Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3546/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh X2 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (“K@TV1”) Cavabdeh qarşı “zərərin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 542 manat 60 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 713 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh ünvan 1 ünvanında qediyyatdadır. 65 saylı MKİS tərəfindən verilmiş arayışlara əsasən həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan Sofiyev Mübariz ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2011-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2012-ci il tarixdə 7 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2015-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulma faktı aşkar edilmiş, bu barədə 2884 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 2884 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2014-cü il tarixdə baxış keçirilmişdir. Həmin ünvana xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il, xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixlərdə keçirilən nəzarət baxışı zamanı dəfələrlə yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulma faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 2884 N, 4006 N (mənzil sakini aktı imzalayıb qəbul etmişdir), 4097 N, 4435 N, 4475 N, 4740 N, 5261 N, 6177 N və 7616 N (mənzil sakini “K@TV1”-yə baxdığını etiraf etmişdir) saylı aktlar tərtib edilmişdir. Sonuncu 7616 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2017-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir, yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 2884 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2014cü il tarixdən təkrar qanunsuz qoşulma barədə 6177 N saylı aktın tərtib olunduğu xx.xx.2016-cı il tarixə qədər olan müddət 925 gün, 7616 N saylı akt tərtib edilənədək son baxışın keçirildiyi xx.xx.2017-ci il tarixdən sonuncu dəfə təkrar qanunsuz qoşulma barədə 7616 N saylı aktın tərtib olunduğu xx.xx.2019-cu il tarixədək 760 gün olmaqla, cəmi 925 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik (448 gün=134,40) və 33 qəpik (1237 gün =408,20) maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 542 manat 60 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC və "xxxx" hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı (“K@TV1”) nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, 7616 N saylı aktın cavabdehin etirafı kimi qəbul edilə bilməsini nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qediyyatdadır. Mülki işin materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 65 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2015-ci il tarixli 823 saylı arayışından görünür ki, Cavabdeh 4-cü mik., Cavadxan küçəsi, 72 saylı evin 22 nömrəli mənzilində qediyyatdadır və yaşayır. Mülki işin materiallarında olan Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 65 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018-ci il tarixli 1086 saylı arayışından görünür ki, X3 xx.xx.1993-cü il tarixdən 2013-cü il tarixədək Cavadxan küçəsi, 72 saylı evin 22 nömrəli mənzilin şəxsi sahibi və qeydiyyatda olmuşdur. X3 vəfat edib. Ailə tərkibinin Cavabdeh (nəvəsi) və X7 (nəticəsi) olmaları qeyd edilmişdir. Mülki işin materiallarında olan kabel şəbəkəsinin fərdi istifadəçilərinə xidmət göstərilməsinə dair xx.xx.2008-ci il tarixli 1935 AKD nömrəli müqavilədən görünür ki, həmin müqavilə lisenziya əsasında fəaliyyət göstərən operator İddiaçı MMC tərəfindən imzalanıb möhürlənsə də, abunəçi Sofiyev Mübariz tərəfindən imzalanmamışdır. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X4, “KATV1”-in əməkdaşı X8, RYTN-in mütəxəssisi Sabir Məmmədovun iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2015-ci il tarixli 2884 N saylı aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən açan olmamış, aktı yazıb surəti qapıya qoyulmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X5, “KATV1”-in əməkdaşı X1, RYTN-in texniki işçisi X11 iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2015-ci il tarixli 4006 N saylı aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və nəticədə qapını kişi açmış, aktın surəti həmin kişiyə təqdim edilmişdir. Aktdan, həmçinin, görünür ki, onu tərtib edənlərdən başqa Əliyev Ələstun adlı şəxs də akta imza etmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X5, “KATV1”-in əməkdaşı X1, RYTN-in texniki işçisi X11 iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2015-ci il tarixli 4097 N saylı aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və nəticədə qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X12, “KATV1”-in əməkdaşı X6, RYTN-in texniki işçisi X11 iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2015-ci il tarixli 4435 N saylı aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və nəticədə qapını açan olmamış, akt və bildiriş mənzilin qapısına qoyulmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X5, “KATV1”-in əməkdaşı X1, RYTN-in texniki işçisi X11 iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2015-ci il tarixli 4475 N saylı aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və nəticədə qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X12, “KATV1”-in əməkdaşı X6, RYTN-in texniki işçisi X11 iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2015-ci il tarixli 4740 N saylı aktın surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və nəticədə qapını açan olmamış, akt və bildiriş mənzilin qapısına qoyulmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X5, “KATV1”-in əməkdaşı X1, RYTN-in texniki işçisi X11 iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2016-cı il tarixli 5261 N saylı aktın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və nəticədə qapını açan olmamış, aktın surəti mənzilin qapısına qoyulmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X4, “KATV1”-in əməkdaşı X8, teleradio üzrə mütəxəssis X9 iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2016-cı il tarixli 6177 N saylı aktın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmüş və nəticədə qapını açan olmamış, aktı yazıb surəti qapıya qoyulmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-nin əməkdaşı X8, “KATV1”-in əməkdaşı X10, teleradio üzrə mütəxəssis X9 iştirakı ilə tərtib olunmuş İddiaçı “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2019-cu il tarixli 7616 N saylı aktın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 22 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısı döyülmuş və nəticədə qapını açan kişi “KATV1”-yə baxdığını etiraf etmiş, akt və bildiriş qapıya qoyulmuşdur. Mülki işin materiallarında olan İddiaçı (“KATV1”) 05 may 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 72, mənzil 22 ünvanında yaşayan Sofiyev Mübariz arasında bağlanmış “KATV1” kabel televizisiyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan “KATV1” kabel televizisiyasının şəbəkəsinə qoşulub. xx.xx.2011-ci il tarixinədək isə son ödəməsini edib. xx.xx.2012-ci il tarixində 7 manat borc ilə şəbəkədən ayrılıb. Mülki işin materiallarında olan İddiaçı (“KATV1”) 05 may 2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 72, 22 nömrəli mənzildə 2284 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2014-cü il tarixində həmin binaya baxış keçirilmişdir. Mülki işin materiallarında olan İddiaçı (“KATV1”) 08 iyun 2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ev 72, 22 nömrəli mənzildə 7616 N saylı akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2017-ci il tarixində həmin binaya baxış keçirilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" Hüquq şirkətinin hesabına hüquqi xidmətə görə 150 (bir yüz əlli) manat məbləğində pul köçürülmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat rüsum ödənilmiş, 0,40 manat xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı MMC “KATV1”-in, "xxxx" MMC-nin, həmçinin, RYTN-in əməkdaşları və müstəqil mütəxəssislər tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli 2884 N saylı, xx.xx.2015-ci il tarixli 4006 N saylı, xx.xx.2015-ci il tarixli 4097 N saylı, xx.xx.2015-ci il tarixli 4435 N saylı, xx.xx.2015-ci il tarixli 4475 N saylı, xx.xx.2015-ci il tarixli 4740 N saylı, xx.xx.2016-cı il tarixli 5261 N saylı, xx.xx.2016-cı il tarixli 6177 N saylı və xx.xx.2019-cu il tarixli 7616 N saylı aktlara əsaslanaraq, cavabdeh tərəfindən kabel televiziyasına müvafiq müqavilə bağlanmadan qanunsuz qoşulma faktının mövcud olduğuna dair məhkəmədə iddia qaldırmış və bu əsasla da vurulmuş zərərin ödənilməsini tələb etmişdir. Halbuki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qeyd olunan aktlar hüquqi cəhətdən düzgün və əsaslı olmamaqla qüsurlu tərtib edilmişdir. Həmin aktların doğruluğu yalnız maraqlı şəxslərin, yəni İddiaçı MMC (“KATV1”) ilə "xxxx" MMC-nin nümayəndələri tərəfindən təsdiq edilmiş, aktın tərtib edilməsi zamanı iş üzrə maraqlı olmayan hal şahidləri, eləcə də aktın tərtib edilməsi ilə maraqlarına toxunulan cavabdeh iştirak etməmişdir. Məhkəmə burada xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının nümayəndəsinin izahatında qeyd etdiyi xx.xx.2019-cu il tarixli 7616 N saylı akt cavabdeh tərəfindən kabel televiziyasına qanunsuz qoşulma faktının etirafı kimi qəbul edilə bilməz. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, həmin akt da digər aktlar kimi yalnız iş üzrə maraqlı şəxslər (KATV1 və tərəfdaşlarının nümayəndələri) tərəfindən imzalanmış, mənzilin qapısını açan şəxsin kimliyi, onun cavabdehlə əlaqəsi (qohumluq və s.) müəyyən edilməmiş, akt onun tərəfindən və ya hər hansı bitərəf üçüncü şəxs (hal şahidi) tərəfindən imzalanmamış, aktın surəti qapını açan şəxsə verilməmiş, yenə də qapıya qoyulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə sözügedən aktı nəinki cavabdeh tərəfindən iddianın etirafı kimi qəbul etmir, həmçinin, akt məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmir. Bundan əlavə, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə xx.xx.2015-ci il tarixindən başlamaqla (7 il əvvəl) müxtəlif dövrlərdə, sonuncu dəfə isə xx.xx.2019-cu il tarixədək (3 il əvvəl) qanunsuz qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal sübuta yetirilməmişdir. Belə ki, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə qoşulmasının məhkəməyə təqdim edilmiş aktların surəti və aparılmış video görüntü ilə (müvafiq disk mülki işin materiallarına əlavə edilmişdir) sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutları iddiaçının baş verməsini iddia etdiyi deliktdə cavabdehin təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Cavabdehin iştirakı olmadan xx.xx.2015-ci il tarixindən başlamaqla müxtəlif dövrlərdə, sonuncu dəfə isə xx.xx.2019-cu il tarixdə, yəni 3 il əvvəl tərtib edilən aktlar və hansı binada, hansı ünvanda nə vaxt çəkiliş aparılması müəyyən olunmayan video görüntülər iddiaçının iddia tələbində istinad etdiyi halların sübuta yetirilməsi üçün mötəbər, təkzib olunmaz sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbləri sübuta yetirilmədiyindən və əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Hazırki mülki işdə isə iddiaçıya zərər vurulması və zərərin cavabdehin qanunsuz hərəkətləri və yaxud hərəkətsizliyi nəticəsində vurulmasına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, digər hüquqi əsaslar da məhkəmə tərəfindən müəyyənləşdirilə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın rədd edilməsi nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin “iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının” və “hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi üzrə əsas tələb təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı, hüquqi xidmətlərin və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına görə ödənilmiş 150 manat məbləğində məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı “kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 542 manat 60 qəpik məbləğində vurulmuş zərərin ödənilməsi”nə dair tələbi əsassız olduğundan, iddia tələbinin digər hissəsi (iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və hüquqi yardım xərclərinin tutulması) isə bu tələblə birbaşa əlaqəli olduğundan, iddia digər hissədə də təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı «pul» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3546/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3546/2022
21.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver