənafeyinin, onun təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi vurğulayır. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin, buna baxmayaraq göstərilən hal, o cümlədən cavabdehin hazırda maddi qazancının tələb olunan miqdarda alimenti ödəmək üçün kifayət etməməsi, yenidən ailə qurması, həmin nikahdan 2 uşağının olması, onun əvvəlki nikahından olan övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşaqların böyüməkdə davam etməklə hər keçən müddətdə onların müvafiq olaraq tələbatlarının da artmasını, uşaqların ikisinin xəstə olmaqla mütəmati həkim müayinəsindən keçməsi zərurətinin olması, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatandək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Məhkəmə həmçinin onu da qeyd edir ki, İddiaçı tərəflərin birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü Ağayev Ramid Rövşən oğlunun saxlanılması üçün də aliment tələb etsədə, Ramid yetkinlik yaşına çatdığından, iddia bu hissədə rədd edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cəmi 20 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 240 manat (20x12=240) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1709/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3495/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3495/2024
13.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver