Məhkəmə qərarları › İş №e-2(006)-3555/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3555/2024

15.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3555/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı Rvuf qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-991/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X14 arasında 12 sentyabr 2014-cü il tarixdə Bakı nikah evində (Səadət Sarayında) bağlanmış, 1405 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X6 X8 yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 dekabr 2020-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay, hər uşağa 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat və xx.xx.2020-ci il təvəllüdlü X10 üç yaşına çatanadək hər ay 30 (otuz) manat alimentin sabit pul məbləğində tutularaq cavabdeh X11 ödənilməsi qət edilmişdir. Məlum olduğu kimi 2024-cü il üçün yaşayış minimumu və ehtiyac meyarı haqqında Azərbaycan Respublikasının xx.xx.2023-cü il tarixli Qanununa əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Müəyyən edilmiş yaşayış minimumu ilə yanaşı məlum olduğu kimi pandemiya və dünyada baş verən hadisələrlə əlaqədar ölkədə ərzaqların, geyimlərin, xidmətlərin qiyməti də artmış, bu səbəbdən uşağın saxlanması çətinləşmişdir. Alimentin artırılması ilə əlaqədar cavabdehə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə mediasiya təklifi vermişdir. Daha sonra Bakı 2 nömrəli X5 üçün müraciət etmişdir. Oradan xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Uşağı təkbaşına böyütmək bir qadın olaraq onun üçün ağırdır. Uşağının müəllim xərci, həkim, xəstəxana, dava-dərman xərcləri, geyim xərclərinin öhdəsindən gəlməyi çox çətindir. Bununla yanaşı, mənzilin kommunal xərcləri, uşağın repititor xərcini çəkir. Bunların heç birində cavabdeh ona kömək etmir. Çarəsiz durumda olduğu üçün məcburiyyət qarşısında hazırkı ərizəni verir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərildiyi kimi xx.xx.2023-cü il tarixdən başlayaraq övladı Cavid Kazımovun məktəbdən sonra hazırlıq dərnəyinə 150 manat, övladı Aynella Kazımovanın dərnəyinə 40 manat ödəniş edir. May ayına kimi, 9 ay müddətində ödənişi 1350 manat təşkil edir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda göstərildiyi kimi Cavid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi ünvan 1 ünvanında yerləşən Kaspi Kidsdə rus bölməsində məktəbəqədər hazırlıq proqramı üzrə təhsl alıb və bunula bağlı 1980 manat ödəniş etmişdir. Bununla yanaşı xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu Fikrət Əmirov küçəsində yerləşən LC WAİKİKİ mağazasından uşaqlara 183.87 manat dəyərində pal-paltar almışdır. Aynellanın Oftalmoloqdan müayinəsi üçün xx.xx.2024-cü il tarixdə X12 Hospitalına 60 manat ödəniş etmiş və eynək reseptinə əsasən yüksək keyfiyyətli eynək almış, lakin eynəklə bağlı ödəniş qəbzini saxlamamışdır. Cavidin müayinə və müalicəsi üçün xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə 250 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə X13 ingilis dili dərsi üçün 100 manat, Aynellanın gimnastika dərsi üçün 20 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdə X13 İngilis dili dərsi üçün 100 manat ödəniş etmişdir. Uşaqlara xərclənən vəsaitlərə dair qəbzlər, sənədlərin 99% saxlamamış, onlar itmişdir. Yalnız cüzi qəbzlər qalmışdır, yəni xərclənən vəsaitlər məhkəməyə təqdim etdiyi qəbzlərdəkindən 100 dəfə çoxdur. İddiaçının tələbi: xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-991/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulmuş aliment məbləğinin artırılması və hər uşaq üçün hər ay 235 manat (cəmi 470 manat) müəyyən edilməsi, cavabdehdən onun xeyrinə "Maaax Travel” MMC-yə ödədiyi vəsaitin yarısının - 650 manat pulun, "xxxx" MMC-yə ödədiyi vəsaitin yarısının - 990 manat pulun, “LC WAİKİKİ” mağazasını ödədiyi vəsaitin yarısının - 91.9 manat pulun, X12 Hospitalına ödədiyi vəsaitin yarısının - 30 manat pulun, "xxxx" MMC-yə ödədiyi vəsaitin yarısının - 125 manat pulun, Samirə Həsənovaya ödədiyi vəsaitin yarısının - 110 manat pulun, ödənilmiş 60 manat mediasiya xərcinin və hər ay 350 manat repetitor, 100 manat müalicə xərclərinin tutulması barədə qətnamə çıxarılması xahiş olunur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında bildirdi ki, bir ata kimi övladlarının həmişə qayğısına qalmağa hazırdır. Alimenti vaxtlı vaxtında ödəyir, hətta imkan daxilində uşaqların əlavə xərclərini də ödəyir. Sadəcə olaraq iddia ərizəsində tələb olunan alimentin və əlavə xərclərin məbləği həddən artıq yüksəkdir. Belə ki, ikinci dəfə ailə qurmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq əlavə xərcləri yaranmışdır. Bu səbəbdən də iddia ərizəsində tələb olunan məbləğdə aliment ödəməyə maddi durumu imkan vermir. Hər uşağa görə yalnız 200 maanat ödəmək iqtidarındadır. Digər xərclərin yarısının ondan alınmasıa qəti etiraz edir. Qeyd olunanlara əsasən, məhkəmədən İddiaçı alimentin artırılması tələbinə dair iddiasının qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, mən rəsmi olaraq heç yerdə işləmir. Sadəcə taksi sürərək ailəsini dolandırmağa çalışır. Bu işindən savayı başqa heç bir yerdə işləmir, heç bir daimi və ya müvəqqəti qazanc və gəlir gətirən işlə məşğul deyil. Yenidən ailə həyatı qurmuşdur. Yoldaşı da rəsmi olaraq heç bir yerdə işləmir. Atası ürəyindən əməliyyat olunub, insult keçirib, ürəyinə 4 stend qoyulub. Anası da işləmir. Bütün ailənin yükü onun üzərindədir. Aylıq gəliri özünün və ailəsinin xərclərini qarşılamır. İddiaçının uşaqların geyimlərinə, həmiklərinə, repititorlarına xərclədiyi pulların yarısının ondan alınmasına qəti şəkildə etiraz edərək bildirir ki. uşaqların saxlanılması hər iki valideynin borcudur. Qanunvericiliyin tələbinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. Uşaq üzərində hər iki valideyn eyni dərəcədə hüquq və vəzifələrə malikdirlər. Onun da uşağın ehtiyaclarını ödəmək üçün onunla bərabər vəzifəsi vardır. Uşaqların saxlanılması vəzifəsi yalnız bir valideynin üzərinə qoyula bilməz. İddiaçı tələbi üzrə onun aylıq gəlirinin artmasına dair məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir. Alimentin miqdarının artırılmasını zəruri edən qanun normalarının tələbinə əsasən ötən müddət ərzində onun maddi vəziyyətində müsbətə doğru hər hansı dəyişikliyin olduğu heç bir əsasla sübut edilmir. Əksinə ailə üzvlərinin sayında bir nəfər də artmışdır. Doğrudur, uşaqlarını saxlamağı ilə əlaqədar ailə qanunvericiliyinə əsasən üzərinə düşən vəzifəsini dərk edir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti vaxtlıvaxtında ödəyir. Hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 manat ödəyə bilər, ondan artığına hec cürə imkanı əl vermir. Odur ki, göstərilənləri nəzərə alaraq İddiaçı ona qarşı ‘‘alimentin miqdarının artırılması tələbinə dair” iddiası üzrə xx.xx.2016-cı ildə anadan olmuş X9 və xx.xx.2020-ci ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçüm təyin edilmiş alimentin əvvəlki miqdarının artırılmasına dair iddiasının qismən təmin edilməsinə, hər ay üzrə hər uşağa maksimum 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment təyin edilməsinə və iddia tələbinin qalan hissədə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-991/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X14 arasında 12 sentyabr 2014-cü il tarixdə Bakı nikah evində (Səadət Sarayında) bağlanmış, 1405 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin ümumi uşaqları - xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X6 X8 yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 02 dekabr 2020-ci il tarixdən başlayaraq iddiaçı Cavabdeh hər ay, hər uşağa 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat və xx.xx.2020-ci il təvəllüdlü X10 üç yaşına çatanadək hər ay 30 (otuz) manat alimentin sabit pul məbləğində tutularaq cavabdeh X11 ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-2307/2022 nömrəli qətnaməsinə əsasən, Binəqədi Rayon Məhkəməsinin 2(001)-991/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməsi, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində alimentin, habelə mediasiya prosesində iştirak etmək üçün ödənilmiş 50 (əlli) manat məbləğində haqqın əvəzinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ seriyalı 383710 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə X14 arasında olan nikah xx.xx.2021-ci il tarixdə pozulmuşdur. Nəsimi Rayonu Qeydiyyat Şöbəsi tərəfindən AZ-İV seriyalı 421980 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X10 doğulmuşdur. Ata qrafasında Cavabdeh və ana qrafasında X14 qeyd edilmişdir. Nəsimi Rayonu Qeydiyyat Şöbəsi tərəfindən AZ-T seriyalı 080646 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X15 doğulmuşdur. Ata qrafasında Cavabdeh və ana qrafasında X14 qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MSB 2- 00403/2024 nömrəli arayışa əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə, 12:00-12:30 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən, İddiaçı övladları X15 üçün mərkəzdə məktəbdən son hazırlıq dərnəyinə aylıq 150 manat və X10 üçün isə 40 manat ödənişlə gəlirlər. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 234 nömrəli arayışına əsasən, İddiaçı övladı X15 üçün məktəbəqədər hazırlıq proqramı üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək təhsil alıb. Təhsil müddəti 1980 manat ödəniş olmuşdur. xx.xx.2024-cü il tarixli qaimə fakturaya əsasən iddiaçı X16 Kazımovun ingilis dili dərsi üçün 100 manat, Aynellanın gimnastika dərsi üçün 20 manat ödəniş etmişdir. xx.xx.2024-cü il tarixli qaimə fakturaya əsasən iddiaçı X16 Kazımovun ingilis dili dərsi üçün 100 manat ödəniş etmişdir. LC WAİKİKİ mağazasının xx.xx.2024-cüil tarixli qəbzinə əsasən, uşaqlara 183.87 manat dəyərində geyim alınmışdır. xx.xx.2024-cü il tarixli qəbzə əsasən, Aynella Kazımovanın oftalmoloq müayinəsi üçün X4 60 manat ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki,nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin çıxarılmasından 2 ildən çox müddət keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşaqların saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, mövcud iqtisadi vəziyyətdə inflyasiya və s. nəzərə alınmalıdır. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Cavabdehin etirazının ikinci dəfə nikaha daxil olması və himayəsində valideynlərinin olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin himayəsində ikinci arvadının və valideynlərinin olması xx.xx.2020-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X3 maddi cəhətdən iştirak etmək vəzifəsindən azad olunmasına əsas hesab edilə bilməz. Məhkəmə iddiaçının bir uşağın saxlanması üçün 235 manat, hər iki uşağa görə 470 manat məbləğində alimentin tutulması tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsiri nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X18rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə iddianın əlavə xərclər (tibbi müayinə, geyimlər, hazırlıq dərnəyi ilə bağlı) hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddianın həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, cavabdeh tərəfindən qətnamə əsasında müəyyən edilmiş alimentin ödənilməsi məhz uşaqların xərclərinin qarşılanması üçün nəzərdə tutulduğundan uşaqların təhsili, geyimi, sağlamlığı üçün çəkilməsi nəzərdə tutulan xərclərin əlavə olaraq cavabdehin üzərinə qoyulmasını məhkəmə yolverilən hesab etmir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərraına əsasən, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. İddiaçı tərəfindən təqdim edilmiş uşağın müayinəsinə dair qəbzlər heç də xx.xx.2020-ci il təvəllüdlü Aynella Kazımovanın ciddi xəstəliyini təsdiq etmir. Onun müayinəsi ilə əlaqədar iddiaçının əlavə xərclərə dair ödənişlərə cəlb edilməsi yuxarıda göstərilənə əsasən əsassızdır. İddiaçının iddia tələbinin “uşaqların təhsili, hazırlığı ilə bağlı xərlclərin yarısının cavabdehdən tutulmasına” dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə təhsilin (hazırki məqamda məktəbəqədər təhsilin) seçim xüsusiyyətinə malik olması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın orta təhsildən əlavə repititorlara, özəl hazırlıq kurslarına və sair dərnəklərdə iştirakına görə cavabdehin əlavə xərclərdə iştirakı, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Nəsimi Rayon Məhkəməsinin 2(001)-991/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər bir uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 5640 manat (470 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 76,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-in 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən mediasiya xərci kimi ödənilmiş 60 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X2 üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-2307/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 76,40 manat (yetmiş altı manat, qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar