Məhkəmə qərarları › İş №e-2(006)-3581/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3581/2023

14.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3581/2023 14.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7 ay müddətində həbsdə saxlanılmasına görə ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, maddi ziyana görə 10 000 manat, mənəvi ziyana görə 20 000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, barəsində 27 avqust 2022-ci il tarixdə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 avqust 2022-ci il tarixli 4(004)716/2022 nömrəli qərarı ilə barəsində həbsetmənin əvvəli 26 avqust 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı tərəfindən İddiaçı ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 26 avqust 2022-ci il tarixdə saat 12 radələrində Papanin adlanan ərazidən istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda bir bükümdə təmiz çəkisi 1,336 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini əldə edib özündə saxlamaqla daşımış və Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2022-ci il tarixdə, saat 17:30-da Bakı şəhəri, Yasamal rayonu Qədirli küçəsi 167 saylı evin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qanunsuz olaraq naməlum mənbədən əldə etdiyi, əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümündə təmiz çəkisi 1,336 ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İddiaçı qarşı irəli sürülmüş ittiham tam əsassız olmuş və iş materialları, o cümlədən məhkəmə baxışı zamanı araşdırılan sübutlarla öz təsdiqini tapmamışdır. İttihama mahiyyəti üzrə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin çıxardığı 17 mart 2023-cü il tarixli hökmlə İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilmişdir və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilərək, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olmuşdur ki: “İddiaçı yaşadığı mənzilin qarşısında saxlanılıb Polis İdarəsinə aparılması məqsədi ilə avtomobilə əyləşdirilərkən əynində şalvar deyil, şort olmuşdur. Daha sonra polis əməkdaşı İddiaçı evinə gedərək onun anasından şalvar götürüb həmin vaxt avtomobillə əyləşən Ziyadxana təqdim etmişdir. Bundan sonra İddiaçı Yasamal RPİ-nin inzibati binasına gətirilmiş və orada polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla ona üzərində daşınması qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş və o əynində olan şalvarın cibindən bir ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Yəni İddiaçı evdən çıxarılan zaman əynində şort olmuş, lakin Polis İdarəsində aparılan videoçəkiliş zamanı əynində şalvar olmuşdur və o, həmin şalvarın cibindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən psixotrop maddə olan metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Qeyd edilən xüsusat bütün şahid ifadələri və video görüntülərlə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X15, X10, X3, X5, X11, X1 Ziyadxan Meylan oğlunun Polis Əməkdaşları tərəfindən saxlanılan zaman şortda olduğunu bildirmişlər. Müdafiə tərəfi tərəfindən təqdim edilmiş video görüntüdən və foto şəkillərdən görünür ki, İddiaçı polis əməkdaşları tərəfindən gətirilərək avtomobilə əyləşdirillən zaman əynində şort olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, əynində şort olan İddiaçı Bakı şəhəri Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi məqsədi ilə Yasamal RPİ-nə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir büküm psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da istintaq orqanı tərəfindən İddiaçı qarşı CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı saxlanılan zaman əynində olmayan şalvarın cibində psixotrop maddə metamfetamini daşıması inandırıcı deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-76/202 nömrəli, 17 mart 2023cü il tarixli hökmündən (bəraət hökmü) apellyasiya protesti verilməmiş və həmin hökm cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə qanuni qüvvəsini almışdır. İddiaçı əsassız yerə cinayət məsuliyyətinə cəlb olunduğu, həbsdə saxlanıldığı və ümumiyyətlə barəsindəki cinayət işinə baxılanadək, yəni ötən 7 (yeddi) ay müddətində çəkdiyi məhrumiyyətlərlə yanaşı qazancından da məhrum olmuş, ona və ailəsinə böyük məbləğdə maddi ziyan dəymişdir. Belə ki, iddiaçı ünvan 1 ünvanında yaşlı anası ilə birlikdə ikisi yaşayırlar. İddiaçı mülkiyyət hüququ ilə onlara məxsus olan yaşadıqları evin (həyət evi) torpaq sahəsində yerləşən ayrılıqda mövcud olan iki tikili evi tələbələrə kirayə verirdi. Tədris ilinin başlamasına yaxın həmin iki evi təmir etdirmişdir ki, sentyabr ayında tələbələrə kirayə verə bilsin. Lakin 26 avqust 2022-ci il tarixdə əsassız yerə cinayət məsuliyyətinə cəlb olunmaqla, qazancından məhrum olunmuşdur. Həm təmirə sərf etmiş olduğu materiallar, həm də əldən çıxmış fayda səbəbindən maddi itkiyə məruz qalmışdır. Eyni zamanda nəzərə alınsa ki, iddiaçının 7 ay ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılması, yəni saxlanıldığı yerin məsafə olaraq şəhərdən uzaq olması ailəsinin maddi durumunu daha da ağırlaşdırmışdır. Yaşlı anası ayda iki dəfə onun ziyarətinə Bakı İstintaq Təcridxanasına getməli olurdu, həmçinin məhkəmə iclaslarında iştirak edirdi. Nəqliyyata sərf olunan maddi vəsait, qidalanması üçün istintaq təcridxanasına ərzaq məhsullarının aparılması və zəruri digər əşyaların göndərilməsi ailəsinin vəziyyətinə təsirsiz ötüşməmişdir. Odur ki, İddiaçı Beynəlxal Hüquq normaları və Azərbaycan Respublikası qanunvericiliyi ilə təsbit olunmuş hüquq və azadlıqları barəsində ibtidai araşdırmanı həyata keçirmiş istintaq orqanı və ona nəzarət edən prokurorluq orqanı tərəfindən ciddi şəkildə pozulmuş və o, bu pozuntular səbəbindən almış olduğu maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı işləmədiyi məlum 7 ay ərzində, həmçinin nəzərə alınsa ki, iddiaçı barəsində məhkəmənin bəraət hökmünün 17 mart 2023-cü il tarixində çıxmış olması mövcud dövr üçün iş fəaliyyətini bərpa etdirməsini istisna edir. Çünki bəraət alıb həbsdən azad edilmə dövrü tədris ilinin sonuna düşür. Təbii ki, tədris ilinin sonunda tələbələrin yeni kirayə ev axtarışlarına lüzum olmur. Fəaliyyətini bərpa etdirməsi cari ilin sentyabr ayından tez olmayacaq. Ümumilikdə iddiaçı 1 il müddətində işsiz qalmağa məhrum olunmuşdur. Həmçinin azadlığa çıxandan sonra müayinə və müalicə üçün tibb müəssisələrinə müraciət etmiş və almış olduğu dərmanlar və tibbi ləvazimatlar daxil müayinə və müalicə üçün düşməsi, həmçinin az ağır cinayət əməli törətməkdə təqsirləndirilməsinə görə ailəsi, dostları və yaxınları, iş kollektivi və həmyerliləri arasında barəsində mənfi fikirlər formalaşmış və onu əhatə edən şəxslərlə münasibətlərinə və nüfuzuna ciddi xələl dəymiş, şərəf və ləyaqəti ləkələnmiş, xəstə yaşlı anasına (anası çox çətinliklə gəzir) qayğı göstərmək imkanından məhrum olmuşdur. Həmçinin Bakı İstintaq Təcridxanasında saxlandığı 30 kvadrat metr ölçülü kamerada 10- 15 nəfər qalmışlardır. Yuxu yatmağa şərait olmamış, növbəli yatmışlar. Kamerada müxtəlif ağır, yoluxucu xəstəliklərdən əziyyət çəkən adamlarla birgə qalmaq məcburiyyətində olmuşdur. Həmin yoluxucu xəstəliklərə düçar olma ehtimalı iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyanın yaranmasına səbəb olmuş, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkmişdir. Buna görə çəkdiyi mənəvi iztirablara və sarsıntıya görə almış olduğu mənəvi ziyanı 20000 manat məbləğində dəyərləndirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışıdır ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda zıyan vurulmasına gorə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ərizəsində hər tədris ili başlayanda tələbələrə ev kirayə verdiyini və bu yolla gəlir əldə etdiyini qeyd etsədə müvafiq sənədləri (icarə müqaviləsi, vöen və.s), gəliri ilə bağlı hər hansı təsdiqedici sübutları təqdim etmədən, xərcləri əsaslandırmadan maddi zərərə görə 10.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginın miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işın materillarına əlavə edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsı haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın növləri konkret gostərilir və iddiaçı həbsdə olduğu müddət ərzində ailə üzvləri tərəfindən ona sovqatın gətirilməsi xərclərinin ödənilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı səhhətində yaranmış problemlərə görə müayinə və müalicə xərcləri ilə bağlı kompensasiyanın ödənilməsini tələb edir. Lakin iddiaçı məhz həbs olunduqdan sonra qeyd etdiyi xəstəliyə məruz qalmasını təsdiq edən dəlilləri işin materiallarına əlavə etməmişdir. İddıaçı bəlkə həbs edilmədən öncə bu xəstəliyin daşıyıcısı olub yəni həmin xəstəliyə məhz həbsdə olarkən məruz qalmasını təsdiq edən sənəd yoxdur və qeyd olunan məbləğin həqiqətən də müalicə ilə bağlı xərclənməsini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Qeyd edirik ki, tələb olunan məbləğ ağlabatan deyil. Bundan başqa, iddiaçı mənəvi zərərə görə 20.000 manat kompensasiya ödənilməsini də tələb edir. Bundan başqa, maddi və mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cınayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). Göründüyüu kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği 330 manatdır. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.7-ci bəndinə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Göründüyü kirni cinayət prosesini həyata keçirən orqan(və ya vəzifəli şəxs) hazırkı iddia tələbi ilə bağlı təqsirkar sayılmalı və iddia tələbinə həmin orqana (və ya vəzifəli şəxsə) munasibətdə baxılıb qətnamə qəbul edilməlidir, Ümumiyyətlə iddiaçı heç bir əsaslandırma və sübut göstərmədən maddi və mənəvi ziyanın Məcəlləsinin 77-ci maddəsinin əvəzinin ödənilməsini tələb edir. Halbuki, Azərbaycan Respublikası Mulki-Prosessual tələblənnə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işı düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda muəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərən sübut edəcək heç bir fakt mövcud deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin etirazını, məhkəmə iclasında araşdırılmış sübutları, iş materiallarında olan və təqdim edilən sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-76/2023 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi hökm edilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Məhkəmə İddiaçı qanunsuz olaraq məhkum olunduğuna görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası Dövlət Büdcəsindən iddiaçının ona dəymiş maddi və mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə edərək qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyrimaddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. Məhkəmə iddiaçıya vurulmuş mənəvi zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (7 ay) müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1000 manat hesablanmaqla 7000 manat məbləğində müəyyən olunmalıdır. İddiaçının azadlıqda olduğu zaman mənzili kirayə verməklə dolanması, qanunsuz həbs olunması nəticəsində 7 ay saxlanılmaqla qazancından məhrum olunması dəlilinə münasibətdə qeyd edir ki, mənzilin kirayə verilməsi müstəsna olaraq iddiaçının səlahiyyəti olmamış, onun əvəzinə ailə üzvləri də bunu etmək səlahiyyətində olmuşlar. Odur ki, qanunsuz həsdə qaldığı müddətdə vurulmuş maddi ziyana dair mötəbər sübutlar təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 7000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 7000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar