Məhkəmə qərarları › İş №e-2(006)-358/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-358/2023

09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-358/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə İddiaçı "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdehlər Cabbarov Sadı̇ q Şahı̇ n oğlu və Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyəti cavabdehlər Cabbarov Sadı̇ q Şahı̇ n oğlu və Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızına qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyəti ilə bağladığı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh Cabbarov Sadı̇ q Şahı̇ n oğlu bankdan xx.xx.2024-cü ilədək qaytarmaq və illik 21% ödəmək şərti ilə aldığı 10000 AZN kredit və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə olan borcun məbləği: əsas borc üzrə 8900,60 AZN, faizlər üzrə 721,08 AZN, cərimə üzrə 90,81 AZN təşkil edir. Mübahisənin məhkəməyə qədər həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızı poçt vasitəsilə göndərilib, lakin borc ödənilməyib. Göstərilənlərə əsasən, xx.xx.2021-ci il tarixli, 16240***-*******01 №-li kredit müqaviləsinin ləğv olunması, cavabdehlərdən "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə həmin kredit müqaviləsi üzrə 8900,60 AZN əsas borcun, 721,08 AZN faiz borcunun, 90,81 AZN cərimənin və iddianın verilməsi üçün dövlət rüsumu kimi 117,13 AZN pulun müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eyni zamanda, məhkəməyə ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cabbarov Sadı̇ q Şahı̇ n oğlu və Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızı məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

5. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cabbarov Sadı̇ q Şahı̇ n oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 16240***-*******01 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cabbarov Sadı̇ q Şahı̇ n oğluna illik 21% olmaqla, 36 ay müddətinə (xx.xx.2024-cü il tarixinədək) 10000 AZN məbləğində kredit verilmişdir.

8. İş materiallarında olan "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyəti ilə zamin Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 16FİZAM108497403 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızı borclu Cabbarov Sadı̇ q Şahı̇ n oğlunun bank qarşısında 24.08.21-ci il tarixli, 16240***-*******01 saylı kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.

9. İş materiallarında olan "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli arayışa əsasən Cabbarov Sadı̇ q Şahı̇ n oğlunun 24.08.21-ci il tarixli, 16240***-*******01 saylı kredit müqaviləsinə üzrə 8900,60 AZN məbləğində əsas, 721,08 AZN faiz borcu, 90,81 AZN cərimə olmaqla, ümumilikdə 9712,49 AZN məbləğində borcu var.

10. İş materiallarında olan "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh Cabbarov Sadı̇ q Şahı̇ n oğlu arasında xx.xx.2021-ci il tarixli, 16240***-*******01 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdeh Cabbarov Sadı̇ q Şahı̇ n oğluna istehlak məqsədi ilə 36 ay müddətinə illik 21 faiz ödəmək şərti ilə 10000 AZN (on min manat) məbləğində kredit verilmiş, zamin Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızı borclu Cabbarov Sadı̇ q Şahı̇ n oğlunun bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliyi götürmüşdür, cavabdehlər üzərlərinə düşən öhdəlikləri tam icra etməmişlər və nəticədə cavabdehlərin banka 8900,60 AZN əsas, 721,08 AZN faiz, 90,81 AZN cərimə borcu olmaqla, ümumilikdə 9712,49 AZN məbləğində borcu yaranmışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddia tələbinin hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. Həmçinin, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

19. Qeyd olunan Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

20. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır.

21. İşin hallarından göründüyü kimi, tərəflər arasında müqavilələr əsasında borc münasibətləri yaranmış, iddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqavilələrinə istinad edir, cavabdeh isə müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Zamin Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızı borclu lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliyi götürmüşdür. Məhkəmə hesab edir ki, borcverən, yəni iddiaçı hazırki iddia tələbi ilə çıxış etməkdə haqlıdır.

22. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun tutulması hissəsində də tələb təmin edilməli, 117,13 AZN cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

24. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cabbarov Sadı̇ q Şahı̇ n oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 16240***-*******01 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cabbarov Sadı̇ q Şahı̇ n oğlu və Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızından iddiaçı "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə xx.xx.2021-ci il tarixli, 16240***-*******01 saylı kredit müqaviləsi üzrə 8900,60 AZN (səkkiz min doqquz yüz manat, altmış qəpik) əsas borc, 721,08 AZN (yeddi yüz iyirmi bir manat, səkkiz qəpik) faiz borcu, 90,81 AZN (doxsan manat, səksən bir qəpik) cərimə olmaqla, ümumilikdə 9712,49 AZN (doqquz min yeddi yüz on iki manat, qırx doqquz qəpik) məbləğində borc, həmçinin 117,13 AZN (bir yüz on yeddi manat, on üç qəpik) məbləğində dövlət rüsumu müştərək qaydada tutulmalıdır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyəti ilə Cabbarov Sadı̇ q Şahı̇ n oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 16240***-*******01 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cabbarov Sadı̇ q Şahı̇ n oğlu və Verdı̇ yeva Nüşabə Məzahı̇ r qızından iddiaçı "Bank Respublı̇ ka" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə xx.xx.2021-ci il tarixli, 16240***- *******01 saylı kredit müqaviləsi üzrə 8900,60 AZN (səkkiz min doqquz yüz manat, altmış qəpik) əsas borc, 721,08 AZN (yeddi yüz iyirmi bir manat, səkkiz qəpik) faiz borcu, 90,81 AZN (doxsan manat, səksən bir qəpik) cərimə olmaqla, ümumilikdə 9712,49 AZN (doqquz min yeddi yüz on iki manat, qırx doqquz qəpik) məbləğində borc, həmçinin 117,13 AZN (bir yüz on yeddi manat, on üç qəpik) məbləğində dövlət rüsumu müştərək qaydada tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar