Məhkəmə qərarları › İş №e-2(006)-354/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-354/2025

30.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-354/2025 30.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı “X2 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, «X2 Azərbaycan» QSC və Cavabdeh arasında müxtəllif dövürlərdə 2 kredit müqaviləsi bağlanmışdır. O cümlədən, xx.xx.2022-ci il tarixdə «X2 Azərbaycan» QSC və Cavabdeh arasında 287659 nömrəli Kredit Müqaviləsi (kredit müqaviləsi - 1) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 6000 (altı min) manat məbləğində pul ayrılmışdır və о, 48 (qırx səkkiz) ay müddətində illik 12% (on iki) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. xx.xx.2022-ci il tarixdə «X2 Azərbaycan» QSC və Cavabdeh arasında 280357 nömrəli Kredit Müqaviləsi (kredit müqaviləsi - 2) bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 3500 (üç min beş yüz) manat məbləğində pul ayrılmışdır və о, 36 (otuz altı) ay müddətində illik 14% (on dörd) faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X2 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsi – 1 əsasən «X2 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 4727.04 (dörd min yeddi yüz iyirmi yeddi manat 04 qəpik); faiz borcu: 275.08 AZN (iki yüz yetmiş beş manat 08 qəpik); cərimə borcu: 74.76 AZN (yetmiş dörd manat 76 qəpik); cəmi borc: 5076.88 AZN (beş min yetmiş altı manat 88 qəpik ) məbləğində, cavabdehin kredit müqaviləsi – 2 əsasən «X2 Azərbaycan» QSC-yə оlan bоrcu: əsas məbləğ üzrə borc: 1643.11 (bir min altı yüz qırx üç manat 11 qəpik); faiz borcu: 110.67 AZN (bir yüz on manat 67 qəpik); cərimə borcu: 75.33 AZN (yetmiş beş manat 33 qəpik); cəmi borc: 1829.11 AZN (bir min səkkiz yüz iyirmi doqquz manat 11 qəpik ) məbləğində təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli, 287659 nömrəli Kredit Müqaviləsi (kredit müqaviləsi - 1) üzrə əsas məbləğ üzrə borc: 4727.04 (dörd min yeddi yüz iyirmi yeddi manat 04 qəpik), faiz borcu: 275.08 AZN (iki yüz yetmiş beş manat 08 qəpik), cərimə borcu: 74.76 AZN (yetmiş dörd manat 76 qəpik), cəmi borc: 5076.88 AZN (beş min yetmiş altı manat 88 qəpik) məbləğində kredit borcunun; xx.xx.2022-ci il tarixli, 280357 nömrəli Kredit Müqaviləsi (kredit müqaviləsi - 2) üzrə əsas məbləğ üzrə borc: 1643.11 (bir min altı yüz qırx üç manat 11 qəpik), faiz borcu: 110.67 AZN (bir yüz on manat 67 qəpik), cərimə borcu: 75.33 AZN (yetmiş beş manat 33 qəpik), cəmi borc: 1829.11 AZN (bir min səkkiz yüz iyirmi doqquz manat 11 qəpik) məbləğində kredit borcunun; dövlət büdcəsinə köçürülmüş 89.05 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin хeyrinə tutulması (ödənilməsi) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. 4.Məhkəmə hazırki işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Mülki işin materiallarında olan «X2» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 280357 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 14% olmaqla, 3500 manat məbləğində kredit verilmişdir. 7.Mülki işin materiallarında olan «X2» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 287659 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 12% olmaqla, 6000 manat məbləğində kredit verilmişdir. 8.Mülki işin materiallarında olan “X2 Azərbaycan” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ üzrə borc 1,643.11 AZN (bir min altı yüz qırx üç manat on bir qəpik), faiz borcu 110.67 AZN (bir yüz on manat altmış yeddi qəpik), cərimə borcu 75.33 AZN (yetmiş beş manat otuz üç qəpik) olmaqla, cəmi 1,829.11 AZN (bir min səkkiz yüz iyirmi doqquz manat on bir qəpik) borcu yaranmışdır. 9.Mülki işin materiallarında olan “X2 Azərbaycan” QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ üzrə borc 4,727.04 AZN (dörd min yeddi yüz iyirmi yeddi manat sıfır dörd qəpik), faiz borcu 275.08 AZN (iki yüz yetmiş manat sıfır səkkiz qəpik), cərimə borcu 74.76 AZN (yetmiş dörd manat yetmiş altı qəpik) olmaqla, cəmi 5,076.88 AZN (beş min yetmiş altı manat səksən səkkiz qəpik) borcu yaranmışdır. 10.Mülki işin materiallarında olan «X2 Azərbaycan» QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən (pretenziya məktubu) görünür ki, cavabdeh bank tərəfindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. 11.Mülki işin materiallarında olan «X2 Azərbaycan» QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən (pretenziya məktubu) görünür ki, cavabdeh bank tərəfindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 aprel 2025-ci il tarixli, 9/1208 №-li ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, 280357 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 280357 nömrəli kredit müqaviləsi və həmin müqavilənin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı “X2 Azərbaycan” QSC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 1647,28 manat, faiz borcu 78,80 manat; xx.xx.2025-ci il tarixinə (rəyin tərtib edildiyi müddətə) əsas borcu 1647,28 manat, faiz borcu 319,02 manat təşkil edir. xx.xx.2022-ci il tarixli, 287659 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında olan ödənişləri özündə əks etdirən maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 287659 nömrəli kredit müqaviləsi və həmin müqavilənin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı “X2 Azərbaycan” QSC-yə xx.xx.2024-cü il tarixinə əsas borcu 4780,30 manat, faiz borcu 108,35 manat; xx.xx.2025ci il tarixinə (rəyin tərtib edildiyi müddətə) əsas borcu 4780,30 manat, faiz borcu 705,89 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 13.Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, «X2 Azərbaycan» QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci və xx.xx.2022-ci il tarixlərdə kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən Bank tərəfindən cavabdehə 3500 və 6000 manat məbləğlərində kredit verilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun maliyyə arayışlarına əsasən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas məbləğ üzrə borc 1,643.11, faiz borcu 110.67 AZN, cərimə borcu 75.33 AZN olmaqla, cəmi 1,829.11 AZN borcu, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə ödənilməmiş əsas məbləğ üzrə borc 4,727.04 AZN, faiz borcu 275.08 AZN, cərimə borcu 74.76 AZN olmaqla, cəmi 5,076.88 AZN borcu yaranmışdır. 14.Məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatının nəticəsi olaraq məhkəməyə təqdim edilən 23 aprel 2025-ci il tarixli, 9/1208 №-li ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli, 280357 nömrəli kredit müqaviləsi üzrə cavabdehin Banka xx.xx.2024-cü il tarixinə əsas borcu 1647,28 manat, faiz borcu 78,80 manat; xx.xx.2025-ci il tarixinə (rəyin tərtib edildiyi müddətə) əsas borcu 1647,28 manat, faiz borcu 319,02 manat olması, xx.xx.2022-ci il tarixli, 287659 nömrəli kredit müqaviləsi üzrə isə xx.xx.2024cü il tarixinə əsas borcu 4780,30 manat, faiz borcu 108,35 manat; xx.xx.2025-ci il tarixinə (rəyin tərtib edildiyi müddətə) əsas borcu 4780,30 manat, faiz borcu 705,89 manat olması müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 15.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlərgöstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739.1-ci maddəsinə əsasən (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 16.Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərinə düşən öhdəliklər lazımı qaydada icra olunmamışdır. Bununla da kreditor müqavilə bağlanılması zamanı nəzərdə tutulmuş ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. 17.İddiaçı tərəf bildiriş göndərərək cavabdehdən müqavilələr üzrə öhdəliyini icrasını tələb etmiş, edilmədiyi təqdirdə öhdəliyin məcburi icrası üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. Lakin bildirişin cavabdehə təqdim edildiyi tarixdən Cavabdeh tərəfindən hər hansı bir cavab verilməmişdir. 18.Göründüyü kimi cavabdeh müqavilələr üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişlərin şərtlərini pozmuşdur. 19.Odur ki, qeyd edilənlərə əsasən iddiaçı tərəf hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 20.İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 4727.04 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə borc üzrə 1643.11 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023cü il tarixli qərarındakı hüquqi mövqe (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə hər iki kredit müqaviləsinə əsasən borc məbləği cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır. 22.Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4780.30 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 1647.28 manat təşkil edir. 23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 24.Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin müqavilələr üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. 25.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. 26.Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcunun 108.35 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə faiz borcunun 78.80 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir. 27.Belə ki, «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir. 28.Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. 29.Digər tərəfdən, məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. 30.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 32.Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 33.Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və cavabdehdən bankın xeyrinə xx.xx.2022-ci il tarixli, 287659 nömrəli kredit müqaviləsi üzrə 108.35 manat, xx.xx.2022-ci il tarixli, 280357 nömrəli kredit müqaviləsi üzrə isə 78.80 manat faiz borcu tutulmalıdır. 34.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. 35.Məhkəmə iddia tələbinin 21 noyabr 2022-ci il tarixli, 287659 nömrəli və xx.xx.2022-ci il tarixli, 280357 nömrəli kredit müqavilələri üzrə yaranmış 74.76 manat və 75.33 manat məbləğində cərimə borcunun tutulması hissəsi üzrə qeyd edir ki, kredit müqavilələri üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasüb olmasını nəzərə alaraq, iddia tələbi həmin hissədə təmin edilməlidir. 36.Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslıdır və qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, 287659 nömrəli kredit müqaviləsi üzrə 4727.04 (dörd min yeddi yüz iyirmi yeddi manat, dörd qəpik) manat əsas borc, 108.35 (yüz səkkiz manat, otuz beş qəpik) manat faiz borcu, 74.76 (yetmiş dörd manat, yetmiş altı qəpik) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli, 280357 nömrəli kredit müqaviləsi üzrə isə 1643.11 (min altı yüz qırx üç manat, on bir qəpik) manat əsas borc, 78.80 (yetmiş səkkiz manat, səksən qəpik) faiz borcu və 75.33 (yetmiş beş manat, otuz üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6707.39 (altı min yeddi yüz yeddi manat, otuz doqquz qəpik) manat məbləğində borc alınaraq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. 37.Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 38.Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 87.07 (səksən yeddi manat, yeddi qəpik) manatı Cavabdeh tutularaq «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. 39.Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, 287659 nömrəli kredit müqaviləsi üzrə 4727.04 (dörd min yeddi yüz iyirmi yeddi manat, dörd qəpik) manat əsas borc, 108.35 (yüz səkkiz manat, otuz beş qəpik) manat faiz borcu, 74.76 (yetmiş dörd manat, yetmiş altı qəpik) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli, 280357 nömrəli kredit müqaviləsi üzrə isə 1643.11 (min altı yüz qırx üç manat, on bir qəpik) manat əsas borc, 78.80 (yetmiş səkkiz manat, səksən qəpik) faiz borcu və 75.33 (yetmiş beş manat, otuz üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6707.39 (altı min yeddi yüz yeddi manat, otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 87.07 (səksən yeddi manat, yeddi qəpik) manatı alınaraq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. 40.Həmçinin, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 AZN (bir yüz) məbləğ Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. 41.Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 42.Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 43.Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 44.Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 287659 nömrəli kredit müqaviləsi üzrə 4727.04 (dörd min yeddi yüz iyirmi yeddi manat, dörd qəpik) manat əsas borc, 108.35 (yüz səkkiz manat, otuz beş qəpik) manat faiz borcu, 74.76 (yetmiş dörd manat, yetmiş altı qəpik) manat cərimə borcu; xx.xx.2022-ci il tarixli, 280357 nömrəli kredit müqaviləsi üzrə isə 1643.11 (min altı yüz qırx üç manat, on bir qəpik) manat əsas borc, 78.80 (yetmiş səkkiz manat, səksən qəpik) faiz borcu və 75.33 (yetmiş beş manat, otuz üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6707.39 (altı min yeddi yüz yeddi manat, otuz doqquz qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 87.07 (səksən yeddi manat, yeddi qəpik) manatı alınaraq iddiaçı «X2 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 AZN (bir yüz) məbləğ Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar